BİLƏRZİK (yaraşıq üçün biləklərə qızıl, gümüş və sairədən qayrılmış halqa) [Feliçe:] Cavanşirə deyirdi ki, bizdə Azərbaycanda adətdir oğlan sevgilisinə qızıl şey bağışlamalıdı; üzük, boyunbağı, sırğa, bilərzik (H.Abbaszadə); BAZUBƏND (kl.əd.) Xədəmələr durar sağu solunda; Cavahir bazubənd iki qolunda (Nəbati); QOLBAĞI Feliçe: Cavanşir gələn həftə qayıdanda cibindən bir qolbağı çıxarıb, qoluma taxdı (H.Abbaszadə).