bağrını kabab eləmək

to break someone by torture / to wear someone out истерзать душу (измучить кого-либо)
bağrını əzmək
bağrını qan eləmək
OBASTAN VİKİ
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Basdırma kabab
Cücə kabab
Daşarası kabab
Daşarası kabab — Azərbaycanın Qəbələ rayonunda hazırlanan kabab növü. == Hazırlanması == Daşarası kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər. Bu kababın hazırlanmasında qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcandan istifadə edilir. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.
Lülə kabab
Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Tikə kabab
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Turşulu kabab
Turşulu kabab – Azərbaycan mətbəxində hazırlanan kabab növü. Lənkəran bölgəsinə aid yemək növüdür. Plovun yanında yeyilir. Turşulu kababın hazırlanmasında mal və qoyun ətlərinin qıymalarından, cəfəridən, badımcandan, kərə yağından, soğandan, duzdan, istiotdan və limon suyundan istifadə olunur. Turşulu kabab hazırlamaq üçün mal əti ilə qoyun əti soğanla birlikdə çəkilir və bəzən duz, istiot vurulur. Ayrıca qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamağa qoyulur. Ayrınca qazanda cəfəri qızardılır. Qaynadılmış ət tikələri kərə yağında cəfəri ilə qızardılır və üzərinə cəfəri suyu əlavə olunur. Çəkilmiş ətdən hazırlanan kiçik kündələr və badımcan kütlənin üzərinə əlavə olunur. İstəyə görə istiot, duz, limon suyu kimi ərzaqlar da əlavə oluna bilər.
İskəndər Kabab
Türk mətbəxinin ləziz təamlarından olan məşhur Dönər Kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır. Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur. Amma İskəndər Kababı əsl, təbii dadını bu gün də Bursa şəhərində nəsildən-nəsilə ötürərək, qoruyub saxlamağı bacarıb.