BÜNÖVRƏSİZ
BÜRKÜ
OBASTAN VİKİ
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Balıqlar (bürc)
Balıqlar lat. Pisces — zodiakal bürc.
Buqələmun (bürc)
Buqələmun bürcü (lat. Chamaeleon, Cha) — Göyün cənub yarımkürəsindədir. Azərbaycandan heç vaxt görünmür. 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Buğa (bürc)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Zürafə (bürc)
Zürafə (lat. Camelopardalis) — göyün şimal yarımkürəsində zəif görünən bürc.
Çoban (bürc)
Çoban vəya Naxırçı (bürc) (lat. Boötes) — göyün şimal yarımkürəsində bürc. Çoban bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər fevral-iyun ayları olur.
Üçbucaq (bürc)
Üçbucaq (lat. Triangulum) — göyün şimal yarımkürəsində yerləşən bürc.
İlan (bürc)
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlandaşıyan (bürc)
İlandaşıyan (lat. Ophiuchus) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,1 vizual ulduz ölçülüdür. Azərbaycanın bütün ərazisindən görünür.
İskənə (bürc)
İskənə (lat, Caelum) — Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzunun ölçüsü 4-dür. Azərbaycandan görünür.
Şir (bürc)
Şir (lat. Leo) — zodiakal bürc.
Şəbəkə (bürc)
Şəbəkə (lat. Reticulum) - göyün cənub yarımkürəsində bürc.
Əjdaha (bürc)
Əjdaha (lat. Draco) — göyün şimal yarımkürəsində bürc. Yunan mifologiyasına görə əjdaha Heranın bağında qızıl almaları qoruyurdu. Herakl əjdahanı öldürür və almaları oğurlayır. Əjdaha isə göydə bürcə çevrilir.
Əkizlər (bürc)
Əkizlər (lat. Gemini) — Zodiak Qurşağında yerləşir. Ən parlaq ulduzları Kastor və Polluksdur. Qədim adları ilə bilinən Əlmeysan və Məbsutə adlı ulduzlar da bu bürcə daxildir.
Əqrəb (bürc)
Əqrəb (lat. Scorpius) - zodiakal bürc.
Heykəltaraş (bürc)
Heykəltaraş (lat. Sculptor) - göyün cənub yarımkürəsində bürc.
Bürc
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. == Tarixçə == İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Andromeda (bürc)
Andromeda (lat. Andromeda) —Andromeda, II əsr Yunan-Roma astronomu Ptolemey tərəfindən sadalanan 48 və 88 müasir bürcdən biridir.Göy ekvatorunun şimalında, dəniz canavarı Cetus tərəfindən yeyilmək üçün bir qayaya zəncirlənmiş Yunan mifindəki Kassiopeiyanın qızı Andromedanın şərəfinə adlandırılmışdır.Ən böyük bürclərdən biridir. Ən parlaq ulduzu Alpha Andromedae, Pegasusun bir hissəsi olaraq da hesablanan ikili bir ulduzdur.Alfa'dan yalnız bir qədər cılız olan Beta Andromedae rəngi,adi gözlə görünən qırmızı bir nəhəngdir.Bürc daxilində Süd Yoluna ən yaxın qalaktika olan Andromeda qalaktikasını (M31) saxlayır.M31-in yoldaşları M110 və M32 , daha uzaq NGC 891 daxil olmaqla bir neçə solğun qalaktikalar Andromedanın içindədir.Planet dumanlığı olan Mavi Qartopu Dumanı, teleskopda mavi dairəvi bir cisim kimi görünür. Andromeda, Noyabr ayında meydana gələn zəif meteor yağışı olan Andromedidlər üçün parlaq yerdir.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.
Boyakar (bürc)
Boyakar (lat. Pictor) — göyün cənub yarımkürəsində bürc. Azərbaycanda Boyakar bürcü heç vaxt bütövlükdə görünmür, yalnız şimal hissəsi yaz-yay vaxtları görünür.
Bürc-Mənayıl
Bürc-Mənayıl (ərəb. برج منايل‎, fr. Bordj Menaïel) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 33 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 70 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 35 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 64,820 nəfər idi.
Bürc (Marağa)
Bürc — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 35 km şimal-qərbdə, Marağa-Miyanə avtomobil yolunun üstündədir.
Bürc Dubay
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Bürc FM
100.5 FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. == Tarixçə == "Bürc FM" Radiosu 14 fevral 1998-ci il tarixdə yaradılmışdır. 25 iyun 1998-ci il tarixdən Bakı şəhəri və onun ətrafında yayımlanır. "Bürc FM" Radiosu 100.5 FM dalğasında yayımlanır. Milli Televiziya və Radio Şurasının 02 sentyabr 2011-ci il tarixli qərarı ilə "Burc FM LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır. Radio 2016-cı ildə "Bürc FM" adından imtina edərək "100.5 FM" adını alıb.
Bürc Xəlifə
Bürc Xəlifə — dünyanın ən hündür tikilisi. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan "Burc Xəlifə"nin (digər adı "Bürc Dubay") layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Binanın tikintisinə 2004-cü ildə, iqtisadi arıtımın çiçəkləndiyi bir vaxtda başlanıb, açılışı isə bu yaxınlarda maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla üst-üstə düşür. Binanın dəqiq hündürlüyünün nə qədər olması məxfidir, amma onun Taybey 101 binasından daha hündür olması dəqiqdir. Binanın tikintisi 1.5 milyard dollara başa gəlib. Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir. Dünyanın əh hündür məscidi və üzgüçülük hovuzu 158-ci və 76-cı mərtəbələrdə yerləşəcək. Burc Xəlifə şəhərin idarəçisi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən rəsmən açılıb.
Anar Bürcəliyev
Bürcəliyev Anar Ərtoğrul Cavidan oğlu (11 sentyabr 1974, Kirovabad) — Azərbaycan teatrşünası, Yeni Azərbaycan Partiyasının üzvü (1997), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2023) == Həyatı == Anar Ərtoğrul Bürcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində anadan olub. 1991-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. Əmək fəaliyyətinə Gəncə Dövlət Dram teatrında 1987-ci ildən müqavilə üzrə aktyor, 1990-cı ildən isə rejissor köməkçisi olaraq başlayıb. 1991-ci ildə Gəncə Dövlət Dram teatrının göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" fakültəsinə qəbul olub və 1996-cı ildə həmin fakültəni bitirib. 1993–1994-cü illərdə Bakıda çapdan çıxan "Səhnə" qəzetinin xüsusi müxbiri, 1994–1996-cı illərdə Azərbaycan Milli Tele-Radio Verilişləri Şirkətinin "Gənclik" və "Xəbərlər" baş redaksiyalarının xüsusi müxbiri, 1995-ci ildə Gəncə şəhərində "Kəpəz TV" Müstəqil Tele-Radio Verilişləri Şirkətinin yaradıçılarından biri olaraq "Xəbərlər" departamentinə rəhbərlik edib. 1996-cı ildən 1997-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru, 1997-ci ildən 1999-cu ilədək Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışıb. 2010–2012-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz" Müstəqil Tele-Radio verilişləri Şirkətinin "Xəbərlər" departamentində aparıcı kimi fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından isə Gəncə Dövlət Dram teatrında calışır. Hal-hazırda Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri kimi fəaliyyət göstərir. Teatrşünas-tənqidçi Anar Ərtoğrul Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə,ressenziya, oçerklərin və eləçə də müsahibələrin müəllifidir.
İlan bürcü
İlan (lat. Serpens) — ekvatorial bürc. Ən parlaq ulduzu 2,6 vizual ulduz ölçülüdür. İlandaşıyan bürcü onu baş və quyruq hissələrinə ayırır. Azərbaycanın bütün ərazisindən görünür.
İlqar Bürcəliyev
İlqar Bürcəliyev (tam adı: İlqar Vüqar oğlu Bürcəliyev; 11 mart 2001; Moskva, Rusiya — 28 sentyabr 2020; Tərtər, Azərbaycan) — "Zirə" Futbol Klubunun futbolçusu; Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Bürcəliyev 2001-ci il martın 11-də Rusiyanın Moskva şəhərində Vüqar və Elnurə Bürcəliyevaların ailəsində anadan olub. Onun əmisi — teatrşünas Anar Bürcəliyevdir. 2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2017-ci illərdə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2017-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. İlqar Bürcəliyev 2014-2016-cı illərdə "Vətən" Futbol Klubunda, 2016-cı ildə "Kəpəz" FK-da, 2016-cı ildən isə "Zirə" FK-da çıxış edirdi. Yeniyetmələr arasında bir sıra uğurlara imza atıb. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edirdi. == Ailəsi == Görkəmli teatr və kino xadimləri Azərbaycan SSR xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir. Teatrşünas-tənqidçi Anar Bürcəliyevin qardaşı oğludur.
İlqar Bürcəliyev (şəhid)
İlqar Bürcəliyev (tam adı: İlqar Vüqar oğlu Bürcəliyev; 11 mart 2001; Moskva, Rusiya — 28 sentyabr 2020; Tərtər, Azərbaycan) — "Zirə" Futbol Klubunun futbolçusu; Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlqar Bürcəliyev 2001-ci il martın 11-də Rusiyanın Moskva şəhərində Vüqar və Elnurə Bürcəliyevaların ailəsində anadan olub. Onun əmisi — teatrşünas Anar Bürcəliyevdir. 2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2017-ci illərdə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2017-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. İlqar Bürcəliyev 2014-2016-cı illərdə "Vətən" Futbol Klubunda, 2016-cı ildə "Kəpəz" FK-da, 2016-cı ildən isə "Zirə" FK-da çıxış edirdi. Yeniyetmələr arasında bir sıra uğurlara imza atıb. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edirdi. == Ailəsi == Görkəmli teatr və kino xadimləri Azərbaycan SSR xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir. Teatrşünas-tənqidçi Anar Bürcəliyevin qardaşı oğludur.
Şimal Tacı (bürc)
Şimal Tacı (lat. Corona Borealis) — göyün şimal yarımkürəsində bürc.
Şəhla Bürcəliyeva
Əmirli Şəhla Yapon qızı — Kinoşünas, Radio-Televiziya redaktoru. == Həyatı == Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994–1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir.
Əkizlər bürcü
Üçüncü bürcü olan Əkizlər 21 May - 21 İyun tarixləri arasında doğulanlara təsir edir. Hava elementinin və Merkuri planetinin təsiri altında olan bürcdür. == Hava elementi == Hava elementinin dəyişkən xüsusiyyətləri Əkizlərin maraqlı, ağıllı və dəyişməyə açıq xarakterini formalaşdırır. Zehni fəaliyyət, ünsiyyət və məlumat vermək bu işarə üçün həyati əhəmiyyət daşıyır. Merkuri planetinin himayəsi Əkizlərə ünsiyyət qurmaq, tez düşünmək və problemləri həll etmək bacarığı verir. Bu işarənin ambivalent və dəyişkən təbiətinə də təsir göstərir. == Əkizlər Bürcünün Ruhu == Əkizlərin ruhu kəpənəyin qanadlarının çırpınması kimi yüngül, zərif və daim dəyişəndir. Ölkələrinin dünyasında, gizləndiyi yerdə sözlər və sonsuz imkanlar labirintinə bənzəyir.Bilik Əkizlər üçün nəfəssiz hava kimidir. Daim oxumaq, araşdırmaq və yeni şeylər öyrənmək onlar üçün həyati əhəmiyyət kəsb edir. Əkizlər bürcü sözlərin sehrli alət kimi dizaynından xəbərdardır.
Bürclərin işarələri
Bürclərin işarələri — astrologiyanın müəyyən metafizik xüsusiyyətlərə aid olduğu və ulduz falının təhlilində istifadə etdiyi zodiak bölmələridir (hər biri 30° olan 12 sektor). == Tarixi == Ekliptikanın on iki hissəyə bölünməsi səma dairəsinin 360 bucaq payına bölünməsi kimi, ilin on iki aya bölünməsi üçün əsas olan qədim Babilin onaltılıq say sisteminə və astronomiyasına gedib çıxır. Həndəsə 360 dərəcə bölmə dairələri üçün mənbə idi. Bürc işarələri ekliptik dairənin 1/12 seqmentlərinə əsaslanan ekliptikanın qütblərində təpələri olan göy sferasının bərabər sektorlarıdır. Bürc dairəsinin başlanğıcı və Bürcün ilk əlaməti yaz bərabərliyi nöqtəsi hesab olunur, sonra əlamətlər Günəşin illik hərəkətinin gedişatını izləyir. Bürclərin adları zodiakal bürclərdən gəlir. Klassik zodiak sistemi eramızdan əvvəl 1-ci minilliyin ortalarında formalaşmışdır. Əksər astroloji ənənələr zodiakın gecə-gündüz bərabərliyi və gündönümü nöqtələrinə ("tropik zodiak") bağlanmasını qoruyub saxlamışdır, lakin bəzi məktəblər indiki dövrdə zodiak işarələrinə təxminən uyğun gələn ekliptik zonaları bürcün əlamətləri hesab edirlər. Adətən ulduz bürcündəki işarələr hələ də 30°-yə bərabər hesab edilir, lakin bürcün mənşəyinə dair heç bir əminlik yoxdur: adətən deyilir ki, ulduz bürcünün tropik zodiakla müqayisədə yerdəyişməsi bərabərdir. “Təxminən bir əlamət” bəzən 21° ölçüsündədir.
Yeni Bürc əl-Ərəb
Yeni Bürc əl-Ərəb (ərəb. برج العرب الجديدة‎ — Misirin İsgəndəriyyə regionunda yerləşən şəhər, İsgəndəriyyə dən 55 km məsafədə yerləşir. Şəhərin sahəsi 191 km², əhalisi isə 170,000 nəfərdir. Yeni Bürc əl-Ərəb, İsgəndəriyyə şəhər mərkəzində tıxacları azaltmaq İsgəndəriyyə və ətrafında qurulan yeni şəhərlərdən biridir. 1979-cu ildə prezidentin 506 nömrəli sərəncamı ilə qurulmuşdur.

Digər lüğətlərdə