Фразеологический словарь азербайджанского языка

  • DƏRƏLƏRDƏN SEL KİMİ, TƏPƏLƏRDƏN YEL KİMİ

    tez, sürətli, dayanmadan.

    Полностью »
  • DƏRİDƏN-DIRNAQDAN ÇIXMAQ

    bax: dəridən-qabıqdan çıxmaq.

    Полностью »
  • DƏRİDƏN-QABIQDAN ÇIXMAQ

    həddindən artıq çalışmaq, çox əziyyət çəkmək; çoxlu zəhmət, pul, mal sərf etmək; ~ can qoymaq, qan-tərə batmaq, qabıq qoymaq, külüng çalmaq, sümük sın

    Полностью »
  • DƏRİNƏ GETMƏK

    işin mahiyyətinə varmaq, detalları öyrənmək, ətraflı araşdırmaq.

    Полностью »
  • DƏRİNƏ GETMƏMƏK

    əhəmiyyət verməmək; ~ boş tutmaq, boş buraxmaq, göz yummaq, yola vermək, bənd olmamaq.

    Полностью »
  • DƏRİNƏ İŞLƏMƏK

    çox güclü təsir etmək; ~ içinə işləmək, ürəyə işləmək, ürəyini yandırmaq, yeddi qatından keçmək.

    Полностью »
  • DƏRİSİ SÜMÜYÜNƏ YAPIŞMAQ

    hədsiz arıqlamaq; ~ bir dəri, bir sümük qalmaq.

    Полностью »
  • DƏRİSİ ÜÇ QƏPİYƏ DƏYMƏMƏK

    dəyərsiz, mənasız.

    Полностью »
  • DƏRİSİNDƏN YAĞ DAMMAQ

    çox kök, ətli-canlı olmaq.

    Полностью »
  • DƏRİSİNƏ SAMAN TƏPMƏK

    cəzalandırmaq, incitmək; ~ divan tutmaq.

    Полностью »
  • DƏRİSİNƏ SIĞMAMAQ

    son dərəcə kökəlmək, şişmək; ~ piy bağlamaq.

    Полностью »
  • DƏRİSİNİ BOĞAZINDAN ÇIXARMAQ

    cəzalandırmaq, işgəncə vermək.

    Полностью »
  • DƏRİSİNİ SOYMAQ

    1. Bərk cəzalandırmaq, cəza vermək; ~ divan tutmaq.  2. Ağır xərcə salmaq.

    Полностью »
  • DƏRS ALMAQ (GÖTÜRMƏK)

    bir işdən, hadisədən özü üçün nəticə çıxarmaq; ~ ibrət almaq (götürmək).

    Полностью »
  • DƏRS VERMƏK

    tənbeh etmək, töhmətləndirmək, cəzalandırmaq; ~ dənini-duzunu vermək, həddini bildirmək (göstərmək), boynunu sındırmaq, yerində oturtmaq, ləzgihəngi g

    Полностью »
  • DƏRYADA BALIQ SEVDASI

    yerinə yetirilməsi mümkün olmayan və ya şübhəli olan bir iş,  boş xülya

    Полностью »
  • DƏRYADA BİR DAMLA

    bir şeylə müqayisədə çox az, cüzi.

    Полностью »
  • DƏRYADA GƏMİSİ BATMAQ

    bikef, məyus görünmək, halı çox pərişan olmaq, kefsiz olmaq; ~ qanı qaralmaq, gəmiləri batmaq, qəm dəryasına qərq olmaq

    Полностью »
  • DƏSTƏK VERMƏK

    yardım etmək; ruhlandırmaq, ürəkləndirmək; ~ dayaq vermək.

    Полностью »
  • DƏVƏ DURDU, DAM YIXDI

    ehtiyatla davranmayan, kobud hərəkət edən, qırıb-sökən adam haqqında deyilən ifadə.

    Полностью »
  • DƏVƏ GÖRDÜNMÜ, HEÇ QIĞINI DA GÖRMƏDİM

    gördüyünü bilərəkdən, məqsədli şəkildə gizlədən, çuğulluq etmək istəməyən adam haqqında işlədilən ifadə

    Полностью »
  • DƏVƏ NALBƏNDƏ BAXAN KİMİ BAXMAQ

    nifrətlə baxmaq, gərgin, pis, xoşagəlməz münasibətdə olmaq; ayı kal armuda baxan kimi baxmaq.

    Полностью »
  • DƏVƏ YANI YAĞLAMAQ

    dan. xırda, əhəmiyyətsiz işlə məşğul olmaq; ~ gününü keçirmək.

    Полностью »
  • DƏVƏDƏN BÖYÜK FİL VAR

    birinin heç də tam ixtiyar sahibi olmadığını bildirən ifadə; ~ əl üstündə əl var.

    Полностью »
  • DƏVƏDƏN YIXILIB HÖT-HÖTÜ ƏLDƏN QOYMAMAQ

    bax: eşşəkdən yıxılıb hoş-hoşdan əl çəkmir.

    Полностью »
  • DƏVƏNİ ÇÖMÇƏ İLƏ SUVARMAQ

    birinə ehtiyacı olan şeydən çox az vermək.

    Полностью »
  • DƏVƏNİ EŞŞƏYİN QUYRUĞUNA BAĞLAMAQ

    ədalətsizlik etmək, layiq olanı layiq olmayana tabe etmək.

    Полностью »
  • DƏVƏNİ İYNƏNİN GÖZÜNDƏN KEÇİRMƏK

    ən çətin məsələni məharətlə həll etmək.

    Полностью »
  • DƏVƏNİ TOYA ÇAĞIRMAQ

    kimisə şənlənməyə və əylənməyə deyil, işləmək üçün dəvət etmək.

    Полностью »
  • DƏVƏNİN QUYRUĞU YERƏ DƏYƏNDƏ

    heç vaxt, heç zaman; ~ keçi ağaca çıxanda, qum göyərəndə.

    Полностью »
  • DƏVƏSİ ÖLMÜŞ ƏRƏB

    bədbəxtliyə düçar olmuş, hər şeyi əlindən çıxmış, kasıb, yazıq və zavallı adam haqqında işlədilən ifadə

    Полностью »
  • DƏYƏN YERİ YAXINDADIR

    hər hansı söz və ya hərəkətdən tez inciyən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • DƏYƏNƏYİN İKİ BAŞI VAR

    problemlə üzləşən adamın həmin problemin başqasından da yan keçməyəcəyini bildirmək üçün işlətdiyi ifadə

    Полностью »
  • DƏYƏNƏYİN O BİRİ BAŞINI DÖNDƏRMƏK

    şiddətli şəkildə cəzalandırmaq.

    Полностью »
  • DƏYİRMAN XORUZU

    yeyib-içməkdən kökəlmiş, sifəti qızarmış.

    Полностью »
  • DƏYİRMANA SUSUZ APARIB SUSUZ GƏTİRMƏK

    bax: çaya susuz aparıb susuz gətirmək.

    Полностью »
  • DƏYİRMANDA XORUZLUQ ELƏMƏK

    müqavimətin olmadığı bir yerdə özünü ağa kimi aparmaq; ~ meydan sulamaq.

    Полностью »
  • DƏYİRMANDA ÜYÜNMƏK

    kütləyə qoşulmaq, sıradan biri olmaq, heç nə ilə fərqlənməmək.

    Полностью »
  • DƏYİRMANI DƏN VERİR

    müəyyən vaxtdan sonra danışığı və ya davranışı ilə narahatlıq yaradan adam (əsasən, uşaq) haqqında işlədilən ifadə

    Полностью »
  • DƏYİRMANI TORPAQ VERMƏK

    danışarkən etik qaydalara məhəl qoymamaq, səfehləmək; ~ danışığını bilməmək.

    Полностью »
  • DƏYİRMANI YAXŞI ÜYÜDÜR

    mədəsi sağlam olan, iştahla, həvəslə və nə gəldi yeyən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • DƏYİRMANIN BOĞAZINDAN (GÖZÜNDƏN) ÖLÜ SALSAN, DİRİ ÇIXAR

    zirək, çevik, fərasətli, bacarıqlı adamlar haqqında işlədilən ifadə; ~ oddan diri, sudan quru çıxmaq

    Полностью »
  • DƏYİRMANINA SU TÖKMƏK

    bax: düşmən dəyirmanına su tökmək.

    Полностью »
  • DƏYMİŞİ DURA-DURA KALI TÖKÜLMƏK

    tutarlı sözdən ağır təsirlənmək, çox pərt olmaq.

    Полностью »
  • DIĞ-DIĞ SALMAQ

    deyinib narazılıq salmaq, söz-söhbət yaratmaq.

    Полностью »
  • DINQ ELƏYİB YUMURTADAN ÇIXIB

    dan. gənc, təcrübəsiz, lakin iddialı adam haqqında işlədilən ifadə; ~ ağzından süd iyi gəlmək, çiçəyi burnunda olmaq

    Полностью »
  • DIRNAĞINA BELƏ DƏYMƏZ

    başqası ilə müqayisədə çox bacarıqsız, dəyərsiz və qabiliyyətsiz sayılan birisi haqqında işlədilən ifadə

    Полностью »
  • DIRNAĞINDAN DARI SIZMAQ

    xəsislik etmək, qıymamaq; ~ əli cibinə getməmək.

    Полностью »
  • DIRNAQ ARASINDA

    saxta, qeyri-ciddi, gerçək olmayan.

    Полностью »
  • DIRNAQ YERİ AXTARMAQ

    girəvə, fürsət, bəhanə axtarmaq.

    Полностью »