Фразеологический словарь азербайджанского языка

  • DÜNYASINI DƏYİŞMƏK

    ölmək; ~ dünyadan köçmək, canını tapşırmaq, canını bağışlamaq.

    Полностью »
  • DÜNYASINI ZİNDANA DÖNDƏRMƏK

    incitmək, əzab-əziyyət vermək, rahatlıq verməmək; ~ gününü qara eləmək.

    Полностью »
  • DÜNYAYA GƏLMƏK

    doğulmaq; ~ anadan olmaq, dünyaya göz açmaq.

    Полностью »
  • DÜNYAYA GÖZ AÇMAQ

    bax: dünyaya gəlmək.

    Полностью »
  • DÜNYAYA GÖZLƏRİNİ YUMMAQ

    ölmək, vəfat etmək.

    Полностью »
  • DÜNYAYA SƏS SALMAQ

    dünyanın hər yerində eşidilmək, məşhur olmaq.

    Полностью »
  • ... DÜNYAYA SIĞMAMAQ

    hər hansı səbəbdən (sevincdən və s.) son dərəcə məsud, xoşbəxt olmaq; ~ yerə-göyə sığmamaq.

    Полностью »
  • DÜŞMƏN BAĞRI ÇATLADAN

    bax: düşmən gözü çıxardan. 

    Полностью »
  • DÜŞMƏN BALTASINA SAP OLMAQ

    bax: düşmən dəyirmanına su tökmək.

    Полностью »
  • DÜŞMƏN ÇƏPƏRİ

    gələcəkdə ailə ocağını, nəsli qoruyacaq övlad (əsasən, oğlan uşağı) haqqında deyilən ifadə.

    Полностью »
  • DÜŞMƏN DƏYİRMANINA SU TÖKMƏK

    düşmənin mövqeyini gizli və ya açıq şəkildə müdafiə etmək; öz xalqının mənafeyini düşmənin ayağına vermək;~ özgə dəyirmanına su tökmək

    Полностью »
  • DÜŞMƏN GÖZÜ ÇIXARDAN

    bədniyyətli adamların paxıllıq, qibtə və həsədinə səbəb olan; ~ düşmən bağrı çatladan.

    Полностью »
  • DÜŞMƏN GÖZÜ İLƏ BAXMAQ

    bir şeyi qiymətləndirərkən, təhlil edərkən həddən artıq tələbkar olmaq.

    Полностью »
  • DÜŞMƏN KƏSİLMƏK

    qənim olmaq, əzazil, zülmkar olmaq, qəbul etməmək; ~ görməyə gözü olmamaq.

    Полностью »
  • DÜYMƏ BAĞLAMAQ

    tumurcuqlamaq.

    Полностью »
  • DÜYÜN DÜŞMƏK

    dolaşmaq, çətinləşmək, düyünlənmək.

    Полностью »
  • DÜYÜN OLUB BOĞAZINDA QALMAQ

    dərdini çəkdiyi bir iş haqda daim düşünmək, fikir eləmək.

    Полностью »
  • DÜYÜN SALMAQ

    bir-birinə dolaşdırmaq, qarışdırmaq, aça bilməmək.

    Полностью »
  • DÜYÜNƏ DÜŞMƏK

    nəyinsə həllində çətinliklə qarşılaşmaq, tilsimlənmək, həll edilə bilməmək; ~ dolaşığa düşmək, işi çətinə düşmək, dalana dirənmək

    Полностью »
  • DÜYÜNƏ SALMAQ

    çətinləşdirmək, dolaşdırmaq (işi, təhqiqatı və s.).

    Полностью »
  • DÜYÜNÜ AÇMAQ

    çətin bir məsələni həll etmək, işin həllini tapmaq; ~ tilsimi sındırmaq (qırmaq).

    Полностью »
  • DÜZ GƏLMƏMƏK

    uyğunlaşmamaq, razılaşmamaq, aralarında uyğunluq olmamaq, yola getməmək; ~ düz sarımamaq, günü çıxmaq (düşmək)

    Полностью »
  • DÜZ SARIMAMAQ

    yaxşı davranmamaq,  yola getməmək; ~ düz gəlməmək.

    Полностью »
  • DÜZ YOLA GƏTİRMƏK (QAYTARMAQ, ÇƏKMƏK)

    pis əməllərdən çəkindirmək, öyüd-nəsihət vermək. 

    Полностью »
  • DÜZ YOLA QAYITMAQ

    səhvini anlamaq, yanlış yoldan çəkinmək; ~ imana gəlmək.

    Полностью »
  • DÜZ YOLDAN ÇIXMAQ

    yanılmaq, səhvə yol vermək, zərərli işlərə qoşulmaq; ~ ayağı sürüşmək, pis yola düşmək.

    Полностью »
  • DÜZDƏ GEDƏ BİLMƏYİB ŞUMDA ŞILLAQ ATMAQ

    bacarmadığı işə girişmək; ~ başı girməyən yerə bədənini soxmaq.

    Полностью »
  • DÜZDƏ QALMAQ

    kimsəsiz, köməksiz olmaq, həmdərd tapmamaq.

    Полностью »
  • DÜZDƏ QOYMAQ

    pis vəziyyətdə qoymaq, hər şeyini əlindən almaq.

    Полностью »
  • DÜZƏLMİŞDİ HƏR YARAĞI, QALMIŞDI SAQQAL DARAĞI

    müəyyən bir işdə həlli daha vacib olan məqamları qoyub əhəmiyyətsiz bir detalla məşğul olan adam haqqında işlədilən ifadə

    Полностью »
  • EFİRƏ QOŞULMAQ

    televiziya və ya radio verilişində iştirak etmək; hava telefonu ilə danışmaq.

    Полностью »
  • EHTİYACDAN ÇIXMAQ

    bax: ehtiyacdan qurtarmaq.

    Полностью »
  • EHTİYACDAN QURTARMAQ

    sıxıntıdan qurtulmaq; ~ kasıblığın daşını atmaq.

    Полностью »
  • EHTİYAT GÖRMƏK

    1. Bayram, qonaqlıq, toy və s. üçün hazırlıq etmək.  2. Dar gün üçün ərzaq, pul və s. toplamaq.

    Полностью »
  • EHTİYATI ƏLDƏN VERMƏMƏK (BURAXMAMAQ)

    ehtiyatlı, tədbirli olmaq, hər bir ehtimala qarşı tədbir görmək; ~ itlə dostluq edib çomağı yerə qoymamaq

    Полностью »
  • EL YOLU İLƏ GETMƏK

    adət-ənənələrə uyğun hərəkət etmək, qəbul olunmuş adət-ənənələrdən kənara çıxmamaq.

    Полностью »
  • ELÇİ DÜŞMƏK

    1. Qız almaq üçün gedib-gəlmək, elçilik etmək.  2. Kimisə bir işə razı salmaq üçün təkid etmək.

    Полностью »
  • ELÇİ ELÇİ ÜSTÜNDƏN GƏLMƏK

    bir qıza bir neçə elçi gəlmək, elçiləri çox olmaq.

    Полностью »
  • ELÇİ SALMAQ

    kiminsə yanına xahiş üçün vasitəçi göndərmək; bir işin yoluna qoyulması üçün davamlı xahiş etmək, cəhd göstərmək

    Полностью »
  • ELƏ-BELƏ BAXMAQ

    əhəmiyyətsiz bir şey kimi, qeyri-ciddi, sayğısız yanaşmaq, mənasız hesab etmək.

    Полностью »
  • ELƏ BİL QURBAĞA GÖLÜNƏ DAŞ ATDILAR

    hədsiz səs-küydən, qarışıqlıqdan sonra birdən-birə yaranmış sükut haqqında işlədilən ifadə.

    Полностью »
  • ELİN DİLİNƏ DÜŞMƏK

    bax: dilə-dişə düşmək.

    Полностью »
  • ELİN DİLİNƏ SALMAQ

    bax: dilə-dişə salmaq.

    Полностью »
  • ELM DƏRYASI

    çox bilikli, zəkalı; ~ ağıl dəryası.

    Полностью »
  • ENƏ VERMƏK

    kökəlmək, ətlənmək; ~ eni ilə uzunu bir olmaq.

    Полностью »
  • ENİ İLƏ UZUNU BİR OLMAQ

    hədsiz dərəcədə kökəlmək, piylənmək; ~ enə vermək.

    Полностью »
  • ENİNƏ-UZUNUNA ÖLÇMƏK

    boş-boşuna gəzmək, faydasız, lazımsız işlərlə məşğul olmaq, veyillənmək.

    Полностью »
  • ENİNƏ YEYİB UZUNUNA GƏZMƏK

    özünü işə verməmək, dərd-qəm bilməmək, başqalarının hesabına kef çəkmək.

    Полностью »
  • ERKƏK ƏNCAMƏ

    Əncamənin qapı açılıb-örtüləndə çərçivədə hərəkətsiz duran hissəsi.

    Полностью »
  • ERKƏK TÜKƏZBAN

    kişi təbiətli, özünü kişi kimi aparan, kişi ədalı, incə davranmayan qadın haqqında işlədilən ifadə.

    Полностью »