BALIQÇI

I. i. fisher, fisherman*, (qarmaqla balıq tutan) angler

II. s. fishing; fisherman’s; ~ qayığı fishing-boat; ~ arvadı fish erman’s wife

BALIQ
BALIQÇIL
OBASTAN VİKİ
Balıqçı
Balıqçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Balıqçı (Nəqədə) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd.
Balıqçı (Hacıqabul)
Balıqçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Balıqçı Hacıqabul rayonunda qəsəbə. Hacıqabul golunun sahilində, Şirvan düzündədir. Oykonim sakinlərin əsas məşğuliyyətini özündə əks etdirir. Xakas vilayətində Balıksa, özbəkistanda Balıqçı, Qazaxıstanda BalıkŞi qəsəbələri qeydə alınmışdır. 2014-cü il məlumatına görə bu qəsəbədə heç kim yaşamır.
Balıqçı (Nəqədə)
Balıqçı (fars. باليقچي‎) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 758 nəfər. yaşayır (166 ailə).
Balıqçı üzüyü
Balıqçı üzüyü (lat. anulus piscatoris; həmçinin, papa üzüyü və Müqəddəs Pyotrun üzüyü) — tiara ilə yanaşı Roma papalarının geyiminə daxil olan atribut. Papa üzüyü Roma Papasının balıqçılıqla məşğul olan Müqəddəs Pyotrun vəliəhdi olduğunu xatırlatmaq üçün taxılır. Üzüyün üzərində qayıqda əyləşən apostol Pyotrun balıqçı torunu suya atması təsvir olunmuşdur. Bu simvolikanın İsa Məsihin söylədiyi kimi, onun şagirdlərinin insan ruhunun ovçusu olacağına işarə etdiyi iddia edilir. Üzük haqda ilk məlumatlara papa IV Klimentin məktubunda rast gəlinir (1265). Orta əsrlər dövründən bəri papanın yanına gələn hər kəs öz dodaqlarını bu üzüyə toxundururdu. Bu, həmin şəxsin papaya tabe olmasına işarə idi. 1842-ci ilə qədər bu üzükdən papanın şəxsi məktublarının təsdiqi üçün möhür kimi də istifadə olunurdu. Yeni seçilən papa üçün yeni bir üzük hazırlanır və ora onun adı həkk edilir.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1950)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1959)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Adi balıqçıl
Adi balıqçıl (lat. Alcedo atthis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin balıqçıl cinsinə aid heyvan növü. Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Üstü göyümtül-yaşıl, quyruqüstü parlaq-göy, boğazı oxra-ağımtıldır. Dimdiyində, peysərinə tərəf gözlərindən keçməklə enli zolaq uzanır. Bədəninin altı paslı-kürəndir. Dimdiyi qırmızımtıldır. Uçuşu sürətli, tez-tez qanad çalmaqladır. Adətən suyun düz üstündə uçur.
Adi yaşıl balıqçıl
Adi yaşıl balıqçıl (lat. Chloroceryle americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Amazon yaşıl balıqçılı
Amazon yaşıl balıqçılı (lat. Chloroceryle amazona) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Azərbaycanda balıqçılıq
Azərbaycanda balıqçılıq — Azərbaycan Respublikasında su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemini əhatə edən kənd təsərrüfatı sahəsi. Azərbaycanda 1913-cü ildə 13 milyon puda yaxın balıq və balıq məhsulları, 40 min puddan çox qara kürü hasil edilmişdir. 27 mart 1998-ci il tarixində "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Balıqçıl
Balıqçıl (lat. Alcedo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan cinsi.
Balıqçılar
Balıqçılar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Balıqçılar qəsəbəsi Nərimanabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Balıqçılar qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Yolları == 13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır. == Din == Qəsəbədə "Xanım Zəhra" məscidi dini icması fəaliyyət göstərir.
Balıqçılar (1927)
Balıqçılar — rejissor Rza Təhmasib tərəfindən 1927-ci ildə ekranlaşdırılmış qısametrajlı bədii film. "Azdövlətkino"da istehsal edilmişdir. Film bir balıqçının faciəli həyatından bəhs edir. Əsas rolları Cəfər Cabbarlı və Ağarza Quliyev ifa edirlər. == Məzmun == Film bir balıqçının faciəli həyatından bəhs edir.
Gecə Balıqçıları (1963)
Gecə balıqçıları (film, 1963)
Kiçik yaşıl balıqçıl
Kiçik yaşıl balıqçıl (lat. Chloroceryle aenea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Qarabatdaq balıqçılığı
Qarabatdaq balıqçılığı – kiçik çaylarda balıq tutmaq üçün istifadə olunan ənənəvi metod. Əsasən Yaponiya və Çində yayılmışdır. Bu metodda xüsusi təlim keçilmiş qarabatdaqın köməyin istifadə olunur. Yaponiyada qarabatdaq balıqçılığı ukay (鵜飼) adlanır. Yaponiyada bu cür balıqçılığın tarixi VII–VIII əsrlərə gedib çıxır. Ən məşhur qarabatdaq balıqçılığı yeri Gifu prefekturasının Naqara çayıdır. Burada 1300 ildən çoxdur ki, qarabatdan balıqçılığı metodu ilə balıq tuturlar. Oda Nobunaqa bu çayda ukay metodu ilə tutulmuş ayunu elə bəyənmişdi ki, bu metodla balıq tutan yüzlərlə balıqçıya uşo titulu vermişdir. Qarabatdaq balıqçıları may–oktyabr aylarında kiçik qayıqlara minib çay axını boyunca hərəkət edirlər. Adətən bir qayıqda iki balıqçı və iki qayıqçı olur.
Qırmızıdimdik balıqçıl
Qırmızıdimdik balıqçıl (lat. Halcyon smyrnensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin halcyon cinsinə aid heyvan növü. Adi balıqcıldan nəzərəçarpacaq dərəcədə iridir. Üstü göydür. Başı qonur, boğazı ağdır. Qarnı qonurdur. Dimdiyi qırmızıdır. Arealı Türkiyədən Cənub-Şərqi Çinə və Flippinə qədər Asiyanın cənubudur. Su hövzələrinin sahillərində məskunlaşır. Təsadüfi rast gəlinən quş kimi Lənkəran yaxınlığında 2 dəfə tutulmuşdur.
Yaşıl balıqçıl
Yaşıl balıqçıl (lat. Chloroceryle) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinə aid heyvan cinsi. Onlara Cənubi və Mərkəzi Amerikada rast gəlmək olar.
İkirəng yaşıl balıqçıl
İkirəng yaşıl balıqçıl (lat. Chloroceryle inda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi
Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар балыгчылыг тәсәррүфаты ишчиси) — Azərbaycan SSR-də balıqçılıq təsərrüfatı sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad. "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad dövlət və kolxoz balıqçılıq təsərrüfatlarının, əlaqədar elmi-tədqiqat idarələrinin və digər idarələrin bu sahədə azı 10 il işləmiş fəhlələrinə, kolxozçularına, mühəndis-texnik işçilərinə və digər mütəxəssislərə verilirdi. "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adının təsis edilməsi ilə mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı ləğv olunmuşdur.
Azərbaycan SSR əməkdar balıqçısı
Azərbaycan SSR əməkdar balıqçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар балыгчысы) — Azərbaycan SSR-də balıqçılıq təsərrüfatı sahəsində fərqlənmiş şəxslərə 1980–1983-cü illərdə verilən fəxri ad. "Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 8 yanvar 1980-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Fəxri ad balıqçılıq sahəsində azı 15 il qüsursuz işləmiş, elmin, yeni texnikanın naliyyətlərini və qabaqcıl əmək metodlarını istehsalatda tətbiq etmək əsasında balıqçılığın inkişafında, təbii və süni sututarların balıq məhsullarının artırılmasında, istehsal tapşırıqlarının yerinə yetirilməsində, balıqçılıq işlərinin maya dəyərinin aşağı salınmasında böyük müvəffəqiyyətlər qazanmış olan və ictimai həyatda fəal iştirak edən balıqçılıq təsərrüfatlarının yüksək ixtisaslı işçilərinə, fəhlələrə, kolxozçulara, mühəndis-texnik işçilərinə, istehsal birliklərinin, müəssisələrin, sovxozların, kolxozların, kooperativ təşkilatlarının və digər ictimai təşkilatların, sənaye birliklərinin balığı mühafizə orqanlarının, elmi-tədqiqat idarələrinin, layihə təşkilatlarının, təcrübə stansiyalarının, balıq və kənd təsərrüfatı eksperimental bazalarının mütəxəssislərinə verilirdi. 26 avqust 1983-cü ildə "Azərbaycan SSR əməkdar balıqçısı" fəxri adı ləğv edilmiş və mahiyyətcə oxşar olan "Azərbaycan SSR əməkdar balıqçılıq təsərrüfatı işçisi" fəxri adı təsis edilmişdir.
Halikarnas Balıqçısı
Halikarnas Balıqçısı— kimi də tanınan Cevat Şakir Kabaağaçlı (17 aprel 1890, Krit – 13 oktyabr 1973, İzmir) Bodrum sevgisi ilə tanınan məşhur roman və hekayə yazarıdır. O, 1890-cı il aprelin 17-də Osmanlı İmperiyasının son köklü ailələrindən olan Şakir Paşa Ailəsinin üzvü olan atasının ali komissar vəzifəsində çalışdığı Kritdə anadan olub. Atası Krit və Afinada səfir və vali olan Mehmed Şakir Paşa və anası Sare İsmət Xanım; əmisi II Əbdülhəmidin səltənətinin böyük vəziri Əhməd Cavad Paşa və onun babası Şuranın Hərbi İdarəsinin rəisi Miralay Mustafa Asım bəy idi. O, hər iki nikahdan övladı olmayan və onu öz oğlu kimi sevən əmisinin adını daşıyırdı, altı uşaqlı ailənin böyük oğlu idi. Ailəsinin bütün üzvləri sənətdə istedadlı idilər. Doğuşdan sırasıyla Hakkıye, Ayşə, Suat, Fahrelnisa ​​və Əliyə rəssamlıq, Əliyə isə oyma sahəsində məşhurlaşdılar; Hakkıyenin qızı Füreya Koral ilk türk qadın keramika ustası oldu; Fahrelnisanın uşaqları Nejad Melih Devrim, rəssam; Şirin Devrim teatr aktyoru oldu. Cevat Şakir uşaqlığının ilk illərini atası Şakir Paşanın səfir olduğu Afinada keçirib. İbtidai təhsilini Büyükadada, orta və lisey təhsilini isə 1907-ci ildə Robert Kollecində tamamladı. Elə həmin il "İkdam" qəzetində ilk məqaləsi dərc olunub. Bu ingilis dilindən tərcümə edilmiş məqalə idi.
Balıqçılıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Sevaq Balıqçının qətli
Sevaq Balıqçının qətli — erməniəsilli Türkiyə hərbçisi Sevaq Şahin Balıqçının (türk. Sevag Şahin Balıkçı) məcburi hərbi xidməti yerinə yetirən zaman güllələnərək öldürülməsi hadisəsi. Hadisə 24 aprel 2011-ci il tarixində, Erməni soyqırımının anım günündə baş vermişdir. Hadisəni törədən Kıvanç Ağaoğlu qəsdən adamöldürmə maddəsi ilə 4 il yarım müddətinə azadlıqdan məhrum edilmişdir. Bununla belə, bir neçə şahid ifadələri və hesabları var ki, güllələnmə halı rəsmi məlumatlarda deyildiyi təsadüfi deyil, qəsdən törədilmişdi. Digər məlumatlarda güllələnmənin Balıqçının erməni kimliyinə qarşı nifrət cinayəti olduğu iddia edilir. Sevaq Balıqçı Türkiyənin cənub-şərqində, 23 günlük sıravi əsgər kimi xidmət etdiyi Batmanda açılan atəş nəticəsində öldürülmüşdür. Batmanda xidmət göstərən hərbi komandirlərdən Balıqçı ailəsinə verilən rəsmi hesabatlarda Sevaqın dostu ilə "zarafatlaşarkən" istəmədən öldürüldüyü iddia edilmişdir. Ailə ilkin məlumatlara inanmış və oğlunun təsadüfən öldüyünə görə "şəhid" sayılmayacağını iddia etmişdir. Sevaqın nişanlısı onunla telefonda apardıqları danışıqlarda Balıqçının ifrat milliyətçi hərbçi(lər) tərəfindən təzyiqə məruz qaldığı haqqında məlumat aldığı üçün bu versiyanı şübhə altına almışdır.

Значение слова в других словарях