BİMÜRVƏT
BİNA
OBASTAN VİKİ
Abdullah bin Abbas
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس‎; təq. 619, Məkkə – təq. 687, Taif, Məkkə bölgəsi[d]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi. Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi. Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir.
Abdullah bin Cəhş
Abdullah bin Cəhş (580, Məkkə – 625, ərəb. عبد الله بن جحش‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Qüreyş qəbiləsinin Bənu Üməyyə qolunun Banu Əsəd ibn Xuzeym soyunun nümayəndəsi olmuşdur. Anası Umeymə bint Əbdülmüttəlib Məhəmmədin bibisi olmuşdur. == Bioqrafiya == Tam adı Abdullah ibn Cəhş ibn Riab ibn Yəmər ibn Səbra ibn Murra ibn Əsəd ibn Huzeymədir. O, qardaşları Ubeydullah və Əbu Əhmədlə birlikdə İslamı erkən qəbul edənlərdəndir. Həbəşistana hicrətdə iştirak etmişdir. Ubeydullah xristian olur və oradaca ölür, lakin Abdullah Məkkəyə qayıdır və hamısı Mədinəyə hicrət edən birləşmiş qrupunun ən görkəmlisi olur. Onun bacısı Zeynəb Məhəmməd peyğəmbərin həyat yoldaşı idi. O, Nəxlədə Qureyşləri öldürdüyünə görə tənqid olunur.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.
Qastone Bin
Qastone Bin (it. Gastone Bean; 11 avqust 1936) ― hücumçu mövqeyində çıxış etmiş İtaliya futbolçusu. == Klub karyerası == San Kantsian d'İzontso kommunasında böyüyən Bin gənc yaşlarında "Milan" klubunun düşərgəsinə qatıldı. Seriya C-nın 1955–56 mövsümündə o, icarə əsasında "Pyaçentsa"ya keçdi və 21 oyuna 23 qol vura bildi. 14 oktyabr 1956-cı ildə "Milan"da debüt etdi. Onun vurduğu 17 qol "Milan" klubunun 1956-57 mövsümündəki qələbəsinə böyük töhfə verdi. Mövsümün dördüncü ən yaxşı bombardiri oldu, "Il calcio e il ciclismo illustrato" adlı italyan qəzeti onu 1957-ci ilin "sevimli çempionu" seçdi. Karlo Qalli ilə birlikdə onlar "Roma" klubuna transfer olunan Qunnar Nordalın işini davam etdirdilər. Dörd mövsümdə 39 qol vurmasına baxmayaraq, 1960-cı ildə "Cenoa" klubuna keçdi və Eddi Firmani ilə orada hücum tandemini qurdu. 2 aprel 1961-ci ildə Bin "Novara"nın qapısına 4 qol vurdu, lakin "qrifonlar" cəzalı qaldıqları üçün yüksək liqaya vəsiqə qazana bilmədilər.
Şon Bin
Şon Bin (17 aprel 1959) — film və kino aktyoru.
Aşot bin Şavur
Aşot bin Şavur — Şəddadi şahzadəsi və Əbüləşvar Şavurun ikinci oğludur. II Fəzl bin Şavur 1068-ci ildə gürcülərin əlində əsir olanda Aşot onun yerinə səkkiz ay dövləti idarə edib. (Avqust 1068 – Aprel 1069) O, hətta öz adına və Səlcuq hökmdarı Alp Arslan adına sikkə zərb etmişdir. == İstinadlar == == Mənbələr == Minorsky, Vladimir. Studies in Caucasian History. Cambridge: Cambridge University Press. 1977 [1953]. ISBN 0-521-05735-3. Peacock, Andrew. SHADDADIDS // Encyclopædia Iranica, Online Edition.
Bin (film, 1997)
Bin — rejissoru Mel Smit, ssenari müəllifi Riçard Kertis və Robin Driskoll olan 1997-ci ildə çəkilmiş komediya filmi. Rouen Atkinson və Kurtis tərəfindən yaradılmış Britaniya sitkom serialı olan Mister Bin əsasında çəkilmiş filmdə baş rolda Atkinson, köməkçi rollarda Peter Maknikol, Pamela Rid, Harris Yulin, Sandra Oh və Bört Reynolds çəkilir. Filmdə Bin Uistlerin anası tablosunun açılışı haqqında danışmaq üçün ABŞ-yə göndərilməzdən əvvəl London Milli Qalereyasında mühafizəçi işləyir. Working Title Films və Tiger Aspect Films tərəfindən istehsal olunan Bin filmi 2 avqust 1997-ci ildə Birləşmiş Krallıqda və 7 noyabr 1997-ci ildə ABŞ-də PolyGram Filmed Entertainment və Gramercy Pictures tərəfindən ekranlara buraxıldı. Film tənqidçilərdən qarışıq rəylər aldı, lakin 18 milyon dollarlıq büdcəyə qarşı dünya üzrə 251,2 milyon dollar gəlir əldə edərək böyük gəlir gətirdi. Fimin müstəqil davamı olan Mister Bin səyahətdə 2007-ci ildə ekranlara buraxıldı. == Məzmun == Yaxşı niyyətli, lakin yöndəmsiz və dağıdıcı Mister Bin Londonda Milli Qalereyada mühafizəçi işləyir. Bini iş başında yatdığına görə xor baxan qalereyanın direktorlar şurası sədrin əmri ilə onu işdən çıxara bilmədikdə, onlar əvəzinə Bini Ceyms Uistlerin 1871-ci ildə çəkdiyi “Boz və qara rəngdə portret aranjmanı” (Uistlerin anası) əsərinin köçürülməsi üzrə nümayəndə kimi seçirlər. Həmin əsər Bindən bir müddət xilas olmaq üçün Los-Ancelesdəki Grierson İncəsənət Qalereyasına göndərilir və orada xeyriyyəçi general Nyuton tərəfindən 50 milyon dollara satın alı.nır Qriersonun kuratoru David Langley, "Dr. Bin"in saxta profilindən təsirlənərək, ailəsinin istəklərinə zidd olaraq Bini iki ay evində yerləşdirməyi təklif edir.
Cabir bin Həyyan
Əbu Abdulla Cabir ibn Həyyan əd-Əzdi əs-Sufi (fars. جابر بن حيان‎; Tus, təx. 721, — Əl-Kufə, təx. 815) — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı, riyaziyyatçı, astronom. Əczaçı Həyyan əd-Əzdinin ailəsində dünyaya gəlib. Orta əsrlər Avropasında Geber adı ilə tanınıb. Cabir ibn Həyyan Şiələrin 6-cı İmamı, İmam Cəfər Əs-Sadiqin (s) tələbəsi olmuşdur. Kimya elmini ona, o Həzrət (ə.s) öyrətmişdir. == Həyatı == İbn Həyyan ilk dəfə kimyada (əlkimyada) eksperimental metodları tətbiq etmiş və müasir kimya elmində indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi proseslərı kəşf etmişdir. Bunlardan xlorid və nitrat turşularının sintezini, kimyəvi məhlulların distillə edilməsi və kristallizasiya kimi kimyəvi prosesləri misal göstərmək olar.
Fəzl bin Məhəmməd
I Fəzl bin Məhəmməd (v. 1031, Gəncə) — 985–1031–ci illərdə Aran əmiri olmuşdur. Fəzl sikkə kəsdirən ilk şəddadi əmiridir. Zərbxanası əvvəl Partavda (Bərdə) idi. Daha sonra Gəncəyə köçürüldü. Fəzl bin Məhəmməd Rəvvadilərlə mübarizə aparmaq üçün Araz çayı üzərində körpü tikmişdir. İbn əl-Əsirə görə, Fəzl 1030-cu ildə xəzərlərə qarşı ekspedisiya aparmışdır, xəzərlərdən 10 min nəfər öldürülmüşdür. Xəzər xaqanlığı 969-cu ildə ruslar tərəfindən darmadağın edildiyinə görə bu xəzərlərin Qafqazda onların xələfləri kimi qıpçaqlar və ya peçeneqlər tərəfindən idarə edildikləri və ya İbn əl-Əsirin səhv etdiyi və ya "xəzərlər" sözünün çöldə yaşayan insanlar üçün ümumi bir termin olaraq istifadə edildiyi aydın deyil. Fəzl 1031-ci ildə ölür və onun yerinə hakimiyyətə oğlu Əbülfəth Musa gəlir. == Ailəsi == 4 övladı vardı: Musa Əbüləsvar Şavur Əskuya Sitt bint Fəzl - Şirvanşah I Mənuçöhr ilə evlənmişdi.
Hüseyn bin Abdulla
Hüseyn bin Abdulla (ərəb. الحسين بن عبد الله الثاني‎; 28 iyun 1994) — İordaniya Haşimilər Krallığının vəliəhdi, taxt-tacın birinci varisi, kral II Abdulla və kraliça Rania əl-Abdullanın böyük oğlu. 2004-cü ildə ögey əmisi Həmzə bin Hüseyni varislik siyahısında əvəz etmiş və 2009-cu ildə vəliəhd titulu almışdır. Yetkinlik yaşına çatandan sonra bir neçə dəfə kral naibi kimi öz atasını əvəz etmişdir. == Həyatı == Hüseyn bin Abdulla 28 iyun 1994-cü ildə İordaniyanın paytaxtı Amman şəhərində doğulub. Məhəmməd peyğəmbərin nəslindən gələn 42-ci şəxsdir. 2 iyul 2009-cu ildə vəliəhd elan edilib. 2016-cı ildə Corctaun Universitetində beynəlxalq tarix və iqtisadiyyat fakültəsindən məzun olub. Hazırda Sandhörst Kral Hərbi Akademiyasında təhsil alır. Ərəb və ingilis dillərini mükəmməl, fransız dilini yaxşı dərəcədə bilir.
Hüseyn bin Abdullah

Kumeyt bin Zeyd
Kumeyt bin Zeyd (679-743) — Ərəb şairi. == Həyatı == Bəni Əsəd qəbiləsindəndir. 679-cu ildə Kufədə dünyaya göz açmış və bu şəhərdə qəbiləsi arasında böyümüşdür. Kumeyt təhsilinə Quranı əzbərləməklə başlamış və eyni zamanda Hədis elmini də öyrənmişdir. O, ərəb dili, şeir, əyyamu-l-arab və xüsusilə nəsəb sahələrində alim idi. O, həmçinin öz nənələrindən Cahiliyyə dövrü haqqında ətraflı məlumat almışdır və bununla bağlı bir çətinliyi olanda onlardan öyrəndiyi söylənilir. Həmçinin sistemli bir təhsil alan Kumeyt Kufə məscidində dərs də demişdir. Onun məşhur şair Fərəzdəqlə uşaq yaşlarında görüşdüyü haqda rəvayətlər vardır. Əgər Fərəzdəqin qohumu olması ilə bağlı olan rəvayət doğrudursa onda onların tez-tez görüşdüyünü söyləmək olar. Əməvi dövrünün başlıca elm mərkəzlərindən biri olan Kufə məscidində müəllimlik etmiş olan Kumeyt, dövrünün tanınmış şəxsiyyətləri ilə əlaqəsi olmuşdur.
Mister Bin (personaj)
Mister Bin (ing. Mr. Bean) — İngiltərə istehsalı sitkom televiziya serialı Mister Bin, animasiya filmi və 2 komediya filmində olan personaj. Roven Atkinson tərəfindən yaradıldı və canlandırıldı. Personaj ilk dəfə televiziyada serialın 1 yanvar 1990-cı ildə yayımlanan "Pilot" bölümündə görünmüşdür.
Mister Bin (teleserial)
Mister Bin (ing. Mr. Bean) - Rovan Atkinsonun canlandırdığı bir televiziya serialıdır. İlk olaraq ITV adlı İngilis televiziyasında 1990-ci ildə göstərilmişdir. Rovan Atkinson, Robin Driscoll, Riçard Kyortis və Ben Elton bu serialın istehsalını boynuna götürmüşlər. Cəmi 14 bölümdən ibarət olan Mr. Bean serialının xaricində 10 dənə Mr. Bean qısa filmi və 2 dənə də filmi göstərilmişdir. İlk hissəsi 1 yanvar 1990-cı ildə yayımlanan serialın sonuncu hissəsi 31 oktyabr 1995-ci ildə yayımlanmışdır. Rovan Atkinsonun sözlərinə görə, "serial "yetkin adam bədənindəki uşaq" olan Mister Binin macəralarından bəhs edir" şəklindədir.
Məhəmməd bin Şəddad
Məhəmməd bin Şəddad (v. 955) — Kürd mənşəli Şəddadilər sülaləsinin banisi və ilk hakimi. O, 951-ci ildə Dvini (Dəbil şəhərini) Salarilərin əlindən alıb. Ancaq görünən odur ki, qala salarilərə sadiq deyləmilərin əlində qalıb. O, hakimiyyəti 954-cü ilə qədər qoruyub saxladı. Ancaq həmin il Salarilər qalanı geri aldılar. Məhəmməd, ailəsi və tərəfdarları Vaspurakana qaçdılar. 955-ci ildə Məhəmməd bin Şəddad vəfat etdi. == Mənbələr == Minorsky, Vladimir. Studies in Caucasian History.
Mərziban bin Məhəmməd
Mərzban ibn Məhəmməd (Salari) — 941—957-ci illərdə hakimiyyətdə olmuş Salari hökmdarı. Mərziban bin Məhəmməd (Şəddadi) — 978—985-ci illərdə Gəncə əmiri olmuş Şəddadi hökmdarı.
Osman Bin Affan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. == Həyatı == Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman bin Əffan

Quteybə bin Müslüm
Qüteybə ibn Müslüm (668, Bəsrə – 715, Fərqanə vadisi) — ərəb sərkərdəsi. == Həyatı == Qüteybə ibn Müslüm ərəblərin Bahili qəbiləsindən idi. Qüteybə ibn Müslüm Əfqanıstan və Orta Asiyada elədiyi işğallar ilə Əməvi torpaqlarının sərhədlərini genişləndirmişdir. 704cü ildə Əbdülməlik İbn Mərvan tərəfindən Xorasan valisi təyin edilən Qüteybə, həmdə təqribən 50 min nəfərlik bir ordunun sərkərdəsi olur. Xorasandan Şimala və şərqə doğru təşkil etdiyi hücumların birincisində (705) Toxarıstana girərək paytaxt Bəlx şəhərini işğal edir. Şəhər əhalisi təslim olsa da şəhəri dağıdır. Ardından o tarixdə Oxus olaraq adlanan Ceyhun çayını (Amu Dərya) aşaraq Buxara (bu gün Özbəkistanda) və şəhər ətrafındakı Soqdiana torpaqlarını işğal edir (706-709). İşğalları davam etdirərək 706-cı ildə Bəykəndi alır. Şəhər işğal olunarkən bu şəhəri də dağıdaraq bütün kişiləri öldurtdurur. Onun işğallarını durdurmaq üçun Buxara hökumətinin sərkərdə olaraq təyin etdiyi Vərdan xudanı da məğlubiyyətə uğradır.
Rizaəddin bin Fəxrəddin
Rizaəddin bin Fəxrəddin və ya tam adı Rizaəddin bin Fəxrəddin bin Seyfəddin eş-Şirdani (tatar. Ризаэтдин Фәхретдин; 4 yanvar 1859, Kiçüçat[d], Buqulma qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası – 11 aprel 1936 və ya 12 aprel 1936, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — tatar tarixçisi, ədib, pedaqoq, ilahiyyatçı, dini və ictimai xadim. Dini, siyasi və pedaqoji mövzularda yazdığı çoxsaylı əsərlər ilə cədidçilik hərəkatının tərəfdarı olmuş və nəşr etdiyi "Şura" jurnalı ilə Rusiya imperiyasındakı müsəlmanlar üçün siyasi müzakirə üçün əhəmiyyətli bir orqana çevirmişdir. == Həyatı == Rizaəddin bin Fəxrəddin Samara quberniyasının Kiçüçat kəndində molla ailəsində anadan olub. O, atasının rəhbərlik etdiyi kənddə məktəbdə, daha sonra yaxınlıqdakı Şelçeli kəndindəki mədrəsədə oxuyub. 30 yaşında molla olub və İlbek kəndindəki mədrəsəyə rəhbərlik edib. 1891-ci ildə qazı seçildi, yəni Rusiyada müsəlmanlar üçün dini idarəetməyə üzv oldu. Bu səbəbdən geniş dini fəaliyyətini göstərə biləcəyi Ufada məkanına köçdü. 1905-ci il Birinci rus inqilabı zamanı, o, Müftilər yığıncağında geniş bir islahat proqramı təqdim etdi. Bu proqram digər məsələlərlə yanaşı idarəçiliyin Qazaxıstan müsəlmanları üzərindəki məsuliyyətinin uzadılmasını da əhatə etmişdir.
Usama Bin Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Usama Bin Ladin

Xalid bin Vəlid
Xalid ibn Vəlid (ərəb. أبو سليمان خالد بن الوليد بن المغيرة المخزومي القرشي‎) (592, Məkkə – 19 avqust 642, Mədinə və ya Homs) — İslam sərkərdəsi və Seyfullah (ərəb. سيف الله‎ — Allahın qılıncı) ləqəbini almış Məhəmməd peyğəmbərin (s.a.v.) səhabələrindən biri. Hüdeybiyyə müqaviləsindən sonra İslamı qəbul edənə qədər Qureyşin sıralarında döyüşmüş, islamı qəbul etdikdən sonra isə İslam dövlətinin komandanlığı altında girmişdir. O, Uhud döyüşündə Qüreyşin qalibiyyətində əsas rol oynamış, tabeliyində olan süvariləri manevr edərək müsəlmanların məğlubiyyətini təmin etmişdir. Müsəlman olduqdan sonra Bizans və Sasanilərə qarşı qələbələr qazanmışdır. Bunlardan ən diqqət çəkəni Yərmuq döyüşündə Bizans ordusunu məğlub etməsidir. İslam mənbələrinə görə, o, yüzdən artıq döyüşdə məğlub olmayan nadir sərkərdələrdəndir. O, üç il kimi qısa müddətdə İraq və İranı İslam dövlətinə bağlamış, onun fəthləri Anadoluda Qəhrəmanmaraş qədər uzanmışdır. 638-ci ildə Ömər bin Xəttab tərəfindən ordu komandanlığından uzaqlaşdırılaraq inzibati vəzifəyə gətirilmişdir.
Yezid bin Müaviyə
Yezid bin Muaviyə (646, Dəməşq, Rəşidi xilafəti – 11 noyabr 683, Dəməşq, Əməvilər xilafəti) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində — 680-ci ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qoşununu qətlə yetirmişlər.
"Priazovski kray" qəzetinin redaksiya binası
"Priazovski kray" qəzetinin redaksiya binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 18/31 ünvanında yerləşən bina. Binanada sovet hakimiyyəti qurulana qədər bura Priazovski qəzetinin redaksiya binası olmuşdur. Priazovski kray qəzetinin redaksiya binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Priazovski kray qəzetinin redaksiya binası 1880-ci illərdə inşa edilmişdir. 1890-cı illərdə binada Priazovski kray qəzetinin redaksiyası yerləşirdi. Sovet hakimiyyəti qurulduqdan sonra bütün binalar kimi bu bina da milliləşdirilmişdir. 2000-ci illərdə bina Rostov Administrasiyasının balansında olsada faktiki olaraü istifadəsiz olmuşdur. == Arxitektura == Priazovski kray qəzetinin redaksiya binası Bolşoy Sadovaya küçəsinin künçündə, Bratski xiyabanında yerləşir. Bina bir tərəfli dəhliz susteminə malikdir. Bina iki mərtəbədən ibarətdir.
10 saylı Binəqədi üçüncü seçki dairəsi
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi
8 saylı Binəqədi birinci seçki dairəsi
9 saylı Binəqədi ikinci seçki dairəsi
A.P.Çexov adına Respublika Kitabxanasının binası (Qroznı)
A.P.Çexov adına Respublika Kitabxanasının binası — Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının paytaxtı Qroznı şəhərində A.P.Çexov adına Respublika Kitabxanası üçün tikilmiş bina. Binanın açılışı 1966-cı ilin yanvar ayında olmuşdur. Bina 1996-cı ildə Birinci Çeçenistan müharibəsi zamanı dağıdılmışdır. == Tarixi == Gələcək Çeçeni̇stan Milli Kitabxanası adlandırılan Respublika Universal Elmi Kitabxanası, 1904-cü ilin oktyabrında Qroznıdakı Puşkin məktəbinin müəllimlərinin səyləri sayəsində açılmışdır. 11 iyul 1945-ci ildə Anton Pavloviç Çexovun ölümünün 40 illiyi ilə əlaqədar olaraq kitabxanaya onun adı verilmışdır. 1966-cı ilin yanvarında A.P.Çexov meydanında yeni kitabxana binası açılmışdır. == Tikilməsi == A.P.Çexov adına Respublika Kitabxanasının binasının layihəsi Qrozni Universitetinin Tikinti fakültəsinin birinci kursunun məzunu, Leninqrad Avtomobil Yolları İnşaat İnstitutunun məzunu Mixail Stepanoviç Çiroçkin tərəfindən hazırlanmışdır. O, kitabxana binasının şəklini Leninqrad-Peterburq memarlıq abidələrindən birindən köçürmüşdür. Kitabxana layihəsi üzərində işləyərkən, layihənin həmmüəllifliyini edən memar Berkoviç represiya qurbanı oldu. Cəza çəkmə müddətinin sonunda, bəraət alan zaman Mixail Stepanoviç Çiroçkinin şəxsən rəhbərlik etdiyi kitabxana binasının inşasının başa çatdığını öyrənmişdir.
A. M. Ştrom binası
A. M. Ştrom binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən bina. Tarixi və mədəni əhəmiyyət daşıyan bina. Yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Bolşoy Sadovnaya küçəsi 89 ünvanında yerləşir. Binanın layihə müəllifi Leonid Fyodoroviç Eberq olmuşdur. == Tarixi == XX əsrdə inşa edilmişdir. Rostov-ba-Donu şəhəri Bolşoy Sadovnaya keçəsi, ev 89 ünvanında yerləşir. Binanın layihə müəllifi Leonid Fyodoroviç Eberq 1910-cu illərdə hələ profesional fəaliyyətə yenicə qoşulmuşdu. 1911-ci ildə Leonid Fyodoroviç Eberq Moskva uçilişini bitirmişdi.
ABŞ Konqres Binası
Amerika Konqres Binası (İngilis dilində: United States Capitol) ABŞ-ni idarə edən ABŞ Konqresinin iqamətgahıdır. Bina ABŞ-nin paytaxtı Vaşinqton şəhərindəki Capitol Hill bölgəsində və National Mall dairəsinin şərq ucunda yerləşir. Orijinal binanın 1792-ci ildə Tomas Jefferson tərəfindən təşkil edilən bir yarışma ilə təyin edilməsi qərara alındı. Ən azı 10 memarın qatıldığı yarışmada Stephen Halletin dizaynı ən ideal olaraq təyin olunsa da, sonradan seçim edilmədi, çünki həmin bina tikilsəydi dəyəri çox yüksək olacaqdı. Müsabiqəyə son anda girən həvəskar memar William Thorntonun 31 yanvar 1793-cü ildə təqdim etdiyi dizaynı 5 aprel 1793-cü ildə rəsmi olaraq qəbul edildi. Bununla birlikdə bu dizayn həm inşaat zamanı, həm də gələcək illərdə xeyli dəyişikliyə məruz qaldı.
ABŞ Konqres Binasına hücum (2021)
ABŞ Konqres Binasına hücum — 2021-ci il 5–6 yanvar tarixlərində ABŞ prezidenti Donald Trampın tərəfdarları 2020-ci il ABŞ prezident seçkilərinin nəticələrinə etiraz etmək və Trampın vitse-prezident Mayk Pens və Konqresdən prezident seçkilərində Co Baydenin qələbəsini ləğv etmək tələbini dəstəkləmək üçün Vaşinqton şəhərində toplaşdı. Etirazçılar ilk olaraq Tramp və Rudolf Culiani tərəfindən əvvəlcədən planlanmış olan "Amerikanı qoru" mitinqi üçün Ellips parkına gəldilər. Tramp və Rudolf Culianinin nitqləri sona çatmamış etirazçılardan ibarət kütlə Konqresə doğru irəlilədi və binaya hücum etdi. Konqress bu vaxt sessiyada idi. Sessiyada Seçicilər kollegiyası səslərinin sayılması məsələsinə baxılır və Texasın senatı Ted Kruz və Arizona dördüncü konqresional bölgəsindən olan Pol Qosarın Arizonadakı səsləri Seçkilər kollegiyasının səhv hesablandığı debatı gedirdi. ABŞ Konqres Binasının bir hissəsi təxliyə edildi və etirazçılar Milli Heykəltaraşlıq Zalı da daxil olmaqla, Konqres Binasına daxil olmaq üçün təhlükəsizliyi pozdular. Sonda, Konqresin bütün binaları kilidləndi. Nümayəndələr Palatası məclis otağının qapısında silahlı qarşıdurma yaşandı və Konqresin içində bir nəfər silahla vuruldu. Silahla vurulan şəxsin vəziyyətinin ağır olduğu deyildi. Konqres ərazisində və Respublikaçılar Partiyasının qərargahından bir qədər kənarda bir ədəd yararsız partlayıcı qurğu tapıldığı bildirildi.
Abdullah bin Əbdüləziz Əl Səud
Abdullah bin Əbdüləziz Əl Səud (1 avqust 1924, Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı – 23 yanvar 2015[…], Ər-Riyad, Ər-Riyad regionu[d], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanının 6-cı kralı, iki müqəddəs ocağın xadimi. == Həyatı == Abdullah bin Əbdüləziz Əl Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbdüləziz Əl Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2005-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu. 23 yanvar 2015-ci ildə vəfat etmişdir.
Abdullah bin Əbdüləziz əs-Səud

Acacia binervata
İkidamarcıqlı akasiya (lat. Acacia binervata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür.
Acacia binervia
Acacia binervia (lat. Acacia binervia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia cinerascens DC. Acacia glaucescens Willd. Acacia glaucescens var. leucadendron (Benth.) Domin Acacia homomalla Wendl. Acacia leucadendron Benth. Mimosa binervia Wendl.
Adriasovun binası (Rostov-na-Donu)
Andriasovun binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Universitetski xiyabanı, ev 53/54 ünvanında yerləşir. Binada yazıçı, jurnalist və dramaturq Mixail Andreyeviç Andriason yaratmışdır. Bina 1965-ci ildə inşa edilmişdir. == Tarixi == Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Universitetski xiyabanı, ev 53/54 ünvanında yerləşir. Bina 1965-ci ildə inşa edilmişdir. Binada 1968–1984-cü illər ərzində rus və sovet yazıçı, jurnalist və dramaturq Mixail Andreyeviç Andriason yaşayıb-yaratmışdır. Mixail Andreyeviç Andriason Qukas Madoyan batalyonu haqqında povestin müəllifidir. Bütün hadisələr "Altı gün" povestində əks etdirilir. Onun "Yuri Tarasovun avtomatı", "Fəth ediləz yüksəklik", "Qızıl at haqqında əfsanə", "Pridonskaya bıl" və s.
Aişə binti Əbu Bəkir
Aişə binti Əbu Bəkr (ərəb. عائشة بنت أبي بكر‎; 614[…], Məkkə – təq. 13 iyul 678, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, ilk raşidi xəlifə olan Əbu Bəkr'in qızıdır. Qureyş qəbiləsindəndir. Əhli-sünnəyə görə "Möminlərin Anası" olaraq qəbul edilir. Aişə dövrümüzə qədər gəlib çatan bir çox hədisin mənbəyi olaraq da qəbul edilir. == Haqqında == Aişə binti Əbu Bəkr ibn Əbu Quhafə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Qüreyş qəbiləsindəndir və atası məşhur səhabə Əbu Bəkrdir. Aişənin uşaqlıq illəri Məkkədə keçmişdir. 17 yaşında Məhəmməd ibn Abdullahla evlənmişdir.
Aişə binti Əbu Bəkr

Aktyor binası
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. == Tarixi == "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir. Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı.
Alfred Bine
Alfred Binet (8 iyul 1857[…], Nitsa, Sardiniya krallığı – 18 oktyabr 1911[…], Paris) — fransız psixoloqu. == Həyatı == Hüquq təhsili almış, nevrologiya, gistologiya və s. elmlərlə məşğul olmuşdur. Fransada ilk eksperimental psixologiya laboratoriyasının (Sorbonna, 1889), Fransanın başlıca psixologiya jurnalına çevrilən illik “Ľ Année psychologique” (1894) məcmuəsinin yaradıcılarından biridir (Bine 1894–1911 illərdə jurnala rəhbərlik etmişdir). Şüurun patologiyası, beyin yorğunluğu problemləri, təlqin, qrafologiya və s. sahələrdə elmi araşdırmaların müəllifi olan Binet ali psixi funksiyaların öyrənilməsində ilk dəfə eksperimental metodları tətbiq etmiş, təfəkkürün tədqiqi üçün sorğu vərəqəsi, testlər, kliniki söhbətlər kimi bir sıra yeni üsullar işləyib hazırlamış və onları təkmilləşdirmişdir. == Fəaliyyəti == 20-ci əsrin əvvəllərində T. Simonla birlikdə Bine uşaqlarda yaddaşı, diqqəti, düşüncəni öyrənmək üçün bir sıra eksperimentlər aparmış və onların əsasında ilk intellekt testləri yaratmışdır; əqli cəhətdən zəif uşaqların xüsusi məktəblərə seçilib göndərilməsi məsələsini həll etməyə çalışaraq, intellekt inkişafı cədvəlini (Bine – Simon cədvəli) və müvafiq ölçmələr üçün sadə sınaqlar sistemini işləyib hazırlamışdır; bu proseduranın əsasını xronoloji və əqli yaşın fərqliyi ideyası təşkil edirdi. Cədvəlin yeni variantında (Stenford – Bine cədvəli, 1911) əqli inkişafın səviyyəsi intellekt əmsalını hesablamaqla müəyyənləşdirilir. Bine testləşdirmə hərəkatınınbanisi dir; onun testlərindən bir sıra ölkələrdə geniş istifadə edilmişdir.
Alfred Binet

Ali partiya məktəbinin binası
Ali partiya məktəbinin binası — Rostov-na-Donu şəhərinin ərazisində, Budyannovski prospekti Moskovskaya küçəsi, ev 20/45 ünvanında yerləşən bina. Bina Qeorqi Aleksadroviç Petrov və N. Q. Xudavertovun layihəsi əsaaında 1953–56-cı illər ərzində inşa edilmişdir. Binada kommunist partiyasının ali məktəbi yerləşirdi. Bina neoklassizm stilində inşa edilmişdir. Bu dövrdə Xruşov funksionalizmi hökmranlıq edirdi. == Tarixi == Tikinti ilə əlaqədar layihə Q. A. Petrov tərəfindən hazırlanmışdı. Bu layihəyə görə Ali partiya məktəbinin binası şəhərin ən gözəl dizayn edilmiş və dekorlarls bəzədilmiş binalarından biri olmalı idi. Ancaq tikintinin gedişi bir fərmanla tamamən dəyişdirilməli olmuşdur. SSRİ Nazirlər Kabineti və MK 4 noyabr 1955 il qərarı ilə tikindidə artıqların aradan qaldırılması ilə əlaqədar verilən əmrdə binaların xüsusi ilə fasadlarında olan bəzək elementləri yığışdırılır. Bu əmrin tikintiyə təsir görtərməsinə baxmayaraq arxitektor bu təsirləri minimallardırmağa nail olmuşdur.
Alimlər binası (Novoçerkassk)
Alimlər binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərində mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. Bina Ataman küçəsi ünvanında yerləşir. Bina 1909-cu ildə inşa edilmişdir. Modern stilinə sahibdir. Binsnın layihə rəhbəri Cənubi Rusiya Dövlət Donsk Politexnik Universitetinin arxitektur kafedrasının müəllimi Q. M. Salnikova məxsusdur. Layihənin müəllifi 1911-ci ilə qədər burada yaşamışdır. Sonradan isə o, binanı universitet kitabxanasına icarəyə vermişdir. Özü isə digər əraziyə köçmüşdür. Bir müddət sonra bina mədəni mərkəzə çevrilmişdir.
Altinu Arantis binası
Altinu Arantis binası və ya Banespa binası (port. Edifício Altino Arantes) — Braziliyanın ən yüksək göydələnidir. San-Pauluda yerləşir. 161 metr yüksəkliyə malikdir və 40 mərtəbədən ibarətdir. Binada Banespa muzeyi yerləşir.
Aminə binti Vəhb
Əminə binti Vəhb (ərəb. آمِنَة ٱبْنَت وَهْب‎, ʾĀminahʾ ibnat Wahb, 549, Məkkə – 575, Əl-Əbva[d], Məkkə bölgəsi[d]) — İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin anası. == Həyatı == Tarixi qaynaqlarda Əminə binti Vahbın doğum tarixi barədə hər hansı bir məlumat yoxdur. Çox gənc yaşlarında evlədiyi bilinir. Həyat yoldaşı Abdullah ibn Əbdülmütəllib o hamilə ikən vəfat etmişdir. Məhəmməd Peyğəmbərin doğumundan altı il sonra, 577-ci ildə, həyat yoldaşı və qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Məhəmməd ilə getdiyi Mədinədən qayıdarkən Ebva adlı bir kənddə, gənc yaşda (22 və ya 23) vəfat etmiş və oradaca dəfn edilmişdir. Məzarı hələ də oradadır. Məhəmməd Peyğəmbərin anası olduğu üçün İslam Ədəbiyyatında xüsusi yerə sahibdir.

Значение слова в других словарях