Artaşes Babalyan
Artaşes Babalyan (erm. Արտաշես Բաբալյան; 17 noyabr 1886, Şuşa – 1 avqust 1959, Tehran) — erməni siyasətçi, görkəmli dövlət və ictimai xadim, Ermənistan İnqilabi Federasiyasının üzvü, Ermənistan Demokratik Respublikasının sosial müdafiə naziri (31 oktyabr 1919–5 may 1920).
== Həyatı ==
Sankt-Peterburq, Bakı və Xarkovda həkim işləmişdir. Birinci Dünya Müharibəsinin iştirakçısı olmuşdur. Vartan könüllülər alayının baş həkimi vəzifəsini icra edirdi.
1917-ci ildə Ermənistan Demokratik Respublikasının yaranmasında fəal iştirak edirdi. 1917-ci ildə respublikada Milli Məclisin üzvü təyin olundu.
1918-ci il erməni-gürcü müharibəsi zamanı iddia edirdi ki, erməni ordusunun Tiflisə çatmaq və orada yığılan bütün problemləri həll etmək üçün kifayət qədər qüvvələri var.
1920-ci il avqustun 10-da Arşak Camalyan ilə birlikdə Tiflisdə RSFSR-in elçisi bolşevik Boris Leqranla, Zəngəzur, Qarabağ və Naxçıvan bölgələrinin ərazilərini Qırmızı Ordu tərəfindən işğalı, habelə Ermənistan Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlarda iştirak etdi. RSFSR ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında iştirak etmişdir.