BƏ:M
BƏNARAH
OBASTAN VİKİ
Xurşidbanu Natəvanın heykəli (Evian-le-Bən, 2017)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yerləşən heykəli. Heykəl Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuşdur, vandalizm hadisəsindən sonra Parisə gətirilmişdir. 2017-ci ildə İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Bununla yanaşı parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açılış mərasimi olub. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir. 2023-cü ilin dekabr ayının 18-də 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarla əlaqədar olaraq, parkdakı “Azərbaycan parkı” ifadəsi silinmişdir, ancaq abidə saxlanılmışdır. Bundan sonra İsmayıllı rayonu hakimiyyəti Evian-le-Bənlə dostluq və əməkdaşlıq xartiyasının ləğv edildiyini qeyd etmişdir. 2024-cü ilin yanvarında abidə vandalizmə məruz qalmış, üzəri qırmızı boya ilə boyanmış, burun və barmaqları zədələnmişdir. Bundan sonra Azərbaycan tərəfi abidəni Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə götürmüşdür. Prezident İlham Əliyev abidəyə qarşı vandalizmi və fransız hökümətinin daha sonrakı addımlarını tənqid etmişdir.
Dəli bəng
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Eşq sənə bənzər (film, 2015)
== Haqqında == Eşq sənə bənzər baş rollarını Fahriye Evcen ilə Burak Özçivitin paylaşdığı 2014-cü il istehsalı Türk filmidir. 23 yanvar 2015-ci ildə ekranlara çıxan istehsal bir eşq hekayəsidir. Egeydə bir sahil qəsəbəsində keçməkdədir. Dəniz dondurmaçı, Əli isə balıqçıdır. Dənizin köhnə həyatını unutmaq üçün gəldiyi sahil qəsəbəsində dondurmaçıda işə başlar.Dondurma vəsaiti almaq üçün çıxdığındaysa Əliylə qarşılaşır.Əli ilk gördüyü andan etibarən Dəniz'e vurulmuşdur və arxasını heç buraxmayacaq.
Faiz bəndi
Fəyaz Bənihəmməd
Fəyaz Rəşid Əhməd Həsən əl-Qədi Bənihəmməd (ərəb. فايز راشد احمد حسن القاضي بني حماد‎, Fāyaz Rāshid Aḥmad Ḥassan al-Qāḍī Banī Ḥammad; 19 mart 1977 – 11 sentyabr 2001) ― 11 sentyabr 2001-ci il terror aktları çərçivəsində Yunayted Hava Yolları reys 175-i qaçıran beş nəfərdən biri. Birləşmiş Ərəb Əmirliklərində anadan olan Bənihəmməd Visa Express proqramını istifadə edərək ABŞ turist vizasını almışdır. Bənihəmməd 2001-ci ilin iyun ayında ABŞ-yə gəldi. 11 sentyabr 2001-ci ildə Bənihəmməd Yunayted Hava Yolları reys 175-ə mindi və təyyarənin qaçırılmasında iştirak etdi ki, o,Dünya Ticarət Mərkəzinin cənub qülləsinə dəysin. == Ləqəbləri == Həm Bənihəmmədin özü, həm də media onu təsvir etmək üçün "Fəyaz Əhməd", "Bənihəmməd Fəyaz Əbu-Dabi Bənihəmməd", "Fəyaz Rəşid Əhməd", "Rəşid Əhməd Həsən əl-Qədi", " Əbu-Dabi Bənihəmməd Əhməd Fəyaz" və s. kimi digər ləqəblərindən istifadə edirdi. == Hücumlar == Fəyaz Bənihəmməd həm özünün həm də Mohand əl-Şəhri Yunayted Hava Yolları reys 175 uçuşu üçün 27 və ya 29 avqust tarixlərində bir tərəfli birinci sinif biletlərini VISA kartı ilə Mustafa əl-Havsəvdən $4464.50 qiymətinə aldı. Hər ikisinin ünvanını Mail Boxes Etc., Delrey Biç kimi qeyd etmişdir. Bu poçt ünvanı eyni uçuş üçün biletlərini bir gün sonra alan Həmzə və Əhməd əl-Həmdinin poçt ünvanları ilə üst-üstə düşmürdü, lakin hər iki qrup eyni telefon nömrəsini qeyd etmişdilər.
Gecə bənövşəsi gecəgülü
Həsən Bənna
Həsən Bənna — Misirin ictimai-siyasi xadimi, Müsəlman qardaşlar təşkilatının banisi. == Həyatı == 1906-cı ildə Misirin Mahmudiyyə qəsəbəsində, sərmayədar Əhməd ibn Əbdürrəhman Bənnanın ailəsində doğulmuşdur. Ata İslamı öyrənsin deyə oğlunu Rəşadiyyəyə göndərir. Həsən ər-Rəşad Məktəbində Mühəmməd Zəhranın nəzarəti altında təhsilə başlayır. Burada Qurani-Kərimi hifz etməyə başlayan Əl-Bənna hifzini tamamlamadan Hazırlıq Məktəbinə keçir və ev şəraitində hifz fəaliyyətinə yiyələnir. Bu arada "Əxlaq və Ədəb Cəmiyyəti"ni qurur və cəmiyyətə nəzarəti öz öhdəsinə alır. Çox keçməmiş bir neçə mömin dostu ilə əl-ələ verib "Əmrun bil-məruf və nəhyun ənil-münkər" vəzifəsini həyata keçirmək üçün "Məni Mühərrəmat" ("Haramların yasaqlanması") cəmiyyətini qurur. Hazırlıq Məktəbindən sonra Dəmənhur İbtidai Sinif Müəllimi Məktəbinə daxil olur. Əl-Bənna Dəmənhurda olduğu dövr ərzində fiqh, təfsir, hədis, İslam qanunvericiliyinin tarixi və hikmətləri, məzhəb, firqə və bunlarla bağlı ətrafında toplananlardan mükəmməl dərs aldı. 17 yaşında olarkən bu məktəb də tamamlanır və həmin il Qahirəyə gedərək, Darül-Ülum Fakültəsinə daxil olur.
Kokaral bəndi
Kokaral bəndi — Kiçik Aral ilə Böyük Aral gölləri arasında yerəşən Berqa boğazında, Kokaral və aral rayonları ərazisində yerləşən bənd. Bənd Kişik Aral gölündə suyun səviyəsinin qorunub saxlanılması məqsədi ilə inşa edilmişdir. Bəndin uazunluğu 13 034 m, eni 100–150 m, hündürlüyü isə— 6 м metr təşkil edir. Bənddə 9 su ötürücü qurğular inşa edilmişdir. Onların hər biri 600 m³/s su ötürmə qabiliyyəti vardır. == Tarixi == XX əsrin 80-ci illərində Aral gölünün su səviyyəsinin azalması ilə şimalı cənubundan aralanmışdır. Su dar boğazla Kiçik və Böyük aral gölləri arasında axırdı. Burada suyun axınınln qarşısını alan dambanın inşasına iki dəfə cəhd göstərilmişdir. İlk qumlu bənd 1992-ci ildə inşa edilmişdir. Ancaq 1993-cü ilin yazında suyun səviyyəsinin xalxması ilə bənd dağılır.
Kristal bənövşəyi
Kristal bənövşəyi - əsas trifenilmetan boyasıdır. Parlaq yaşıl kristalların görünüşünə malikdir və biologiyada turşu-əsas göstəricisi və müxtəlif rəngli preparatlar üçün istifadə olunur. Bürünc parıltılı yaşıl kristallar susuz formada mavi rəngə malikdir. Molar kütləsi 407,99 q/mol təşkil edir. 215 °C-də parçalanır. spirtdə yaxşı həll olandan sonra, xloroformda və qliserində həll olur, efirdə həll olmur. Sulu məhlullar bənövşəyi rəngə malikdir, xlorid turşusu əlavə edildikdə rəngi dəyişir. Boya məhluluna natrium hidroksid əlavə edilməsi bənövşəyi çöküntünün əmələ gəlməsinə səbəb olur. Molar kütləsi 570,12 q/mol olan C25H30N3Cl•9H2O tərkibli kristalhidrat əmələ gətirir. == Alınması == Dimetilanilin və Mixler ketonundan fosfor oksixlorid vasitəsilə sintez edilir.
Məhəmməd Bəndduz Təbrizi
Məhəmməd Bəndduz Təbrizi (Təbriz) — VIII əsr (Hicri Şəmsi) Azərbaycanın xəttatı, Təbrizdə anadan olub. Əmir Teymurun, Misir padşahına göndərdiyi məktubu qızıl su ilə yazıb. Təbrizin imarətlərinin kitabələrinin bəzilərini onun işi hesab edilir. Muin əd-Din Təbrizi və Şəms əd-Din Qətabi onun şagirdlərindən idi.
Qafqaz bənövşəsi
Qafqaz bənövşəsi (lat. Viola caucasica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B 2ab(ii,iii,iv). Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. Çoxillik ot bitkisidir, kökümsov nazik, sürünən, əyri və ya horizontaldır. Kökyanı yarpaqlar 12 sm uzunluğunda dairəvi tumurcuqlu, gövdə yarpaqları yumurtavari, əsasda oyuqlu və ya dərin ürəkvaridir, kənardan dişiciklidir, üst tərəfdə seyrək, alt tərəfdə çox tükcüklüdür. Çiçəklər iri, 6 sm uzunluğundadır. Kasacıqlar xətvari-lansetvari, çılpaq və ya seyrək tükcüklüdür. Ləçəklər sarı və ya açıq-sarı, qəhvəyi rəngli damarlar ilə uzunsov və ya rnli, tərs-yumurtavari, 1,5 sm uzunluğundadır.
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.
Qanlıgöl bəndi
Qanlıgöl bəndi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndindən şimalda Keçəldağın ətəyində yerləşən tarixi-memarlıq abidəsi. Küküçayın hövzə sində Dərələyəz silsiləsinin ətəyində, 2420 metr yüksəklikdə yerləşən və el arasında "Qanlıgöl" adlanan su anbarının qarşısında inşa edilmişdir. XVI əsrdən başlayaraq burada bir neçə dəfə bənd tikilmiş, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılmışdır. XIX yüzilliyin ortalarında Naxçıvan da qəza rəisi işləyən A.P.Şahingirey burada bənd tikdirmişdir. Bu haqda məlumat gölün cənub tərəfində olan qaramtıl rəngli iri qaya parçası üzərində ərəb-fars və rus dilində həkk edilən kitabədə öz əksini tapmışdır. Ərəb əlifbası ilə yazılan kitabə çox narın hərflərlə yazıldığı üçün zaman keçdikcə aşınmış və oxunuşu çətinləşmişdir. Kitabədən görünür ki, Qanlı gölün qarşısındakı bənd 1865-ci ildə Naxçıvan mülkədarı 2-ci Kalbalı xanın himayəsi ilə qəza rəisi Şahingirey tərəfindən inşa etdirilmişdir. İri həcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. Bənddən suyun çıxan hissəsi yonulmuş daşlarla işlənmişdir, çıxış kanalının döşəməsinə daş döşənmişdir. Bəndin divarları iki yarımdairəvi kontrforsla möhkəmləndirilmişdir.
Qaramanoğlu Bəngi Əli bəy
Qaramanoğlu Bəngi Əli bəy və ya II Bəngi Ələddin Əli bəy Qaramanoğlu (1381 – bilinmir) — Qaramanoğulları bəyliyinin bəyi. Osmanlı sultanı I Mehmedin qızı Ayşə Xatunla evləndiyi üçün, bir çox tarixi mənbədə Kürəkən ləqəbi ilə anılır. Prof. Yaşar Yüce-Prof.
Qaymaqçiçəyinə bənzər əsmə
Qənbərəli bəy Bənəniyarski
Qənbərəli bəy Bənəniyarski (1890, Bənəniyar, Naxçıvan qəzası – 29 noyabr 1937) — Araz Türk Cümhuriyyətinin maliyyə naziri. Qənbərəli bəy Şirəli bəy oğlu Bənəniyarski 1890-cı ildə Naxçıvan yaxınlığındakı Bənəniyar kəndində anadan olmuşdur. Naxçıvan xanlığına aid sənədlərdə onun ulu babaları Bənəniyarlı kimi qeyd olunublar. Naxçıvan, İrəvan və Gəncə gimnaziyalarında təhsil alan Qənbərəli bəy sonralar Rusiyada ali təhsil almışdır. Universitet təhsili alan Qənbərəli bəy Naxçıvana hüquqşünas kimi qayıtmışdır. Naxçıvanda sovet hökuməti qurulduqdan – 1922-ci ildən sonra Qənbərəli bəy məcburən Bakıya köçmüşdür. İnqilab Komitəsinə rəhbərlik edən bolşeviklər Naxçıvanın ziyalılarını, hərbçilərini həbs edir və sürgünə göndərirdilər. Qənbərəli bəy də onlar kimi təqib edilir, siyasi idarənin xüsusi şöbəsinə sorğu-suala çağırılırdı. O, milyonçu Məşədi Heydər Nəsirbəyovun qızı Zəhra xanım ilə ailə qurduğundan Naxçıvandan tez köçməsini tələb etmişdilər. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivinin sənədlərinə görə 29 noyabr 1937-ci ildə güllələnmişdir 3 noyabr 1918-ci il tarixində İbrahim bəy Cahangirzadə rəhbərliyində təşkil olunan Araz Türk Cümhuriyyəti Nazirlər Şurasında maliyyə naziri postunu tutmuşdur.
Rövşən Bəndəliyev
Rövşən Bəndəliyev (26 iyul 1974, Hacıqabul rayonu) — fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru. Bəndəliyev Rövşən Əlifağa oğlu 26 iyul 1974-cü ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuşdur. R. Ə. Bəndəliyev 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin "Riyazi analiz" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1999-cu illərdə Bakı Dövlət Universitetində R. Ə. Bəndəliyev, AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin, f.-r.e.d., prof. B. İ. Musayevin riyazi analiz kursundan və ixtisas kursundan mühazirələrini dinləmiş, onların əməkdaşları olduqları "Riyazi analiz" kafedrasında ixtisas kursu keçmiş və bu kafedranın və Azərbaycan Respublikasının ilk magistrlərindən olmuşdur. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinə əyani aspiranturaya qəbul olmuşdur. 2000-ci ildə İnstitutun "Riyazi analiz" şöbəsinin kiçik elmi işçi vəzifəsinə (0.5 ştat) işə götürülmüşdür. 2000–2002-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərliyi altında "Banaxqiymətli funksiyalardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 2002-ci ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Rəhilə Bəndəliyeva
Rəhilə Möhbalı qızı Bəndəliyeva (4 may 1958, Kurud, Qafan rayonu) — tanımış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2007). 1958 il müəllimin ailəsində, Ermənistan SSR Qafan rayonundakı Kurud kəndində anadan olub. 1970 ildə ailə ilə Bakıya köçüb. 1977 ildə Asəf Zeynallı adına musiqi texnikumun müğam şöbəsini qurtarıb. 1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniasının solistidir. Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 17 oktyabr 2007, Rəhilə Bəndəliyeva "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adla təltif olunub. 1982-ci ildə ailə qurub, iki uşağı var.
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. Sahil Eol relyef Sahil akkumulyasiyası Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Su bəndləri
Su bəndləri ― müxtəlif su axarlarının qabağını kəsərək onların səviyyəsinin qaldırılması, tikilən qurğu yaxınlığında suyun təzyiqinin artırılması, və su anbarlarının yaradılması üçün istifadə edilən hidrotexniki qurğudur. Bəzi ölkələrdə bu cür bəndlədən dəniz və okeanlar hesabına yeni ərazilərin əldə edilməsi üçün istifadə olunur. Su bəndləri iki cür olur: Yalnız su axınının qarşısını kəsən qapalı bəndlər Çaylarda artıq suyu axıtmaq üçün suburaxıcıları olan bəndlər. Əsas materialına görə torpaq, daş, beton, dəmir-beton və ağac bəndlər mövcuddur. Su bəndlərinin dağılması böyük fəlakətlərə səbəb olur, çay ətrafında məskunlaşmış şəhərlərə və digər yaşayış məntəqələrinə və təsərrüfatlara böyük ziyan vurur. Su bəndlərinin dağılmasının əsas səbəblərindən layihəsiz torpaq bəndlərinin tikilməsini, təmir işlərinin vaxtında aparılmamasını və təxribatları göstərmək olar. 1997-ci ilin yayında Azərbaycanın Goranboy və İsmayıllı rayonlarında leysan yağışlarının uzun müddət yağması və dolu düşməsi nəticəsində orada layihəsiz tikilmiş kiçik su anbarlarının bəndlərində tıxac əmələ gəlmi və su kütləsinə davam gətirməyən torpaq bənd dağılmışdır. Bir sıra kəndlərə Goranboy şəhərinə, Yuxarı Qarabağ kanalına böyük zərər dəymişdir.
Kaxovka bəndinin dağıdılması
6 iyun 2023-cü ildə Ukraynada Kaxovka bəndi yarıldı və geniş daşqınlara səbəb oldu. Xerson vilayətində Dnepr çayı üzərində yerləşən bənd Rusiyanın Ukraynaya hücumunun ilk günlərində onu ələ keçirən rus ordusunun nəzarəti altında idi. Səhər tezdən həm Ukrayna, həm də Rusiya tərəfindən bəndin su elektrik stansiyasından partlayış səsləri eşidildi. The New York Times-ın məsləhətləşdiyi mühəndis və döyüş sursatları ekspertləri bildiriblər ki, ən çox ehtimal olunan səbəb daxildən gələn partlayışdır. Müharibənin Tədqiqi İnstitutu bildirib ki, sübutlar Rusiya qüvvələrinin bəndi partlatdığını göstərir. Rusiya qüvvələri Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatına mane olmaq üçün bəndi partlatmaqda günahlandırılır, lakin Rusiya rəsmiləri bunu təkzib ediblər. Kaxovka su anbarında suyun səviyyəsi aylardır yüksəlirdi və bənd sıradan çıxanda 30 ilin ən yüksək həddinə çatmışdı. Aşağı axarda minlərlə sakin təxliyə edilib, daşqınlar Ukrayna və Rusiyanın nəzarətində olan ərazilərdə bir neçə kəndi su altında qoyub. 9 iyun 2023-cü il tarixinə kimi 9 nəfərin öldüyü bildirilir. Onlardan üçü Rusiya tərəfindən işğal edilmiş Oleşki şəhərindən, beşi isə Nova Kaxovkadan idi.
Təll Bənat
Təll Bənat İraqın Neynəvə mühafəzəsinin Səncər qəzasında kənd. Təll Bənat kəndi Səncər dağlarının güneyində yerləşərək; mübahisəli bölgəyə aiddir. Əhalisi əsasən Yezidilərdən ibarət olaraq; burada eləcə 1,400 nəfər Şiə Türkman da yaşamaqdadır. 2014-cü ilin avqustunda İraq və Şam İslam Dövləti Təl Banatdan 200-dən çox qadın və uşağı qaçırmışdı.
Bəni Yas
Bəni Yas (ərəb. بَنُو ياس‎) — indiki Birləşmiş Ərəb Əmirliklərində nəcdi mənşəli qəbilə konfederasiyası. Dubaydan Qətərin cənub-şərqinə qədər olan qəbilələrdən ibarət olan qəbilə koalisiyası Bəni Yas koalisiyası adlanırdı. Bəni Yasın Nəim və Bəni Kəəb ilə ənənəvi olaraq ziddiyyət təşkil edən Zəvahir qəbiləsi ilə yaxın əlaqələri var idi.
Alma almaya bənzər
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi
Səfəvilərin Bəndər-Abbası ələ keçirməsi — 1614-cü ildə Qızılbaş ordusunun İmamqulu xanın komandanlığı altında müasir Bəndər-Abbas bölgəsində yerləşən Kambarao (və ya Gembrun) qalasını ələ keçirməsi nəzərdə tutulur. Qala Portuqaliyaya məxsus idi. 1507-ci ildə portuqaliyalı Afonsu d' Albukerki Hörmüz adasına hücum edərək oranı ələ keçirdi. Bu adanın ələ keçirilməsi ilə Hindistan ilə Avropa arasında körfəz üzərindən gedən ticarətə nəzarət etmə imkanı Portuqaliyanın əlinə keçdi. I Abbasın hakimiyyəti dövründə Səfəvi imperiyası Hörmüzü ələ keçirmək barədə düşünürdü. Onun əsas məqsədi ümumiyyətli portuqaliyalıları buralardan vurub çıxarmaq idi. Osmanlı əleyhinə Portuqaliya və İspaniya əleyhinə ittifaq qurmaq üçün çalışdığına görə Abbas bu hücumu ertələmişdi, ittifaq alınmadıqdan və qızılbaşlar tək başına Osmanlı ordusunu darmadağın etdikdən sonra Portuqaliya əleyhinə hərbi əməliyyat reallıq oldu. 1614-cü ildən etibarən isə Abbas bütün qəzəbini İran körfəzindəki portuqaliyalılara və ispaniyalılara qarşı yönləndirdi. 1613-cü ildə Fars körfəzindəki kiçik limanlardan birindən olan bir neçə ərəb taciri Hörmüz adasının portuqaliyalı qubernatoru Luis da Qama tərəfindən pis rəftar edildi. Bu tacirlər Hörmüzün bir məhəlləsində kartazsız ələ keçirildilər.
Bənövşə (dəqiqləşdirmə)
Bənövşə — bənövşəkimilər fəsiləsinə aid bitki cinsidir. Həmçinin bu mənaları da ifadə edə bilər: Bənövşə (rəqs) — Bənövşə — Azərbaycanın milli rəqsi. Bənövşə (oyun) — Azərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü. Bənövşəkimilər — İkiləpəlilər sinfinin Malpiqaçiçəklilər sırasına aid bitki fəsiləsi. Bənövşəyi – rəng çaları. Bənövşələr — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.

Значение слова в других словарях