Band
Bandage
OBASTAN VİKİ
Jazz band
Caz orkestri — orkestrin xüsusi növü. Birinci dünya müharibəsinin (1914–1919) əvvəllərində Amerikada yaranmış və tezliklə Qərbi Avropada yayılmışdır. Adı ilk ansamblın təşkilatçısı və rəhbəri Cazbo Brounun adından götürülmüşdür. Caz orkestr əsasən nəfəsli alətlərdən, o cümlədən, mis nəfəsli alətlərdən və saksofondan, zərb alətləri və royaldan ibarət olur. Bəzi halda solo skripka, akkordeon, gitara, banco və b. alətlər də bu orkestrə daxil edilir.
Leyla The Band
Leyla The Band — 2013-cü ilin mart ayında qurulan musiqi qrupudur. Qurularkən "Leyla ile Mecnun" serialının sosial şəbəkələrdəki hesablarından xəbər verilmişdir. Qrupun ilk mahnısı "Yoxluğunda" (türk. Yokluğunda) olmuşdur. Bu mahnı "Leyla ile Mecnun" serialının bəzi bölümlərində səsləndirilmişdir. Klipi YouTube-da 27 milyondan çox izlənilmişdir. Qrup ikinci mahnısı "Eşq bitdi" (türk. Aşk Bitti) ilə fanatlarının sayını çoxaltmışdır. Qrupun serialı Star TV-də yayımlanmış "Ben de Özledim" serialı olmuşdur.
The Gap Band
The Gap Band — ABŞ funk qrupu. Qrup XX əsrin 70–80-ci illərindən məşhurlaşmağa başlamışdır.
Sgt. Pepper's Lonely Hearts Club Band
Sgt. Pepper's Lonely Hearts Club Band — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu. "Sgt. Pepper's Lonely Hearts Club Band" – 2:04 "With a Little Help from My Friends" – 2:46 "Lucy In the Sky with Diamonds" – 3:07 "Getting Better" – 2:49 "Fixing a Hole" – 2:38 "She's Leaving Home" – 3:37 "Being for the Benefit of Mr. Kite!" – 2:39 "Within You Without You" – 5:07 "When I'm Sixty-Four" – 2:37 "Lovely Rita" – 2:44 "Good Morning Good Morning" – 2:43 "Sgt. Pepper's Lonely Hearts Club Band (Reprise)" – 1:20 "A Day in the Life" – 5:33 Sgt.
Antonio Banderas
Xose Antonio Dominqes Banderas (isp. José Antonio Domínguez Banderas; 10 avqust 1960[…], Malaqa, Əndəlüs), daha çox Antonio Banderas adı ilə tanınır — Hollivudda məşhurluq qazanmış ilk ispan aktyoru. == Həyatı == Antonio Banderas 10 avqust 1960-cı ildə Malaga-İspaniyada doğulmuşdur. Anası Ana Banderas məktəb müəlliməsi, atası Xose Dominqez isə polis olmuşdur. Özündən böyük Xavyer adlı qardaşı var. Uşaqkən ən böyük arzusu professional futbolçu olmaq idi, lakin o, 14 yaşında ikən ayağı sınır və bu arzusunun üzərindən birdəfəlik xətt çəkilir. Bundan sonra dram dərsləri alaraq teatr truppalarında çıxış edir. Truppalarda və küçədə öz bacarığının nümayiş etdirən Banderas nəhayət ki, Milli İspaniya Teatrına daxil ola bilir. Aktyor səhnə adı kimi anasının soyadını götürüb.
Hapalochilus bandischii
Bulbophyllum arminii (lat. Bulbophyllum arminii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Papua-Yeni Qvineya üçün endemik növdür.
Hassane Bande
Boureyma Hassane Bande (30 oktyabr 1998-ci ildə anadan olub) — Belçika Birinci Diviziya A təmsilçilərindən olan Mexelen klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Fasolu futbolçudur. == Klub karyerası == === Mexelen === Bande peşəkar karyerasında debütünü Mexelen klubu ilə 19 avqust 2017-ci ildə Belçika Birinci Diviziya A-da Royal Antverpen klubuna qarşı oyunda etmişdir. O, sonradan meydana daxil olmuş və komandasının yeganə qolunun müəllifi olmuşdur. === Ayaks === 4 dekabr 2017-ci ildə Bande Mexelen klubunu tərk edərək Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Bande Burkina-Faso milli futbol komandası ilə debütünü 14 noyabr 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində Kabo-Verde millisinə qarşı oyunda etmişdir.
Hyalosema bandischii
Bulbophyllum bandischii (lat. Bulbophyllum bandischii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bismark arxipelaqı üçün endemik növdür.
Meya Banda
Meya Banda (5 iyul 1991-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Nyu-Yorkun bandaları (film, 2002)
Phytoseius bandipurensis
Phytoseius bandipurensis (lat. Phytoseius bandipurensis) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. Phytoseius bandipurensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Qərbi Bandunq inzibati ərazisi
Qərbi Bandunq inzibati ərazisi (ind. Kabupaten Bandung Barat) Qərbi Yavanın inzibati ərazi bölgüsü (reqensi). 2007-ci ildə yaradılmışdı, əvvəllər Bandunq rayonunun bir hissəsi idi. Bu yeni ərazinin paytaxtı Bandunqun qərb tərəfində yerləşən sənaye sahəsi olan Nqamprahdır. Bu ərazi Böyük Bandunq Metropol Sahəsinin bir hissəsidir. 2010-cu il əhali sayına görə reqensin əhalisi 1,506,448, son rəsmi rəqəm (2014-cü il) üçün 1,624,179 nəfər təşkil edir. Bandunq Reqensini iki ayrı inzibati əraziyə bölmək ideyası mövcud Bandunq inzibati ərazisinin qərb hissəsini ayırmaq fikrini nəzərdən keçirmək və təsdiq etmək üçün indi reqentin təklifinə əsasən 1999-cu ildən başlamışdır. Bölünmə uğurla başa çatmasından əvvəl Cimahinin (Bandunq reqensinin hissəsi kimi istifadə olunan üç rayonundan ibarət olan bir sahə) Bandunq şəhərətrafı avtonom şəhər olmaq üçün irəli sürülmüşdü. Cimahi muxtar idarəyə çevrildikdən sonra Bandunq Reqensin qərb hissəsi kimi ayrı bir reqens kimi inkişaf etdi. Nəhayət, 2007-ci ildə İndoneziya hökuməti Bandunq Reqensin qərb hissəsini Qərb Bandunq reqens (inzibati ərazi) kimi ayrı bir reqent təklifini təsdiqlədi.
Rede Bandeirantes
Rede Bandeirantes və ya sadəcə Band — San-Pauluda yerləşən Braziliyadan gələn bir televiziya şəbəkəsidir. Grupo Bandeirantes de Comunicação'nun bir hissəsi 1967-ci ildə ilk dəfə yayımlandı. Hal-hazırda reytinqlərinə görə Braziliyada dördüncü televiziya şəbəkəsidir.
Ryuci Bando
Ryuci Bando (d. 2 avqust 1979) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub.
Stepan Bandera
Stepan Andreyeviç Bandera (ukr. Степан Андрійович Бандера; 1 yanvar 1909, Starı Uqrinov, Qalisiya və Lodomeriya krallığı, Avstriya-Macarıstan — 15 oktyabr 1959, Münhen, Almaniya) — ukraynalı siyasətçi. Stepan Bandera 1909-cu ilin yanvarın birində Avstriya-Macarıstan imperiyasının Qalisiya bölgəsinin “Stari Uqrinov” kəndində anadan olub. Atası Andrey Mixayloviç Bandera katolik keşişi idi. Stepan 9 uşaqlı ailənin 3-cü övladı olaraq dünyaya gəlib. Bandera ailəsinin şəxsi evləri olmayıb onlar kilsəyə məxsus evdə yaşayıblar. Ata Bandera tam bir ukrayna milliyətçisi idi və uşaqlarınıda bu yöndə tərbiyə edirdi. Stepanın dünyaya göz açdığı evdə böyük bir kitabxana və milliyətçilik mövzusunda müzakirlər aparan qonaqlarla bol olub. Banderaların qonaqları Ukrayna Milliyətçi Təşkilatının liderləri – Pavel Qlodzinski, Yaroslav Vaselovski ( Avstrya-Macarıstan parlametninin vəkili) Mixayıl Qavrilko və başqaları olub. Bu ev Stepan üçün ilk məktəb kimi olub.
Susan Banda
Susan Banda (1 iyun 1995-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Banda 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Red Ərrous FK klubunda çıxış edir.
Ted Bandi
Ted Bandi (ing. Theodore Robert Bundy; 24 noyabr 1946, Börlinqton[d], Vermont – 24 yanvar 1989, Florida Dövlət Həbsxanası[d], Florida) — Amerikalı seriyalı qatil, nekrofil və təcavüzkar. Bandi 1974–1978-ci illər arasında ABŞ-nin müxtəlif şəhərlərində çoxlu sayda gənc qadını öldürmüşdür. Qurbanlarının dəqiq sayı bilinməyən Bandi 10 il ərzində törədikləri cinayətləri inkar etmişdir. Ancaq təkzib olunmaz faktlardan sonra 30-dan çox cinayəti törədiyini qəbul etmişdir. Ted Bandi Amerika seriyalı qatillərinin arasında ən məşhuru hesab olunur və seriyalı qatil termini də ilk dəfə olaraq Bandinin məhkəməsi zamanı işlədilmişdir. Ted Bandi xarici görkəmi ilə qadınları kimsəsiz ərazilərə gətirir, onları zorlayır, ölümcül şəkildə döyür, sonda isə cəsədlərini zorlayaraq parçalayırdı. Ted Bandi 24 noyabr 1946-cı ildə ABŞ-nin Vermont ştatının Burlinqton şəhərində anadan olmuşdur. Anası Eleanor Luis Kouel satıçı işləyirdi. Atasının kim olması barədə dəqiq məlumat yoxdur.
Bandikutlar
Bandikutlar (lat. Peramelemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Bandırma Onyedi Eylül Universiteti
Bandırma Onyedi Eylül Universiteti (BANU) — Türkiyənin Balıkəsir şəhərinin Bandırma rayonunda 2015-ci ildə qurulan dövlət universiteti. == Tarixi == Universitetin tarixi 3 iyul 1993-cü il tarixli 3897 saylı qanunla Balıkəsir Universitetinin nəzdində qurulan və 18 oktyabr 1993-cü ildə İqtisadiyyat və İdarəetmə fakültələri ilə təhsilə başlayan Bandırma İqtisadiyyat və İdarəetmə Fakültəsindən başlayır. Elə həmin il Bandırma Peşə Məktəbi, sonrakı illərdə isə Balıkəsir Universitetinin tərkibində Gönen Peşə Məktəbi, Manyas Peşə Məktəbi, Erdek Peşə Məktəbi və Bandırma Sağlamlıq Məktəbi təhsil və təlim fəaliyyətlərinə başlamışdır. Bölgənin ehtiyacları və bölgə əhalisinin sıx tələbi nəticəsində Bandırma Onyedi Eylül Universiteti 23 aprel 2015-ci il tarixli 6640 saylı Qanunla Balıkəsirdə ikinci universitet olaraq quruldu. Universitetin adı 1922-ci il 17 sentyabr tarixindən — istiqlaliyyət müharibəsi zamanı Bandırmada düşmən qüvvələrinə son güllənin atıldığı və Türkiyə müstəqilliyinin əbədi olaraq qorunub saxlanacağının qeyd edildiyi gündən gəlir. Universitet hazırda 12 fakültə, 1 institut, 1 kollec, 8 peşə məktəbi və 19 tətbiq və araşdırma mərkəzi ilə ümumilikdə 11 kampusda təhsil və tədqiqat fəaliyyətini davam etdirir.
Bandcamp
Bandcamp — musiqi yayımlama imkanı verən rəqəmsal platforma. 2007-ci ildə ABŞ-də bir qrup proqram tərtibatçıları tərəfindən yaradılıb. Ofisi Kaliforniyanın Oklend şəhərində yerləşir. İstifadəçilər müxtəlif janrlardan olan musiqi kəşf edə və yayımlaya, həmçinin musiqilərini birbaşa platformadan almaqla sevimli sənətçilərinə dəstək ola bilərlər. Bandcamp müstəqil və underground musiqiçilər üçün öz işlərini paylaşmağa imkan verən məşhur bir vasitəyə çevrilib.
El Salvadorda bandalara qarşı müharibə
El Salvadorda bandalara qarşı müharibə (isp. Guerra contra las pandillas en El Salvador) - 2022-ci ilin mart ayından etibarən Şimali Amerikada yerləşən El Salvadorda fəaliyyət göstərən cinayətkar qruplaşmara qarşı başladılmış silahlı müharibə. El Salvador hökuməti ölkədəki cinayətlərin sayının artmasında cinayətkar dəstələri günahlandırmış və çıxış yolu kimi ölkədəki bütün kartel, banda və digər təyinatlı cinayətklar birləşmələrin tamamilə zərərsizləşdirilməsini göstərmişdir. 2024-cü ilin 2 aprel tarixinə qədər olan məlumata əsasən yerli ordu və digər güc strukturları tərəfindən 79.184 nəfər lokal banda və dəstələrə mənsub olmaqda günahlandırılaraq həbs edilib. On minlərlə insanın həbs edilməsi, ölkədəki məhbus sayını kəskin formada yüksəldib və nəticədə 2023-cü ildə ölkə dünyadakı ən yüksək məhbus nisbətinə malik ölkəyə çevirilib. 2023-cü ilin 16 may tarixində nisbətən yüngül cinayətlər törətmiş 5 min nəfərə yaxın şəxs həbsxanalardan azadlığa buraxılıb. 2023-cü ilin yanvarında El Salvadorun Müdafiə Naziri Rene Merino Monroy açıqladığı məlumatlarda 2022-ci ildə ölkədə 496 qətl hadisənin qeydə alındığını açıqlamışdır. 2021-ci ildə baş vermiş 1.147 qətl hadisəsinə nəzərən bu rəqəm 56.8% bir azalma anlamına gəlməkdədir. 2021-ci ildə ölkənin Sen Vinsent departamentində 40 min məhbus üçün nəzərdə tutulmuş Terrorla Mübarizə Mərkəzi adlı xüsusi rejimli cəzaçəkmə müəssisəsi fəaliyyətə başlamışdır. CECOT qısaltması ilə tanınan mərkəz Şimali Amerika və Cənubi Amerikanın ən böyük cəzaçəkmə müəssisəsi hesab olunur.
Nyu-Yorkun bandaları
Nyu-Yorkun bandaları (ing. Gangs of New York) — 2002-ci ildə Martin Skorsezenin çəkdiyi filmdir. Herbert Asburinin "The Gangs of New York" romanından ekranlaşdırılmışdır. Hekayə 1800-cü illər Nyu-Yorkunda bir və iki nəsil əvvəl yeni qitədə məskunlaşıb, özlərini bu torpaqların yerlisi/sahibləri kimi görənlər ilə bu dövrdə xüsusi ilə İrlandiya gəlib bu ərazilərdə məskunlaşan yeni nəsil mühacirlərin şəhərdə özlərinə yer tapmasından və təsir dairəsi uğrunda mübarizələrindən bəhs edir. Martin Skorseze bu filmə görə ən yaxşı rejissor kimi "Qızıl Qlobus" mükafatını qazanmışdır.
Bandana (albom)
Bandana — ABŞ repçisi Freddie Gibbs-in prodüser Madlib ilə birgə hazırladığı ikinci kollaborativ studiya albomu. 28 iyun 2019-cu ildə ESGN, Keep Cool Records, Madlib Invazion və RCA Records tərəfindən buraxılıb.
Bandunq rayonu
Bandunq inzibati ərazisi (Kabupaten Bandunq, tez-tez Bandunq rayonu olaraq adlandırılır) - Bandunq şəhərinin cənub, cənub-şərq və şərqində yerləşən bir inzibati ərazidir. Bandunq inzibati ərazisinin (reqensi) şimal hissələri, əsasən Böyük Bandunq metropolu sahəsinin bir hissəsidir, üçüncü cənub hissəsində isə şəhərləşmə azalır və Vadidən yuxarıya doğru Bandunqun dərhal şimalına uzanan dağlar kimi kəskin deyildir. Reqens İndoneziyanın Qərbi Yava əyalətinin bir hissəsidir və Cakartanın təxminən 75 kilometr cənub-şərqində yerləşir. Soreanq şəhəri rayonun inzibati mərkəzidir. İlk Cimahi şəhəri muxtar ərazi oldu və sonra Qərbi Bandunq inzibati ərazisindən ayrıldı. 2010-cu il əhalinin siyahıya alınmasında son dəyişikliklər edildikdən sonra əhali 3,178,543-ə çatdı. Ən son rəsmi hesablama (2014-cü ilin yanvar ayı üçün) kvadrat kilometr başına ortalama sıxlıq 1,933 kvadratmetr üçün 3,418,246 əhali təşkil edirdi. == İnzibati rayonlar == Bandunq Reqensi siyahıya alınmış otuz bir rayona (kekamat) bölünür. 2010-cu il siyahısında rayonların ərazisi və əhalisi verilmişdir: == İdarəçilik == Bandunq inzibati ərazisinin (reqens) indiki reqenti Dadanq M Naserdir. == Qonşu inzibati ərazilər (reqenslər) == Şimal-Qərbi Bandunq inzibati ərazisi,Cimahi şəhəri,Bandunq şəhəri,Subanq inzibati ərazisi,Sumedanq inzibati ərazisi.
Qərbi Bandunq rayonu
Qərbi Bandunq inzibati ərazisi (ind. Kabupaten Bandung Barat) Qərbi Yavanın inzibati ərazi bölgüsü (reqensi). 2007-ci ildə yaradılmışdı, əvvəllər Bandunq rayonunun bir hissəsi idi. Bu yeni ərazinin paytaxtı Bandunqun qərb tərəfində yerləşən sənaye sahəsi olan Nqamprahdır. Bu ərazi Böyük Bandunq Metropol Sahəsinin bir hissəsidir. 2010-cu il əhali sayına görə reqensin əhalisi 1,506,448, son rəsmi rəqəm (2014-cü il) üçün 1,624,179 nəfər təşkil edir. Bandunq Reqensini iki ayrı inzibati əraziyə bölmək ideyası mövcud Bandunq inzibati ərazisinin qərb hissəsini ayırmaq fikrini nəzərdən keçirmək və təsdiq etmək üçün indi reqentin təklifinə əsasən 1999-cu ildən başlamışdır. Bölünmə uğurla başa çatmasından əvvəl Cimahinin (Bandunq reqensinin hissəsi kimi istifadə olunan üç rayonundan ibarət olan bir sahə) Bandunq şəhərətrafı avtonom şəhər olmaq üçün irəli sürülmüşdü. Cimahi muxtar idarəyə çevrildikdən sonra Bandunq Reqensin qərb hissəsi kimi ayrı bir reqens kimi inkişaf etdi. Nəhayət, 2007-ci ildə İndoneziya hökuməti Bandunq Reqensin qərb hissəsini Qərb Bandunq reqens (inzibati ərazi) kimi ayrı bir reqent təklifini təsdiqlədi.

Digər lüğətlərdə