AĞLAYIB-SITQAMAQ

Bu söz ağlayıb-sığıtmaq kimi olub. Həm ağla, həm də sığıt kəlmələri su anlayışı ilə bağlıdır, “göz yaşı” deməkdir. Ağlamaq sözü qabaqlar cığlamaq kimi olub, cığ isə “su” deməkdir. Sığıt kəlməsində isə su sözünün əla­mətləri aydınca hiss olunur. Su sözünün ən qədim mənası “влага”(yaş, nəm) de­mək olub. Tuva dilində həmin məna indi də qalır, bu dildə sıtqa yerinə suğut iş­lədilir, bu, su anlamı ilə bağlıdır. Tatar dilində çay (река) əvəzinə yelqa sözü işlədilir. Həmin yelqa sözü ilə yığla (ağla) kəlməsi tarixi baxımdan eyni kökə malikdir və su deməkdir. 

AĞLANSINMAQ
AĞLINA KEÇƏ YAMAMAQ

Digər lüğətlərdə