BAŞBİLƏN
BAŞÇILIQ
OBASTAN VİKİ
Almos (başçı)
Almos (təq. 820, Xəzər xaqanlığı – təq. 895, Birinci Bulqar dövləti, Transilvaniya) — Macarıstan tayfalarının başçısı. == Mənşəyi == Anadan olması haqda əfsanə belədir: Macarların başçısı Ügyekin xanımı Emesenin yuxusunda bir Turul adlı qızıl qartal ona bətnindən bir doğan bir uşağın hökmdar olacağını xəbər verir amma torpaqlarını indi yaşadıqları yerdə genişləndirməyəcəklərini deyir. Ügyek və Emese uşaqlarının adını Almos yəni (Yuxuda görülən) qoyur. Lakin bu məlumat ancaq Gesta Hungarorum əsərində belədir, Vyana rəsmli xronikasına əsasən, Almos Ügyekin oğlu Elödün oğludur. == Hakimiyyətə gəlməsi == Əfsanəyə əsasən Almos taxta Hetmaqyarın (7 macar tayfası) səsverməsi nəticəsində gəlmişdi. Lakin Bizans imperatoru VII Konstantin De Adminstrando İmperio əsərində qeyd olunur ki, Almos bu vəzifəyə Xəzər xaqanın tərəfindən təyin olunmuşdu. == Hakimiyyəti == Almos dövründə macarlar Xəzər xaqanlığından müstəqil olaraq indiki Moldaviya bölgəsində yaşayırdılar. Kəbərlərin üsyanından sonra daha da güclənən macarlar 895-ci ilin yazında Bulqar xaqanlığına hücum etməyə başladılar.
Elmar Vəliyev (icra başçısı)
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). == Həyatı == Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Faiq Qürbətov (icra başçısı)
Faiq Akif oğlu Qürbətov (19 avqust 1973, Bakı) — Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Faiq Qürbətov 19 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. == Təhsili == Faiq Qürbətov 1980–1990-cı illərdə Bakı şəhər 132 saylı orta məktəbdə oxumuşdur. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi — tarix müəllimi ixtisası üzrə, 1998–2001-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsində inzibati idarəetmə ixtisası üzrə bakalavr təhsili almış, 2002-ci ildə Dövlət Turizm Qurumlarının əməkdaşları üçün Ümumdünya Turizm Təşkilatının tədris kursunu bitirmişdir. == Hərbi xidməti == F. Qürbətov 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. == Fəaliyyəti == Bakı Dövlət Universitetində təhsil aldığı dövrdə ictimai fəaliyyətlə məşğul olaraq yeni yaradılmış Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin üzvü, sonra isə Bakı Gənclər Klubunun təsisçilərindən biri və vitse-prezidenti olmuşdur. Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Sədr müavini olaraq başlamışdır. 1998–1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində Gənclər Təkilatları ilə iş üzrə şöbənin məsləhətçisi, 1999–2001-ci illərdə Azərbaycan Gənclər, İdman və Turizm nazirinin köməkçisi, 2001–2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı sektorunun müdiri vəzifələrində çalışmışdır. F. Qürbətov 2007–2012-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım Layihəsinin direktoru, 2011–2012-ci illərdə Turizm İnstitutunun Menecment və marketinq kafedrasında müəllim, 2012–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri, 2018-ci ildən 2020-ci ilin avqust ayının 24-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparatının rəhbəri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
Kamal Cəfərov (icra başçısı)
Kamal Cəfərov (tam adı: Cəfərov Kamal Camal oğlu) — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun İcra hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləmişdir. O, bu vəzifədən 1 iyun 2017-ci il tarixində azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləyir. O, bu vəzifəyə 1 iyun 2017-ci il tarixində təyin edilmişdir.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: müharibə, lokal müharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Musa Musayev (icra başçısı)
Musa Həzi oğlu Musayev (4 dekabr 1959, Nüvədi, Meğri rayonu) — Milli Məclisin deputatı (2000–2005), Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2006–2010). Musa Musayev 1959-cu il dekabrın 4-də Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində ziyalı ailəsində anadan olmuşdur. S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. 1983–1988-ci illərdə Kənd Təsərrüfat Nazirliyinin Elmi-Tədqiqat Yemçilik İnstitutunda elmi işçi, 1988–1994-cü illərdə Elmlər Akademiyasının Nəbatat İnstitutunun Radio-Biologiya bölməsində elmi işçi, 1994–1997-ci illərdə Bakı şəhəri Nəsimi rayonu Özəlləşdirmə İdarəsinin rəisi, 1997–2000-ci illərdə isə Nazirlər Kabineti yanında Dünya bankının Kənd Təsərrüfatının Kreditləşməsi layihəsində rəhbərin müavini vəzifələrində çalışmışdır. 2006-cı ildə Prezident Yaninda Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ilin noyabr ayından Yeni Azərbaycan Partiyasının üzvü, 1992–1994-cü illərde YAP Nəsimi rayon təşkilatının sədri, 1994–1998-ci illərdə YAP Nəsimi rayon təşkilatının sədrin 1-ci müavini vəzifələrində çalışmışdır. 1999-cu ilin dekabr ayında YAP-ın 1-ci qurultayında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişdir. 2000-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2000–2005-ci illərdə NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2006–2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Mürşüd Məmmədov (icra başçısı)
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Məmməd Məmmədov (icra başçısı)
Məmmədov Məmməd Cahangir oğlu (10 dekabr 1961, Dönük Qırıqlı, Tovuz rayonu) — Tovuz rayonu İcra hakimiyyətinin başçısı (7 iyun 2018-ci ildən). Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Nadir Abbasov (icra başçısı)
Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan Rayon və Ağdam Rayon Komitəsinin birinci katibi. 1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976). Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.
Naxçıvan hökumət başçılarının siyahısı
Naxçıvan Muxtar Respublikasının baş nazirlərinin siyahısı — hazırkı Naxçıvan Muxtar Respublikasında tarixən mövcud olan hökumətlərin başçılarının siyahısı.
Nazim İbrahimov (icra başçısı)
Nazim Asabəli oğlu İbrahimov (1 sentyabr 1951, Nuxa) — Şəki şəhər İcra Hakimiyyətinin başçısı (2004–2010-cu illər). Nazim Asabəli oğlu İbrahimov 1951-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. 1968-ci ildə, Bakıda, 150 saylı orta məktəbini bitirmişdir. 1968-ci ildə Azərbaycan Xalq Təssərüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Ticarətin iqtisadiyyatı" fakültəsinə daxil olmuşdur və 1972-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1973–1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1974–1976-cı illərdə Xüsusi Tikinti-quraşdırma idarəsində mühəndis vəzifəsində çalışmışdır. 1976–2001-ci illərdə Nazim İbrahimov Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi kimi məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildən 2004-cü ilin 30 sentyabr tarixinə qədər ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə heyətinin üzvü vəzifələrində çalışmışdır. Nazim Asabəli oğlu İbrahimov 30 sentyabr 2004-cü il tarixindən 21 aprel 2010-cu il tarixinədək Şəki Şəhər İcra Hakiməyyətinin başçısı vəzifəsində çalışmışdır. Ailəlidir.
Nazim İsmayılov (icra başçısı)
Nazim Mehdi oğlu İsmayılov (24 iyul 1952, Kürdşaban, Göyçay rayonu) — siyasətçi, Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarının keçmiş İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.Ailəlidir, 3 övladı, 6 nəvəsi vardır. Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb. 1977–1980-ci illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor 1980–1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri. 1981–1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri. 1989–1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi. 1990–1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
Nizami Məmmədov (icra başçısı)
Nizami Muradoğlu (tam adı: Məmmədov Nizami Murad oğlu; 2 aprel 1955, Ordubad rayonu – 24 oktyabr 2021, Bakı) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu İcra Hakimiyyətinin başçısı, AMEA Folklor İnstitutunun dosenti. Məmmədov Nizami Murad oğlu 1955-ci il aprel ayının 2-də Naxçıvan MR-nın Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur. 1962–1972-ci illərdə Əylis kənd orta məktəbində oxumuşdur. 1972–1976-cı illərdə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. İnstitutu orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 1976–1977-ci illərdə hərbi xidmət keçmişdir. Ailəli, üç övlad sahibidir. 24 oktyabr 2021-ci ildə Bakı şəhərində koronovirus xəstəliyindən vəfat etmişdir. 1978–1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında, 1987–1994-cü illərdə təhsil sahəsində çalışmışdır. 1994-cü ilin may ayından 1996-cı ilin noyabr ayınadək Naxçıvan Muxtar Respublikası Ordubad rayonu icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
Nizami Ələkbərov (icra başçısı)
Nizami Həsən oğlu Ələkbərov (2 iyun 1952, Tovuz) — İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2006–2013-cü illər). Nizami Ələkbərov 2 iyun 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1959-cu ildə Naxçıvan MR Culfa şəhər orta məktəbinin I sinfinə gedib, yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar 1969-cu ildə Mingəçevir şəhər 3 saylı orta məktəbin X sinfini bitirib. 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1974-cü ildə həmin institutun Mühasibat uçotu ixtisası üzrə tam kursunu bitirərək mühasib-iqtisadçı ixtisası alıb. 1980-ci ildə Ümumittifaq Qiyabi Hüquq İnstitutuna daxil olub, 1984-cü ildə həmin institutu bitirərək hüquqşünas ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1973-cü ildə Şəki İpək İstehsalat Birliyində mühasib kimi başlayıb. 1976-cı ilin iyun ayından 1981-ci ilin aprel ayına kimi Şəki İpək İstehsalat Birliyində baş mühasib, 1981-ci ilin aprel ayından 1983-cü ilin yanvar ayına kimi isə Şəki rayon İcraiyyə Komitəsində plan komissiyasının sədri işləyib. Ailəlidir, 3 övladı var. Azərbaycan Respublilasının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.
Qəbilə başçısı
Qəbilə başçısı: Povestlər və hekayələr — Əlisa Nicatın 1987-ci ildə nəşr olunmuş povest və hekayələrdən ibarət kitabı.
Rafiq Quliyev (icra başçısı)
Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Ərəfsə, Sisian rayonu) — Xətai Rayonu İcra Hakimiyyətinin başçısı. Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Ramiz Cəfərov (icra başçısı)
Ramiz Cəfərov (tam adı: Cəfərov Ramiz Əli oğlu; 19 may 1959, Qarabağlar, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin başçısı. Ramiz Cəfərov 19 may 1959-cu ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olub. 1966–1976-cı illərdə Qarabağlar kənd orta məktəbində orta təhsil alıb. 1977–1979-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Naxçıvan Dövlət Universitetində Hüquq və Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində təhsil almışdır. Müxtəlif idarə və təşkilatlarda çalışıb: Qarabağlar İstehlak Cəmiyyətinin sədri, Qıvraq İstehlak Cəmiyyətinin sədri, Şərur rayon "Kəngərli" Şəkər şirkətinin direktoru (1997–2002), 2 saylı Şərur Seçki Dairəsinin sədri (2003–2004), 24 may 2004-cü ildən 31 avqust 2015-ci ilədək Kəngərli rayon İcra Hakimiyyətinin başçısı kimi rəhbər vəzifələrdə işləyib. Hazırda Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında işləyir. Yeni Azərbaycan Partiyasının II, III, IV və V Qurultaylarının nümayəndəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatı Siyasi Şurasının üzvü olub. Ailəlidir, 4 övladı var. Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin ilk başçısı vəzifəsində işləmişdir.
Ramiz Həsənov (icra başçısı)
Ramiz Şamil oğlu Həsənov (7 aprel 1960, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı. 1960-cı ilin aprel ayının 7-də Azərbaycanın Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1977–1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1988-ci ildə ali təhsilini başa vurmuşdur. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun qardaşıdır. 2001-ci ilin oktyabrında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin olunmuş, 2011-ci ilin aprel ayınadək bu vəzifədə çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Rusiya dövlət başçısı
Müasir Rusiya Federasiyası Konstitusiyası (Конституция Российской Федерации, Konstitutsiya Rossiyskoy Federatsii; ru), 12 dekabr 1993-cü ildə həyata keçirilmiş olan referendum ilə qəbul edilmişdir. Rusiya Konstitusiyası dərc edilmiş olduğu 25 dekabr 1993-cü ildə qanuni qüvvəyə minmişdir və Sovet Respublikası Sistemini sıradan çıxarmışdır. Müasir Rusiya Konstitusiyası 1936-cı il SSRİ Konstitusiyasından sonrakı ən uzun müddətli konstitusiyadır. Rusiya Konstitusiya Komissiyası 1993-cü ildəki Konstitusiya Konfransında 800-dən artıq şəxs ilə iştirak etmişdir. Sergei Alexeyev, Sergey Shakhray və bəzən Anatoly Sobchakın konstitusiyanı birgə hazırladıqları qeyd edilir. Konstitusiya mətninə Mixail Speranskinin konstitusiya layihəsi ilə müasir Fransanın Konstitusiyası ilham vermişdir. 12 dekabr 1993-cü ildə bir konstitusiya referendumu həyata keçirildi. Qeydə alınmış seçicilərin 54,8 %-ini təşkil edən 58.187.755 nəfər şəxs seçkilərdə iştirak etmişdir. Bunların 32.937.630 nəfəri, yəni 54,5 %-i konstitusiyanın qanuni qüvvəyə minməsinə səs vermişdir. Yeni konstitusiya SSRİ tərkibindəki Rusiya Sovet Federativ Sosialist Respublikasına məxsus 1978-ci il konstitusiyasını qanuni qüvvədən saldı.
SSRİ hökumət başçıları
SSRİ hökumət başçısı (rus. Глава Правительства СССР) — Sovet Sosialist Respublikaları İttifaqında hökumət rəhbəri vəzifəsinin qeyri-rəsmi adı. Bu vəzifənin rəsmi adı isə tamamilə başqa şəkildə, özü də müxtəlif illərdə müxtəlif şəkildə olmuşdur. SSRİ-nin mövcudluğu dövründə cəmi 12 nəfər hökumət başçısı olmuşdur. Onlardan ikisi vəzifədə olarkən vəfat edib (Vladimir Lenin və İosif Stalin), üçü istefaya göndərilib (Aleksey Kosıgin, Nikolay Tixonov və İvan Silayev). SSRİ hökumət başçısı vəzifəsini icra edən 2 nəfər eyni vaxtda həm də partiya rəhbəri vəzifəsini daşımışdır (Stalin və Nikita Xruşşov). Birinci hökumət başçısı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması müqaviləsindən sonra 1922-ci ildə Lenin olmuşdur. Sonuncu olan İvan Silayev 1991-ci ildə 126 gün kabinetə rəhbərlik edərək bu vəzifəni ən qısa müddət ifa edən şəxs olub. Kosıgin 14 ildən çox bu vəzifəni icra edərək kabinetdə ən uzun vaxt qalan şəxs olub və iki dəfədən çox hökumət formalaşdıran yeganə şəxsdir. 1980-ci ildə istefasından bir az sonra vəfat edib Xalq Komissarları Şurası (Sovnarkom) Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) tərəfindən 8 noyabr 1917-ci ildə yaradılıb.
SSRİ hökumət başçılarının siyahısı
SSRİ hökumət başçısı (rus. Глава Правительства СССР) — Sovet Sosialist Respublikaları İttifaqında hökumət rəhbəri vəzifəsinin qeyri-rəsmi adı. Bu vəzifənin rəsmi adı isə tamamilə başqa şəkildə, özü də müxtəlif illərdə müxtəlif şəkildə olmuşdur. SSRİ-nin mövcudluğu dövründə cəmi 12 nəfər hökumət başçısı olmuşdur. Onlardan ikisi vəzifədə olarkən vəfat edib (Vladimir Lenin və İosif Stalin), üçü istefaya göndərilib (Aleksey Kosıgin, Nikolay Tixonov və İvan Silayev). SSRİ hökumət başçısı vəzifəsini icra edən 2 nəfər eyni vaxtda həm də partiya rəhbəri vəzifəsini daşımışdır (Stalin və Nikita Xruşşov). Birinci hökumət başçısı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması müqaviləsindən sonra 1922-ci ildə Lenin olmuşdur. Sonuncu olan İvan Silayev 1991-ci ildə 126 gün kabinetə rəhbərlik edərək bu vəzifəni ən qısa müddət ifa edən şəxs olub. Kosıgin 14 ildən çox bu vəzifəni icra edərək kabinetdə ən uzun vaxt qalan şəxs olub və iki dəfədən çox hökumət formalaşdıran yeganə şəxsdir. 1980-ci ildə istefasından bir az sonra vəfat edib Xalq Komissarları Şurası (Sovnarkom) Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) tərəfindən 8 noyabr 1917-ci ildə yaradılıb.
Əziz Əzizov (icra başçısı)
Əziz Əzizov (tam adı: Əziz İmran oğlu Əzizov; 9 dekabr 1963, Soltanlı, Cəbrayıl rayonu) — Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı. Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. 1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır. 1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur 2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Saleh Rüstəmov (icra başçısı)
Saleh Məhərrəm oğlu Rüstəmov (25 may 1963, Gədəbəy) — azərbaycanlı siyasətçi, Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992–1993), siyasi məhbus. Saleh Rüstəmov 1963-cü il mayın 25-də Gədəbəy şəhərində anadan olmuşdur. O, 1970–1978-ci illərdə İ. Əliyev adına Gədəbəy qəsəbə orta məktəbində, 1978–1980-ci illərdə isə N. Krupskaya adına Gədəbəy qəsəbə tam orta məktəbində təhsil almış, 1980–1984-cü illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil almışdır. 1984-cü ildə bir müddət idman müəllimi olaraq çalışan Saleh Rüstəmov 1987–1988-ci illərdə Gədəbəy İdman Məktəbinin tədris şöbəsinin müdiri, 1988–1991-ci illərdə isə Gədəbəy İdman Məktəbinin müdiri vəzifəsində çalışmışdır. O, 1984–1986-cı illərdə Jitomir vilayətində Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuşdur. Ailəlidir, üç övladı var. Saleh Rüstəmov 2018-ci il mayın 5-də Rusiyadan Azərbaycana gəlmiş, mayın 8-də isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdır. Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2, 193–1.3.1 və 193–1.3.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Saleh Rüstəmov təcridxana olduğu müddət ərzində işgəncələrə məruz qaldığını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Vyetnamın dövlət başçıları
Vyetnamın dövlət başçılarının siyahısı —
Vyetnamın dövlət başçılarının siyahısı
Vyetnamın dövlət başçılarının siyahısı —
İlqar Abbasov (icra başçısı)
İlqar Namaz oğlu Abbasov (12 fevral 1958) — Şirvan Şəhəri İcra Hakimiyyətinin başçısı. İlqar Namaz oğlu Abbasov 1958-ci il fevral ayının 12-də anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirmişdir. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2004–2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2019-cu illərdə isə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Значение слова в других словарях