Azobisizobutironitril
Azobisisobutyronitril (azobisizoyağ turşusunun dinitrili, AIBN, ДАК) – azo birləşmələri və nitrillər sinfinə aid üzvi maddədir. Radikal polimerləşmənin və digər radikal reaksiyaların tinisiatoru kimi istifadə olunur.
Molekul kütləsi 164.21 q/mol
Görünüşü ağ kristallar
Azobisisobutyronitril ağ toz olub, metanolda, etanolda həll olur, suda həll olmur.
0 °C-də metanolda həllolma 1,8 q/100 ml, 20 °C-də - 5 q/100 ml, 40 °C-də - 16 q/100 ml-dir. 0 °C-də etanolda həllolma 0,6 q / 100 ml, 20 °C-də - 2 q/100 ml, 40 °C-də - 7 q/100 ml-dir.
Aseton, benzol, toluol, DMSO və DMFA üçün 20 °C-də həllolma 100 q həllediciyə müvafiq olaraq 28, 10, 4.6, 7.2 və 19.8 q bərabərdir.
Qızdırıldıqda, aşagıdakı sxemə uyğun olaraq sərbəst radikallara parçalanır:
Azobisizobutronitril aseton, natrium siyanid və hidrazin sulfatdan 2,2'-siyanohidrazo-bis-propan vasitəsilə alınır [1].
Radikal polimerləşmənin inisiatoru [2]
Barton reaksiyasında birgə inisiator [3]
Will-Ziegler reaksiyasında inisiator [3]
Daud reaksiyasında birgə inisiator [3]
Weena-Stork reaksiyasında birgə inisiator [3]
Azobisisobutyronitril yüksək dərəcədə zəhərlidir. Benzoil peroksiddən daha az partlayıcıdır.
[1] Синтезы органических препаратов.