BAŞBİLƏN
BAŞÇILIQ
OBASTAN VİKİ
Almos (başçı)
Almos (təq. 820, Xəzər xaqanlığı – təq. 895, Birinci Bulqar dövləti, Transilvaniya) — Macarıstan tayfalarının başçısı. == Mənşəyi == Anadan olması haqda əfsanə belədir: Macarların başçısı Ügyekin xanımı Emesenin yuxusunda bir Turul adlı qızıl qartal ona bətnindən bir doğan bir uşağın hökmdar olacağını xəbər verir amma torpaqlarını indi yaşadıqları yerdə genişləndirməyəcəklərini deyir. Ügyek və Emese uşaqlarının adını Almos yəni (Yuxuda görülən) qoyur. Lakin bu məlumat ancaq Gesta Hungarorum əsərində belədir, Vyana rəsmli xronikasına əsasən, Almos Ügyekin oğlu Elödün oğludur. == Hakimiyyətə gəlməsi == Əfsanəyə əsasən Almos taxta Hetmaqyarın (7 macar tayfası) səsverməsi nəticəsində gəlmişdi. Lakin Bizans imperatoru VII Konstantin De Adminstrando İmperio əsərində qeyd olunur ki, Almos bu vəzifəyə Xəzər xaqanın tərəfindən təyin olunmuşdu. == Hakimiyyəti == Almos dövründə macarlar Xəzər xaqanlığından müstəqil olaraq indiki Moldaviya bölgəsində yaşayırdılar. Kəbərlərin üsyanından sonra daha da güclənən macarlar 895-ci ilin yazında Bulqar xaqanlığına hücum etməyə başladılar.
Adil Məmmədov (icra başçısı)
Adil Məmmədov (15 aprel 1952, Xaçmaz, Vartaşen rayonu) — Qobustan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Adil Məcnun oğlu Məmmədov 15 aprel 1952-ci ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olub, 1975-ci ildə həmin İnstitutu "Baytarlıq" ixtisası üzrə bitirmişdir. 15 oktyabr 1975-ci il tarixdən 4 sentyabr 1981-ci il tarixədək Vartaşen (Oğuz) rayonu Padar kəndində "Pravda" kolxozunda baytar həkim, 4 sentyabr 1981-ci il tarixdən 10 fevral 1982-ci il tarixədək isə həmin kolxozda sədr müavini işləmişdir. 10 fevral 1982-ci il tarixdən 10 fevral 1988-ci il tarixədək Xaçmaz kəndi "Lenin" adına kolxozun idarə heyətinin sədri, 10 fevral 1988-ci il tarixdən 01.02.1990-cı il tarixədək Xaçmaz kəndi "Komsomol" kolxozu idarə heyətinin sədri, 01.02.1990-cı il tarixdən 28.01.1993-cü il tarixədək Oğuz rayonu Aqrokombinatında baş direktor, 28.01.1993-cü il tarixdən 03.09.1994-cü il tarixədək Oğuz rayonu İcra Hakimiyyətində Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəisi işləmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı, 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. A. Məmmədov YAP-nın yaradılmasında fəal iştirak etmiş, YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Ailəlidir, 1 qızı, 2 oğlu, 3 nəvəsi var. Bir neçə kitab və elmi məqalənin müəllifidir. Adil Məmmədov Biləsuvar, Qəbələ və Oğuz rayonlarının icra hakimi vəzifəsində çalışmışdır.
Almaniya dövlət başçılarının siyahısı
== İmperatorlar Alman imperiyasına (alm. ==
Aqil Məmmədov (icra başçısı)
Aqil Sadıq oğlu Məmmədov (1 aprel 1960, Ağdaban, Kəlbəcər rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Kəlbəcər rayonunun icra başçısı (2013–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009–2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında ali təhsil alıb. === Ailəsi === Aqil Məmmədov ailəlidir, 2 övladı var. Miskin Abdal nəslindəndir. Ağdabanlı şair Qurbanın nəvəsi, Aşıq Şəmşirin qardaşı oğlu, Cavid Qurbanovun əmisi oğludur. == Fəaliyyəti == Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu. Aqil Məmmədov 2006–2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008–2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb. Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.
Arif Qasımov (icra başçısı)
Arif Adil oğlu Qasımov — Nizami Rayon İcra Hakimiyyətinin başçısı (2015–2020). == Həyatı == Arif Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Xanlıqlar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu "iqtisadçı" və Naxçıvan Dövlət Universitetini "hüquqşünas" ixtisasları üzrə bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə başladıqdan sonra Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. 2011–2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 11 iyul 2020-ci ildə tutduğu vəzifədən azad edilmişdir. Evlidir, üç övladı var.
Asif Məmmədov (icra başçısı)
Asif Məmmədov (1962, Rəzgov, Lerik rayonu) — Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011-ci illər), Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (2011–2013-cü illər). == Həyatı == Asif Salman oğlu Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar "Əzizbəyovneft" və H. Z. Tağıyev adına NQÇİ-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, Kaspi-Yıldız" Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri olmuşdur. Evlidir, 4 övladı var. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun qardaşıdır. == Siyasi fəaliyyəti == Asif Məmmədov Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının müavini, 2006–2011-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il aprel ayının 21-dən 2013-cü il fevral ayının 15-dək isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Asif Əsgərov (icra başçısı)
Asif Yunis oğlu Əsgərov (1966, Naxçıvan) — Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Asif 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlamış, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən "ATTİLA" idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir. 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyətini davam etdirir. Elmlər namizədi, idman ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, respublika dərəcəli hakimdir. Ailəlidir, 2 övladı var.
Azərbaycan dövlət başçılarının siyahısı
Azərbaycan dövlət başçılarının siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Respublikası prezidentləri və dövlət başçıları bu siyahıda göstərilib. 25 yaşında hakimiyətə gələn Qriqori Kaminski Azərbaycan tarixində ən gənc, Heydər Əliyev isə 70 yaşında ən yaşlı hökumət başçısı olmuşdur. Hazırda İlham Əliyev Azərbaycanın prezidentidir, hansı ki, 2018-ci ildə prezident seçkilərində qələbə qazanıb.
Azərbaycan hökumət başçılarının siyahısı
Azərbaycan hökumət başçılarının siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Respublikası Baş nazirləri və hökumət başçıları bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Baş nazirləri (müxtəlif dövrlər və dəyişik sifətlərlə) sıralanmışdır.
Azərbaycan icra başçıları
== Şəhər icra hakimiyyətləri ==
Azərbaycanın şəhər, rayon və şəhərdə rayon icra hakimiyyəti başçılarının siyahısı
== Şəhər icra hakimiyyətləri ==
Buryatiya Respublikasının Dövlət Başçısı
Buryatiya Respublikasının Dövlət Başçısı (Rusca: Глава Республики Бурятия; Buryatca: Буряад Уласай Толгойлогшо) və ya 1994-2012 illəri arasındakı adı ilə Buryatiya Respublikasının Prezidenti (Rusca: Президент Республики Бурятия) -- Rusiya Federasiyasına aid muxtar respublika olan Buryatiyada ən yüksək vəzifə. Səlahiyyət müddəti 5 ildir.
Bələdiyyə başçısı
Bələdiyyə sədri — bələdiyyə tərəfindən idarə olunan inzibati vahidə, şəhərə və ya hər hansısa məkana rəhbərlik edən şəxs. Bələdiyyə sədri seçkili vəzifədir.
Dağıstan Respublikasının Dövlət Başçısı
Dağıstan Respublikasının Dövlət Başçısı və ya 31 dekabr 2013-cü ildə qədər Dağıstan Respublikasının Prezidenti (rus. Глава/Президент Республики Дагестан) — RF-na bağlı muxtar Dağıstan Respublikasında ən yüksək vəzifə. Dağıstanın Dövlət Başçısı, Rusiya Federasiyası Konstitusiyasına və federal qanunlara, Dağıstan Respublikasının Konstitusiyasına və Dağıstan qanunlarına uyğunlaşma təmin edilməsinə, eyni zamanda xalqların bərabərliyinə, insan və vətəndaş hüquq və azadlıqlarına yönəlmiş bir siyasət həyata keçirir və Dağıstan Respublikasının birliyinin və ərazi bütövlüyünün qorunması üçün siyasət aparır. Dövlət başçısı 30 yaşından kiçik bir şəxs ola bilməz. Səlahiyyət müddəti beş ildir. Rusiya Federasiyası Prezidenti tərəfindən irəli sürülmüş üç namizəd arasından Dağıstan Respublikası Milli Məclisinin deputatları tərəfindən seçilir. = Tarixi = Ali Şuranın sədri 1991-ci ildən 1994-cü ilə qədər Dağıstanda yüksək vəzifə Ali Şuranın sədri olmuşdur. Bu vəzifənin adı 1991-ci ilə qədər "Dağıstan MSSR Ali Şuranın sədri" olmuşdur. Bu vəzifədə ilk və sonuncu milliyətcə dargin olan Məhəmmədəli Məhəmmədov olmuşdur. Dövlət Şurasının sədri 1994-cü ildə Ali Şuranın sədrliyi vəzifəsi Dövət Şurasının sədrliyi vəzifəsi ilə əvəz edilmişdir.
Dövlət başçısı
Dövlət başçısı — bir dövləti birlik və legitimliyi ilə rəsmi şəkildə təcəssüm etdirən ictimai şəxs. Ölkənin idarəetmə formasından və səlahiyyətlərin bölünməsindən asılı olaraq, dövlət başçısı təntənəli idrakçı (məsələn, Böyük Britaniya monarxı) və ya eyni zamanda hökumət başçısı və daha çox ola bilər (məsələn, ABŞ Prezidenti, o da Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır). Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentə mənsubdur. Prezidentli respublikalarda dövlətin başçısı eyni zamanda hökumətin rəhbəri olur, öz istəyinə görə nazirləri təyin edir. Bu prezidentin təmsil etdiyi partiyanın üzərinə xüsusi məsuliyyət qoyur. Bununla belə bir çox ölkələrdə dövlət başçısı özünün səlahiyyəti dövründə partiyada üzvlüyünü dayandırır. Parlamentli respublikalardan İtaliya respublikasında dövlət başçısının səlahiyyət müddəti 7 il nəzərdə tutulsa da başlanan konstitusiya islahatlarında gələcəkdə səlahiyyət müddətinin 5 ilə endirilməsi, 2 dəfə seçilməsi və yaş həddinin aşağı endirilməsi nəzərdə tutulmuşdur. Bir sıra ölkələrdə dövlət başçısı silahlı qüvvələrin baş komandanıdır.
Elmar Vəliyev (icra başçısı)
Elmar Vəliyev (Elmar Rüstəm oğlu Vəliyev; 3 oktyabr 1960, Yevlax) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2011–2018). == Həyatı == Elmar Vəliyev 3 oktyabr 1960-cı ildə Yevlax rayonunda anadan olmuşdur. 1979–1986-cı illərdə Azərbaycan Texnologiya Universitetində Mühəndis-texnoloq ixtisası üzrə, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Hüquqşünas ixtisası üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildən Yevlax şəhər yol tikinti idarəsində başlayıb. 1983-cü ilə qədər bu müəssisədə təmirçi,1983–1989-cu illərdə Gəncə Tikiş Fabrikində mühəndis, 1989–1994-cü illərdə qədər Azərbaycan Respublikası Həmkarlar İttifaqı Mərkəzi Komitəsində təşkilatçı vəzifəsində işləyib. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşıdır. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildən 1995-ci ilə kimi Yevlax Şəhər Sovetinin deputatı olub. 1994–2001-ci illərdə Yevlax Rayon Gömrükxanasının rəisi, 2001–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində rəis müavini, 2004–2011-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamına əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin başçı vəzifəsinə təyin edilib.
Faiq Qürbətov (icra başçısı)
Faiq Akif oğlu Qürbətov (19 avqust 1973, Bakı) — Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Faiq Qürbətov 19 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub. == Təhsili == Faiq Qürbətov 1980–1990-cı illərdə Bakı şəhər 132 saylı orta məktəbdə oxumuşdur. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi — tarix müəllimi ixtisası üzrə, 1998–2001-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsində inzibati idarəetmə ixtisası üzrə bakalavr təhsili almış, 2002-ci ildə Dövlət Turizm Qurumlarının əməkdaşları üçün Ümumdünya Turizm Təşkilatının tədris kursunu bitirmişdir. == Hərbi xidməti == F. Qürbətov 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. == Fəaliyyəti == Bakı Dövlət Universitetində təhsil aldığı dövrdə ictimai fəaliyyətlə məşğul olaraq yeni yaradılmış Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin üzvü, sonra isə Bakı Gənclər Klubunun təsisçilərindən biri və vitse-prezidenti olmuşdur. Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında Sədr müavini olaraq başlamışdır. 1998–1999-cu illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində Gənclər Təkilatları ilə iş üzrə şöbənin məsləhətçisi, 1999–2001-ci illərdə Azərbaycan Gənclər, İdman və Turizm nazirinin köməkçisi, 2001–2007-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Daxili Turizmin İnkişafı sektorunun müdiri vəzifələrində çalışmışdır. F. Qürbətov 2007–2012-ci illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı çərçivəsində ölkədaxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım Layihəsinin direktoru, 2011–2012-ci illərdə Turizm İnstitutunun Menecment və marketinq kafedrasında müəllim, 2012–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri, 2018-ci ildən 2020-ci ilin avqust ayının 24-dək İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparatının rəhbəri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2020-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
Kamal Cəfərov (icra başçısı)
Kamal Cəfərov (tam adı: Cəfərov Kamal Camal oğlu) — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun İcra hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləmişdir. O, bu vəzifədən 1 iyun 2017-ci il tarixində azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləyir. O, bu vəzifəyə 1 iyun 2017-ci il tarixində təyin edilmişdir.
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. == Komitənin məqsəd və vəzifələri == Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: muharibə, lokal muharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Qəbilə başçısı
Qəbilə başçısı: Povestlər və hekayələr — Əlisa Nicatın 1987-ci ildə nəşr olunmuş povest və hekayələrdən ibarət kitabı.
Rafiq Quliyev (icra başçısı)
Rafiq Çəpərxan oğlu Quliyev (17 yanvar 1974, Ərəfsə, Sisian rayonu) — Xətai Rayonu İcra Hakimiyyətinin başçısı. == Həyatı == Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikasının Qarakilsə rayonunun Ərəfsə kəndində anadan olub. 1981-ci ildə Ərəfsə kənd orta məktəbində 1-ci sinifə gedib. Ermənistan Respublikasından azərbaycanlıların etnik təmizlənməsindən sonra 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1992–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Birinci Qarabağ müharibəsi veteranıdır. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Mühəndis iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb. 2003–2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə" ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.
Ramiz Cəfərov (icra başçısı)
Ramiz Cəfərov (tam adı: Cəfərov Ramiz Əli oğlu; 19 may 1959, Qarabağlar, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin başçısı. == Həyatı == Ramiz Cəfərov 19 may 1959-cu ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olub. 1966–1976-cı illərdə Qarabağlar kənd orta məktəbində orta təhsil alıb. 1977–1979-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Naxçıvan Dövlət Universitetində Hüquq və Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələrində təhsil almışdır. Müxtəlif idarə və təşkilatlarda çalışıb: Qarabağlar İstehlak Cəmiyyətinin sədri, Qıvraq İstehlak Cəmiyyətinin sədri, Şərur rayon "Kəngərli" Şəkər şirkətinin direktoru (1997–2002), 2 saylı Şərur Seçki Dairəsinin sədri (2003–2004), 24 may 2004-cü ildən 31 avqust 2015-ci ilədək Kəngərli rayon İcra Hakimiyyətinin başçısı kimi rəhbər vəzifələrdə işləyib. Hazırda Naxçıvan MR Həmkarlar İttifaqları Şurasında işləyir. Yeni Azərbaycan Partiyasının II, III, IV və V Qurultaylarının nümayəndəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatı Siyasi Şurasının üzvü olub. Ailəlidir, 4 övladı var. === İcra başçısı === Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu İcra hakimiyyətinin ilk başçısı vəzifəsində işləmişdir.
Ramiz Həsənov (icra başçısı)
Ramiz Şamil oğlu Həsənov (7 aprel 1960, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == 1960-cı ilin aprel ayının 7-də Azərbaycanın Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1977–1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1988-ci ildə ali təhsilini başa vurmuşdur. === Ailəsi === Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun qardaşıdır. == Siyasi fəaliyyəti == 2001-ci ilin oktyabrında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin olunmuş, 2011-ci ilin aprel ayınadək bu vəzifədə çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Rusiya dövlət başçısı
Müasir Rusiya Federasiyası Konstitusiyası (Конституция Российской Федерации, Konstitutsiya Rossiyskoy Federatsii; ru), 12 dekabr 1993-cü ildə həyata keçirilmiş olan referendum ilə qəbul edilmişdir. Rusiya Konstitusiyası dərc edilmiş olduğu 25 dekabr 1993-cü ildə qanuni qüvvəyə minmişdir və Sovet Respublikası Sistemini sıradan çıxarmışdır. Müasir Rusiya Konstitusiyası 1936-cı il SSRİ Konstitusiyasından sonrakı ən uzun müddətli konstitusiyadır. Rusiya Konstitusiya Komissiyası 1993-cü ildəki Konstitusiya Konfransında 800-dən artıq şəxs ilə iştirak etmişdir. Sergei Alexeyev, Sergey Shakhray və bəzən Anatoly Sobchakın konstitusiyanı birgə hazırladıqları qeyd edilir. Konstitusiya mətninə Mixail Speranskinin konstitusiya layihəsi ilə müasir Fransanın Konstitusiyası ilham vermişdir. 12 dekabr 1993-cü ildə bir konstitusiya referendumu həyata keçirildi. Qeydə alınmış seçicilərin 54,8 %-ini təşkil edən 58.187.755 nəfər şəxs seçkilərdə iştirak etmişdir. Bunların 32.937.630 nəfəri, yəni 54,5 %-i konstitusiyanın qanuni qüvvəyə minməsinə səs vermişdir. Yeni konstitusiya SSRİ tərkibindəki Rusiya Sovet Federativ Sosialist Respublikasına məxsus 1978-ci il konstitusiyasını qanuni qüvvədən saldı.
SSRİ hökumət başçıları
SSRİ hökumət başçısı (rus. Глава Правительства СССР) — Sovet Sosialist Respublikaları İttifaqında hökumət rəhbəri vəzifəsinin qeyri-rəsmi adı. Bu vəzifənin rəsmi adı isə tamamilə başqa şəkildə, özü də müxtəlif illərdə müxtəlif şəkildə olmuşdur. SSRİ-nin mövcudluğu dövründə cəmi 12 nəfər hökumət başçısı olmuşdur. Onlardan ikisi vəzifədə olarkən vəfat edib (Vladimir Lenin və İosif Stalin), üçü istefaya göndərilib (Aleksey Kosıgin, Nikolay Tixonov və İvan Silayev). SSRİ hökumət başçısı vəzifəsini icra edən 2 nəfər eyni vaxtda həm də partiya rəhbəri vəzifəsini daşımışdır (Stalin və Nikita Xruşşov). Birinci hökumət başçısı Sovet Sosialist Respublikaları İttifaqının yaradılması müqaviləsindən sonra 1922-ci ildə Lenin olmuşdur. Sonuncu olan İvan Silayev 1991-ci ildə 126 gün kabinetə rəhbərlik edərək bu vəzifəni ən qısa müddət ifa edən şəxs olub. Kosıgin 14 ildən çox bu vəzifəni icra edərək kabinetdə ən uzun vaxt qalan şəxs olub və iki dəfədən çox hökumət formalaşdıran yeganə şəxsdir. 1980-ci ildə istefasından bir az sonra vəfat edib Xalq Komissarları Şurası (Sovnarkom) Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) tərəfindən 8 noyabr 1917-ci ildə yaradılıb.

Значение слова в других словарях