BERİLLİUM

сущ. хим. бериллий (элемент, лёгкий металл серо-стального цвета)
BERİL
BERİLLİUMLU
OBASTAN VİKİ
Berillium
Berillium (Be) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 4-cü elementdir. Berillium 1798-ci ildə fransız kimyaçısı L. Voklen tərəfindən qiymətli daş olan berrilldə aşkar etmişdir və adı da burdan götürülmüşdür. Yunan sözü olan "beryllos" berill deməkdir. Yüksək nisbətdə istilik çəkə bilmə xüsusiyyəti səbəbiylə, hava və kosmik cihazlarda, rabitə peyklərində, nüvə stansiyalarında və raket istehsalında istifadə edilir. Bundan əlavə, yüngül metal ərintilərində, X-şüası balonlarının pəncərələrində və saat yaylarının istehsalında da istifadə edilir. Yüksək bir ərimə nöqtəsinə sahib olması, yüngüllüyü və poladdan çox daha elastik bir metal olması səbəbiylə, kompüter hissələri istehsalında, jiroskoplarda və tikinti sektorunda sıx istifadə edilən bir elementdir. Berillium mis qarışığı da, qaynaq istehsalında, elektrik əlaqələrində və elektrodlarda istifadə edilir. Zümrüd və Akuamarin, Berilliumun qiymətli kristal formalarıdır. Berillium və tozları, zəhərli olmalardan dolayı, xüsusilə ağciyər xərçənginə yol aça bilməkdədir. == Canlı orqanizmlərdə == Bitkilərdə berilliumun orta miqdarı quru maddəyə görə 0,010±0,001q/kq olur.

Digər lüğətlərdə