Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BamBam (müğənni)
Kunpimook Bhuvakul (tay กันต์พิมุกต์ ภูวกุล ;2 may 1997, Banqkok) səhnə adı ilə BamBam(kor. 뱀뱀;tay แบมแบม) ,taylandlı repçi,müğənni, mahnı müəllifi və Cənubi Koreya-lı oğlan qrupu Got7 -nin üzvüdür. == Bioqrafiya == BamBam 2 may 1997-ci ildə Banqkok,Taylandda doğulmuşdur.Ailəsi anası və üç qardaşından ibarətdir. Atası 3 yaşında ikən dünyasını dəyişmişdir. BamBam, Koreya mədəniyyəti ilə maraqlanırmış və Rain fanatı olaraq anası ilə qrupun bir neçə konsertlərinə getmiş və buna görə müğənni olmaq arzusunda olmuşdur. Ondan ilhamlanaraq, 10 yaşında rəqs etməyə və oxumağı öyrənməyə başladı. O Blackpink üzvü Lisa ilə "We Zaa Cool" rəqs qrupunun bir hissəsi oldu. 2007-ci ildə Tayland Rain Cover Dance Yarışmasında birincilik qazandı və 2010-cu ildə Tayland LG Entertainer Competition -da ikinci oldu. 13 yaşında Taylandda JYP World Tour Audition -dan keçdi və stajyer olmaq üçün Cənubi Koreya-ya köçdü. 9 Aprel 2018-ci ildə, BamBam hərbi xidmətə getmək üçün Taylanda qayıtdı, bölgəsində könüllü və qırmızı vərəqə toplama kvotasına görə xidmətdən azad edildi.
Bamba Qadınəfəndi
Bamba Qadınəfəndi və ya Ümmü Abbas (Osmanlı imperiyası – 1871) — Kavalalı Mehmed Əli Paşanın oğlu Tosun Paşanın xanımı, Osmanlıların Misir və Sudan hakimi I Abbas Hilmi Paşanın anası, Misirin ilk Validə Paşası. == Həyatı == Doğum tarixi bilinməyən Bamba xanım Mehmed Arif bəyin qızı və Fatma Zəhra xanımın (Mehmed Əli Paşanın oğlu İsmayıl Kamil Paşanın xanımı) bacısı idi. 16 yaşında Mehmed Əli Paşanın oğlu Tosun Paşa ilə evləndi və 1 iyul 1812-ci ildə yeganə övladı olan Abbas Hilmi adlı oğlu dünyaya gəldi. Tosun Paşanın bundan başqa doğum tarixi bəlli olmayan 4 övladı daha olsa da, onların Bamba xanımdan olmadığı və adı bəlli olmayan başqa bir qadından dünyaya gəldiyi dəqiqdir. Ancaq qısa zaman sonra Tosun Paşa hələ 23 yaşında vəbadan vəfat etdi (28 sentyabr 1816) və dul qalan Bamba xanımla oğlu Əminə xanımın himayəsində Qahirəyə döndülər. 1824-cü ildə Əminə xanımıın vəfatıyla daha sərbəst həyat yaşamağa başlayan Bamba xanım haqqında oğlunun Misir taxtına əyləşdiyi 1848-ci ilədək məlumat yoxdur. Qaynı Kavalalı İbrahim Paşanın vəfatı və Abbas Hilmi Paşanın Misir hakimi təyin edilməsiylə (10 noyabr 1848) Bamba xanım Misirin Validə Paşası elan edildi. O, bu ünvanı alan ilk xanım olaraq Misir tarixinə düşdü. Oğlunun Misir səltənətində dövlət məsələlərindən uzaq qalan Bamba xanım daha çox xeyriyyə işləriylə məşğul oldu. Qahirənin mərkəzi yerlərindən Saliba küçəsində öz adına səbil və çeşmə inşa etdirdi.
Yakuba Bamba
Yakuba Bamba (16 dekabr 1975, Markori[d]) — Kot-d'İvuar futbolçusu.
Balbal
Balballar - Orta Asiya türklərində, şamanizm dininin etibarlılığını geniş şəkildə qoruduğu dövrdə, ölən döyüşçülərin kurgan deyilən məzarlarının ətrafına tikilmiş, döyüşçünün öldürdüyü düşmənləri işarələyən, ümumiyyətlə bir daş parçasının üzərinə yonulmuş bir əlində qılınc, fiqurlarından ibarət olan heykəllərə verilən ad. Bu daşların sayının çoxluğu ölən adamın sağ ikən; gücünün, cəsarətinin, qəhrəmanlığının da simvoludur. Köhnə Türklərdə adamın xatırlanması üçün məzarının və ya bəzi kurganların ətrafına tikilən daş. Balballar Göy türk soylularının həyatdaykən öldürdükləri düşmənlərini işarələyirdi. Məsələn, Orxon çayı sahilindəki Kültigin abidəsində aparılan qazıntılar zamanı məzarın ətrafında yüzlərlə balbal tapılmışdı. İnanışa görə, Göytürk döyüşçüsünün öldürdüyü düşmənləri, o biri dünyada onun xidmətində olacaq.
Bambaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Bambuk
Bambuk və ya Hind qamışı — böyüməsi ilə çox qəribə olan bir bitkidir: əvvəlcə toxum əkilir, sonra bu toxum sulanıb gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik olmur. Toxum yenidən sulanıb gübrələnir. Bambuk toxumu ikinci il də boy atmır. Üçüncü və dördüncü illərdə də bambuk toxumu sulanır və gübrələnir. Fəqət inadkar toxum yenə boy atmır. Bu işdə təcrübəsi olan Çinlilər, böyük bir səbrlə beşinci ildə də toxuma su və gübrə verməyə davam edirlər. Və nəhayət beşinci ilin axırına yaxın bambuk toxumu yaşıllaşmağa başlayır və altı həftə kimi qısa bir müddətdə də bambukun boyu təxminən 27 metrə çatır.
Baobab
Baobab (lat. Adansonia digitata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin adansoniya cinsinə aid bitki növü. Böyük baobab (lat. Adansonia grandidieri) Madaqaskarda olan 6 növdəki baobab ağacının ən böyüyü və ən məşhurudur. Adansoniya cinsi altında nəsli təhlükə altında olaraq təsnif edilmişdir. Növ Madaqaskar adası üçün endemikdir. Adansoniya adını isə ilk dəfə onu təsnif və tətqiq edən, Fransız bioloq Alfred Grandidier (1836-1921) xatirəsinə ithaf olunub. Hünürlüyü 18 m-dir. Gövdəsinin həcmi 30 tona, diametri 9 m-ə çatır. Bu yumşaq və süngərvari nəhəng gövdə, bir su anbarı vəzifəsini yerinə yetirir, yarpaqlarına və budaqlarına nisbətdə bu gövdəsi kobud və şişmandır.
Bartaz
Bartaz (Zəngilan) Bartaz (kənd, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Bartaz (qəsəbə, Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda qəsəbə. Bartaz dəmir yolu stansiyası — Bartaz dəmir yolu stansiyası. Bartaz (dağ) — Zəngilan rayonunun cənub qərbində Mehri (Mehri Guney) silsiləsində, Ermənistanla sərhəddə dağ.
Batbat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Bağban
Bağban — "bağ salan", "bağçılıqla məşğul olan" deməkdir. Bağban (Ucar) — Ucar rayonunun inzibati ərazi vahidində kənd. Bağban (Kürdəmir) — Kürdəmir rayonunun Böyük Kəngərli inzibati ərazi vahidində kənd. Keçmış adı Barlıdır.
Canbaz
Canbaz — Goranboy rayonu ərazisində dağ. Kürək və Buzluq çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1896 m. Farsca canbaz "oyunbaz, kəndirbaz; at minicisi, at dəllalı" deməkdir.
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Kambar
Kambay
Kambay (ing. Kambay, Cambay) — Hindistanda ingilis istilası dönəmində xanlıq. == Tarixi == Kambay körfəzində yerləşirdi, mərkəzi Kxambxat idi. Müasir Qucarat ştatının ərazisində idi, 1730-cu ildə yaranıb. Böyük Moğollar imperiyasının nəvvablarından olan şiə I Mirzə Cəfər Mömün xan tərəfindən yaradılmışdı. 1802-ci ildən 1947-ci ilədək Kambay Böyük Britaniyanın protektoratı idi. 10 iyun 1948-ci ildə Hindistan xanlığı rəsmən ləğv etdi, Maxaraştra ştatının tərkibinə daxil oldu.
Sambat
Sambat (yun. Σαμβατας) — Kiyev şəhərinin ya da qalasının adlarından biri. Birinci kəz X-cu əsrdə Konstantinos Porfirogennetos VII tərəfindən De Administrando Imperio-da (hardasa 948-ci il) sənədləşib. Sambat sözü xəzər türkçəsindən sam ("hündür, üst") ilə bat ("güclü") sözlərində yaranıb. Qərb tarix elminə görə Sambat şəhərinin qeyd edilməsi Kiyevin xəzərlər tərəfindən dikilməyini bildirir. Архипов A. A. Barədə bir qədim adı Kiyevin // tarixdən rus mədəniyyətinin. — M.: Dilləri, slavyan mədəniyyət, 2002. — S 2/1. — S. 30-46. — ISBN 5-7859-0142-0.
Zambar
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Barbar
Barbarlar (yun. bάrbαroi, lat. barbari, çin. 華夷之辨 – yadellilər, əcnəbilər) – qədim yunanların, sonra isə romalıların, həmçinin hindlilərin, Uzaq Şərq xalqlarının, yapon və çinlilərin dil və mədəniyyətcə onlara yad olan başqa tayfa və xalqlara verdikləri addır. == Tarixi == Eramızın başlanğıcında ən çox german tayfalarını barbar adlandırırdılar. Yeni dövrün tarix ədəbiyyatında "Barbar" termini Roma imperiyasını istila edib, onun ərazisində müstəqil krallıqlar (barbar krallıqlar) yaradan xalqları müəyyənləşdirmək üçün işlədilmişdir. Roma imperiyasında quldarlığın ləğvi və feodal münasibətlərinin formalaşmasında barbar istilaları mühüm rol oynamışdır. Məcazi mənada – imperialist müharibə qızışdırıcıları, irqi ayrı-seçkilik və apartheyd siyasəti yeridənlər, kobud, qəddar adamlar, mədəni sərvətləri dağıdanlar və b. da barbar adlandırılır. === Avropa dəmir dövrü === Antik dövrdə bu söz yunanlar tərəfindən yunan olmayan xalqlara qarşı istifadə olunurdu.
Ambar
Ambar — Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari. Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi. XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir. Ehtimal ki, Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır. Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər. Bəzi tədqiqatçılara görə türk dillərində ambar, ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Balba
II Kambiz
II Kambiz (qədim farsca. Камбӯджия; e.ə. 559, Ekbatan – e.ə. 522, Ekbatan) — E.ə. 530-522-ci illərdə Əhəmənilər hökmdarı. E.ə. 525-522-ci illərdə Misir fironu. II Kirin böyük oğlu. == Misirin fəthi == II Kir massagetlərlə döyüşdə həlak olduqdan (e.ə. 530) onun oğlu II Kambiz Əhəməni taxt-tacına sahib oldu.
Jasminum sambac
Ərəb jasmini (lat. Jasminum sambac) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Cənub-şərqi Asiyanın yerli bitkilərindəndir. Filippinin milli gülüdür və orada "sampaguita" adlanır. Həmçinin, İndoneziyanın üç milli gülündən biridir və orada "melati putih" kimi tanınır. == Botaniki təsviri == Cəlbedici və şirincəsinə ətirli gülləri üçün geniş şəkildə becərilir. == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Gülləri ətriyyat və çay hazırlanması üçün istifadə olunur. == Ədəbiyyat == Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Kiçik batbat
Kiçik batbat (lat. Hyoscyamus pusillus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
Qambay Məmmədov
Qambay Ələsgər oğlu Məmmədov (rus. Мамедов Гамбай Алескерович; 1921, Şuşa – 1990, Bakı) — 1963–1976-cı illərdə Azərbaycan SSR-nin Baş Prokuroru. 1963-cü ilədək SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin istintaq idarəsində çalışmış, 1971–1974-cü illərdə Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı, 1975–1980-ci illərdə Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olmuşdur. 1963-cü ildən isə prokuror vəzifəsinə gəlmişdir. Qambay Məmmədovun 2-ci Dünya müharibəsində Stalinqrad döyüşlərində iştirakı, qəhrəmanlıq göstərməsi onun üstünlüyü sayılırdı. 1 iyun 1976-cı ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi əmri ilə "prokuror-istintaq işinin təşkili, qanunçuluğa prokuror nəzarətinin həyata keçirilməsi işində ciddi nöqsanlara, prokurorluq orqanlarında kadrların həyata keçirilməsi və yerləşdirilməsi işində yarıtmaz vəziyyətə görə" işindən azad edilmişdi. 18 yanvar 1979-cu ildə isə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyündən xaric edilmişdi. 11 oktyabr 1989-cu ildə ona qarşı irəli sürülən ittihamlar qüvvədən düşdüyü üçün yenidən üzvlüyə bərpa edilmişdi. Həmin il noyabrın 20-si onun işindən azad edilməsi məsələsi də qanunsuz sayılaraq pensiya təyin edilmişdi. Qambay Məmmədovun vəzifələrinin əlindən alınması və partiyadan qovulmasını özünün Heydər Əliyevlə münaqişəsi ilə əlaqələndirirdi.
Qara batbat
Qara batbat (lat. Hyoscyamus niger) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır. Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir. Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir.