Фразеологический словарь азербайджанского языка

  • DİLƏ-DİŞƏ SALMAQ

    haqqında pis danışmaq, mənfi mənada məşhurlaşdırmaq; ~ dastan qoşmaq, dilə-ağıza salmaq, elin dilinə salmaq, it-qurd ağzına düşmək

    Полностью »
  • DİLƏ DÜŞMƏK

    1. Camaat arasında danışılmaq, şayiə yayılmaq; ~ dilə-dişə düşmək.  2. Səsi-sorağı hər yana yayılmaq, haqqında çox danışılmaq; ~ dillərə düşmək

    Полностью »
  • DİLƏ-FEİLƏ BASMAQ

    bax: dilə basmaq.

    Полностью »
  • DİLƏ GƏLMƏK

    danışmağa başlamaq, dillənmək, sükutu pozaraq danışmaq; səbri tükənmək, etiraz etmək; ~ bəyanə gəlmək

    Полностью »
  • DİLƏ GƏTİRMƏK

    1. Təsir edərək danışdırmaq, dilləndirmək; etiraz etməyinə səbəb olmaq, qıcıqlandırmaq.  2. Söhbət zamanı hər hansı sözü, kiminsə adını xatırlatmaq

    Полностью »
  • DİLƏ GƏTİRMƏMƏK

    söyləməyi uyğunsuz, qeyri-etik, ayıb hesab etmək; ~ üzə vurmamaq.

    Полностью »
  • DİLƏ TUTMAQ

    tovlamaq, şirin sözlərlə birini razı salmağa, bir şeyi əldə etməyə çalışmaq; ~ dil tökmək, dilini işə salmaq, dilə basmaq

    Полностью »
  • DİLƏ YATMAQ

    hər hansı sözü asan tələffüz edə bilmək, gözəl səslənmək.

    Полностью »
  • DİLƏNÇİDƏN PAY UMMAQ

    borca düşən, yaxud kasıb, səfalət içində yaşayan adamdan borc istəmək.

    Полностью »
  • DİLİ AÇILMAQ

    uzun sükutdan sonra dinmək; ilk dəfə danışmağa başlamaq (körpə haqqında), danışıq qabiliyyətini bərpa etmək

    Полностью »
  • DİLİ-AĞZI QURUMAQ (TUTULMAQ)

    təəccüb, heyrətdən danışa bilməmək; ~ dili tutulmaq, dili qurumaq, dili bağlanmaq, nitqi tutulmaq, nitqi qurumaq

    Полностью »
  • DİLİ AĞZINA SIĞMAMAQ

    kimisə ürəkdolusu, bəlağətlə tərifləmək.

    Полностью »
  • DİLİ AĞZINDA DÖNMƏMƏK (ÇÖNMƏMƏK)

    danışa bilməmək; ~ nitqi tutulmaq.

    Полностью »
  • DİLİ AĞZINDA YANMAQ

    çətin vəziyyətə düşmək, əlimyandıda qalmaq, təcili köməyə ehtiyacı olmaq.

    Полностью »
  • DİLİ BAĞLANMAQ

    təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili tutulmaq, dili qurumaq, nitqi tutulmaq, nitqi qurumaq, dil-dodağı kilidlənmək, dili-ağzı qurumaq

    Полностью »
  • DİLİ BAŞINA BƏLA OLMAQ

    danışdıqlarına, tənqidi fikirlərinə görə başı bəlalar çəkmək; ~ dilinin bəlasına düşmək.

    Полностью »
  • DİLİ BEŞ METRDİR

    bax: dili bir qarışdır.

    Полностью »
  • DİLİ BİR QARIŞDIR

    çoxdanışan, çox vaxt da yaşına uyğun danışmayan uşaq və gənclər haqqında işlədilən ifadə; ~ dili beş metrdir

    Полностью »
  • DİLİ BOĞAZINA SIĞMAMAQ

    bax: dil boğaza qoymamaq.

    Полностью »
  • DİLİ ÇIXMAQ

    ürəklənmək, cəsarətlənmək; əvvəllər susduğu halda birdən-birə danışmağa başlamaq, etiraz etmək, narazılığını bildirmək; ~ dili uzanmaq

    Полностью »
  • DİLİ DƏ VAR, DİLÇƏYİ DƏ

    özündən deyən, özündənrazı və həm də işbacaran şəxs haqqında işlədilən ifadə.

    Полностью »
  • DİLİ DİNC DURMAMAQ

    yerli-yersiz danışmaq, dilini saxlaya bilməmək, rişxənd etmək; ~ söz atmaq.

    Полностью »
  • DİLİ DOLAŞMAQ

    danışarkən çaşmaq, səhv buraxmaq, yanlış danışmaq.

    Полностью »
  • DİLİ DÖNMƏMƏK

    1. Tələffüz edə bilməmək.  2. Deməyə qıymamaq, dilinə gətirə bilməmək.

    Полностью »
  • DİLİ GƏLMƏMƏK

    nəyisə deməyə çətinlik çəkmək; dilinə gətirə bilməmək.

    Полностью »
  • DİLİ GİCİŞMƏK

    gizli qalan bir şeyi, hansısa sirri demək istəmək.

    Полностью »
  • DİLİ İLƏ İLANI YUVASINDAN ÇIXARMAQ

    bax: ilanı yuvasından çıxarmaq. 

    Полностью »
  • DİLİ QARNINA GİRMƏK

    qorxmaq, çəkinmək; günahını başa düşüb susmaq.

    Полностью »
  • DİLİ QIFILLANMAQ

    susmaq, dinməmək, ağzını açmamaq.

    Полностью »
  • DİLİ QISALMAQ

    təqsirini, qüsurunu bilib danışmağa cəsarət etməmək, danışmaqdan utanmaq, bir söz deməyə çəkinmək.

    Полностью »
  • DİLİ QURUMAQ

    təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili bağlanmaq, nitqi tutulmaq, nitqi qurumaq, dili-ağzı qurumaq (tutulmaq)

    Полностью »
  • DİLİ SÖZ TUTMAMAQ

    bu və ya başqa səbəbə görə danışa bilməmək; danışıq qabiliyyətini itirmək.

    Полностью »
  • DİLİ SÜMÜKSÜZ OLMAQ

    bax: ağzına gələni danışmaq.

    Полностью »
  • DİLİ TOPUQ VURMAQ (ÇALMAQ)

    qorxudan, həyəcandan düşündüklərini tam ifadə edə bilməmək; kəkələmək, sözləri düzgün tələffüz edə bilməmək

    Полностью »
  • DİLİ TUTULMAQ

    1. Danışıq qabiliyyətini itirmək.  2. Təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili qurumaq, nitqi qurumaq, dili-ağzı qurumaq (tutulmaq), dil-d

    Полностью »
  • DİLİ TÜK GƏTİRMƏK

    bir sözü çox təkrarlamaq; dönə-dönə xahiş etmək.

    Полностью »
  • DİLİ UZANMAQ

    bax: dili çıxmaq.

    Полностью »
  • DİLİ YATMAMAQ

    tələffüz edə bilməmək.

    Полностью »
  • DİLİGÖDƏK OLMAQ

    deməyə sözü, danışmağa üzü olmamaq.

    Полностью »
  • DİLİQISA OLMAQ

    bax: diligödək olmaq.

    Полностью »
  • DİLİM-AĞZIM QURUSUN

    bir şey haqqında bəd ehtimal söyləyərkən işlədilən ifadə.

    Полностью »
  • DİLİM-DİLİM OLASAN, DİLİM

    ağzından qaçırdığı hər hansı sözə görə danışan adamın peşmanlığını bildirən ifadə.

    Полностью »
  • DİLİNDƏ TÜK BİTMƏK

    bir şeyi həddən artıq təkrar etməkdən, söyləməkdən bezmək; ~ dili tük gətirmək.

    Полностью »
  • DİLİNDƏN ÇIXMAQ

    1. Söz vermək, dediyi sözü yerinə yetirməyə məcbur olmaq.  2. Bir şeyi istəmədən demək.

    Полностью »
  • DİLİNDƏN DAŞ ASILMAQ

    susmaq, dinməmək, danışmamaq, ağzını açmamaq.

    Полностью »
  • DİLİNDƏN DÜŞMƏMƏK

    kiminsə və ya nəyinsə haqqında tez-tez danışmaq; ~ ağzından düşməmək.

    Полностью »
  • DİLİNDƏN İLTİZAM ALMAQ

    yazılı vəd, öhdəlik kağızı istəmək, bir işin yerinə yetirilməsini boynuna, öhdəsinə götürmək; ~ dilindən kağız almaq

    Полностью »
  • DİLİNDƏN İLTİZAM VERMƏK

    razılıq vermək, yazılı vəd, öhdəçilik kağızı vermək, bir işin yerinə yetirilməsini yazılı şəkildə boynuna, öhdəsinə götürmək; ~ dilindən kağız vermək

    Полностью »
  • DİLİNDƏN KAĞIZ ALMAQ

    bax: dilindən iltizam almaq.

    Полностью »
  • DİLİNDƏN KAĞIZ VERMƏK

    bax: dilindən iltizam vermək.

    Полностью »