Barren (Andaman adaları)
Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır.
== Coğrafiyası ==
Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir.
Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır.