Фразеологический словарь азербайджанского языка

  • GÖZƏ SOXMAQ (DÜRTMƏK)

    elədiyi işi şişirtmək, hamıya çatdırmaq, dönə-dönə tərifləmək, elədiyini tez-tez demək.

    Полностью »
  • GÖZƏL AĞA GÖZƏL İDİ, BU YANDAN DA VURUB ÇİÇƏK (ÇİBAN) ÇIXARTDI

    onsuz da çoxlu problemləri, dərdləri olan şəxsin daha bir ciddi problemlə üzləşməsini bildirən ifadə

    Полностью »
  • GÖZLƏ QAŞ ARASINDA

    tez, bir anda, tələm-tələsik.

    Полностью »
  • GÖZLƏMƏKDƏN GÖZÜNÜN KÖKÜ SARALMAQ

    bax: gözünün kökü saralmaq.

    Полностью »
  • GÖZLƏRİ AĞARA QALMAQ

    1. Təəccüb etmək, heyrət etmək.  2. Bir işi sona çatdırınca böyük əzab çəkmək, əziyyətə qatlaşmaq.

    Полностью »
  • GÖZLƏRİ AXMAQ

    1. Yorğunluqdan və ya başqa səbəbdən gözü yumulmaq, örtülmək.  2. Sərxoş olmaq.

    Полностью »
  • GÖZLƏRİ BAĞDADDA XURMA DƏRİR

    yatmaq bilməyən, heç cür yuxuya getməyən uşaq haqqında işlədilən ifadə.

    Полностью »
  • GÖZLƏRİ BAĞLANMAQ

    ətrafındakı hadisələri dərk edə bilməmək, anlamamaq, qəflətdə olmaq; ~ gözləri örtülmək, gözləri yumulmaq, bəsirəti bağlanmaq, basaratı bağlanmaq

    Полностью »
  • GÖZLƏRİ BÖYÜMƏK

    heyrət etmək, təəccüb etmək.

    Полностью »
  • GÖZLƏRİ ÇUXURA (QUYUYA) DÜŞMƏK

    çox arıqlamaq; ~ bir dəri, bir sümük qalmaq, gözünə kölgə çökmək.

    Полностью »
  • GÖZLƏRİ DOLMAQ

    ağlamaq dərəcəsinə gəlmək, qəhərlənmək, kövrəlmək, gözləri yaşarmaq; ~ yaş boğmaq.

    Полностью »
  • GÖZLƏRİ DÖRD OLMAQ

    1. Həddən artıq təəccüblənmək; ~ heyrətə gəlmək, gözü kəlləsinə çıxmaq.  2. Çox diqqətli, ehtiyatlı, ayıq-sayıq olmaq

    Полностью »
  • GÖZLƏRİ DUMANLANMAQ

    hirsindən, qəzəbindən, hikkəsindən gözü heç bir şey görməmək, bərk əsəbiləşmək.

    Полностью »
  • GÖZLƏRİ GÜLMƏK

    sevinc hissi keçirmək, şən olmaq.

    Полностью »
  • GÖZLƏRİ İLƏ YEMƏK

    hərisliklə baxmaq, baxışlarının ifadəsi ilə istədiyini bildirmək; ~ gözünü çəkə bilməmək.

    Полностью »
  • GÖZLƏRİ QAN ÇANAĞINA DÖNMƏK

    qəzəbdən, hirsdən, yaxud ağlamaqdan  gözləri bərk qızarmaq.

    Полностью »
  • GÖZLƏRİ QARALMAQ

    özünü pis hiss etmək, halı pisləşmək, bir anlığa heç nə görə bilməmək; ~ gözünə qaranlıq çökmək, başı fırlanmaq

    Полностью »
  • GÖZLƏRİ QAYNAMAQ

    şux, coşqun ruhlu görünmək; baxışları ilə daim nə isə axtarmaq; ~ üz-gözündən biclik yağmaq, gözü orda-burda olmaq, gözləri oynamaq

    Полностью »
  • GÖZLƏRİ OYNAMAQ

    baxışları ilə daim nə isə axtarmaq; ~ gözü orda-burda olmaq, gözləri qaynamaq.

    Полностью »
  • GÖZLƏRİ ÖRTÜLMƏK

    bax: gözləri bağlanmaq.

    Полностью »
  • GÖZLƏRİ PARILDAMAQ

    üzündə sevinc görsənmək, fərəh içərisində olmaq, canlanmaq; ~ üzü gülmək.

    Полностью »
  • GÖZLƏRİ YUMULMAQ

    1. Həqiqəti görməmək, ətrafındakı hadisələri dərk edə bilməmək, anlamamaq, qəflətdə olmaq; ~ gözləri bağlanmaq, gözləri örtülmək, bəsirəti bağlanmaq,

    Полностью »
  • GÖZLƏRİNDƏN CİN YAĞMAQ

    diribaş, ayıq, açıqgöz olmaq; ~ gözü-başı qaynamaq.

    Полностью »
  • GÖZLƏRİNDƏN OXUMAQ

    nə istədiyini duymaq, ürəyindən keçənləri hiss etmək.

    Полностью »
  • GÖZLƏRİNDƏN YUXU TÖKÜLMƏK

    bərk yuxusu gəlmək, yatmaq istəmək.

    Полностью »
  • GÖZLƏRİNƏ İNANMAMAQ

    gördüyünə inanmamaq, heyrətlənmək, təəccüblənmək; ~ qanı damarlarında donmaq.

    Полностью »
  • GÖZLƏRİNİ AĞZINA DİKMƏK

    diqqətlə birinə qulaq asmaq, yaxud birinin nə edəcəyini səbirsizliklə, diqqətlə gözləmək.

    Полностью »
  • GÖZLƏRİNİ DOLANDIRMAQ

    ətrafa göz gəzdirmək, dörd tərəfini seyr etmək.

    Полностью »
  • GÖZLƏRİNİ DÖRD AÇMAQ

    həddindən artıq həssas və diqqətli olmaq.

    Полностью »
  • GÖZLƏRİNİ HƏYATA YUMMAQ

    ölmək, vəfat etmək; ~ dünyadan köçmək.

    Полностью »
  • GÖZLƏRİNİ OXŞAMAQ

    xoşlamaq, bəyənmək, gözünə xoş gəlmək.

    Полностью »
  • GÖZLƏRİNİ SÜZDÜRMƏK

    əzilib-büzülmək, özünü naza qoymaq.

    Полностью »
  • GÖZLƏRİNİ YOLDA QOYMAQ

    gözlətmək, intizarda qoymaq.

    Полностью »
  • GÖZÜ AÇILMAQ

    dərk etməyə başlamaq, ayılmaq, fəaliyyətə, hərəkətə gəlmək, yaxşı-yamanı ayırd etmək; ~ qəflət yuxusundan ayılmaq (oyanmaq)

    Полностью »
  • GÖZÜ AĞZINDA OLMAQ

    başqasının nə deyəcəyini gözləmək; əmrə müntəzir dayanmaq.

    Полностью »
  • GÖZÜ ALMAQ

    dərhal görmək, diqqətini cəlb etmək, diqqət yetirmək.

    Полностью »
  • GÖZÜ ARXASINCA (DALINCA) QALMAQ

    baxmaqdan doymamaq, ürəyinə yatdığı bir şeyi və ya bir kəsi arzulamaq; ~ gözü doymamaq, ürəyi qalmaq

    Полностью »
  • GÖZÜ ATMAMAQ

    istəməmək, xüsusi istəyi olmamaq, çox arzulamamaq, ürəyi getməmək, fərqində olmamaq.

    Полностью »
  • GÖZÜ AYAĞININ ALTINI GÖRMƏMƏK

    hədsiz təkəbbürlü olmaq, heç kəsi saymamaq, azğınlaşmaq, harınlamaq.

    Полностью »
  • GÖZÜ-BAŞI QAYNAMAQ

    bax: gözləri qaynamaq.

    Полностью »
  • GÖZÜ DOYMAMAQ

    1. Həris olmaq, tamahkarlıq eləmək, hər şeydə gözü qalmaq; acgözlük eləmək, gözü yemək dalınca qalmaq

    Полностью »
  • GÖZÜ DÜŞMƏK

    aşiq olmaq, vurulmaq, sevmək; ~ gözü qalmaq, gözü tutmaq.

    Полностью »
  • GÖZÜ GƏZMƏK

    hər tərəfə baxmaq, kimisə və ya nəyi isə axtarmaq.

    Полностью »
  • GÖZÜ GÖTÜRMƏMƏK

    paxıllıq etmək, başqasının uğurlarına sevinməmək; ~ gözünə batmaq, gözünə girmək.

    Полностью »
  • GÖZÜ HEÇ NƏYİ GÖRMƏMƏK

    bax: gözünə heç nə görünməmək.

    Полностью »
  • GÖZÜ KƏLLƏSİNƏ ÇIXMAQ

    həddən artıq təəccüblənmək; ~ heyrətə gəlmək, gözləri dörd olmaq.

    Полностью »
  • GÖZÜ-KÖNLÜ AÇILMAQ

    şadlanmaq, sevinmək, fərəhlənmək; ~ ürəyi açılmaq, könlü açılmaq.

    Полностью »
  • GÖZÜ-KÖNLÜ TOX

    dünya malında gözü olmayan, nəfsinə yiyəlik edən.

    Полностью »
  • GÖZÜ QALMAQ

    baxa-baxa qalmaq, bir şeyin həsrətində olmaq, istəmək, unuda bilməmək, bir şeyin xoş təsirindən qurtara bilməmək; ~ gözünü çəkə bilməmək; gözü düşmək,

    Полностью »
  • GÖZÜ QANLI

    intiqam hissi ilə coşan, dəli-dolu.

    Полностью »