Толковый словарь азербайджанского языка

  • KÖVRƏLTMƏK

    icb. 1. Kövrək hala salmaq, kövrək etmək. 2. məc. Tez təsirləndirmək, mütəəssir etmək; riqqətləndirmək, doluxsundurmaq

    Полностью »
  • KÖVSƏR

    is. [ər.] 1. Dini əfsanəyə görə, guya cənnətdə olan bir bulağın adı. // Şairanə təşbehlərdə. Ləblərin ləzzəti var; Kövsəririzvandan betər

    Полностью »
  • KÖVŞƏN

    is. 1. Taxıl əkilmiş yer; zəmi. Heç keçilər öz-özünə kövşəndən çıxıb canavara yem olarmı? S.Rəhimov. [Ataş:] Atam kövşəndə taxıl biçəndə anam xırmanda

    Полностью »
  • KÖVŞƏNLƏMƏ

    “Kövşənləmək”dən f.is

    Полностью »
  • KÖVŞƏNLƏMƏK

    f. Üstünü kövşənlə, küləşlə örtmək. Damı kövşənləmək

    Полностью »
  • KÖVŞƏNLƏNMƏ

    “Kövşənlənmək”dən f.is

    Полностью »
  • KÖVŞƏNLƏNMƏK

    məch. Üstü kövşənlə, küləşlə örtülmək

    Полностью »
  • KÖVŞƏNLİ

    sif. Kövşəni olan, üstü kövşənli örtülmüş. Kövşənli dam

    Полностью »
  • KÖVŞƏNLİK

    is. Taxılı biçilmiş tarla. Kürün o tayından əsən qəfil külək sahildəki biçənəyin üstündən adlayıb kəndin arasını dolaşdıqdan sonra kövşənliyi xışıldat

    Полностью »
  • KÖY

    is. [türk.] Kənd. Kürün sahilində var əski bir köy; Üstündə hər zaman çılpaq olur göy. S.Vurğun

    Полностью »
  • KÖYLÜ

    is. [türk.] Kəndli. Xoca tacir, köylü və sair; Alış-verişlə məşğuldurlar. H.Cavid. Amansız müharibə heç bir kəsin torpaq və yurdunda gözü olmayan bu z

    Полностью »
  • KÖYNƏK

    is. 1. Bədənin yuxarı hissəsinə geyilən yüngül geyim. İpək köynək. Miləmil köynək. Köynək tikdirmək. Köynəyini ütüləmək

    Полностью »
  • KÖYNƏK-ŞALVAR

    is. Köynək və şalvardan ibarət üst geyimi komplekti. Köynəkşalvar tikdirmək. – Sirat xaki köynək şalvarda tərdən islanırdı

    Полностью »
  • KÖYNƏK-TUMAN

    is. Köynək və tumandan ibarət alt geyim komplekti; dəyişək. Ağ köynək-tuman. Köynək-tuman almaq. – … Mən sənə köynək-tuman yumağa gəlmişəm

    Полностью »
  • KÖYNƏKCƏK

    zərf Köynəksiz, əynində köynək olmadığı halda, bədəni açıq. Bu halda qalmaqaldan Hatəmxan ağa və Şahbaz bəy yatdıqları damdan yuxudan … köynəkcək Müsy

    Полностью »
  • KÖYNƏKCİK

    is. Kiçik köynək, balaca köynək. Uşaq köynəkciyi

    Полностью »
  • KÖYNƏKLİ

    sif. Köynək geymiş əynində köynək olan. Köynəkli adam. İpək köynəkli uşaq. – Döyülən sarı köynəkli gənc bir qadın idi

    Полностью »
  • KÖYNƏKLİK

    sif. 1. Köynək tikilməyə yarar. Köynəklik parça. 2. is. mənasında. Köynək tikmək üçün yarayan parça. [Pərzad:] [Oğlum] bir gün olmaz ki, əliboş gəlsin

    Полностью »
  • KÖZ

    is. Od yandıqdan sonra qalan alovsuz, qızmar kömür. Ağac yanar, köz olar; Su səpmə, köz-köz olar. (Bayatı)

    Полностью »
  • KÖZ-KÖZ

    köz-köz olmaq – köz kimi olmaq, köz kimi işıldamaq. Dərdin çoxdur, döz, anam; Ürəyi köz-köz anam; Qohum-qardaş dayansın; Qoy ağlasın öz anam

    Полностью »
  • KÖZƏL

    is. Xırman sovrulanda taxılla saman arasında qalan çör-çöp, iri saman, sünbül və s

    Полностью »
  • KÖZƏRDİLMƏ

    “Közərdilmək”dən f.is

    Полностью »
  • KÖZƏRDİLMƏK

    məch. Yandırılıb qızardılmaq

    Полностью »
  • KÖZƏRİŞMƏ

    “Közərişmək”dən f.is

    Полностью »
  • KÖZƏRİŞMƏK

    f. Közərmək, köz kimi işıq vermək, işıldamaq (bir neçə lampa və b. közərən şey haqqında). Elektrik lampaları közərişirdi

    Полностью »
  • KÖZƏRMƏ

    “Közərmək”dən f.is

    Полностью »
  • KÖZƏRMƏK

    f. 1. Yanıb qızarmaq, alovsuz yanmaq, qıpqırmızı olmaq. Samovarın qaynaması zəifləyib, əvvəlki gurultu sakit olmuş, ocağın alovu sönmüşdü, ancaq odlar

    Полностью »
  • KÖZƏRTİ

    is. Sönməkdə olan közün, lampanın və s.-nin işığı, parıltısı; işartı. Fənərin közərtisi. Ocaqda közərti görünürdü

    Полностью »
  • KÖZƏRTMƏ

    “Közərtmək”dən f.is

    Полностью »
  • KÖZƏRTMƏK

    f. Kömürü, odu köz halına salmaq: qızartmaq. Təndirin odunu közərtmək. – [Sarı] bir an içində yelpikləyib kömürü közərtdi və samovara od saldı

    Полностью »
  • KÖZLƏMƏ

    “Közləmək”dən f.is

    Полностью »
  • KÖZLƏMƏK

    f. Köz etmək, köz halına salmaq. Kömürü közləmək. // məc. Yandırmaq, yaxmaq

    Полностью »
  • KÖZLƏNMƏ

    “Közlənmək”dən f.is

    Полностью »
  • KÖZLƏNMƏK

    qayıd. Köz halına çevrilmək, közə dönmək

    Полностью »
  • KRAXMAL

    [alm.] bax nişasta

    Полностью »
  • KRAXMALLAMA

    “Kraxmallamaq”dan f.is

    Полностью »
  • KRAXMALLAMAQ

    f. Şax olmaq üçün paltarı kraxmallı (nişastalı) suya salmaq. Paltarı kraxmallamaq

    Полностью »
  • KRAXMALLANMA

    “Kraxmallanmaq”dan f.is

    Полностью »
  • KRAXMALLANMAQ

    məch. Şax olmaq üçün kraxmallı (nişastalı) suya salınmaq. Paltar kraxmallanıb

    Полностью »
  • KRAXMALLI

    sif. 1. Kraxmal vurulmuş, kraxmalı olan suya salınmış. Kraxmallı köynək. Kraxmallı döşəkağı. – Direktor kraxmallı parusin pencəyini çıxarıb, tor köynə

    Полностью »
  • KRAL

    [rus.] 1. Bəzi feodal və burjua dövlətlərində: hökmdarların titulu; padşah, habelə həmin titulu daşıyan şəxs

    Полностью »
  • KRALİÇA

    [rus.] 1. Qadın hökmdar (padşah). 1956-cı ildə İngiltərə kraliçasına Qarabağ atı – “Zaman” hədiyyə göndərilmişdi

    Полностью »
  • KRALLIQ

    is. 1. Başında kral duran dövlət. [Mister Tomas:] İranın şimal sərhədlərindəki dövlət quruluşu krallığın nəzərində İranı… əbədi əndişədə saxlayan bir

    Полностью »
  • KRAN₁

    [alm.] Çən, boru və s.-də maye və ya qazları açıb buraxmaq və qapamaq üçün boru şəklində lüləyi olan cihaz; qurna

    Полностью »
  • KRAN₂

    [holl.] Yük qaldırmaq və ya endirmək, habelə onu üfüqi vəziyyətdə yaxın məsafəyə aparmaq üçün qaldırıcı maşın

    Полностью »
  • KRANCIQ

    is. Kiçik kran, balaca kran, qurnacıq (bax kran1). Laboratoriya krancığı. Krancığı açmaq

    Полностью »
  • KRANÇI

    is. Kranda işləyən, kranı idarə edən işçi (bax kran2). Krançı qız

    Полностью »
  • KRANÇILIQ

    is. Krançı peşəsi, işi, sənəti. Krançılıq etmək

    Полностью »
  • KRANLI

    sif. Kranı olan, qaldırıcı mexanizmi olan (bax kran2). Kranlı maşın. Kranlı arabacıq

    Полностью »
  • KRANT

    dan. “Kran”ın canlı dildə işlənən yanlış forması. Nənəqız vedrəni götürüb su krantına tərəf gəlməyə başladı

    Полностью »