BABAL

i. fault, sin; guilt; ~ını yumaq to calumniate, to slander; d.d. to suspect in vain

BABAQ
BABALIQ
OBASTAN VİKİ
Artaşes Babalyan
Artaşes Babalyan (erm. Արտաշես Բաբալյան; 17 noyabr 1886, Şuşa – 1 avqust 1959, Tehran) — erməni siyasətçi, görkəmli dövlət və ictimai xadim, Ermənistan İnqilabi Federasiyasının üzvü, Ermənistan Demokratik Respublikasının sosial müdafiə naziri (31 oktyabr 1919–5 may 1920). == Həyatı == Sankt-Peterburq, Bakı və Xarkovda həkim işləmişdir. Birinci Dünya Müharibəsinin iştirakçısı olmuşdur. Vartan könüllülər alayının baş həkimi vəzifəsini icra edirdi. 1917-ci ildə Ermənistan Demokratik Respublikasının yaranmasında fəal iştirak edirdi. 1917-ci ildə respublikada Milli Məclisin üzvü təyin olundu. 1918-ci il erməni-gürcü müharibəsi zamanı iddia edirdi ki, erməni ordusunun Tiflisə çatmaq və orada yığılan bütün problemləri həll etmək üçün kifayət qədər qüvvələri var. 1920-ci il avqustun 10-da Arşak Camalyan ilə birlikdə Tiflisdə RSFSR-in elçisi bolşevik Boris Leqranla, Zəngəzur, Qarabağ və Naxçıvan bölgələrinin ərazilərini Qırmızı Ordu tərəfindən işğalı, habelə Ermənistan Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlarda iştirak etdi. RSFSR ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında iştirak etmişdir.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Babalı-i Cananlı (Xudafərin)
Babalı-i Cananlı (fars. بابايلوي جانانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 173 nəfər yaşayır (36 ailə).
Babalı (Cəlilabad)
Babalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Babalı toponimi Pirembel tayfasının tirələrindən olan eyni adlı nəslin adındandır. Babalı kəndi Cəlilabad rayonunun qədim yaşayış məskənlərindən biridir.Kəndin ərazisindən tapılmış bəzi maddı-mədəniyyət nümunələri belə bir fikir söyləməyə imkan verir. Təsadüfi tapıntılara baxmayaraq ,kəndin ərazisində indiyə qədər nə arxeoloji nə də etnoqrafik tədqiqatlar aparılmayıb. Mövcud məlumatların qeyri-qənaətbəxş olması müəyyən araşdırmalar aparmağı zəruri etdi.Araşdırmalar zamanı bir-çox mənbələrdə Babalı sözü ilə bağlı maraqlı tarixi məlumatlarla rastlaşdım.Lakin,həmin məlumatlar: 1)Kənddə məskunlaşmanın mövcud tarixi versiyalarının yanlış olduğunu bəlli etdi. 2)Babalı sözünün tayfa adı ilə bağlı olduğunu sübut etdi. Mövcud məlumatlar nədən ibarətdir? 1. Babalı əhalisi VII əsrdə Ərəbistandan gəlmədir. 2.Babalı əhalisi Xaçmaz rayonundan gəlmədir.
Babalı (Çaldıran)
Babalı (fars. بابالو‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (61 ailə).
Babalı Ağayev
Babəli Ağayev (1 fevral 1932, Biləsuvar rayonu – 10 avqust 2019) — Lerik Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == 1932-ci ildə Biləsuvar rayonunda kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali Partiya Məktəbini bitirmişdir 1955–1965-ci illərdə Puşkin rayonunun məktəblərində pedaqoji işdə çalışmışdır. 1965–1968-ci illərdə Puşkin Rayon Partiya Komitəsinin katibi, partiya məktəbinin müdavimi olmuşdur. 1968–1970-ci illərdə Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Lerik RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Sovetinin ticarət bə əhaliyə məişət xidməti komissiyasının üzvüdür. Azərbaycan KP təftiş komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Lerik seçki dairəsi). 4 övladı var. 87 yaşında vəfat etmişdir.
Babalı Məhəllə (Talış)
Babalı Məhəllə (fars. بابالومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 463 nəfər yaşayır (80 ailə).
Hafiz Babalı
Hafiz Babalı və ya Hafiz Ərköyün oğlu Babalı (9 sentyabr 1971, Mücü, İsmayıllı rayonu) — azərbaycanlı araşdırmaçı jurnalist; 32 ildən çox müstəqil media orqanlarında çalışıb. Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədr müavini və Turan İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin rəhbəridir. Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblərlə və təyziqlərlə üzləşən Hafiz Babalı AbzasMedia işi çərçivəsində 2023-cü il dekabrın 12-də polislər tərəfindən saxlanılmış, barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir çox həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. == Həyatı == Hafiz Babalı 1971-ci il sentyabrın 9-da İsmayıllı rayonunun Mücü qəsəbəsində anadan olub. Orta təhsilini Sumqayıt şəhərində başa vurub. 1992–1996-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Evlidir, 3 övladı var. == Fəaliyyəti == Hafiz Babalı hələ tələbə olan illərdə müxtəlif qəzetlərlə çalışmağa başladı. Jurnalist fəaliyyətinə 1992–1994-cü illərdə "Metallurq" qəzetində tərcüməçi, 1994–1997-ci illərdə isə "Günay" qəzetində müxbir olaraq başlayan Hafiz Babalı 1997-ci ilin avqustundan Turan İnformasiya Agentliyində çalışır.

Digər lüğətlərdə