is. [ər.] klas. Dinin qadağan etdiyi şeylərdən çəkinərək vaxtını ibadətə sərf etmə; pəhrizkarlıq (bəzən “zöhd və təqva”, “zöhdü təqva” şəklində işləni
is. [ər.] Günorta. Elə isə sabah zöhr zamanı məni Qəsafə cameyinin qarşısında gözləyin. M.S.Ordubadi
is. [ər.] 1. astr. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri və bütün görünən ulduzların ən parlağı; Karvanqıran, Venera
is. bot. Qarşı-qarşıya yerləşmiş yarpaqları olan çoxillik zəhərli bitki (yarpaqlarından və gövdəsindən göy rəng hasil edilir)
sif. [ər.] tib. Əksər hallarda cinsi əlaqə ilə keçən. Zöhrəvi xəstəlik
is. [ər.] Burnun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma şəklində təzahür edən xəstəlik
sif. və is. Zökəm olmuş, zökəm xəstəliyinə tutulmuş (adam)
is. [ər.] kit. Kişi, ər. Demək, Mahmudun atası Allahın rəhmətinə vasil olandan hənuz zövq ixtiyar etməyibsən
is. [ər.] kit. Arvad, həyat yoldaşı, qadın. Taleyin varmış, əzizim, Jasmen! Daha dilbərdir ölən zövcəndən
is. [ər.] 1. Hər hansı bir xoş təəssüratdan duyulan sevinc hissi, məmnunluq hissi; ləzzət, həzz, nəşə
[ər.] bax zövq 5-ci mənada. Bir ay belə zövq-səfa ilə vaxt keçirib, yazıq Əsmaya yenə bir xəbər yollamadılar
“Zövqlənmək”dən f.is
f. Zövq almaq, ləzzət aparmaq, nəşələnmək. Vaqif yağışdan sonra təmizlənib, işıldayan otlara və çiçəklərə baxıb zövqlənirdi
sif. 1. Yaxşı zövqü olan (bax zövq 3-cü mənada). 2. Zövq verən, nəşə verən, kef verən
sif. 1. Zövqü olmayan (bax zövq 3-cü mənada). Zövqsüz adam. // Estetik tələblərə cavab verməyən, gözəllikdən, incəlikdən məhrum
zərf Zövqsüz, yaxşı zövqə, zərifliyə, incəliyə, estetik tələblərə uymaz bir surətdə. …Bu da müharibədən əvvəl zövqsüzcəsinə və savadsızcasına çəkilmiş
is. Yaxşı zövqün, gözəllik duyğusunun olmaması; pis zövq
bax zövq-səfa. Bayram günüdür, zövqü səfa xanələr içrə; Cananım oturmuş neçə cananələr içrə. Q.Zakir
is. Odun doğramaqda, bərk materialda deşik açmaqda istifadə olunan mıxça
is. məh. Qış ehtiyatı. Hamının anbarında üzümü, narına-heyvasınatan qış zumarı [var]. Mir Cəlal
is. [alm. Summer] tex. Səs siqnalları vermək üçün radiotexnika və telefoniyada işlədilən elektrik cihazı və cihazda eşidilən qırıq səs
klas. bax zor. Bir tərəfdə görürəm qüvvəti-zur; O biri yanda bilik, fənn, şüur… Ə.Nəzmi. Qızlara insan deyib; məxluq edir başına zur
is. Nəfəslə çalınan boruşəkilli, ağzıgen, kəskin səsli musiqi aləti. Zurna çalmaq. – Birdən qulağıma zurna səsi gəldi
is. Zurna və balaban. [Qarovulçu:] Odur kəndin camaatı, uşaqlıböyüklü zurna-balabanla buraya gəlirlər
sif. Zurna və balaban çalınan (çalğılı). [Tükəz qarı:] Sənə toy lazımdır, kişi, özü də zurna-balabanlı bir toy… S
is. Zurna və qaval. Zurna-qaval səsi. – Çalma, dəxi bu zurnaqavalın işə keçməz! Bifaidədir, cəngü cidalın işə keçməz! Ə
is. 1. Zurna çalan çalğıçı. Qızı öz kefinə qoysan ya zurnaçıya gedər, ya halvaçıya. (Ata. sözü). Zurnaçılar çalmağa başlayırlar
is. 1. Zurnaçının işi, peşəsi, sənəti. 2. məc. Uzunçuluq, boşboğazlıq, naqqallıq
is. [ər.] köhn. 1. Ən çox bəyənilmiş hissə. 2. Nəticə, xülasə. 3. Qaymaq
is. [ər.] Saturn planetinin ərəbcə adı (klassik şeirdə gözəlin surəti buna bənzədilir)
[ər.] Zahir olma, meydana çıxma, görünmə, çıxma. Günəşin zühuru. Ayın zühuru. – Hər zərreyi-zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri
is. [ər. “zəkər” söz. cəmi] klas. Kişilər. Hər yerdə zükur və ünas bimaristanları olurdu ki, qərib və bikəs mərizlərə orada müalicə edib pərəstar olur
is. [ər.] 1. Saf, sərin, dadlı su (klassik şeirdə adətən təmizlik, saflıq rəmzi kimi işlənmişdir). Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor; Züla
sif. [ər.] biol. Zülala aid olan, zülaldan ibarət olan. Zülali birləşmələr. Zülali maddələr
[ər. zəlam] klas. 1. bax zülm. 2. bax zülmət. Ətraf zülam içində yeksər; Göylərdə görünməyir bir əxtər
is. [fars.] şair. Saç (xüsusilə üzün iki tərəfində sallanan tellər). Təbriz üstə Marağa; Zülfün gəlməz darağa; Axtarıram yarımı; Düşüb soraq-sorağa
sif. Zülfü, zülfləri olan. Pərişan zülflü gözəl
is. [ər.] Ədalət və insafa zidd olan hal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyi amansız təzyiq, haqsızlıq, insafsızlıq, ədalətsizlik, cəfa
bax zülmət
bax zülmətli. Vərəmli, zülmatlı zindan görünür; Hər gül bir zəhərli tikan görünür. M.Rahim
is. [ər.] 1. Qaranlıq. Axşamdır, gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş, hava qaralmış. A.Səhhət
is. [ər. zülmət və fars. …xanə] klas. Qaranlıq yer. Yatıbsan, oyan, dağlar! Al-yaşıl boyan, dağlar! Bura zülmətxanadır; Necədir o yan, dağlar! (Bayatı
sif. Qaranlıq. Sən gözləmirmisən yaşamaqdan çox il hələ; Zülmətli yollar içrə gəzirsən neçin belə? A
is. [ər. zülm və fars. …kar] Zalım, zülm edən, müstəbid. Əzəl fürsət bizdə idi həmişə; İndi fürsət zülmkara düşübdü
zərf Zalımcasına, insafsızcasına, amansızcasına
is. Zülm etmə, zalımlıq etmə, zülmkarlara xas olan hal və sifət. Deyirlər, məclislərdə mənim zülmkarlığımdan danışırsan
sif. [ər. zəlum] klas. 1. Həddindən artıq zülm edən, haqsızlıq edən, qəddar, çox zalım. 2. Zülm. Cahan, cahan deyil daha, züluma aşiyanədir; Qalıbsa ə
zülüm-zülüm ağlamaq – acı-acı ağlamaq, zar-zar ağlamaq. …Bir maral yerə uzanıb gözlərinin yaşını abineysan kimi tökür, zülüm-zülüm ağlayırdı
is. [ər.] 1. Silk, ictimai təbəqə, sinif. Ziyalı zümrəsi. – Mirzə Səməd şəhər məktəbini qurtarıb iyirmi yaşından etibarən məmur zümrəsinə daxil olmuşd
[ər.] 1. is. Yaşıl rəngli qiymətli daş. 2. Sif. mənasında. Zümrüddən qayrılmış. Zümrüd bilərzik. Zümrüd üzük qaşı