Фразеологический словарь азербайджанского языка

  • ƏLİ ÜZÜLMƏK

    çarəsiz qalmaq, məhrum olmaq; ~ ümidi kəsilmək.

    Полностью »
  • ƏLİ ÜZÜNDƏ QALMAQ

    1. Son dərəcə təəccüblənmək, heyrət etmək; ~ ayağının altından yer qaçmaq, əl-ayağı yerdən üzülmək, barmağı ağzında qalmaq, əli ağzında qalmaq

    Полностью »
  • ƏLİ YANANDA AĞZINA TƏPMƏK

    çətinə düşəndə nəyə olsa əl atmaq.

    Полностью »
  • ƏLİ YANMAQ

    səhv etmək, etdiyi səhvə görə hədsiz peşman olmaq; ~ ağzı yanmaq.

    Полностью »
  • ƏLİ YATMAMAQ

    alışa bilməmək, bacarmamaq, öyrəşməmək. 

    Полностью »
  • ƏLİ YERDƏN ÜZÜLMƏK

    inamını itirmək, bədbinləşmək, ümidsizliyə düçar olmaq; ~ əl-ayağı yerdən üzülmək.

    Полностью »
  • ƏLİ YETİŞMƏK

    hər hansı bir məqsədə çatmaq, nəyə isə nail olmaq.

    Полностью »
  • ƏLİ YÜNGÜL OLMAQ

    uğurlu, düşərli olmaq.

    Полностью »
  • ƏLİAŞAĞI OLMAQ

    imkansız, kasıb olmaq, sıxıntı içində yaşamaq.

    Полностью »
  • ƏLİBƏRK OLMAQ

    xəsis, simic olmaq, pul xərcləməmək.

    Полностью »
  • ƏLİBOŞ GƏZMƏK

    heç bir işi olmamaq, avara-avara, boş-boş gəzmək, veyillənmək; ~ əli cibində gəzmək.

    Полностью »
  • ƏLİBOŞ QAYTARMAQ

    istədiyini verməmək, xahişini yerinə yetirməmək.

    Полностью »
  • ƏLİÇIRAQLI AXTARMAQ

    ehtiyac olan bir şey üçün gəzmək, vacib olan bir şeyin sorağına düşmək.

    Полностью »
  • ƏLİF QƏDDİ DAL OLMAQ

    1. Yaşlanmaq, qocalmaq; ~ beli bükülmək.  2. Bədbəxtliyə düçar olmaq, dərdli olmaq.

    Полностью »
  • ƏLİFDƏN BAŞLAMAQ

    lap əvvəldən, lap başdan başlamaq.

    Полностью »
  • ƏLİM YANIR, AĞZIMA TƏPİRƏM

    vaxt məhdudluğu şəraitində işləri çatdırmağın çətinliyi ilə bağlı işlədilən ifadə.

    Полностью »
  • ƏLİMİN İÇİNDƏN GƏLİR

    bir hərəkətə və ya sözə qarşı etiraz əlaməti olaraq “yaxşı edirəm”, “əcəb edirəm” mənasında işlədilən ifadə

    Полностью »
  • ƏLİNDƏ ACİZ QALMAQ

    1. Çətin, çıxılmaz vəziyyətdə qalmaq, çarəsiz qalmaq.  2. İmtina edə bilməmək, kiməsə görə ciddi addım ata bilməmək

    Полностью »
  • ƏLİNDƏ DAŞ SAXLAMAQ

    kiməsə qarşı kin bəsləmək, nəsə xoş olmayan bir şey planlaşdırmaq, pislik etmək üçün fürsət axtarmaq

    Полностью »
  • ƏLİNDƏ QALMAQ

    1. Müqəddəratı kimdənsə asılı olmaq; ~ boğazı əlində olmaq.  2. İşi yarımçıq qalmaq, işi bitirə bilməmək

    Полностью »
  • ƏLİNDƏ-OVCUNDA QALSIN

    adətən, körpə uşağı görərkən “çox yaşasın, salamat böyüsün” mənasında işlədilən ifadə.

    Полностью »
  • ƏLİNDƏ OYNATMAQ

    özünə tabe etmək, alətə, oyuncağa çevirmək; ~ barmağında oynatmaq, təsiri altına salmaq.

    Полностью »
  • ƏLİNDƏ ÖLMƏK

    1. Gözünün qabağında ölmək, ölümünün şahidi olmaq. 2. Öldürmək, ölümünə bais olmaq, cəzalanmasına səbəb olmaq

    Полностью »
  • ƏLİNDƏ SAXLAMAQ

    tabeliyində, öz ixtiyarında saxlamaq, sahib olduğu şeyi möhkəm qorumaq; ~ cilovda saxlamaq.

    Полностью »
  • ƏLİNDƏ YAĞI(N) DAŞSA DA

    əlindəki işi yarımçıq qoyaraq, tez-tələsik.

    Полностью »
  • ƏLİNDƏN AĞACI DÜŞMƏK

    qocalmaq; qocalıb əldən düşmək; ~ taqətdən düşmək.

    Полностью »
  • ƏLİNDƏN ALMAQ

    məhrum etmək, zəbt etmək, zorla almaq.

    Полностью »
  • ƏLİNDƏN CANA DOYMAQ

    bax: cana doymaq.

    Полностью »
  • ƏLİNDƏN ÇIXMAQ

    1. Hazırlamaq, düzəltmək, hasil etmək.  2. Əldə saxlaya bilməmək, itirmək, yox olmaq, məhrum olmaq; ~ əlindən getmək, ağzından çıxmaq

    Полностью »
  • ƏLİNDƏN DAD ÇƏKMƏK

    həddindən artıq narazılıq, şikayət bildirmək.

    Полностью »
  • ... ƏLİNDƏN DÜŞMƏMƏK

    nəyəsə həddən artıq aludə olmaq, əlindən yerə qoymamaq (kitab, telefon, planşet və s.).

    Полностью »
  • ƏLİNDƏN GETMƏK

    əldə saxlaya bilməmək, itirmək, yox olmaq, məhrum olmaq; ~ əlindən çıxmaq, əldən vermək.    

    Полностью »
  • ƏLİNDƏN GƏLƏN QƏDƏR

    imkanı daxilində, bacardığı qədər.                       

    Полностью »
  • ƏLİNDƏN GƏLƏNİ BEŞ QABA ÇƏK

    şəxsin hər hansı hədə, təhdid müqabilində qorxmadığını bildirmək üçün işlətdiyi ifadə.

    Полностью »
  • ƏLİNDƏN GƏLƏNİ ƏSİRGƏMƏMƏK

    mümkün olan hər şeyi etmək.

    Полностью »
  • ƏLİNDƏN GƏLMƏK

    bacarmaq, imkanı, iqtidarı olmaq.

    Полностью »
  • ƏLİNDƏN XATA ÇIXMAQ

    istəmədən adam öldürmək, xəsarət yetirmək, qəza törətmək, cinayət etmək.

    Полностью »
  • ƏLİNDƏN QAÇAQ DÜŞMƏK

    bezmək, qarşılaşmaqdan çəkinmək.

    Полностью »
  • ƏLİNDƏN QAÇMAQ

    yaxasını qurtarmaq,  xilas olmaq, qurtulmaq.

    Полностью »
  • ƏLİNDƏN QAN AĞLAMAQ

    bax: qan ağlamaq.

    Полностью »
  • ƏLİNDƏN QURTARMAQ

    1. Xilas olmaq, nicat tapmaq.  2. Xilas etmək, azad etmək.

    Полностью »
  • ƏLİNDƏN SU İÇMƏK

    bacarıq və qabiliyyətdə birisinə oxşamaq, eynilə onun kimi olmaq, məktəbini keçmək, davamçısı olmaq.

    Полностью »
  • ƏLİNDƏN TUTMAQ

    bax: əl tutmaq.

    Полностью »
  • ƏLİNDƏN YIĞMAQ

    kiminsə zülmündən, xoşagəlməz hərəkətlərindən bezmək; ~ əlindən zəncir çeynəmək (gəmirmək).

    Полностью »
  • ƏLİNDƏN ZARA (ZİNHARA) GƏLMƏK

    bax: zinhara gəlmək. 

    Полностью »
  • ƏLİNDƏN ZƏNCİR ÇEYNƏMƏK (GƏMİRMƏK)

    bax: zəncir çeynəmək (gəmirmək).

    Полностью »
  • ƏLİNƏ ÇÖP VERMƏK

    aldadıb yola salmaq; ~ başdan eləmək.

    Полностью »
  • ƏLİNƏ DÜŞMƏK

    kiminsə ixtiyarına keçmək.

    Полностью »
  • ƏLİNƏ FÜRSƏT DÜŞMƏK

    imkan tapmaq, əlverişli vaxt və şərait yaranmaq; ~ əlinə girəvə keçmək.

    Полностью »
  • ƏLİNƏ GİRƏVƏ KEÇMƏK

    bax: əlinə fürsət düşmək.

    Полностью »