Фразеологический словарь азербайджанского языка

  • ÜZÜNƏ QABARMAQ

    bax: üzünə ağ olmaq.

    Полностью »
  • ÜZÜNƏ QAPILAR AÇIQ OLMAQ

    bax: üzünə qapılar açılmaq.

    Полностью »
  • ÜZÜNƏ QAPILAR AÇILMAQ

    hər yerdə hörmət və ehtiramla qarşılanmaq, işi avand olmaq; ~ bəxti üzünə gülmək.

    Полностью »
  • ÜZÜNƏ QAYITMAQ

    bax: üzünə ağ olmaq.

    Полностью »
  • ÜZÜNƏ QOYMAQ

    yalandan şahidliyə vadar etmək, yalan ifadə verməyə məcbur etmək, öyrədərək kiminsə əleyhinə qaldırmaq

    Полностью »
  • ÜZÜNƏ PƏRDƏ ÇƏKMƏK

    maskalanmaq, riyakarlıq etmək, yalandan özünü dost kimi göstərmək; ~ cildə girmək.

    Полностью »
  • ÜZÜNƏ SALMAQ

    həyasızlıqla, sırtıqlıqla bir şeyi əldə etmək üçün çalışmaq.

    Полностью »
  • ÜZÜNƏ ŞAX BAXMAQ

    başqasının yanında heç bir günahı, utanılacaq işi olmamaq, alnıaçıq olmaq.

    Полностью »
  • ÜZÜNƏ TÜPÜRMƏK

    yol verdiyi qəbahətə görə təhqir etmək, bərk danlamaq, söymək; ~ abrını ətəyinə bükmək.

    Полностью »
  • ÜZÜNƏ ÜZ BAĞLAMAQ

    utanmamaq, çəkinməmək, sırtıqlıq etmək.

    Полностью »
  • ÜZÜNƏ ÜZ TUTMAQ

    utansa da, xəcalət çəksə də, hərəkət etmək.

    Полностью »
  • ÜZÜNƏ YAXŞI BAXMAQ

    hörmət və mehribanlıqla qarşılamaq.

    Полностью »
  • ÜZÜNÜ AÇMAQ

    1. Hər hansı qeyri-münasib hərəkəti və ya sözü ilə yaşca özündən kiçiyin tərbiyəsinə pis təsir göstərmək, utancaqlığını aradan qaldırmaq

    Полностью »
  • ÜZÜNÜ AĞ ELƏMƏK

    etimadı, inamı doğrultmaq, hörmətini, nüfuzunu artırmaq.

    Полностью »
  • ÜZÜNÜ BOZARTMAQ

    sərt davranmaq; təpinmək, acıqlanmaq.

    Полностью »
  • ÜZÜNÜ BULUD ALMAQ

    qəmlənmək, qəmli, fikirli, qaşqabaqlı olmaq.

    Полностью »
  • ÜZÜNÜ İT DƏ GÖRSƏ, YALAMAZ

    çox çirkin adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ÜZÜNÜ QARA ELƏMƏK

    yarıtmamaq, başıaşağı etmək, nüfuzuna, ləyaqətinə xələl gətirmək.

    Полностью »
  • ÜZÜNÜ TURŞUTMAQ

    narazılığını bildirmək, xoşlamadığını büruzə vermək; ~ ağız burmaq, ağız-burun əymək, ağız-burnunu turşutmaq, ağız büzmək, sifətini turşutmaq, üz-gözü

    Полностью »
  • ÜZÜNÜ YUMŞAQ GÖRMƏK

    mülayim və sakit adam hesab etmək.

    Полностью »
  • ÜZÜNÜN DƏRİSİ GETMƏK

    bir şey üçün çox xahiş etmək, yalvarmaq.

    Полностью »
  • ÜZÜNÜN PƏRDƏSİ YIRTILMAQ

    utanmamaq, abır-həyası olmamaq.

    Полностью »
  • ÜZÜNÜN SUYU GETMƏK (TÖKÜLMƏK)

    biabır olmaq, rüsvay olmaq, sırtılmaq; ~ abrı getmək (tökülmək).

    Полностью »
  • ÜZÜNÜN SUYUNU TÖKMƏK

    bərk danlamaq, biabır etmək, rüsvay etmək; ~ abrını ətəyinə bükmək, abrını vermək (almaq), abrını tökmək (aparmaq)

    Полностью »
  • ÜZÜYUXARI DAŞ APARMAQ

    ehtiyacı olduğundan çətin bir işi qəbul etmək.

    Полностью »
  • VAHİMƏ BASMAQ (GÖTÜRMƏK)

    bərk qorxmaq, vahimələnmək, xoflanmaq; ~ qorxuya düşmək, xof götürmək, vahiməyə düşmək.

    Полностью »
  • VAHİMƏYƏ DÜŞMƏK

    bax: vahimə basmaq (götürmək).

    Полностью »
  • VAHİMƏYƏ SALMAQ

    qorxutmaq.

    Полностью »
  • VAXT ALMAQ

    kimisə işdən ayırmaq, fikrini başqa tərəfə yönəltmək.

    Полностью »
  • VAXT İTİRMƏK

    vaxtını boş, səmərəsiz yerə sərf etmək.

    Полностью »
  • VAXT QAZANMAQ

    niyyətini həyata keçirmək, fürsət əldə etmək üçün zamandan bəhrələnmək; ~ vaxt udmaq, vaxtı uzatmaq.

    Полностью »
  • VAXT ÖLDÜRMƏK

    vaxtın tez keçməsi üçün boş bir şeylə məşğul olmaq; ~ başını qatmaq.

    Полностью »
  • VAXT UDMAQ

    bax: vaxt qazanmaq.

    Полностью »
  • VAXTI UZATMAQ

    bax: vaxt qazanmaq.

    Полностью »
  • VALI DƏYİŞMƏK

    mövzunu, söhbətin istiqamətini başqa tərəfə yönəltmək; ~ söz azdırmaq; davranışını, mövqeyini dəyişmək

    Полностью »
  • VAR-DÖVLƏTİ BAŞINDAN AŞMAQ

    pulu çox olmaq; ~ pula pul deməmək, pulunu balta kəsməmək.

    Полностью »
  • VAR-YOXDAN ÇIXMAQ

    əlində olan şeylərin hamısından məhrum olmaq, kasıblaşmaq; ~ qabıqdan çıxmaq, quru yerdə qalmaq.

    Полностью »
  • VAR-YOXUNU XORUZA YÜK ELƏMƏK

    bax: xoruza yükləmək.

    Полностью »
  • VARDAN-YOXDAN KEÇMƏK

    bax: varından-dövlətindən keçmək.

    Полностью »
  • VARFOLOMEY GECƏSİ

    günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsini bildirən ifadə.

    Полностью »
  • VARINDAN-DÖVLƏTİNDƏN KEÇMƏK

    müəyyən məqsədə nail olmaq və ya hansısa problemi həll etmək üçün çoxlu pul xərcləmək, malını, pulunu əsirgəməmək; ~ vardan-yoxdan keçmək

    Полностью »
  • VARLIĞA NƏ DARLIQ

    var-dövlətinə güvənib bədxərclik edən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • VAY HALINA!

    hədələmə, təhdidetmə məqamında işlədilən ifadə.

    Полностью »
  • VAY-ŞİVƏN QOPARMAQ (SALMAQ)

    çığır-bağır salmaq, fəryad etmək.

    Полностью »
  • VAYINA OTURMAQ

    yas tutmaq.

    Полностью »
  • VAYINI VERMƏK

    cəzalandırmaq, döymək, əzişdirmək; ~ payını vermək.

    Полностью »
  • VAZ KEÇMƏK

    imtina etmək, fikrini, qənaətini, qərarını dəyişmək; ~ fikrindən daşınmaq (dönmək), əl çəkmək.

    Полностью »
  • VECƏ GƏLMƏK

    lazım olmaq, faydalı olmaq, yaramaq; ~ kara gəlmək.

    Полностью »
  • VECİNƏ ALMAMAQ

    saymamaq, etina etməmək, hesablaşmamaq, çəkinməmək; ~ bir qulağından alıb o biri qulağından vermək (ötürmək)

    Полностью »
  • VEDRƏ BAĞLAMAQ

    dolamaq, haqqında pis danışmaq, gülüş hədəfinə çevirmək; ~ söz qoşmaq, araya qoymaq, süpürgə bağlamaq, lağa qoymaq, məsxərəyə qoymaq, ələ salmaq, zur

    Полностью »