Фразеологический словарь азербайджанского языка

  • YARDIM ƏLİ UZATMAQ

    kömək etmək, dəstək olmaq; ~ əl tutmaq, kömək əli uzatmaq.

    Полностью »
  • YARI CANI QALMAQ

    həddindən artıq arıqlamaq, üzülmək, zəifləmək.

    Полностью »
  • YARI CANI YANINDA QALMAQ

    nigaran olmaq, həyəcan və iztirab keçirmək, narahat olmaq.

    Полностью »
  • YARI YOLDA QALMAQ

    başa çatdıra bilməmək, tamamlamamaq, yarımçıq qoymaq.

    Полностью »
  • YARI YOLDA QOYMAQ

    vəfasızlıq etmək, etibarsız olmaq, qoyub qaçmaq; ~ dönük çıxmaq, ilqarından dönmək.

    Полностью »
  • YARI YOLDAN QAYITMAQ

    tamamlamamaq, başa çatdırmamaq, yarımçıq qoymaq.

    Полностью »
  • YAS SAXLAMAQ (TUTMAQ)

    yaxın adamı üçün matəm qurmaq; ~ yasa batmaq, qara geymək, ağ çıxarıb qara geymək.

    Полностью »
  • YASA BATMAQ

    çox kədərlənmək, qəmlənmək; ~ matəmə batmaq, qan ağlamaq, qan-yaş axıtmaq, qan-yaş tökmək, qara geymək, yas saxlamaq (tutmaq), ağ çıxarıb qara geymək

    Полностью »
  • YASXANA QURMAQ

    ağlaşmaq; ~ qara geymək.

    Полностью »
  • YASI DÜŞMƏK

    bax: ölüsü düşmək.

    Полностью »
  • YASTIĞI YÜNGÜL OLSUN

    “tezliklə sağalsın” mənasında işlədilən ifadə, nitq etiketi.

    Полностью »
  • YASTIĞININ DİBİNİ KƏSDİRMƏK

    xəstənin yanından ayrılmamaq.

    Полностью »
  • YAŞ BOĞMAQ

    ağlamaq istəmək, qəhərlənmək; ~ gözləri dolmaq.

    Полностью »
  • YAŞA DOLMAQ

    qocalmaq; ~ ömür sürmək.

    Полностью »
  • YAŞIL İŞIQ

    maneəsiz, təhlükəsiz yol, açıq yol.

    Полностью »
  • YAŞIL İŞIQ YANDIRMAQ

    irəli getməsinə, özünü ifadə etməsinə hər cür imkan və şərait yaratmaq

    Полностью »
  • YATAĞA DÜŞMƏK

    bax: döşəyə düşmək.

    Полностью »
  • YATAĞA SALMAQ

    xəstələnməyinə səbəb olmaq; ~ azara salmaq.

    Полностью »
  • YATAĞINA QOR DOLMAQ

    narahat olmaq, yata bilməmək; ~ gözünə yuxu getməmək.

    Полностью »
  • YATAQDAN QALXMAQ

    sağalmaq, xəstəlikdən qurtarmaq; ~ azardan qalxmaq, yorğan-döşəkdən durmaq.

    Полностью »
  • YATSA, YUXUSUNA DA GİRMƏZDİ

    baş vermiş ağlasığmaz bir iş, hadisə haqqında deyilən ifadə.

    Полностью »
  • YAZIĞI GƏLMƏK

    rəhm etmək; ~ dərdinə yanmaq, rəhmi gəlmək, ürəyi yanmaq, ürəyi ağrımaq.

    Полностью »
  • YAZIQ GÜNƏ QALMAQ

    pis hala düşmək.

    Полностью »
  • YEDDİ ARXA DÖNƏNİ

    dan. ən qədim, ulu, çox uzaq (nəsil), ümumiyyətlə, nəsil, tayfa, əqrəba mənasında işlədilən ifadə.

    Полностью »
  • YEDDİ ARXIN SUYUNU BİR ARXA CALAMAQ

    çaşdırmaq, bir işi və ya məsələni daha da ağırlaşdırmaq; qarışıqlıq, hərc-mərclik yaratmaq; ~ yeddi dərədən su gətirmək, yeddi dərənin suyunu bir-biri

    Полностью »
  • YEDDİ ARŞIN QUYUNUN DİBİNƏ SALMAQ

    mənəvi və iqtisadi cəhətdən zərbə vurmaq, ağır xərcə salmaq.

    Полностью »
  • YEDDİ DƏRƏDƏN SU GƏTİRMƏK

    bax: yeddi arxın suyunu bir arxa calamaq.

    Полностью »
  • YEDDİ DƏRƏNİN SUYUNU BİR-BİRİNƏ QARIŞDIRMAQ

    bax: yeddi arxın suyunu bir arxa calamaq.

    Полностью »
  • YEDDİ DİVAR ARXASINDA SAXLAMAQ

    bax: yeddi möhür altında saxlamaq.

    Полностью »
  • YEDDİ QATINDAN KEÇMƏK

    yandırıb-yaxmaq, qəzəbləndirmək, bərk təsirləndirmək; ~ od qoymaq (vurmaq), dərinə işləmək.

    Полностью »
  • YEDDİ MÖHÜR ALTINDA SAXLAMAQ

    bir sirri, məlumatı gizli saxlamaq, heç kimə bildirməmək; ~ yeddi divar arxasında saxlamaq.

    Полностью »
  • YEDDİ YAYLIQ GÖTÜRÜB AĞLAMAQ

    üz-gözünü cırmaq, saçlarını yolmaq; ~ şivən qoparmaq (salmaq).

    Полностью »
  • YEDDİ YETİMLƏ BİR DƏRƏDƏ QALIB

    ərini itirmiş, çətinliklə dolanan, kasıb, çoxuşaqlı qadın haqqında işlədilən ifadə.

    Полностью »
  • YEDİYİ BURNUNDAN GƏLMƏK

    bax: burnundan gəlmək.

    Полностью »
  • YEDİYİ CANINA YATMAMAQ (SİNMƏMƏK)

    çox narahat olmaq, nuş olmamaq.

    Полностью »
  • YEDİYİ ÇÖRƏYƏ XOR (ƏYRİ) BAXMAQ

    bax: yediyi qaba tüpürmək.

    Полностью »
  • YEDİYİ QABA TÜPÜRMƏK

    nankorluq, nanəciblik etmək, yediyi çörəyə hörmət qoymamaq; ~ əməyi itirmək, oturduğu budağı baltalamaq (kəsmək)

    Полностью »
  • YEDİYİNİ BURNUNDAN GƏTİRMƏK

    bax: burnundan gətirmək (tökmək).

    Полностью »
  • YEDİYİNİ QUSMAQ

    bax: burnundan gəlmək.

    Полностью »
  • YEDİYİNİ ZƏHƏRƏ (ZƏHRİMARA) DÖNDƏRMƏK

    kefini, əhvalını pozmaq; ~ qanını qaraltmaq.

    Полностью »
  • YEKƏ YERDƏN DANIŞMAQ

    lovğalıq etmək, lovğa-lovğa danışmaq.

    Полностью »
  • YEL DƏYMƏMİŞ

    tez, isti-isti, köhnəlməmiş.

    Полностью »
  • YEL ƏSİB, QOZ TÖKÜLÜB

    gəlirli, xeyirli olduğu güman edilən, əslində isə boş, faydasız olan bir iş, yer haqqında işlədilən ifadə

    Полностью »
  • YEL QAYADAN NƏ APARDI

    hansısa hərəkətin, hücumun, sözün güclü hədəfə münasibətdə təsirsiz və əhəmiyyətsiz olduğunu bildirən ifadə

    Полностью »
  • YEL OLUB YANINDAN ÖTƏ BİLMƏMƏK

    gücü çatmamaq, təsir edə bilməmək; birisi ilə müqayisədə zəif olmaq.

    Полностью »
  • YEL VURUB YENGƏLƏR OYNAYIR

    dan. viranə, kimsəsiz, tərk edilmiş, xaraba qalmış yer haqqında işlədilən ifadə.

    Полностью »
  • YELÇƏKƏN YERİ OLMAQ

    nədənsə çəkinmək, müəyyən zəif cəhətləri, gizlində nöqsanları olmaq.

    Полностью »
  • YELDƏYİRMANI İLƏ DÖYÜŞMƏK

    əbəs yerə vaxt və enerji sərf etmək, mənasız, boş bir işlə məşğul olmaq.

    Полностью »
  • YELƏ SOVURMAQ

    bax: yelə vermək.

    Полностью »
  • YELƏ VERMƏK

    hədər etmək, heç etmək; ~ yelə sovurmaq.

    Полностью »