Фразеологический словарь азербайджанского языка

  • GÖZ ATMAQ

    nəzər salmaq, diqqət yetirmək; nəyisə (qəzet, yazı və s.) yüngülvarı nəzərdən keçirmək.

    Полностью »
  • GÖZ BASMAQ

    nəyəsə gözlə işarə etmək; ~ göz vurmaq.

    Полностью »
  • GÖZ ÇIXARTMAQ

    hər hansı uğuru, davranışı, var-dövləti və s. ilə onu istəməyən bir başqasında qısqanclıq, paxıllıq hissi oyatmaq

    Полностью »
  • GÖZ DƏYMƏK

    inanca görə, kiminsə baxışından ziyan çəkmək, zərər görmək; ~ gözə gəlmək, nəzər dəymək, nəzərə gəlmək, pis nəfəsə gəlmək

    Полностью »
  • GÖZ DƏYMƏSİN

    yaxşı gedən işin pozulacağından ehtiyat edərkən işlədilən ifadə; ~ şeytan qulağı kar olsun, qulaqlara qurğuşun

    Полностью »
  • GÖZ DİKMƏK

    1. Bir şeyi ələ keçirmək arzusunda olmaq, sahib olmağa çalışmaq.  2. Yeganə ümid yeri olmaq, arxayın olmaq; ~ bel bağlamaq

    Полностью »
  • GÖZ DOLUSU

    şövqlə, həvəslə, istədiyi qədər (baxmaq).

    Полностью »
  • GÖZ DUSTAĞI

    nəzarətə alınan, ciddi nəzarətdə olan.

    Полностью »
  • GÖZ GƏZDİRMƏK (DOLANDIRMAQ)

    ötəri baxmaq, yoxlamaq; ~ nəzər salmaq, gözdən keçirmək.

    Полностью »
  • GÖZ GÖRƏ-GÖRƏ

    аçıq-аşkаr; ~ göz qabağında.

    Полностью »
  • GÖZ GÖTÜRMƏMƏK

    paxıllıq etmək, istəməmək, qəbul etməmək.

    Полностью »
  • GÖZ-GÖZƏ GƏLMƏK

    qarşılaşmaq, bir-birinə baxmaq.

    Полностью »
  • GÖZ-GÖZƏ QALMAQ

    təkbətək, üz-üzə, ikilikdə qalmaq.

    Полностью »
  • GÖZ GÖZÜ GÖRMƏMƏK

    çox qaranlıq, zülmət olmaq, heç bir şey seçilməmək.

    Полностью »
  • GÖZ İŞLƏDİKCƏ

    gözün görə biləcəyi qədər, ucsuz-bucaqsız.

    Полностью »
  • GÖZ-KÖNÜL OXŞAYAN

    xoşa gələn, ürəkaçan, sevinc gətirən.

    Полностью »
  • GÖZ QABAĞINDA

    üzdə, aşkarda, hamının görə biləcəyi yerdə; ~ göz görə-görə.

    Полностью »
  • GÖZ QAMAŞDIRMAQ

    çox güclü təsir etmək, heyran etmək.

    Полностью »
  • GÖZ-QAŞINI OYNATMAQ

    əzilib-büzülmək; ~ özünü naza qoymaq.

    Полностью »
  • GÖZ QAYTARMAQ

    pis nəzərlərdən, bəd niyyətlərdən qorunmaq üçün özünü, imkanlarını olduğundan daha zəif, solğun təqdim etmək

    Полностью »
  • GÖZ QIRMAQ

    hədələmək, qorxutmaq; ~ gözünün odunu almaq.

    Полностью »
  • GÖZ QIRPIMINDA

    bax: bir göz qırpımında.

    Полностью »
  • GÖZ QOYMAQ

    hiss etdirmədən diqqətlə baxmaq, müşahidə etmək; nəzarət etmək; ~ gözdən qoymamaq, nəzarət altında saxlamaq

    Полностью »
  • GÖZ-QULAQ OLMAQ

    muğayat olmaq, himayə etmək, nəzarət etmək; ~ gözdən qoymamaq, üstündə göz olmaq, üstündə durmaq, başının üstündə durmaq, gözü üstündə olmaq, gözündən

    Полностью »
  • GÖZ OXŞAMAQ

    gözəl görünmək; ~ xoş gəlmək, ürəyə yatmaq.

    Полностью »
  • GÖZ OLMAQ

    nəzarət etmək; muğayat olmaq, qayğı göstərmək.

    Полностью »
  • GÖZ ÖNÜNƏ ALMAQ

    təhlükəni nəzərə alaraq hərəkət etmək.

    Полностью »
  • GÖZ ÖNÜNƏ GƏTİRMƏK

    xatırlamaq; ~ təsəvvüründə canlandırmaq, yada salmaq.

    Полностью »
  • GÖZ ÜSTƏ SAXLAMAQ

    əzizləmək, göz bəbəyi kimi qorumaq; ~ əziz tutmaq.

    Полностью »
  • GÖZ VERİB İŞIQ VERMƏMƏK

    incitmək, davamlı əzab vermək, daim sıxışdırmaq, narahat etmək, təzyiq altda saxlamaq; ~ gözümçıxdıya salmaq, qoz qabığına soxmaq (salmaq), gününü göy

    Полностью »
  • GÖZ VURMAQ

    1. İşarə etmək üçün göz qapağını qaldırıb-endirmək; ~ göz basmaq, göz atmaq.  2. Sataşmaq.

    Полностью »
  • GÖZ YAŞI TÖKMƏK

    ağlamaq.

    Полностью »
  • GÖZ YAŞINA DƏM VERMƏK

    çox ağlamaq, göz yaşı tökmək; ~ qan ağlamaq.

    Полностью »
  • GÖZ YAŞLARINI BOĞA BİLMƏMƏK

    hıçqırtı ilə ağlamaq.

    Полностью »
  • GÖZ YETİRMƏK

    ötəri baxmaq, diqqət etmək; ~ nəzər salmaq, göz gəzdirmək, gözdən keçirmək.

    Полностью »
  • GÖZ YUMMAQ

    ciddi əhəmiyyət verməmək, nəzərə almamaq, boş buraxmaq, güzəştə getmək; ~ dərinə getməmək.

    Полностью »
  • GÖZ YUMUB-AÇINCA

    Bax: bir göz qırpımında

    Полностью »
  • GÖZALTI ELƏMƏK

    müəyyən məqsədlə kimisə və ya nəyisə hədəfə almaq, nəzərdə tutmaq, nəsə planlaşdırmaq.

    Полностью »
  • GÖZAYDINLIĞI VERMƏK

    hər hansı xoş hadisə ilə bağlı təbrik etmək.

    Полностью »
  • GÖZDAĞI ÇƏKDİRMƏK

    bax: gözdağı vermək.

    Полностью »
  • GÖZDAĞI VERMƏK

    mənəvi zərbə vurmaq, iztirab çəkməsinə səbəb olmaq; ~ gözdağı çəkdirmək.

    Полностью »
  • GÖZDƏ-QULAQDA OLMAQ

    ciddi nəzarət etmək, təqib etmək, davamlı izləmək; ~ nəzarətdə saxlamaq.

    Полностью »
  • GÖZDƏN DÜŞMƏK

    əvvəlki hörmətini itirmək, sayılmamaq; ~ etibardan düşmək, nüfuzdan düşmək, nəzərdən düşmək, ulduzu batmaq

    Полностью »
  • GÖZDƏN İTİ

    görmə qabiliyyəti yaxşı olan, itigözlü.

    Полностью »
  • GÖZDƏN İTİRMƏK

    uzaqlaşdığı üçün artıq görə bilməmək.

    Полностью »
  • GÖZDƏN İTMƏK

    görünməz olmaq, yox olmaq, tez çıxıb getmək.

    Полностью »
  • GÖZDƏN KEÇİRMƏK

    ötəri baxmaq, səthi yoxlamaq; ~ nəzər salmaq, göz gəzdirmək (dolandırmaq), göz yetirmək.

    Полностью »
  • GÖZDƏN QAÇIRMAQ

    diqqətsiz olmaq; ~ nəzərdən qaçırmaq.

    Полностью »
  • GÖZDƏN QAÇMAQ

    diqqətdən kənarda qalmaq, əhəmiyyət verilməmək; ~ diqqətdən yayınmaq, nəzərdən qaçmaq (yayınmaq).

    Полностью »
  • GÖZDƏN QOYMAMAQ

    daim nəzarətdə saxlamaq, bütün hərəkətlərinə fikir vermək, izləmək, təqib etmək; ~ göz qoymaq, göz-qulaq olmaq

    Полностью »