Bern

coğ. Bern

Bermud adaları
beş
OBASTAN VİKİ
Randa Bern
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Müqəddəs Ruh kilsəsi (Bern)
Müqəddəs Ruh kilsəsi (alm. Heiliggeistkirche‎) – Bernin mərkəzində, Şpitalqasse adlanan döngədə yerləşən orta əsrlərə aid və hazırda fəaliyyət göstərməyən yevangelik-reformator kilsəsi. Kilsə Müqəddəs Ruh ordeninin bilavasitə səyi nəticəsində öz hazırkı görünüşünü əldə etmişdi. Dini xidmətləri ilə yanaşı hazırda kilsə binası sərgi, konsert, danışıqlar və digər tədbirlər üçün istifadə olunur. Şpitalqasse 44-də yerləşən Löbegge ilə müqayisədə, bu kilsə Dəmiryol meydanının əsas memarlıq kompozisiyasını təşkil edir. 1865-ci ilə kimi kilsə Kristoffelturm qülləsindən qərbdə yerləşirdi. 1860-cı ildə Bern şəhərində ilk bütün lazımi qaydalara uyğun dəmir yolu stansiyasının məhz Müqəddəs Ruh kilsəsinin arxasında inşa olunması qərara alınmışdır. Müqəddəs Ruh ordeninin Bern şəhərindəki fəaliyyəti 1228-ci ildə, qərbi Tseringerştadt qapılarından 150 metr məsafədə və hazırkı kilsə ərazisində kiçik xəstəxana və müqəddəs Ruh kapellasının tikintisi ilə başlamışdır. Həmin kapella 1496-cı ildə yeni tikilmiş kilsə ilə əvəz edilmişdir. XV əsrin ortalarından sonra, Müqəddəs Ruh Konvensiyanın tədricən tənəzzülü və 1528-ci ildə Reformasiyanın qəbulundan sonra, son iki müqəddəs Ruh üzvləri öz vəzifəsindən istefa edərək Berndən deportasiya olunmuşdular.
Bern
Bern — İsveçrənin paytaxtı və dördüncü böyük şəhəri.Bu şəhər Albert Eynşteynin fəaliyyət göstərdiyi , Tobleron şokoladlarının hazırlandığı , Emmental pendirinin istehsal olunduğu yerdir. == Tarixi == Qədim əfsanəyə görə Bern şəhəri 1191-ci ildə "Berchthold V. von Zähringen" tərəfindən qurulmuşdur. Ovladığı (bu şəhərdə rastına çıxdığı) ilk heyvan ayı olmuş və o ayının şərəfinə şəhəri Bern adlandırmışdır. Bar (bear) almancada ayı deməkdir. == Coğrafiyası və iqlimi == İsveçrənin mərkəzindən 20 km şimalda yerləşir. Bern yayda sərin, qışda soyuq olur.
Bern fəvvarələri
Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar. == Tarix == Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda, yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
Bern tramvayı
Bern tramvayı — Bern şəhərinin ictimai nəqliyyat növlərindən biridir. Tramvay şəbəkəsi üç marşrutdan ibarətdir və Riffelalp tramvayı istisna olmaqla İsveçrənin ən kiçik nəqliyyat sistemi sayılır. Bern şəhərinin tramvay və digər ictimai nəqliyyat növləri Barnomobil təşkilatının dəstəyi ilə fəaliyyət göstərir. == Xəttlər == Hal-hazırda Bern tramvayın ümumi uzunluğu 33,449 km-ə bərabər 5 xətti mövcuddur: == Tarix == Bern tramvayı 1 oktyabr 1890-cı ildə açılmışdır. Əvvəlcə pnevmatik tramvaylar istifadə olunurdu (yəni sıxılmış hava ilə çalışan tramvaylar). 1894-cü ildən şəhərdə həmçinin buxarlı tramvay fəaliyyət göstərməyə başlamışdır. 1902-ci ildən etibarən, Bernin bütün tramvay şəbəkəsi elektrifikasiya olunmuşdur. Bern erkən dövrdən aşağı əsaslı tramvayların istismarına başlamışdı. Aşağı döşəməli tramvayların ilk seriyası (Be4 / 8, № 731–742 tipli) 1990-cı ildə fəaliyyətə başlamışdır. İkinci seriya artıq Combino tramvayları idi.
Bern Universiteti
Bern Universiteti (alm. Universität Bern, fr. Université de Berne, lat. Universitas Bernensis) — İsveçrənin Bern şəhərində ictimai tədqiqat universiteti. 1834-cü ildə təsis edilmişdir. Universitet Bern Kantonu tərəfindən tənzimlənir və maliyyələşdirilir. Təxminən 19000 tələbəsi olan Bern Universiteti İsveçrənin üçüncü ən böyük universitetidir. == İdarəetməsi == Bern Universiteti 3 səviyyədə fəaliyyət göstərir: universitet, fakültə və institutlar. Digər təşkilatı bölmələrə fakültələrarası və ümumi universitet bölmələri daxildir. Universitetin ali idarəetmə orqanı Senatdır.
Bern-syür-Uaz
Bern-sür-Uaz (fr. Bernes-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 2 200 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 35 km şimalda, Serji belediyyənin 18 km şimal-qərbdə yerləşir.
Bern-sür-Uaz
Bern-sür-Uaz (fr. Bernes-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 2 200 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 35 km şimalda, Serji belediyyənin 18 km şimal-qərbdə yerləşir.
Bern Coğrafiya Cəmiyyəti
Bern Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft Bern‎) — İsveçrə Konfederasiyasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Bern şəhərində yerləşir. Prezidenti Elizabet Bəşlindir. == Tarixi == Cəmiyyətin əsası 15 may 1873-cü ildə İsveçrənin Bern şəhərində qoyulmuşdur. Təşəbbüskarı və qurucu prezidenti professor Albert Şaffter olmuşdur. == Fəaliyyəti == Assosiasiya müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Səyahətləri İsveçrədə 1-4 gün müddətində, xaricdə is 1-2 həftə müddətində olan coğrafi ekskursiyalardan ibarətdir. Üzvlər üçün öz nəşrləri çap olunur.
Ədalət fəvvarəsi (Bern)
Ədalət fəvvarəsi (alm. Gerechtigkeitsbrunnen‎) — İsveçrənin Bern şəhərinin Gerehtiqkaytsqasse döngəsində yerləşir. Bu, XVI əsrə aid öz orijinal görünüşünü saxlamış yeganə məşhur Bern fəvvarəsidir və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin mərkəzi fiquru Roma ədalət ilahəsi Yustisiyanı simvolizə edir (Qədim Yunan mifologiyasındakı Femidanın analoqu). Bu fəvvarə səkkizbucaqlı əsas və iki kiçik əlavə hovuzdan ibarətdir. Əsas hovuz əhəngdaşından hazırlanıb və dəmir halqa ilə bəzədilib. Hövzənin mərkəzində postamentdən çıxan bürünc borular var, onun üzərində isə haşiyəli frizlə bəzədilmiş dar daş sütun dayanır. Fəvvarənin heykəli gözəl qadını təsvir edir. O əlində ədalət mühakiməsinin ənənəvi simvollarını — qılınc və tərəzi saxlayır. Qadının gözləri sarğılanıb — bu onun qərarlarının bütövlüyünü simvolizə edir.
Eduard Bernşteyn
Eduard Bernşteyn (6 yanvar 1850[…] – 18 dekabr 1932[…], Berlin) — alman sosial-demokrat, nəzəriyyəçi və siyasətçidir. Alman Sosial Demokrat Partiyası üzvü, reformizm və sosialist revizionizmin qurucusudur. == Fəaliyyəti == Marksizmi reform və modern etmək üçün fəaliyyət göstərmişdir. İngilis Fabianizmindən və Kantın fəlsəfəsindən təsirlənmişdir. Sinfi mübarizənin mövcud olmadığını müdafiə etmiş və sosializmə sülhpərvər formada keçməyin münkün olduğunu bildirən empirik məzmunlu tənqid inkişaf etdirdi. Bernşteyn bu münasibətindən Təkamülçü Sosializm adlı əsərində də bəhs etmiş və nəzəriyyəsini tamamlamışdır. I Dünya müharibəsinə qarşı olmasına görə Alman Sosial Demokrat Partiyasıdan ayrıldı, sonralar isə yenidən geri döndü. Bernşteyn daha çox modern sosial demokratiyaın qurucularından hesab edilir.
Emil Bernar
Emil Bernar (fr. Émile Bernard, 28 aprel 1868[…], Lill – 16 aprel 1941[…], Paris) — incəsənətdə simvolizm teorisyenlerindən biri olan fransız neoimpressionist rəssam. == Həyat və yaradıcılığı == 1886-cı ildə Fernand Kormonun Paris sənət atelyəsində rəsm çəkərək, Tuluz-Lotrek və van Qoq ilə tanış oldu. Eyni ildə o, "inadkarlıq" üstündə atelyedən qovuldu. 1886–1888-ci illərdə Pont-Aven bədii qrupuna qoşulan Pont-Aven şəhərində yaşayır və Qogen ilə dostlaşır. Burada, 1887-ci ildə Lui Anketen ilə birgə müxtəlif rəngləri ayırır bir rəsm kontur istifadə ibarət olan bir kluazonizm incəsənət cərəyanını inkişaf etmişdir. 1890-cı ildə Emil Bernar dini böhran yaşayandan sonra rəssam, orta əsr sənətinin obyektlərinə və subyektlərinə daha da önəm verirdi. 1891-ci ildə Qogen ilə dostluğunu bitirdikdən sonra , simvolizm cərəyanın təmsilçiləri olan Odilon Redon və Ferdinand Hodler qrupuna qatıldı. Eyni zamanda, Bernarın işləri Pablo Pikassonun "mavi dövrdə" işinə təsir göstərirdi. Bernarın Van Qoq, Qogen və Sezan ilə uzun müddət davam edən dostluqları sənətçilərin tədqiqatçıları üçün düşüncə tərzinə və böyük sənət ustalarının hisslərinə işıq tutaraq, onların arxasında çox qiymətli bir iz qoydu.
Erik Qustav Bernadot
Şahzadə Erik 20 aprel 1889-cu ildə Stokholmda anadan olmuşdu. Epilepsiyadan əziyyət çəkən Erik öz qəsrində insanlardan uzaqda yaşayırdı. Hər iki həftədən bir paytaxta getməyinə icazə verilsə də ailəsi belə onu ziyarət etmirdi. 1917-ci ildə o bu cür tərkidünya həyatı istəmədiyini və şəhərə yaxın yaşamaq istədiyini demişdi və buna görə də onu şəhərə daha yaxın saraya aparmışdılar. Sonrakı il ölən Erik üçün qardaşları təəssüf hissi keçirsə onun bu mənasız həyatı yaşamaqdansa ölməsinin daha yaxşı olduğunu demişdilər.
Eugen Bernadot
Şahzadə Eugen Bernadot qardaşlarının əksinə olaraq heç vaxt evlənməyib. 1865-ci ildə Stokholmda doğulan Eugen əsasən incəsənətə bağlı biri idi. Oslo Universitetini bitirən şahzadə İtaliya, Misir, Suriya və Osmanlı İmperiyasını gəzmişdi. 1947-ci ildə vəfat edən şahzadənin evi indi muzeydir.
Fransua Bernar Şarmua
Fransua Bernar Şarmua (fr. François Bernard Charmoy; 14 may 1793[…], Sulz-Haut-Rin – 9 dekabr 1868) — fransız şərqşünası. Nizaminin "İsgəndərnamə"sini fransızcaya tərcümə etmişdir. == Həyatı == Fransua Bernar Şarmua 14 may 1793-cü ildə anadan olmuşdur. Parisdə hüquq və ərəb dilini öyrənmişdi. İlk müəllimi Antuan İsaak Silvestr de Sasi olmuşdu. Sonra fars dilini öyrənib, Peterburq universitetində çalışmışdır. Fransua Bernar Şarmua 1829-cu ildə Nizami Gəncəvinin "İsgəndərnamə"sindən fraqmentləri tərcümə etmişdir. Fransua Bernar Şarmua 9 dekabr 1868-ci ildə vəfat etmişdir.
Gian Lorenzo Bernini
Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir. == Həyatı == Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür. Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir.
Helmut Karl Bernhard fon Moltke
Helmut Karl Bernhard fon Moltke (alm. Helmuth Karl Bernhard Graf von Moltke‎; 26 oktyabr 1800[…] – 24 aprel 1891[…], Berlin) — Almaniya sərkərdəsi və hərbi nəzəriyyəçi, qraf (1870), Prussiya baş qərargah rəisi, general-feldmarşal (1871). Bismark və Roon ilə birlikdə Alman imperiyasının qurucularından biri hesab olunur. Alman Baş Qərargah rəisi general-polkovnik Helmut fon Moltkenin (Kiçik Moltke) əmisi.
Jao Bernardu Vieyra
Juan Bernardu Vieyra — Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009). 1939-cu ildə anadan olmuş Vieyra 1978-1980-ci illərdə ölkənin baş naziri, 1980-1999-cu illərdə prezidenti olub. 2005-ci ildə yenidən prezident vəzifəsinə seçilib. Peşəcə elektrik olan Vieyra 1960-cı ildə Portuqaliya müstəmləkəçiləriylə partizan mübarizəsi aparan Qvineya Afrika Azadlıq Partiyasına qoşulur. Tezliklə hərəkatın əsas liderlərindən olur və "Nino" ləqəbi qazanır. Dövlət müstəqilliyi elan ediləndən (1973) sonra Milli Xalq Assambleyasının sədri, daha sonra baş nazir vəzifələrini tutur. 1980-ci ildə qansız hərbi çevriliş edərək ölkənin ilk prezidenti Luiş Kabralı devirir. Uzun müddət avtoritar idarəçilikdən sonra Vieyra 1994-cü ildə keçirilən çoxpartiyalı seçkidə hakimiyyəti əldə saxlayır. 1998-ci ildə vəzifədən çıxarılmış ordu komandanı Ansumane Mane ilə münaqişə vətəndaş müharibəsinə gətirir. 1999-cu ildə Vieyra ölkədən qaçır.
Johann Jakob Bernhardi
İohann Yakob Bernhardi (ing. Johann Jakob Bernhardi; 1 sentyabr 1774; 13 may 1850) – Alman həkimi və botaniki. == Əsərləri == Catalogus plantarum horti Erfurtensis, 1799. Systematisches Verzeichnis der Pflanzen, welche in der Gegend um Erfurt gefunden werden, 1800. Anleitung zu Kenntnis der Pflanzen, 1804. Beobachtungen über Pflanzengefäße, 1805. Ueber den Begriff der Pflanzenart und seine Anwendung, 1835.
Juan Bernardu Vieyra
Juan Bernardu Vieyra — Qvineya-Bisaunun baş naziri (28 sentyabr 1978 - 14 noyabr 1980), prezidenti (14 noyabr 1980 - 14 may 1984; 16 may 1984-7 may 1999; 1 oktyabr 2005-2 mart 2009). 1939-cu ildə anadan olmuş Vieyra 1978-1980-ci illərdə ölkənin baş naziri, 1980-1999-cu illərdə prezidenti olub. 2005-ci ildə yenidən prezident vəzifəsinə seçilib. Peşəcə elektrik olan Vieyra 1960-cı ildə Portuqaliya müstəmləkəçiləriylə partizan mübarizəsi aparan Qvineya Afrika Azadlıq Partiyasına qoşulur. Tezliklə hərəkatın əsas liderlərindən olur və "Nino" ləqəbi qazanır. Dövlət müstəqilliyi elan ediləndən (1973) sonra Milli Xalq Assambleyasının sədri, daha sonra baş nazir vəzifələrini tutur. 1980-ci ildə qansız hərbi çevriliş edərək ölkənin ilk prezidenti Luiş Kabralı devirir. Uzun müddət avtoritar idarəçilikdən sonra Vieyra 1994-cü ildə keçirilən çoxpartiyalı seçkidə hakimiyyəti əldə saxlayır. 1998-ci ildə vəzifədən çıxarılmış ordu komandanı Ansumane Mane ilə münaqişə vətəndaş müharibəsinə gətirir. 1999-cu ildə Vieyra ölkədən qaçır.
Karl Bernadot
Karl Vilhelm (27 fevral 1861, Arvfyurstens-palats[d], Stokholm – 24 oktyabr 1951, Stokholm) — İsveç və Norveç şahzadəsi. == Həyatı == 1861-ci ildə Stokholmda doğulmuşdu. II Oskarın üçüncü oğlu idi. 1897-ci ilin mayında Danimarka şahzadəsi İnqeborq Oldenburqla evləndirilən Karlın buna baxmayaraq dörd övladı olmuşdu. Qızlarının hər üçü sırası ilə Danimarka, Norveç və Belçika kraliçaları olmuşdu. 1905-ci ildə VII Haakonun yerinə Norveç kral namizədi olmaq istəsə də atası buna imkan vermədi və üsyan kimi dəyərləndirəcəyini dedi. Özü kral ola bilməsə də qızı VII Haakonun oğlu ilə evləndi və indiki Norveç kralı olan V Harald onun nəvəsidir. Ən uzun ömürlü şahzadələrdən olan Karl 90 yaşında Stokholmda vəfat etdi.
Karl Bernşteyn
Karl Bernşteyn (ing. Carl Bernstein; 14 fevral 1944, Vaşinqton) — "Pulitzer" mükafatlı jurnalist. 1972-1974-cü illərdə Outerqeyt qalmaqalı zamanı Vaşinqton post qəzetinin müxbiri olaraq ABŞ prezidenti Riçard Niksonun istefa etməsinə məcbur olacaq faktları üzə çıxararaq böyük uğur qazanmışdır.
Karl Fridrix Bernadot
Karl Fridrix Bernadot 1911-ci ildə Stokholmda doğulmuşdu. Karl Bernadotun tək oğlu idi. 1937-ci ildə rəiyyətdən biri ilə evləndiyinə görə o da öz şahzadəlik titulunu itirdi. Lakin o Lüksemburqdan Vizborq qrafı yox qaynı Belçika kralı III Leopolddan Bernadot qrafı titulunu aldı. Üç dəfə evlənsə də cəmi bir qızı oldu. 2003-cü ilin iyun ayında İspaniyada vəfat etdi.
Karl Oskar Bernadot
Karl Oskar Bernadot (14 dekabr 1852, Stokholm kral sarayı[d], Stokholm leni[d] – 13 mart 1854, Stokholm kral sarayı[d], Stokholm leni[d]) — İsveç şahzadəsi. == Həyatı == Karl Oskar Bernadot 14 dekabr 1852-ci ildə Stokholmda doğulmuş İsveç şahzadəsidir. O XV Karlın tək oğlu idi. Kiçik yaşda pnevmoniyadan öldü.
Karl İohann Bernadot
Karl İohann — İsveç aristokratı. == Həyatı == Karl İohann 1916-cı ildə Stokholmda doğulmuşdur. 30 il sonra o da digər qardaşları kimi rəiyyətdən biri ilə evləndiyi üçün bütün titullarını itirmişdi. Qardaşı kimi Vizborq qrafı olmuşdu. 2012-ci ildə vəfat etdi.
Kessi Bernall
Kessi Bernall (6 noyabr 1981, Uit-Ridj[d], Kolorado – 20 aprel 1999, Kolumbayn[d]) — 1999-cu ilin, aprel ayının 20-si Kolumbiya məktəbində baş vermiş qətliamda həlak olmuşdur. == Həyatı == Kessi Bernall 1981-ci ilin 6 noyabrında anadan olmuşdur. Kessi, qısa həyatının bir dönəmini narkomaniyaya, cadu və qəddar fantaziyalara ayırmışdı. Kessi Bernall 1999-cu ildə baş vermiş dəhşətli qətliamda həlak olmuşdur. Öldürüldüyü gündən əvvəlki gecə Kessinin yazdığı və növbəti gün rəfiqəsi Amandaya ötürdüyü qeydində yazılıb: "Səmimi qəlbdən mən tamamilə Tanrı üçün yaşamaq istəyirəm. Bu çətin və dəhşətlidir amma buna dəyər." "O "bəli" dedi" kitabı, ailəsi tərəfindən Kessi üçün yazılmışdır. == Ölümü == 1999-cu ildə baş vermiş qətliamda, qatillərdən biri Kessiyə yaxınlaşaraq silahı onun başına dayayır və ona "Tanrıya inanırsan?" sualını verir. Kessi, cavabında "Bəli." demişdi və bundan sonra qatil Kessinin həyatına son qoymuşdu.
Macropus bernadus
Dağlıq kenqurusu (lat. Macropus bernadus) — kenquru cinsinə aid heyvan növü.
Myripristis berndti
Myripristis berndti (lat. Myripristis berndti) — myripristis cinsinə aid heyvan növü.
Müqəddəs Lonqin (Bernini)
Müqəddəs Lonqin (it. San Longino) — İtaliya heykəltaraşı Covanni Lorenso Bernini tərəfindən yaradılmış heykəldir. 1638-ci ildə tamamlanmış mərmər heykəl Vatikandakı Müqəddəs Pyotr bazilikasının şimal-şərq nişində yerləşir. Heykəl təxminən dörd metr hündürlüyə malikdir. Heykəli ilk görənlərdən biri olmuş ingilis yazıçısı Con İvlin onu “Koloss nəhənglikdə” adlandırmışdı. 1627-ci ildə Müqəddəs Pyotr bazilikasının inşaat meydanında rəhbər memar vəzifəsində Karlo Madernonu Covanni Lorenso Bernini əvəz edir və 1647-ci ildə Roma Papasının ölümünə kimi bazilikada həyata keçirilən bütün yeni layihələrə birbaşa nəzarət edir. Bernini yalnız interyer dekorunun hazırlanmasına nəzarət etməmiş, həmçinin bir neçə sənət əsərinin, o cümlədən Müqəddəs Lonqin heykəlinin hazırlanmasını həyata keçirmişdir. Müqəddəs Lonqin heykəli bazilikanın kəsişmə hissəsindəki nişlər üçün sifariş edilmiş dörd heykəldən biridir. Digər üç heykəllər isə Müqəddəs Andrey, Müqəddəs Yelena və Müqəddəs Veronikaya aiddir. Kilsədə dörd müqəddəsin hər biri ilə əlaqəli relikviyalar saxlanılır.
Nikolaus Avqust Bernadot
Nikolaus Avqust 1831-ci il 24 avqustda 3 qardaşın ən kiçiyi olaraq Stokholmda dünyaya göz açdı. 1849–1853-cü illər arsında Uppsala Universitetində təhsil aldı. 1851-ci ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü oldu. 16 aprel 1864 tarixində alman əsilzadəsi Tereza Sakse-Altenburqla Altenburqda evlənən Avqust ömrü boyu övlad sahibi olmadı. Zehni olaraq problemləri olduğu və qatarlara olan marağına görə ona "qatardan da axmaq" deyirdilər. Avqust ayında 41 yaşında pnevmoniyadan öldü.
Qustav Adolf Bernadot
Qustav Adolf Bernadot - 22 aprel 1906-ci ildə anadan olmuşdu və indiki kral XVI Karl Qustavın atasıdır. 1940-cı illərdə Leytenant-Polkovnik olan Qustav İkinci dünya müharibəsi vaxtı Almaniyada İsveçin rəsmi nümayəndəsi idi. O İngiltərə şahzadəsi Sibilla Sakse-Koburq-Qota ilə evlənmişdi. Bütün övladları yaşayır. Özü isə Kopenhagendə təyyarə qəzasında vəfat etdi.
Qustav Oskar Bernadot
Şahzadə Qustav (15 iyun 1827-ci ildə doğulmuş, 24 sentyabr 1852-ci ildə vəfat etmiş) — İsveç-Norveç şahzadəsidir. Qardaşı XV Karldan bir yaş kiçik idi. 11 fevral 1846-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü elan olunmuşdu. Qardaşı ilə birlikdə Uppsala Universitetini bitirmişdi. O təhsilli bəstəkar və musiqiçi olaraq bilinirdi. Onun bəstələdiyi Studentsången (Tələbə mahnısı) və Vårsång (Bahar mahnısı) hələ də İsveçin ən məşhur musiqilərindəndir. Onun 50-dən çox bəstələdiyi marş, romans və mahnıları qorunub saxlanıb. 1852-ci ildə qarın yatalağından vəfat etdi. Till Andra livgardet, 1843 Marsch till Livregementets dragoner, 1843 Dragonmarschen, 1843 Eugeniavals, 1844 Polka , 1844 Tullgarnsgalopp, 1844 Sorgmarsch, 1844 Till Andra livgrenadjärregementet, 1846 Debardeurmarsch, 1847. Militärrast, 1848.
Robert Berns
Robert Berns (ş.german və ing. Robert Burns, şot.kelt Raibeart Burns; 1759–1796) — Böyük Britaniya şairi, folklorçusu. Robert Berns 15 yanvar 1759-cu ildə Şotlandiyada Allouey kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Berns öz yaradıcılığına təxminən 14–15 yaşlarından başlamışdır. Rəvayətə görə, Berns çox zaman öz şeirlərini tarlada iş vaxtında yazarmış. Berns şeir yazarkən Şotlandiya xalq yaradıcılığı ənənələrini, qədim xalq mahnılarındakı motivləri əsas götürürdü, bu isə onun şeirlərinin xalq arasında sürətlə yayılmasına səbəb olurdu. Bernsin şeirləri o qədər ahəngdar və xalq ruhuna yaxın idi ki, onlar çox asanlıqla mahnıya çevrilirdi. O, bir şeirində açıq yazmışdı ki, "mən Şotlandiya yoxsullarına fayda verməyə hazıram, mənim mahnılarım onlar üçündür". Şotlandiya kəndlilərinin zadəganlara və varlılara nifrətini, azadlığa məhəbbətini Berns məşhur "Namuslu yoxsulluq", "Azadlıq ağacı" şeirlərində ifadə etmişdir. Şairin yaratdığı əsərlər arasında onun mifik şeirləri xüsusi yer tutur.
Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası
Ədəbi və incəsənət əsərlərinin mühafizəsi haqqında Bern Konvensiyası — müәlliflik hüquqları sahәsindә beynәlxalq saziş; əqli mülkiyyətin qorunması sahəsində qəbul edilmiş ən qədim hüquqi sənədlərdən biridir. Bern Konvensiyası müqaviləsinin ilk versiyası 9 sentyabr 1886-cı ildə Belçika, Fransa, Almaniya, Böyük Britaniya, Haiti, İtaliya, Liberiya, İspaniya, İsveçrə və Tunis tərəfindən Berndә (İsveçrә) imzalanmışdır. 5 sentyabr 1887-i ildə qüvvәyә minmişdir. 1886-cı ildə qəbul olunan, sonralar əlavələr edilən və müasirləşdirilən Konvensiyaya hazırda dünyanın əksər ölkələri qoşulub. balımsan Xədicə Amerika Birləşmiş Ştatları 16 noyabr 1988-ci ildə konvensiyaya qoşuldu və konvensiya 1 mart 1989-cu ildə ABŞ üçün qüvvəyə mindi. Əvvəllər Birləşmiş Ştatlar Konvensiyaya üzv olmaqdan imtina edirdi, çünki bu, müəllif hüququ qanununda, xüsusən mənəvi hüquqlar, müəllif hüququ əsərlərinin qeydiyyatı üçün ümumi tələbin aradan qaldırılması və məcburi müəllif hüququ bildirişinin ləğvi ilə bağlı məsələlərdə ciddi dəyişikliklər tələb edirdi. Bütün bunlar əvvəlcə ABŞ-nin 1910-cu ildə Buenos Ayres Konvensiyasını (BAC), daha sonra 1952-ci ildə digər ölkələrin istəklərini nəzərə alaraq Ümumdünya Müəlliflik Konvensiyasını (UCC) təsdiqləməsinə gətirib çıxardı. ÜƏMT-nin Paris 1971-ci il tarixli Berne revizyonu ilə bir çox başqa ölkələr, 1975-ci il Braziliya federal qanunu ilə ifadə edildiyi kimi müqaviləyə qoşuldu. Azərbaycan 1998-ci ildə Konvensiyaya qoşulmuşdur. Konvensiya iştirakçı dövlәtlәrin vәtәndaşlarının öz әrazilәrindә ilk dәfә çap edilmiş әsәrlәrinә müәlliflik hüquqlarını tәminetmә üzrә vәzifәlәrini müәyyәnlәşdirir.
Vəhşi fauna və flora və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Bern Konvensiyası
Avropada vəhşi fauna və floranın və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Konvensiya (ing. Convention on the Conservation of European Wildlife and Natural Habitats), və ya Bern Konvensiyası (The Bern Convention) — Avropada vəhşi fauna və floranın və təbii yaşayış mühitinin mühafizəsi üzrə beynəlxalq müqavilə. Konvensiya həm yaşayış mühitinin, həm də mühafizə edilməli olan flora və fauna növlərinin mühafizəsi, qadağan edilməli olan ov üsulları və balıq ovu vasitələri ilə bağlı müddəaları ehtiva edir. Bern Konvensiyası Avropa Şurası tərəfindən hazırlanmışdır. Konsepsiyanın yaradılması haqqında qərar 1976-cı ildə Avropa Şurası Nazirlər Şurasının qərarı ilə qəbul edilib. Konvensiya 1979-cu il sentyabrın 19-da Berndə keçirilən Ətraf Mühit Nazirlərinin 3-cü Avropa Konfransında imzalanmaq üçün açılmışdır. 1982-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qərargahı Strasburqda (Fransa) yerləşir. İndi konvensiyanı Avropa Şurasının üzvü olan 40 dövlət, həmçinin Avropa İttifaqı, Burkina Faso, Mərakeş, Tunis və Seneqal imzalayıb. Əlcəzair, San Marino, Kabo-Verde, Vatikan və Rusiya konvensiyanı imzalamamış və onun icraiyyə komitəsinin iclaslarında müşahidəçi statusuna malik ölkələrdir.