bilərzikli
biləyaqət
OBASTAN VİKİ
Biləsuvar
Azərbaycan Biləsuvar rayonu — Azərbaycan Respublikasında rayon. Biləsuvar (Azərbaycan) — Azərbaycanın Biləsuvar rayonunda şəhər, rayonun inzibati mərkəzi. Biləsuvar bələdiyyəsi — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə. İran Biləsuvar (İran) — İranın Ərdəbil ostanında şəhər. Biləsuvar (Puldəşt) — Biləsuvar şəhristanı — İranın Ərdəbil ostanında şəhristan.
Azadabad (Biləsuvar)
Azadabad (fars. ازاداباد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 109 nəfər yaşayır (17 ailə).
Babək (Biləsuvar)
Babək — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanının Mərkəzi bəxşində şəhər. Bu şəhər Biləsuvar rayonu ilə sərhəddə yerləşir. 2016-cı ilin məlumatına görə şəhərdə 2,656 nəfər yaşayır (760 ailə). Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Balaxankəndi (Biləsuvar)
Balaxankəndi (fars. بالاخان كندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (7 ailə).
Bağbanlar (Biləsuvar)
Bağbanlar (əvvəlki adı: Arxangelovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Arxangelovka kəndi Bağbanlar kəndi və müvafiq olaraq Arxangelovka kənd Soveti Bağbanlar kənd Soveti adlandırılmışdır. Kəndin keçmiş adı Arxangelovka olmuşdur. XX əsrin əvvəllərində Rusiyanın Arxangelsk vilayətindən köçüb gələnlər burada məskunlaşmış, köhnə yaşayış yerlərinin adını yeni məskənlərinə vermişdilər. 1991-ci ildən kəndin adı Bağbanlar kimi rəsmiləşmişdir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır. Bəzi ədəbiyyatlarda və yerli əhalinin dilində Bağmanlar variantı da işlənir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Mahmudçala gölündən bir qədər aralı, Muğan düzündə, rayonun şimal-qərb istiqamətində yerləşir.
Biləsuvar (Azərbaycan)
Biləsuvar (əvvəlki adı: Puşkin) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Biləsuvar şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin şəhərinin tarixi adı özünə qaytarılaraq, Biləsuvar şəhəri adlandırılmışdır. Şəhərin adı ilk dəfə XIII əsrə aid mənbələrdə çəkilir. Mənbələrin verdiyi məlumata görə, Sasani şahı Xosrov Ənuşirəvan (531-579) Kür-Araz ovalığına 10 min suvar yerləşdirmişdi. Bu məlumat toponimin ikinci komponentinin etnonim olmasını təsdiqləyir. Bilə komponenti toponimiyada "çöl", "səhra", "düzən" mənalarında da işlənir. Bu baxımdan Biləsuvar toponimi etnotoponim olub, "Suvar düzü, suvarların yaşadığı düzənlik yer" deməkdir. Yaşayış məntəqəsi 1930-cu ildə rus şairi A.S.Puşkinin şərəfinə Puşkin adlandırılmışdı. 1991-ci ildən ərazinin qədim adı Biləsuvar özünə qaytarılmışdır. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür.
Biləsuvar (Puldəşt)
Biləsuvar (fars. پيله سوار‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (90 ailə).
Biləsuvar (dəqiqləşdirmə)
Azərbaycan Biləsuvar rayonu — Azərbaycan Respublikasında rayon. Biləsuvar (Azərbaycan) — Azərbaycanın Biləsuvar rayonunda şəhər, rayonun inzibati mərkəzi. Biləsuvar bələdiyyəsi — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə. İran Biləsuvar (İran) — İranın Ərdəbil ostanında şəhər. Biləsuvar (Puldəşt) — Biləsuvar şəhristanı — İranın Ərdəbil ostanında şəhristan.
Biləsuvar (İran)
Biləsuvar (fars. بيله سوار‎) — İranın Ərdəbil ostanında yerləşən şəhər, Biləsuvar şəhristanının inzibati mərkəzi. Biləsuvar şəhristanı İran-Azərbaycan sərhəddində yerləşir. Məqrib və şimaldan Parsabad şəhəri, şimaldan Azərbaycan Respublikası (Biləsuvar rayonu), cənubdan Germi şəhəri ilə həmsərhəddir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,027 nəfər və 3,251 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Biləsuvar (şəhər)
Azərbaycan Biləsuvar rayonu — Azərbaycan Respublikasında rayon. Biləsuvar (Azərbaycan) — Azərbaycanın Biləsuvar rayonunda şəhər, rayonun inzibati mərkəzi. Biləsuvar bələdiyyəsi — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə. İran Biləsuvar (İran) — İranın Ərdəbil ostanında şəhər. Biləsuvar (Puldəşt) — Biləsuvar şəhristanı — İranın Ərdəbil ostanında şəhristan.
Biləsuvar bələdiyyələri
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Biləsuvar bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Biləsuvar rayonu
Biləsuvar rayonu (əvvəlki adı: Puşkin rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Biləsuvar şəhəridir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin rayonunun tarixi adı özünə qaytarılaraq, Biləsuvar rayonu adlandırılmışdır. Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya İmperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə bu imperiya cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur.
Biləsuvar şəhristanı
Biləsuvar şəhristanı — Ərdəbil ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Biləsuvar şəhəridir. Şəhristan ərazisi Azərbaycan Respublikasının Biləsuvar və Cəliabad rayonlarıyla həmsərhəddir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 54,471 nəfər və 11,700 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Biləsuvar şəhəri
Azərbaycan Biləsuvar rayonu — Azərbaycan Respublikasında rayon. Biləsuvar (Azərbaycan) — Azərbaycanın Biləsuvar rayonunda şəhər, rayonun inzibati mərkəzi. Biləsuvar bələdiyyəsi — Azərbaycan Respublikasının Biləsuvar rayonunda bələdiyyə. İran Biləsuvar (İran) — İranın Ərdəbil ostanında şəhər. Biləsuvar (Puldəşt) — Biləsuvar şəhristanı — İranın Ərdəbil ostanında şəhristan.
Bəybağlı (Biləsuvar)
Bəybağlı (fars. بيگ باغلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (7 ailə).
Bəydili (Biləsuvar)
Bəydili — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Bəydili kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Biləsuvar şəhər Sovetinin ərazisində faktiki mövcud olan Bəydili kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Bəydili kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bəydili kənd Soveti yaradılmışdır. Kəndin adı oğuzların 24 boyundan biri olmuş Bəydili tayfasının adı ilə bağlıdır. Azərbaycanın Yevlax və Salyan rayonlarında da eyniadlı kəndlər mövcuddur. Bundan başqa 1933-cü ildə Ağdaş rayonunun Havarlı inzibati ərazi vahidində də Bəydili yaşayış məntəqəsi qeydə alınmışdır. Bəydililər Suriya və Anadoluda yaşayıblar. Onlar Səfəvilər dövlətinin qurulmasında və onun idarəsində rol oynamış Şamlu tayfaları içərisindən bəzi görkəmli şəxsiyyətlərinə görə seçiliblər. Şahsevən tayfalarından biri olan Bəydili tayfası XVI əsrdə indiki Türkiyə ərazisindən Ərdəbil bölgəsinə gələrək burada yerləşib. Digər Şahsevən tayfaları kimi onlar qışı Muğan düzündə, yayı isə Savalan dağı ətəklərində keçirməklə köçəri həyat sürüblər.
Cahanxanımlı (Biləsuvar)
Cahanxanımlı (fars. جهان خانملو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (62 ailə).
Cəfərabad (Biləsuvar)
Cəfərabad — İranın Ərdəbil ostanında, Biləsuvar şəhristanının Qışlaqdəşt bəxşində şəhər və bu bəxşin inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,024 nəfər və 1,508 ailədən ibarət idi. Cəfərabad şəhərinin əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan türkcəsində danışır.
Dəmirçili (Biləsuvar)
Dəmirçili (fars. دميرچيلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 430 nəfər yaşayır (88 ailə).
Dəmirçixarabası (Biləsuvar)
Dəmirçixarabası (fars. دميرچي خرابه سي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 323 nəfər yaşayır (75 ailə).
Göytəpə (Biləsuvar)
Göytəpə (fars. گوگ تپه‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,678 nəfər yaşayır (374 ailə).
Günpapaq (Biləsuvar)
Günpapaq (fars. گون پاپاق‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 591 nəfər yaşayır (126 ailə).
Günəşli (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Hacıağakəndi (Biləsuvar)
Hacıağakəndi (fars. حاجي اقاكندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 189 nəfər yaşayır (35 ailə).
Biləsuvar Dövlət Rəsm Qalereyası
Biləsuvar Dövlət Rəsm Qalereyası - "Biləsuvarda Dövlət Rəsm Qalereyası əsaslı təmirdən sonra ilk sərgisini keçirdi". www.cenub.arbtv.az. İstifadə tarixi: 18.03.2021. "Biləsuvar Dövlət Rəsm Qalereyası". kataloq.cmap.az. İstifadə tarixi: 18.03.2021. "Biləsuvar Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. İstifadə tarixi: 18.03.2021.
Biləsuvar Peşə Liseyi
Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi
Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi — 9 may 2007-ci il tarixində rayon əhalisinin xidmətinə verilmişdir. Muzeyin həyətində açıq səma altında muzey yaradılmışdır. Milli bayram və dövlət tədbirlərinin keçirilməsi ilə yanaşı muzeydə müntəzəm olaraq tarix və vətənpərvərlik dərslərı keçirilir və bu da məktəblilər arasında muzeyə olan marağı artırır. muzeydə 11 bölmə fəaliyyət göstərir. Muzeydə rayonun qədim, orta əsrlər, yeni və ən yeni dövr tarixini əks etdirən çoxlu maddi mədəniyyət nümunələri və sənədlər muzeyin ayrı-ayrı bölmələrində nümayiş etdirilir. Muzeydə "Müstəqilliyə gedən yol", "Heydər Əliyev kursunun layiqli davamçısı" və "Elm, mədəniyyət, təhsil, Heydər Əliyev Fondu" adlanan eksponatlar bölmələri. Biləsuvar rayonu Biləsuvar (Azərbaycan) Biləsuvar bələdiyyələri "Biləsüvarda muzeyin açılışı". https://azertag.az. İstifadə tarixi: 26.11.2020. "Tarix Diyarşünaslıq muzeyləri".
Biləsuvar seçki dairəsi