Фразеологический словарь азербайджанского языка

  • YELKƏNİ SUYA SALMAQ

    təslim olmaq; ~ ağ bayraq qaldırmaq, əlinin arxasını (dalını) yerə qoymaq.

    Полностью »
  • YEMƏK YEYƏNDƏ PİŞİYİN GÖZÜNÜ BAĞLAYIR

    çox xəsis, simic adam haqqında işlədilən ifadə.

    Полностью »
  • YEMİ ARTIQ DÜŞMƏK

    bax: yalı artıq düşmək.

    Полностью »
  • YEMİ DEYİL

    gücü çatmayan işə girişmiş şəxs haqqında “bacardığı iş deyil”, “imkanına, cibinə görə deyil” mənalarında işlədilən ifadə

    Полностью »
  • YER DƏMİ ALMAQ

    yuxudan oyandıqdan sonra bir müddət yataqda uzanıb qalmaq, çarpayıdan qalxmağa tənbəllik etmək.

    Полностью »
  • YER-GÖY QAN AĞLAMAQ

    böyük faciə baş vermək, fəlakətlə üzləşmək.

    Полностью »
  • YER-GÖY TUTMAMAQ

    lap çox miqdarda olmaq, yerləşməmək.

    Полностью »
  • YER SALMAQ

    yatmaq üçün bir yerdə yorğan-döşək sərmək, yatmaq üçün yer rahlamaq.

    Полностью »
  • YER YARILSA, YERƏ GİRƏRDİ

    hər hansı əməldən çox utanıb xəcalət çəkən adam haqqında işlədilən ifadə; ~ üzünə baxa bilməmək.

    Полностью »
  • YERDƏN GÖYƏCƏN RAZI QALMAQ

    həddən artıq razı olmaq.

    Полностью »
  • YERƏ BATMAQ

    izi-tozu, əsər-əlaməti qalmamaq; ~ yoxa çıxmaq.

    Полностью »
  • YERƏ DÜŞMƏYƏ QOYMAMAQ

    tez alınmaq, sürətlə satılmaq, paylanmaq.

    Полностью »
  • YERƏ GİRMƏK

    çox utanmaq, utanıb sıxılmaq; ~ xəcalət çəkmək, üzünə baxa bilməmək.

    Полностью »
  • YERƏ-GÖYƏ SIĞMAMAQ

    1. Çox sevinmək, çox şad olmaq, son dərəcə məsud, xoşbəxt olmaq; ~ ... dünyaya sığmamaq, uçmağa qanadı olmamaq

    Полностью »
  • YERƏ QOYMAQ

    vərdişini unutmaq, tərgitmək.

    Полностью »
  • YERƏ MIXLANMAQ

    qorxudan, həyəcandan və s.-dən hərəkət edə bilməmək, tərpənməmək, donub-qalmaq; ~ yerində quruyub qalmaq

    Полностью »
  • YERƏ SOXMAQ

    başını aşağı etmək, xəcil etmək; danlamaq, rəzil etmək; ~ abrını vermək (almaq).

    Полностью »
  • YERƏ VURMAQ

    itirmək, heç etmək, puç etmək (adətən, “zəhmət”, “haqq-say” və s. sözlərlə işlənir).

    Полностью »
  • YERİ DÜŞƏNDƏ

    münasib olanda, məqamı çatanda.

    Полностью »
  • YERİ GƏLMƏK (DÜŞMƏK)

    məqamı çatmaq, uyğun, münasib olmaq.

    Полностью »
  • YERİ GƏLMİŞKƏN

    söhbətin mövzusu ilə bağlı, habelə ona əlavə olaraq və ya yeni mövzuya keçid məqsədilə işlədilən ifadə; ~ söz sözü gətirər (çəkər)

    Полностью »
  • YERİ GÖRÜNMƏK

    yoxluğu hiss olunmaq, arzulanmaq.

    Полностью »
  • YERİ VAR

    slenq. situasiyaya uyğun olan, yerinə düşən bir şey haqqında işlədilən ifadə. 

    Полностью »
  • YERİ YOXDUR

    yerinə düşməyən, lazım olmayan, situasiyaya uyğun gəlməyən bir şey haqqında işlədilən ifadə.

    Полностью »
  • YERİN ALTINI DA BİLİR, ÜSTÜNÜ DƏ

    hər şeydən məlumatlı, çoxbilmiş adam haqqında işlədilən ifadə.

    Полностью »
  • YERİN MƏLUM

    dan. “kaş sən də burada (orada) olaydın” mənasında işlədilən ifadə.

    Полностью »
  • YERİNDƏ DONUB-QALMAQ

    bax: yerində quruyub qalmaq.

    Полностью »
  • YERİNDƏ FARAĞAT OTURMAMAQ

    qarışıqlıq salmaq, şuluqluq etmək, sakitləşməmək; ~ dinc durmamaq (oturmamaq).

    Полностью »
  • YERİNDƏ QALMAQ

    1. Olduğu yerdəcə ölmək.  2. İşini, vəzifəsini dəyişməmək, irəliləməmək; ~ yerində oturmaq.

    Полностью »
  • YERİNDƏ QURUMAQ

    bax: yerində quruyub qalmaq.

    Полностью »
  • YERİNDƏ QURUYUB QALMAQ

    gözlənilməz bir hərəkətdən və ya xəbərdən bərk təsirlənmək, heyrətlənmək, təəccüblənmək; ~ mat qalmaq, yerində donub-qalmaq, yerində qurumaq, yerə mıx

    Полностью »
  • YERİNDƏ OTURTMAQ

    bax: yerini göstərmək.

    Полностью »
  • YERİNDƏ SAYMAQ

    inkişaf etməmək, irəliləməmək, olduğu yerdə qalmaq.

    Полностью »
  • YERİNDƏN ELƏMƏK

    1. Öz əsas işindən ayrılmasına, avara qalmasına səbəb olmaq.  2. Yerindən, yuvasından məhrum etmək.

    Полностью »
  • YERİNDƏN QOPMAQ

    birdən yerindən sıçramaq, atılmaq, qalxmaq.

    Полностью »
  • YERİNDƏN OYNAMAQ

    laxlamaq, mizan-tərəzi pozulmaq; ~ mehvərindən oynamaq.

    Полностью »
  • YERİNDƏN OYNATMAQ

    laxlatmaq, tərpətmək, hərəkətə məcbur etmək; şirnikləndirmək, bir şeyə həvəsləndirmək.

    Полностью »
  • YERİNDƏN-YURDUNDAN ELƏMƏK

    bax: yerindən eləmək.

    Полностью »
  • YERİNƏ DÜŞMƏK

    münasib vaxtda, məqamında deyilən söz, edilən hərəkət, görülən iş və s. haqqında.

    Полностью »
  • YERİNƏ GÖZ DİKMƏK

    vəzifəsini, işini ələ keçirməyə çalışmaq.

    Полностью »
  • ... YERİNƏ QOYMAQ

    adətən, “axmaq”, “maymaq”, “avam”, “hərif” və s. sözlərlə işlənərək “hesab etmək”, “saymaq” mənası verir

    Полностью »
  • YERİNƏ SU CALAMAQ

    rahatlığını pozmaq, narahatlıq yaratmaq.

    Полностью »
  • YERİNƏ YETİRMƏK

    icra etmək, gerçəkləşdirmək; ~ həyata keçirmək.

    Полностью »
  • YERİNƏ YETMƏK

    tətbiq olunmaq,  icra olunmaq, gerçəkləşmək; ~ həyata keçmək.

    Полностью »
  • YERİNİ BƏRKİTMƏK (MÖHKƏMLƏNDİRMƏK)

    yaxşı işi, xoş rəftarı ilə hörmət qazanmaq; ~ yerini şirin salmaq.

    Полностью »
  • YERİNİ BİLMƏK

    mədəni, nəzakətli, tərbiyəli olmaq; öz imkanlarına bələd olmaq, layiq olduğu mövqedə dayanmaq; ~ həddini bilmək

    Полностью »
  • YERİNİ GÖSTƏRMƏK

    çox lovğa, iddialı adama əslində nəyə qadir olduğunu anlatmaq, bildirmək; ~ qabağına qoz qoymaq, yerində oturtmaq, ipini çəkmək (yığmaq), dərs vermək

    Полностью »
  • YERİNİ İSTİ ELƏMƏK (SALMAQ)

    bax: yerini şirin salmaq.

    Полностью »
  • YERİNİ ŞİRİN SALMAQ

    yaltaqlanmaq, özünü yaxşı, canıyanan göstərmək; ~ yerini isti eləmək (salmaq), yuxa qulağı sulamaq, yerini bərkitmək (möhkəmləndirmək)

    Полностью »
  • YERİŞİNƏ HARAM QATMAQ

    yerişini bir qədər sürətləndirmək, tez-tez yerimək.

    Полностью »