Balba

Dialektoloji lüğətlərdə bu leksemin 2 mənası verilmişdir: 1) müəyyən otlardan, bitkilərdən və düyü, yağ, yumurtadan hazırlanmış yemək. –Balba yaxşı yeməli xörəxdi (Şəki, Zaqatala); 2) bitki adı. – Ciyim balba dennamağa gidifdi(Şəki) Maraqlıdır ki, bu söz “balva” (b-v samit əvəzlənməsi) şəklində Gəncə şivəsində “cincilim, keşniş, qazayağı və bu kimi otlardan hazırlanan yemək” anlamında işlənir. Balva duru, sıyıq xörək növünə aiddir.
Bal
Balıq küküsü
OBASTAN VİKİ
Balba
Alaq əməköməci, balba
Alaq əməköməci — (lat. Malva neglecta) Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır. Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.
Balbal
Balballar - Orta Asiya türklərində, şamanizm dininin etibarlılığını geniş şəkildə qoruduğu dövrdə, ölən döyüşçülərin kurgan deyilən məzarlarının ətrafına tikilmiş, döyüşçünün öldürdüyü düşmənləri işarələyən, ümumiyyətlə bir daş parçasının üzərinə yonulmuş bir əlində qılınc, fiqurlarından ibarət olan heykəllərə verilən ad. Bu daşların sayının çoxluğu ölən adamın sağ ikən; gücünün, cəsarətinin, qəhrəmanlığının da simvoludur. Köhnə Türklərdə adamın xatırlanması üçün məzarının və ya bəzi kurganların ətrafına tikilən daş. Balballar Göy türk soylularının həyatdaykən öldürdükləri düşmənlərini işarələyirdi. Məsələn, Orxon çayı sahilindəki Kültigin abidəsində aparılan qazıntılar zamanı məzarın ətrafında yüzlərlə balbal tapılmışdı. İnanışa görə, Göytürk döyüşçüsünün öldürdüyü düşmənləri, o biri dünyada onun xidmətində olacaq.
Balbas qoyunu
Balbas qoyunu — Azərbaycan ərazisində, əsasən Naxçıvanda geniş yayılan ən iri qoyun növü. == Ümumi məlumat == Naxçıvanda geniş yayılan balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoynu da mazıx qoyunu kimi, qonşu ərazilərdə, daha doğrusu, Ermənistan, Türkiyə və İranda da məlumdur. Balbas qoyunları boyca hündür, caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını daha da artırır. Balbas qoyunları buynuzsuz, yunu keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq-a qədər, qoçlarınkı isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq-a qədər olan bu qoyunların yunu da çox, daha doğrusu, 3-4 kq-a qədər olur. Balbas qoyununun yunu toxuculuqda, xüsusilə xalçaçılıqda sənətkarlar tərəfindən yüksək qiymətləndirilir.
Doğuş Balbay
Doğuş Balbay (türk. Doğuş Balbay; doğ. 21 yanvar 1989-cu il, İstanbul, Türkiyə) — Türkiyəli peşəkar basketbolçu. Anadolu Efes basketbol klubunda oyun qurucu mövqedə oynayır. Balbay iki mövsüm Fənərbaxça klubunda oynamışdır. 2006-cı ildə ABŞ-yə getmiş və orda Bryuster akademiyasında təhsil almışdır. Dörd il sonra Ostin Texas Universitetinə daxil olmuşdur. Üç mövsüm Texas Lonqhorns klubunda oynadıqdan sonra NBA Draft (2011) qatılmaq üçün müraciət etmiş ancaq qəbul olunmamışdır. 2013-cü ildə keçirilən Avropa çempionatında Türkiyə millisinin heyətində çıxış etmişdir. Doğuş Balbay Mithat və Şukran Balbayların ailəsində anadan olub.

Digər lüğətlərdə