bakterial

bakterial
bakonqolar
bakteriofaq
OBASTAN VİKİ
Bakterial xəstəliklər
Bakterial xəstəliklər — bakterial xəstəliklərin sayı çoxdur: angina, faringit, meningit (faringiti virus, miningiti isə virus və birhüceyrəlilər də törədə bilir), skarlatina, tetanus, taun, vəba, sibir xorası, difteriya, vərəm, qarın yatalağı və s. Bakterial infeksiyalardan yaranan xəstəliklərin inkişafı zamanı bakteriyalar orqanizmdə iltihab reaksiyası doğuran və intoksikasiyaya (zəhərlənməyə) səbəb olan zəhər (toksinlər) ifraz edir, bununla da müxtəlif orqanları zədələyir. Toksinlər iki cür olur: Endotoksinlər Ekzotoksinlər Endotoksinlər bakteriya hüceyrələrinin məhv olmasından və dağılmasından sonra ifraz olunan zəhərdir. Ən təhlükəli endotoksin meningit xəstəliyi zamanı əmələ gələn meninqokokk endotoksinidir. Ekzotoksinlər bakteriyaların həyat fəaliyyəti prosesində ayrılan zəhərdir. Bakterial xəstəliklərin diaqnostikasında əsas metod bakterioloji müayinədir ki, bu zaman xəstədən tərkibində bakteriya olan material götürülür və xüsusi qida mühitində əkilir. Bakteriyaların artımından sonra (təxminən 48 saat) həmin bakteriyaların növü müəyyən olunur. Bu metodun əhəmiyyəti ondan ibarətdir ki, bakteriyaların konkret növünü müəyyən etdikdən sonra müvafiq antibiotik seçmək və müalicəyə başlamaq olar. Bundan başqa, bakterial infeksiyaların diaqnostikası üçün bakteriyaların mikroskopik tədqiqatından və qanda müəyyən bakteriya növünə uyğun antitellərin olmasını müəyyən edən seroloji üsuldan istifadə olunur. Sereloji üsul — qan zərdabında törədicinin aşkar edilməsi Diaqnoz mikoloji müayinənin nəticələrinə əsasən təsdiqlənir.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. == Amerikan çürüməsi == Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.

Digər lüğətlərdə