bax araqarışdıran
zərf məh. Arada bir gecə yatmaqla (bir günlükdən uzaq olan yol haqqında)
sif. və is. Axtaran, arayan
is. 1. Arama, axtarma işi. 2. Bir şey haqqında şifahi və ya yazılı məlumat. Arayış almaq. Arayış vermək
is. [fars.] klas. Bəzək, zinət. Olub arayişi-baği-səadət cəhlpərvərlər; Neçin arif yaşar dünyada bədbəxtanə, bilməm ki? M
is. Azərbaycan musiqisində təbiət və insan gözəlliyini vəsf edən lirik xarakterli, gümrah və nikbin təsirli vokalinstrumental pyes
[lat.] bax münsif
[fr.] Münsiflər məhkəməsi; idarələr, müəssisələr, təşkilatlar arasındakı mübahisəni həll edən idarənin adı
sif. bot. Ardıc (ağac). Arçan ağacı daşa dönmüş, fəqət torpaq olmamışdır. S.Vurğun. Buxarıda alışır; Quru arçan odunu
is. 1. Arxa, dal. Yükü ardına almaq. □ Ardına (ardınca) düşmək – dalınca düşmək, izləmək. Pul ardına düşmək
is. bot. Sərv ağacı fəsiləsindən olub, çox zaman qayalıqlarda bitən iynəyarpaqlı, həmişəyaşıl kol, ya ağac
1. sif. Müəyyən bir fikri, məsləki təqib edərək, dönmədən onun ardınca gedən. Ardıcıl inqilabçılar. Ardıcıl materialistlər
is. 1. Müəyyən bir fikri, məsləki dönmədən təqib etmə, axıra qədər onun ardınca getmə. Fikirdə ardıcıllıq
zərf Dalınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Ardınca getmək. Bir-birinin ardınca gəlmək
is. [lat.] Müxtəlif qəbildən olan şeylərin (dil, xalq, heyvan, bitki və s.) yayıldığı ərazi. Arealın müqayisəli öyrənilməsi
is. [lat.] 1. Sirk səhnəsi. Müasir sirkdə arena manej adlanır. 2. Fəaliyyət göstərilən yer. 3. biol. Orqanizmin mövcud olduğu bütün yerlərin məcmusu
sif. [fars.] köhn. Bəzənmiş, bəzəkli, düzəlmiş. □ Arəstə olmaq – bəzəkdüzəyi, yaxud nizam və qaydası hazır olmaq
f. köhn. Bəzəyərək hazır etmək, düzəldib hazırlamaq
[alm.] mus. Üzərinə simlər çəkilmiş böyük üçbucaq çərçivə şəkilli barmaqla (mizrabsız) çalınan musiqi aləti; cəng
is. Arfa çalan çalğıçı
is. toxuc. Xalçada, gəbədə və ümumiyyətlə toxunan şeylərdə eninə gedən ip (əriş müqabili). Arğac sapı sarıyan maşın quruldu
“Arğaclamaq”dan f.is
f. toxuc. Xananın arğacını keçirmək
“Arğaclanmaq”dan f.is
məch. toxuc. Xanaya arğac keçirilmək
is. toxuc. Arğac üçün yararlı. Arğaclıq ip
is. məh. Vəhşi qoç
sif. məh. Nə kök, nə arıq. Bu dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. A.Divanbəyoğlu. Bu danışığa qulaq asan hündürboylu arğaz kişi [Alo ilə
yorğun-arğın – bax yorğunarğın
is. Tarlaya, bostana və s.-yə su axıtmaq üçün açılan yol. Arxlar axır çay olur. – Yolun iki yanı ilə axan balaca arxlar axşamdan donmuşdu
is. 1. İnsanın, heyvanın dalı, kürəyi, beli. Arxasına yükləmək. Arxasını çevirmək. Arxası üstə yerə gəlmək
zərf 1. Dal-dala. 2. məc. Bütün nəsillik. Su gəlsə arxa bəsdi; Dolansa çarxa bəsdi; Bir kərə üzün görsəm; Arxabaarxa bəsdi
is. məh. Qoyun, mal yatağı; ilin isti aylarında sürü və naxırların çöldə istirahət etdiyi yer. Arxac suvat yerindən 0,7-1 kilometr məsafədə seçilir
f. məh. Sürünü, qoyunu arxaca yığmaq
məch. Arxaca yığılmaq (sürü)
zərf Daldan, dal tərəfdən. Arxadan gəlmək. Arxadan vurmaq. – Topçular alayı gəlir arxadan… S.Vurğun. Gəzərkən buludlar hey alay-alay; Arxadan boylanar
is. Kömək, köməkçi. [Miss Hannaya] arxadaş və yoldaş lazımdır. M.S.Ordubadi. // Yoldaş, dost. Arxadaşlar! Sevinin, oldu rəva hacətimiz
is. Dostluq, yoldaşlıq. Biriki gün mənim arxadaşlığımı qəbul etsəniz, qalınız, yenə də xidmətinizdə bulunaram, – dedim
sif. dilç. Köhnəlmiş, qədim, köhnə. Arxaik sözlər
is. [yun.] dilç. 1. Köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qrammatik forma. Arxaizmlər xalq dilində indi də işlənir
“Arxalanmaq”dan f. is
f. Güvənmək, istinad etmək, bel bağlamaq. Geniş kütlələrin, bizə rəğbət bəsləyən və bizi hiss edən … kütlələrin istiqbalına arxalana bilərik
sif. Köməyi, himayəçisi, müdafiəçisi, tərəfdarı, qohum-əqrəbası olan. Atalar yaxşı deyib ki, “arxalı köpək qurd basar”
is. köhn. Yaxası düyməli, beli büzməli, ya büzməsiz üst paltar. [Tubu:] Bilmirəm, bu bir arxalıq nə olubdur ki, budur, beş gündür onu tikib qurtara bi
sif. köhn. Əynində arxalıq olan, arxalıq geymiş. Arxalıqlı kişi. – Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində
zərf Bilavasitə dalınca, ardınca. Ayı Dursunu görüncə arxasınca düşür. Dursun qaçır, ayı qovur. A.Şaiq
sif. Köməyi, arxası, havadarı, himayəçisi olmayan; köməksiz. Arxalıya arxa olma – yamaq sayarlar; Arxasıza arxa ol – dayaq sayarlar
is. Arxasız adamın vəziyyəti