Фразеологический словарь азербайджанского языка

  • GÖZÜ SATAŞMAQ

    təsadüfən bir şey görmək, birdən görmək; ~ gözünə ilişmək.

    Полностью »
  • GÖZÜ SU İÇMƏMƏK

    şübhələnmək, inanmamaq, etibar etməmək.

    Полностью »
  • GÖZÜ TUTMAQ

    bəyənmək, sevmək, xoşlamaq, aşiq olmaq; ~ könlünə yatmaq, gözü düşmək.

    Полностью »
  • GÖZÜ ÜSTÜNDƏ OLMAQ

    muğayat olmaq; ~ göz-qulaq olmaq, nəzərini üstündən çəkməmək; nəzarət etmək; ~ başının üstündə durmaq

    Полностью »
  • GÖZÜ YEMƏMƏK

    bir işin öhdəsindən gələcəyinə əmin olmamaq; qorxmaq, çəkinmək, ehtiyat etmək.

    Полностью »
  • GÖZÜ YIĞILMAQ

    əl çəkmək, bir işə son vermək.

    Полностью »
  • GÖZÜ YOL ÇƏKMƏK

    bir şeyə gözünü zilləyib fikrə dalmaq.

    Полностью »
  • GÖZÜ YOLDA QALMAQ

    kiminsə gəlişini intizarla gözləmək; ~ gözü qapıda qalmaq, gözünün kökü saralmaq.

    Полностью »
  • GÖZÜM AYDIN

    hər hansı xəbərə biganə münasibət bildirən ifadə; adətən, ikrah hissi və etiraz əlaməti olaraq işlədilir

    Полностью »
  • GÖZÜM ÜSTƏ

    can-başla, bəçeşm, məmnuniyyətlə; ~ baş üstə.

    Полностью »
  • GÖZÜM ÜSTƏ YERİ VAR

    kiminsə gəlişinə xoş münasibət, hörmət və məmnunluq bildirən ifadə.

    Полностью »
  • GÖZÜMÇIXDIYA SALMAQ

    sıxışdırmaq, narahat etmək, incitmək, təzyiq altda saxlamaq; ~ göz verib işıq verməmək, qoz qabığına soxmaq (salmaq)

    Полностью »
  • GÖZÜMÜN İKİSİ DƏ AYDIN

    bax: gözüm aydın.

    Полностью »
  • GÖZÜN ÜSTƏ QAŞIN VAR DEMƏMƏK

    incə, xoş davranmaq, qəlbə toxunacaq söz söyləməmək, irad bildirməmək; ~ güldən ağır söz  deməmək.

    Полностью »
  • GÖZÜNDƏ BÖYÜMƏK

    kiminsə yanında hörməti artmaq.

    Полностью »
  • GÖZÜNDƏ CANLANMAQ

    bax: təsəvvürünə gətirmək.

    Полностью »
  • GÖZÜNDƏ KİÇİLMƏK (BALACALAŞMAQ)

    kiminsə nəzərində hörməti, nüfuzu aşağı düşmək.

    Полностью »
  • GÖZÜNDƏ QALDIRMAQ

    etibarını, hörmətini daha da artırmaq.

    Полностью »
  • GÖZÜNDƏ QALMAQ

    istəyinə, arzusuna nail olmamaq; ~ boğazında qalmaq, ürəyində qalmaq.

    Полностью »
  • GÖZÜNDƏ QOYMAQ

    bax: ürəyində qoymaq.

    Полностью »
  • GÖZÜNDƏ UCALMAQ

    kiminsə nəzərində hörməti, nüfuzu artmaq.

    Полностью »
  • GÖZÜNDƏ YUXU OLMAMAQ

    az yatmaq, tez oyanmaq.

    Полностью »
  • GÖZÜNDƏN BATMAQ

    1. Mənbəyindən qurumaq, su çıxmamaq.  2. Məhv olmaq, bərbad olmaq, heç-puç olmaq.

    Полностью »
  • GÖZÜNDƏN DÜŞMƏK

    1. Bir şeyə qarşı marağını itirmək, daha maraqlanmamaq.  2. Etibarını, inamını itirmək; ~ gözdən düşmək

    Полностью »
  • GÖZÜNDƏN GƏTİRMƏK (TÖKMƏK)

    peşman etmək; ~ haram eləmək, əhvalını korlamaq, burnundan gətirmək (tökmək).

    Полностью »
  • GÖZÜNDƏN İTMƏK

    uzaqlaşaraq yox olmaq; görməmək.

    Полностью »
  • GÖZÜNDƏN KƏNARA QOYMAMAQ

    öz yanında saxlamaq, daim nəzarəti altında saxlamaq; ~ göz-qulaq olmaq.

    Полностью »
  • GÖZÜNDƏN QAÇMAMAQ

    hər şeyi görmək, duymaq, hər işə fikir vermək, diqqətli, ayıq-sayıq olmaq.

    Полностью »
  • GÖZÜNDƏN QAN DAMMAQ

    intiqam hissi ilə alışıb-yanmaq,  qisas almağa hazır olmaq; ~ gözünə heç nə görünməmək.

    Полностью »
  • GÖZÜNDƏN OD ÇIXMAQ

    heyrətdən, təəccübdən, qəzəbdən gözü (gözləri) parlamaq, bərəlmək.

    Полностью »
  • GÖZÜNDƏN OD TÖKÜLMƏK

    1. Zirək, çox çevik və diribaş olmaq.  2. Bərk hirsli, qəzəbli olmaq; ~ gözündən şimşək çaxmaq.

    Полностью »
  • GÖZÜNDƏN ŞİMŞƏK ÇAXMAQ

    çox hirslənmək, qəzəblənmək, hiddətlənmək; ~ hirsi başına (təpəsinə) vurmaq, tüstüsü təpəsindən (başından) çıxmaq

    Полностью »
  • GÖZÜNDƏN TÜK DƏ YAYINMAZ

    son dərəcə ayıq-sayıq, diqqətli olan adam haqqında işlədilən ifadə.

    Полностью »
  • GÖZÜNDƏN VURMAQ

    məsələnin əsas məğzini, nüvəsini, mahiyyətini məharətlə çatdırmaq; birisini tutarlı dəlillərlə susdurmaq, əsas məsələni deməklə cavabını vermək

    Полностью »
  • GÖZÜNDƏN ... YAĞMAQ

    xarakteri (biclik, hiyləgərlik, yaramazlıq və s.) baxışlarından bilinmək, necə adam olduğu üzündən hiss edilmək, nəyə qadir olduğu sir-sifətindən görü

    Полностью »
  • GÖZÜNDƏN YAYINMAQ

    1. Xəlvət keçmək.  2. Diqqətsiz olmaq, nəyisə unutmaq; ~ nəzərdən qaçırmaq (yayınmaq).

    Полностью »
  • GÖZÜNƏ AĞ SALMAQ

    əzab-əziyyət vermək, qorxutmaq, incitmək.

    Полностью »
  • GÖZÜNƏ BATMAQ

    bax: gözü götürməmək.

    Полностью »
  • GÖZÜNƏ BİRTƏHƏR DƏYMƏK

    pərişan, halsız, xəstə görünmək.

    Полностью »
  • GÖZÜNƏ ÇİMİR GƏLMƏMƏK

    az da olsa, yata bilməmək.

    Полностью »
  • GÖZÜNƏ DURMAQ

    çətin görünmək, işə həvəssiz yanaşmaq; ~ gözü yeməmək.

    Полностью »
  • GÖZÜNƏ GİRMƏK

    bax: gözü götürməmək.

    Полностью »
  • GÖZÜNƏ GÖRÜNMƏK

    mövcud olmadığı halda görünmək; ~ qara basmaq.

    Полностью »
  • GÖZÜNƏ HEÇ NƏ GÖRÜNMƏMƏK

    çox hirsli olmaq; həddən artıq qayğılı, kədərli olmaq; ~ dünya gözündə deyil.

    Полностью »
  • GÖZÜNƏ İLAN-QURBAĞA GÖRÜNMƏK

    xoşu gəlməmək, gözünə pis görünmək.

    Полностью »
  • GÖZÜNƏ İLİŞMƏK

    bax: gözü sataşmaq.

    Полностью »
  • GÖZÜNƏ İŞIQ GƏLMƏK

    dirçəlmək, canlanmaq, ümidlənmək; ~ ürəyinə təpər gəlmək, gözləri parıldamaq.

    Полностью »
  • GÖZÜNƏ KÖLGƏ ÇÖKMƏK

    arıqlamaq, zəifləmək; ~ gözləri çuxura (quyuya) düşmək.

    Полностью »
  • GÖZÜNƏ QARA SU GƏLMƏK

    çox əzablar çəkmək.

    Полностью »
  • GÖZÜNƏ QARANLIQ ÇÖKMƏK

    özünü pis hiss etmək, halı pisləşmək, bir anlığa heç nə görə bilməmək; ~ gözləri qaralmaq, dünya gözlərində qaralmaq

    Полностью »