bir neçə dəfə nəşr olunmaq

to go through several editions * выдержать несколько изданий
bir mələkdir
bir nəfəsə
OBASTAN VİKİ
Bir dəfə Hollivudda
Bir dəfə Hollivudda (ing. Once Upon a Time in Hollywood) — rejissor Kventin Tarantino tərəfindən 2019-cu ildə ekranlaşdırılmış komediya-dram filmi. Filmin ssenarisi rejissora məxsusdur. "Columbia Pictures", "Bona Film Group", "Heyday Films" və "Visiona Romantica" şirkətlərinin prodüserliyi ilə ərsəyə gəlmiş film ABŞ və Birləşmiş Krallığın birgə istehsalıdır. Filmin distribütoru "Sony Pictures Releasing" şirkətidir. Filmdə baş rollarda Leonardo DiKaprio, Bred Pitt, Marqo Robbi, Emil Hirş, Marqaret Kuellı, Timoti Olifant, Ostin Batler, Dakota Fenninq, Bryus Dern və Al Paçino iştirak edirlər. Filmdə ulduz heyəti və bir neçə süjet xətti var; film Hollivudun qızıl epoxasının son anlarına – 60-cı illərə ithaf edilib. Filmdəki əhvalatlar 1969-cu ildə Los-Ancelesdə cərəyan edir: yaşlanmaqda olan televiziya aktyoru və onun çoxdankı dostu və dublyoru dəyişməkdə olan Hollivudun film sənayesində öz yerlərini tapmağa çalışırlar. Pitt, DiKaprio, Robi və Tarantino ilə davamlı olaraq əməkdaşlıq edən Zoi Bell və Kurt Rassell 2018-ci ilin Yanvar-İyun aylarında çəkilişlərə qatıldı. Filmin əsas çəkilişləri İyun-Noyabr ayları arasında Los Anceles ətrafında davam etdi.
Bir dəfə (film, 1990)
Bir dəfə (rus. однажды) qısametrajlı cizgi filmi rejissor Vahid Talıbov tərəfindən 1990-cı ildə ekranlaşdırılmışdır. "Azanfilm" Studiyasında istehsal edilmişdir. Film 80-ci illərin sonunda baş verən hadisələr haqqında siyasi satiradır. == Məzmun == Film 80-ci illərin sonunda baş verən hadisələr haqqında siyasi satiradır. == Festival və mükafat == 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi ən yaxşı cizgi filminə görə rejissor Vahid Talıbova priz və diplom verilmişdir. == İstinadlar == == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Elektron nəşr
Elektron nəşr - redaksiya-nəşriyyat işlənməsi mərhələsindən keçmiş, dəyişdirilmədən yayılmaq üçün nəzərdə tutulmuş, çıxış məlumatları olan elektron sənəd və ya elektron sənədlər qrupu. Elektron nəşr – elektron hesablama maşınlarından istifadə etməklə çap əsərlərinin buraxılması, yaxud nəşrlərin elektron vasitələrlə, informasiyanın maşında oxunan formada hazırlanması və yayılması (məsələn, maqnit-lent nəşrləri, elektron jurnal və s.). Elektron sənədlərə aşağıdakılar aiddir: elektron kitablar, elektron məqalələr və göstəricilər, yeni liklərin göndərilmə ünvanlarının və qruplarının siyahıları, rəqəmsal şəklə salınmış video və audiomateriallar, elektron materialların digər müxtəlif növləri. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Bir dəfə Amerikada (film, 1984)
Bir dəfə Amerikada—1984-cü ildə rejissor Serco Leonenin çəkdiyi film. ABŞ-İtaliya istehsalıdır. == Film haqqında == Rejissor Serco Leonenin 1984-cü ildə çəkdiyi və baş rollarda Robert de Niro və Ceyms Vudsun oynadığı film… Film 1920 və 30-cu illərdə Nyu-York qanqsterlərinin həyatından bəhs edir. Film Harri Qreyin məşhur “The Hoods” əsəri əsasında çəkilib. Orijinal versiyası 4 saat 29 dəqiqə davam edən film 1984-cü ildə Kann Film Festivalında müsabiqədən kənar nümayiş etdirildi. Filmi ABŞ-də göstərmək üçün ondan filmi montaj etmək və qısaltmaq tələb olundu. Nəticədə 2 saat 19 dəqiqəlik film alındı. Bu isə uğursuzluqla nəticələndi. Film 5 BAFTA , 2 Qızıl Qlobusa namizəd oldu. Çox təəccüblü olsa da, film heç bir Oskar nominasiyası əldə etmədi.
Bir dəfə Hollivudda (film, 2019)
Bir dəfə Hollivudda (ing. Once Upon a Time in Hollywood) — rejissor Kventin Tarantino tərəfindən 2019-cu ildə ekranlaşdırılmış komediya-dram filmi. Filmin ssenarisi rejissora məxsusdur. "Columbia Pictures", "Bona Film Group", "Heyday Films" və "Visiona Romantica" şirkətlərinin prodüserliyi ilə ərsəyə gəlmiş film ABŞ və Birləşmiş Krallığın birgə istehsalıdır. Filmin distribütoru "Sony Pictures Releasing" şirkətidir. Filmdə baş rollarda Leonardo DiKaprio, Bred Pitt, Marqo Robbi, Emil Hirş, Marqaret Kuellı, Timoti Olifant, Ostin Batler, Dakota Fenninq, Bryus Dern və Al Paçino iştirak edirlər. Filmdə ulduz heyəti və bir neçə süjet xətti var; film Hollivudun qızıl epoxasının son anlarına – 60-cı illərə ithaf edilib. Filmdəki əhvalatlar 1969-cu ildə Los-Ancelesdə cərəyan edir: yaşlanmaqda olan televiziya aktyoru və onun çoxdankı dostu və dublyoru dəyişməkdə olan Hollivudun film sənayesində öz yerlərini tapmağa çalışırlar. Pitt, DiKaprio, Robi və Tarantino ilə davamlı olaraq əməkdaşlıq edən Zoi Bell və Kurt Rassell 2018-ci ilin Yanvar-İyun aylarında çəkilişlərə qatıldı. Filmin əsas çəkilişləri İyun-Noyabr ayları arasında Los Anceles ətrafında davam etdi.
Bir dəfə Qafqazda (film, 2007)
Bir dəfə Qafqazda (rus. Однажды на Кавказе) — Keçmiş KVN komandaları "Bakılı Oğlanlar" və "Dağıstan Avaraları"nın birgə işi. Azərbaycan-Dağıstan birgə kino-komediyası. == Məzmun == Filmdə söhbət sədaqətli dostlardan gedir. O dostlardan ki, dar ayaqda, ağır gündə insanın köməyinə məhz onlar gəlirlər. Kazbek Dağlarov (Bəhram Bağırzadə) "Lastoçka" adlı pansionatın müdiridir. Lakin Yaramazov (Fuad Osmanov) onun quyusunu qazmaqla məşğuldur, nazir Fatimə xanıma (Gülşən Qurbanova) onun haqqında gərəksiz məlumatlar ötürür. Nəhayət, Fatimə xanım Kazbekin qabağında şərt qoyur. Əgər Krasnodardan pansionatda qalmağa gələn yüngül atletika üzrə qızlar komandasından kiçik bir şikayət gəlsə, o Kazbeki işdən çıxaracaq. Belə çətin vəziyyətə düşən Kazbek dostlarını köməyə çağırır.
Bir dəfə cinayətdə (film, 1992)
Bir dəfə qanunu pozaraq (ing. Once upon a crime) — 1992-ci ildə istehsal olunmuş filmdir. Filmin rejissoru Kanadalı rejissor Yucin Levidir. Filmin distribütori Metro-Goldwyn-Mayer kinokompaniyasıdır. == Məzmun == Bəxtigətirməyən aktyor Culian Piter və onun tanışı Fibi Romada təsadüfən milyonçu Xanım Van Duqenin itini tapırlar və mükafatı qazanmaq üçün onunla birlikdə Monakonun Monte-Karlo bölgəsinə yola düşürlər. Lakin bu müddətdə Xanım Van Duqe qəflətən öldürülür və onlar bu cinayətdə təxsirkar bilinirlər. Bu səbəbdən Culian və Fibi qaçmağa məcburdurlar. Onlarla birlikdə bir çox şəxslər də bu işdə şübhəli bilinirlər... == Xarici keçidlər == Bir dəfə qanunu pozaraq — Internet Movie Database saytında.
Bir dəfə görmək... (film, 1984)
Bir dəfə görmək... qısametrajlı sənədli televiziya filmi rejissor Nicat Əliyev tərəfindən 1984-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır. == Məzmun == Sənədli televiziya etnoqrafik filmi tamaşaçıları respublikamıza səyahətə çıxarır, onlara qədim Naxçıvanın, bağlar diyarı Qarabağın, başı qarlı Kəlbəcərin və başqa bölgələrin görməli yerləri, tarixi abidələri, mənzərəli guşələri ilə tanış edir.
Bir dəfə qanunu pozaraq (film, 1992)
Bir dəfə qanunu pozaraq (ing. Once upon a crime) — 1992-ci ildə istehsal olunmuş filmdir. Filmin rejissoru Kanadalı rejissor Yucin Levidir. Filmin distribütori Metro-Goldwyn-Mayer kinokompaniyasıdır. == Məzmun == Bəxtigətirməyən aktyor Culian Piter və onun tanışı Fibi Romada təsadüfən milyonçu Xanım Van Duqenin itini tapırlar və mükafatı qazanmaq üçün onunla birlikdə Monakonun Monte-Karlo bölgəsinə yola düşürlər. Lakin bu müddətdə Xanım Van Duqe qəflətən öldürülür və onlar bu cinayətdə təxsirkar bilinirlər. Bu səbəbdən Culian və Fibi qaçmağa məcburdurlar. Onlarla birlikdə bir çox şəxslər də bu işdə şübhəli bilinirlər... == Xarici keçidlər == Bir dəfə qanunu pozaraq — Internet Movie Database saytında.
Məhəbbət haqqında bir neçə söz (film, 2000)
Sevgi haqqında bir neçə söz (hind: ढ़ाई अक्षर प्रेम के, Rom: Dhaai Akshar Prem Ke) — 2000-ci ildə hind dilində çəkilmiş olan hind melodramıdır. Məzuniyyətə çıxan Kapitan Karan doğma şəhərinə gəlir. Vağzalda olarkən kollec tələbəsi Sahibəni ona hücum edən bir dəstə quldurdan xilas edir. İnsidentdən sonra Karan Sahibəni evinə qədər ötürür. Bunu görən məhəllə sakinləri və ailə üzvləri Karanın qızın adaxlısı olduğunu güman edirlər. Zabit məsələnin nə yerdə olduğunu izah etməyə çalışsa da, onu heç kim dinləmək istəmir. Bunu görən Karan xəlvətcə aradan çıxmağa qərar verir. Ancaq evdə onu böyük sürpriz gözləyir.
Sevgi haqqında bir neçə söz (film, 2000)

Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
İki dəfə doğulmuş
İki dəfə doğulmuş (it. Venuto al mondo) - yazıçı Marqaret Mazzantininin 2008-ci ildə nəşr olunmuş, 2009-cu ildə isə Kampello mükafatına layiq görülmüş romanıdır. Cemmanın şair olan boşnak dostu Qoyko onu Sarayevoya dəvət edir. Bu zaman Cemmanın Sarayevo ilə bağlı xatirələri yadına düşür, şəhərin XIV Qış Olimpiya Oyunlarını qəbul etməsi, 1984-cü ildə bu şəhərə olan səfəri, Qoyko ilə tanış olması, kasıb fotoqraf Diyeqo ilə tanış olması, onların İtaliyaya qayıtmaları və evlənmələri; bundan sonra başlayan ağrıverici hadisələr, Yuqoslaviyada müharibənin başlaması, anasının ölümü və mühasirə dövründə Sarayevoya qayıtmasını xatırlayır. Cemmanın həyat hekayəsi, parlaq xatirə kimi yaddaşında saxladığı bir çox ikinci dərəcəli personajların həyatı ilə əlaqələnir: Qoykonun anası və bacısı Mirna və Elena, Cemma və Diyeqonun övladı olması üçün öz orqanlarını kirayə verməyə razılaşan musiqiçi Aska və Cemmanın atası. Romanda müharibənin dəhşətləri, Sarayevonun dağılması, şəhər sakinlərinin yaşadığı hisslər və sair ətraflı təsvir olunur. 2012-ci ildə roman əsasında rejissor Sercio Kastellitto tərəfindən eyni adlı film çəkilmişdir. Filmdə Cemma və Diyeqo rollarını müvafiq olaraq Penelopa Kruz və Emil Hirş canlandırmışlar. Margaret Mazzantini, Venuto al mondo, collana Scrittori italiani e stranieri, Mondadori, 531 səh., ISBN 978-88-04-57370-8.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir. "Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır.
Azərbaycanda nəşr olunmuş qəzetlərin siyahısı
Azərbaycan qəzetlərinin siyahısı
Doxsan bir
Doxsan bir — say sistemində ədədlərdən biridir. Doxsandan sonra, doxsan ikidən əvvəl gəlir. Doxsan bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Medison Bir
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko, Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
On bir
On bir — say sistemində ədədlərdən biridir. Ondan sonra, on ikidən əvvəl gəlir. On bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. Natriumun atom rəqəmi.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən bir
Səksən bir — say sistemində ədədlərdən biridir. Səksəndən sonra, səksən ikidən əvvəl gəlir. Səksən bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş bir
Yetmiş bir — say sistemində ədədlərdən biridir. Yetmişdən sonra, yetmiş ikidən əvvəl gəlir. Yetmiş bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yüz bir
Yüz bir — mahnı ilə muşayiət olunan çox geniş yayılmış rəqs. Yüz bir Şərq aləminə aid olunan mistik rəqəmlərdən biridir. Məsələn, təsbehdə olan yüz bir ədəd buna örnəkdir. Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd. "Yüz bir"i rəqs kimi xatırlayırlar, ancaq əvvəllər mahnı ilə ifa olunub. Musiqisi çox həsrətdolu, lirikdir, bu da ondan irəli gəlir ki, Şüştər muğamı üstündədir. Balabanın ifasında çox qulağayatımlıdır. Öz dövründə çox məşhur olan bu rəqs indi nadir hallarda yad edilir. Rəqs bir qədər cəld tempdə gedir, qızğın surətdə bir sıra rəngarəng hərəkətlərlə, xüsusən çiyin hərəkətlərilə ifa olunur. Onu həm kişilər, həm də qadınlar oynayırlar.
İyirmi bir
İyirmi bir — say sistemində ədədlərdən biridir. İyirmidən sonra, iyirmi ikidən əvvəl gəlir. İyirmi bir ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli bir
Əlli bir — say sistemində ədədlərdən biridir. Əllidən sonra, əlli ikidən əvvəl gəlir. Əlli bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.