AĞQANADLILAR

сущ. зоол. белокрылки (подотряд насекомых отряда равнокрылых)
AĞQANADLI
AĞQANLILIQ
OBASTAN VİKİ
Ağqanadlılar
Aleyrodidlər və ya ağqanadlılar yarımdəstəsi — (lat. Aleyrodinea) Buğumayaqlılar tipinin Həşəratlar sinfinin Bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici görünüşü == Mikroskopik güvələri xatırladan çox xırda (uzunluğu 2,0 mm-dən az) Avropa cücüləridir. Qanadları və bədəni ağ, unvarı tozla örtülmüşdür. Bədəni sarı, bəzən tünd naxışlıdır. Bığcıqları 7 buğumludur, ilk iki buğum kürəşəkilli, qalanları nazik, uzundur. Son buğum tikanvari tüklə qurtarır. Rinariləri dəyirmi, xırda olub, tük çələngi ilə əhatə olunmuşdur. Adətən 3, 5 və 7 buğumda bir-bir və bir neçəsi yerləşir. Mürəkkəb gözlərinin eninə tarımı var və ya tamamilə bel və qarın hissələrinə bölünmüşdür.