Фразеологический словарь азербайджанского языка

  • YAXASI ƏLƏ KEÇMƏK

    tutulmaq, yaxalanmaq.

    Полностью »
  • YAXASINDAN ASILIB QALMAQ

    əl çəkməmək, zəli kimi yapışmaq.

    Полностью »
  • YAXASINDAN ƏL ÇƏKMƏK

    təqibi, sorğu-sualı dayandırmaq; aralanmaq, çıxıb getmək, uzaqlaşmaq.

    Полностью »
  • YAXASINI CIRMAQ (YIRTMAQ)

    canfəşanlıqla nəyi isə sübut etmək; ağlamaq, fəğan etmək; ~ özünü yeyib-tökmək (dağıtmaq).

    Полностью »
  • YAXASINI ƏLDƏ QOYMAQ

    cavabdeh halına salmaq, mübahisə obyektinə çevirmək; ~ işə salmaq.

    Полностью »
  • YAXASINI ƏLƏ VERMƏMƏK

    yaxalanmamaq, tutulmamaq, ehtiyatlı olmaq; tələbi, xahişi olan birisi ilə görüşdən qaçmaq, yayınmaq; ~ ətəyi ələ verməmək, quyruq ələ verməmək

    Полностью »
  • YAXASINI QIRAĞA (KƏNARA) ÇƏKMƏK

    bir işə qarışmamaq, qoşulmamaq, məsuliyyətdən qaçmaq; ~ özünü qırağa (kənara) çəkmək, boyun qaçırmaq

    Полностью »
  • YAXASINI QURTARMAQ

    xilas olmaq; ~ canını qurtarmaq.

    Полностью »
  • YAXASINI TANIMAQ

    dadanmaq, bir adama daim bir şey üçün müraciət etmək.

    Полностью »
  • YAXIN YERƏ YÜK DAŞIMAQ

    dan. yemək (zarafat və ya istehza ilə).

    Полностью »
  • YAXINA BURAXMAMAQ (QOYMAMAQ)

    xoşlamamaq, qəbul etməmək, istəməmək; ehtiyatlanmaq, çəkinmək; ~ yüz metrliyindən qaçmaq, yan gəzmək

    Полностью »
  • YAXŞI BAXMAQ

    xüsusi diqqət göstərmək; ~ əl üstündə saxlamaq.

    Полностью »
  • YAXŞI OLDU

    bax: əcəb oldu.

    Полностью »
  • YAXŞILIĞI DƏYMƏK

    kiməsə kömək etmək; ~ xeyri dəymək (keçmək).

    Полностью »
  • YAXŞILIĞI İTİRMƏK

    nankor olmaq, naxələflik etmək; ~ çörəyi itirmək, çörəyi dizinin üstündə olmaq, naxələf çıxmaq.

    Полностью »
  • YALA HÜRMƏK

    yaltaqlanmaq, yarınmaq; ~ qılığına girmək.

    Полностью »
  • YALAN SATMAQ

    aldatmaq, yalan demək.

    Полностью »
  • YALANA YAMAQ OLMAMAQ

    uydurma və yalan bir şeyə dəstək olmamaq, haqsız olana qol-qanad verməmək.

    Полностью »
  • YALANÇINI MƏNZİLİNƏ KİMİ QOVMAQ

    birisinin verdiyi sözün, vədin, dediyi fikrin dürüst olub-olmadığını sona kimi yoxlamaq.

    Полностью »
  • YALI ARTIQ DÜŞMƏK

    var-dövlətinin çox olmasından harınlamaq, qudurmaq; ~ yemi artıq düşmək, arpası artıq düşmək.

    Полностью »
  • YAMAQ VURMAQ

    lazımsız və uyğun olmayan əlavələr etmək.

    Полностью »
  • YAMAN GÜNƏ DÜŞMƏK (QALMAQ)

    bax: pis günə düşmək (qalmaq).

    Полностью »
  • YAMAN GÜNƏ QOYMAQ (SALMAQ)

    bax: pis günə qoymaq (salmaq).

    Полностью »
  • YAMAN YERDƏ AXŞAMLAMAQ

    çətin vəziyyətə düşmək, gözlənilmədən başqa iş çıxmaq; ~ pis yerdə axşamlamaq.

    Полностью »
  • YAN ALMAQ

    yaxınlaşmaq (sahilə, limana və s.).

    Полностью »
  • YAN BAXMAQ

    bəyənməmək, həqarətlə baxmaq, pis münasibət bəsləmək.

    Полностью »
  • YAN GƏZMƏK

    bax: uzaq gəzmək.

    Полностью »
  • YANAĞINDAN QAN DAMMAQ

    sağlam, dolu, qırmızıyanaq olmaq, gümrah olmaq.

    Полностью »
  • YANAĞINDAN YAĞ DAMMAQ

    sağlam, dolu, kefi kök, tox olmaq.

    Полностью »
  • YANAN ÇIRAĞI KEÇMƏK (SÖNMƏK)

    ən sevimli, ən yaxın bir kəsi qəflətən vəfat eləmək.

    Полностью »
  • YANAN DA MƏN, YAMAN DA MƏN

    bir şeyə, şəxsə çox can yandırdığı halda günahlandırılan adamın özü haqqında işlətdiyi ifadə.

    Полностью »
  • YANAN OCAĞA NÖYÜT TÖKMƏK

    dan. qızışdırmaq, qəzəblənmiş adamı daha kəskin addımlar atmağa təhrik etmək; ~ sobaya odun atmaq, odun üstünə yağ tökmək, yanğına körüklə getmək

    Полностью »
  • YANDI-QINDI VERMƏK

    bax: yanıq vermək.

    Полностью »
  • YANĞINA KÖRÜKLƏ GETMƏK

    bax: odun üstünə yağ tökmək.

    Полностью »
  • YANIQ VERMƏK

    qəsdən hirsləndirmək, qızışdırmaq; ~ acıq vermək, yandı-qındı vermək.

    Полностью »
  • YANINA ÇƏKMƏK

    öz tərəfinə çəkmək; himayədarlıq etmək.

    Полностью »
  • YANINDA TOYA GETMƏLİDİR

    birisi ilə müqayisədə “nisbətən yaxşıdır” mənasında işlədilən ifadə.

    Полностью »
  • YANINDAN YEL KEÇMƏMİŞ...

    çox həssas, küsəyən, eləcə də soyuğa dözümü olmayan, tez-tez xəstələnən adam haqqında işlədilən ifadə

    Полностью »
  • YANINI KƏSDİRMƏK

    yanından ayrılmamaq; ~ başının üstünü kəsmək (kəsdirmək).

    Полностью »
  • YANINI YERƏ QOYMAQ

    oturmaq, əyləşmək.

    Полностью »
  • YANINI YERƏ QOYMAMAQ

    boş oturmamaq, əlini işdən çəkməmək, dincəlməmək; ~ canını əziyyətə vermək.

    Полностью »
  • YARALI YERİNƏ TOXUNMAQ (DƏYMƏK)

    birinin gizli dərdi, çox həssas, incə və zəif yeri haqqında danışmaq; ~ çibanına toxunmaq.

    Полностью »
  • YARASI QUBAR ELƏMƏK

    bax: yarası təzələnmək.

    Полностью »
  • YARASI TƏZƏLƏNMƏK

    köhnə dərdi yada düşmək, həyəcanlanmaq, daxilən odlanmaq; ~ yarası qubar eləmək.

    Полностью »
  • YARASINA DUZ BASMAQ

    birinin dərdini yadına salıb pərişan etmək; ~ dərdini təzələmək, yarasını təzələmək, yarasının qaysağını (közünü) qoparmaq

    Полностью »
  • YARASINA MƏLHƏM QOYMAQ

    dərdini unutdurmaq; ~ təskinlik vermək.

    Полностью »
  • YARASINA TOXUNMAQ

    bax: yaralı yerinə toxunmaq.

    Полностью »
  • YARASINI TƏZƏLƏMƏK

    bax: yarasına duz basmaq.

    Полностью »
  • YARASININ QAYSAĞINI (KÖZÜNÜ) QOPARMAQ

    bax: yarasına duz basmaq.

    Полностью »
  • YARAŞIĞA GƏTİRMƏK

    səliqə-sahman yaratmaq, bir şeyin görünən, zahiri tərəfinə daha çox fikir vermək; ~ abra mindirmək.

    Полностью »