bircə qarış boyu var

1. very small and young / half-pint / half-portion / knee-high to a grasshopper от горшка два (три) вершка (очень низкого роста, маленький); 2. hardly out of pinafores / wet behind the ears / scarcely out of the shell yet / a stripling от горшка два (три) вершка (слишком мал, молод, неопытен)
birbaşa
birçəyin ağarsın!*
OBASTAN VİKİ
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Bircə Akalay
Bircə Akalay (19 iyun 1984, İstanbul) — Türk aktrisa. == Həyatı və karyerası == 2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil aldı. Həmin il girdiyi İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamadı amma Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun oldu. 2004 Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil etdi və yarımfinala çıxdı.2004–2007-ci illər arasında Star TV və TV8də idman spikerliyi, həm də Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq etmişdir.2007-ci ildə yayımlanan "Qədər" və "Sənin Üçün" seriallarında baş rolda oynamışdır.2008-ci ildə "Asi" adında serialda qonaq aktrist olaraq qatılmışdır.Bundan başqa 2008-də vizyona girən "Son Dərs" və 2009-un oktyabr ayında vizyona girən "Nəfəs" filmində rol almışdır. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi Sevirəm" filmində Əmrə Altuğ ilə baş rolları paylaşmışdır.2009-da atv-də yayımlanan "Qış nağılında" Zişan rolunda oynamışdır.Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam etmişdır. 2010-cu ildə keçmiş əri Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer Göy Eşq serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə atv-də Baş Nazir Ədnan Menderesin həyatından bəhs edən Mən Onu Çox Sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırmışdır. 2013-cü ildə TRT 1-də yayımlanan Belə Bitməsin adlı seriala qonaq aktrist olaraq qatılmışdır. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu canlandırmışdır. Kiçik Ağa serialında baş rolu paylaşdığı Sarp Ləvəndoğlu ilə 1 avqust, 2014-cü ildə evlənmişdir.
Qarış (dəqiqləşdirmə)
Qarış — Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri. Yuxarı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Aşağı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd.
Aşağı Qarış (Baltas)
Aşağı Qarış (rus. Нижнекарышево, başq. Түбәнге Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Yuxarı Qarış): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (60 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Yuxarı Qarış (Baltas)
Yuxarı Qarış (rus. Верхнекарышево, başq. Юғары Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 92 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (71 %), tatarlar (28 %) üstünlük təşkil edir. Filarit Abdulqazimoviç Bakirov (1950—2013) — teatr aktyoru, Başqırdıstanın Respublikası Xalq Artisti (1995). Teatr İşçiləri Birliyinin üzvü (1976). Flora Davletxanovna Axmerova (1928—2004) — yazıçı, diyarşunas, müəllim. RSFSR xalq təhsilində əla işçi (1964).
Alaevli boyu
Qaraevli boyu — Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biri və Divanü Lüğat-it-Türkdə iyirmi iki Oğuz boyundan onikincisi; "Qarabölük"lərdir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Gün Xanın soyundan gəldikləri qəbul edilir. "Qarabölük" kəliməsi qara çadırlı mənasında istifadə olunmuşdur.
Alayuntlu boyu
Alayuntlu və ya Ulanyuntlu boyu, Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan onyedincisi Alayuntlulardır. Alayuntlu kəliməsi Ala-ala bədənli + yunt-At(cinsi) + lu bu birləşmələrdən yaranmışdır. Alayuntlu boyunun onqonu kərkincək qızılquş (lat. Falco vespertinus)-dur.
Alkaevli boyu
Alkaevli boyu — Oğuz xaqan dastanına görə 24 Oğuz boyundan biridir. "Alkaevli" kəliməsi ağ çadırlı mənasında İstifadə edilmişdir. XIII əsrdən sonra Anadoluya köç etmişdilər.
Döyər boyu
Tüyər boyu və ya Döyər boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşgarlı Mahmuda görə Divân-ı Lügati't-Türkdəki 22 Oğuz boyundan 18-cisi "Tüyər"lərdir. Tüyər kəliməsi günümüz Anadoluda düyər ve döyər şəkillərini almışdır. Afyonqarahisarda Diyərbəkirdə Kaysəridə Burdurda Sivasda ve Muğlada Bolu Dörtdivanda Yuxarı Düyər bu adda bir kənd vardır və Dörtdivanda Düyər yaylasında oğuz boylarına aid yazılar var. Türkiyənin xaricində isə Suriya, tarablus, ve Rakka şəhərlərində isə hələ yer adı olarak adlandırılır. Getdikləri yerlərə "Döyər" adlarını vermişlərdir. Osmanlı dövründə Diyərbəkir ilə Hələb arasındakı ən gözəl yaylaqlar tamamilə "Döyər" oymaqları tərəfindən tutulmuşdu.
Haylandur boyu
Haylandur boyu – Hun boylarından biri. Türkmən tarixçisi Ovez Gündoğduyev bu boyun Qayı boyu ilə eyni boy olduğu qənaətindədir. Habelə, Atillanın da mənsub olduğu ve Avropa Hunlarını idarə edən Balamirlilər bu boydandır. == Haylandur Hunlarının Qafqaz Albaniyasına axını == Haylandur hunları 462-ci ildə Quzey Azərbaycanda mövcüd olmuş Albaniya Dövlətinə girdilər. Bu dönəm Qafqaz Albaniyasını Mehranilər sülaləsi idarə edirdi. Hunlarla birlikdə eyni anda Xəzərlər və Sabirlər kimi başqa türk boylarıda Albaniyaya axın edirdi. Sasani şahları bu axınlara qarşı nə qədər təhkimatlar tikdirsə də, keçişləri bağlasa da, bu axınları dayandıranmadı. Haylandurlar və onlarla birlikdə Qafqaza girən başqa Türk boyları Albanlarla birlikdə yaşamağa və qarışmağa başladılar. Sasanilər və Bizanslılar ilə 591-ci ildə edilmiş müqaviləyə görə Albaniya Girdiman, Tiflis və Dvin daxil olmaqla Sasanilər əlində qalacaq idi (262-ci ilidən Qafqaz Albaniyası Sasanilər tərəfindən işğal edilmiş idi.
Qarğın boyu
Qarğın boyu — yaranma vaxtı skif-massaget zamanına qədəm qoyan qədim oğuz tayfası. Oğuz Xaqan Dastanınana görə Oğuzların 24 boyundan biridir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ulduz xanın soyundan gəldikləri qəbul edilir. Qarğın "Daşqın və doyurucu" mənasına gəlir. Tanınmış orta əsr yazılı mənbələrindən Qarğın boyuna aid ilk qeydi Fəzlullah Rəşidəddinin Cəmi ət-Təvarix adlı əsərində tapmaq olar.
Qayı boyu
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Qınıq boyu
Qınıq boyu — Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuz boyu. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri. Üçoqlar boylarındandır. Qanıq : " Hər yerdə sayqın" anlamındadır. Böyük Anadolu Səlcuqlu devlətləri, Orta Toroslardakı üçoxlu Türkmənlər , Hələb, Ankara, Aydındakı Kınıq oymaqları bu boydandır. Mahmud Qaşqarlı "Divani-lüğət-it-türk" adlı əsərində yazır: " ٱغُز Oğuz: Bir Türk boyudur. Oğuzlar Türkməndirlər. Bunlar iyirmi iki bölüksür; her bölüiün ayrı bir bəlgəsi və heyvanlarına vurulan bir əlaməti (damğası) var. Bir-birlərini bu bəlgələrlə tanıyırlar. Birincisi və başları: "قنق Qınıq"lardır.
Qızıq boyu
Qızıq boyu — Oğuz xan dastanına əsasən Oğuzların Boz oxlar qolundan, Ulduz xan soyundan gəlir. Ancaq bu boyu Mahmud Qaşqarlı "Divanü Lüğat-it-Türk" əsərində məlumat verdiyi 22 bölük Oğuzlar içində göstərməmişdir. Bu boyun adı Oğuz türklərinin tarixən məskunlaşdıqları ərazilərdə yaratdıqları toponimlərdə Qızıq, Kızık, Qırıq, Qırıx kimi formalarda öz əksini tapmışdır.
Salur boyu
Salur boyu — Oğuz xan Dastanına görə Oğuzların 24 boyundan biri və Mahmud Qaşqarlının Dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündə beşincisi; "صالغر Salgur" lardır. Damğaları budur: deyə tanınan bir Oğuz boyudur. Bu boyların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir."Salur" sözü qılınc yelləyən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur. Bu gün müasir türkmənlərin mənşəyi Salur boyu Türkmənistan, Özbəkistan, Əfqanıstan, İraq və İranda və eyni kökdən olan Çindəki Salar təbəə Salur boyundan gəlməkdə olduğu təxmin edilsə də Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Anadoluda bir çox bölgədə və Anadolu Səlcuqlu və bərabər Anadoluda yaranan bəyliklər çəkili Salur boylarından təsirlənmişdir. Bunlar başda Qaraman, Təkə və Candaroğulları çəkili Salur mənşəli tayfalar Qəbilələr tayfalar tərəfindən meydana gəlmişdilər. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Salurlar içində ciddi ölçüdə qıpçaqlıq da var. Xəzər regionu hər zaman Oğuz və Qıpçaq tayfalarının birləşib bir arada yaşadığı bölgə olmuşdur.
Yaparlı boyu
Yaparlı boyu — Oğuz Xaqan Dastanına görə Oğuzların 24 boyundan biri. Bu boyların Boz oxlar qolundan (sağ Qolundan) Oğuz Xanın oğlu Ay xanın soyundan gəldikləri qəbul edilir. “Müşk ətirli” mənasındadır. Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk əsərində bunlardan ətraflı bəhs etməmişdir. Totem heyvanı qırğı qartal idi.
Yazır boyu
Yazır boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ay xanın soyundan gəldikləri qabul edilir. Yazır Əskişəhər, Dənizli vilayətinin Acıpayam rayonunun bir qəsəbəsi və Çal rayonunun kəndi, Yozqat və Çorum bu boyun mənsubları ilə əlaqaləndirəcək şəkildə Yazır kəndi, Çal adını daşımaqdadır. Təkə sancağı (Antalya) Yazır obası sarı və qara olmaqla iki qola ayrılmışdır. Bu bölgələrdə olduqca mühüm yazır topluluqları yerləşmişdir. Antalya-Korkuteli-Yazır Kumluca-Yazır Kayseri-Yazır Finike-Yazır. "Yazır" kəliməsi yurdu geniş mənasında istifadə edilmişdir. Türkmənistanın Ahal vilayətində Yazır boyundan olan türkmənlərin yaşadığı orta əsrlər sənətkarlığına aid Tak-Yazır şəhərinin xarabalıqları qorunmuşdur. Yaşayış məskəni kimi ilk dəfə XI əsrdə Mahmud Kaşğarinin Divanü Lüğat-it-Türk əsərində qeyd edilmişdir.
Yüreğir boyu
Yüreğir boyu və ya Üreğir boyu — Oğuz xan dastanında oğuzların 24 boyundan biri kimi qeyd edilir. Bu boyların Üçoq qolunun Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilmişdir. Simvolları qılıncdır. XIII əsrdə Çingiz xanın rəhbərliyindəki Monqol işğallarından qaçaraq Adananın Misis hövzəsində məskunlaşmış və XIV əsrdə Ramazanoğulları bəyliyini qurmuşlar. Bu bəylik uzun müddət Məmlük dövlətindən asılı vəziyyətdə yaşamış və XVI əsrdə Osmanlı sultan I Səlimin Misir səfərində Osmanlılardan asılı düşmüşdü. 1609-cu ildə Pir Mənsur bəyin istəyi əsasında Osmanlı torpaqlarına daxil edilmişdir. Hal-hazırda Misis, Cebelnur bağı, Yumurtalık, Ceyhan, Yüreğir bölgələrində yaşayan türkmənlər bu boydan gəlməkdədir.
Yıva boyu
Yıva boyu — Oğuz xaqan dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Mahmud Qaşqarlıya görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündən dördüncüsü. Bəlgələri şudur: deyə tanıtdığı bir Oğuz boyudur. Yıva boyunun onqonu tuygun, yani "yaşlı erkək çaxırdoğan"dır. Professor Bazin Özbəkcədəki qarşılığını tapıb: qara erkək Qarçıqaydır. Qaraqoyunlu dövlətini idarə edən Baharlı sülaləsi və eyni nəsildən olan Səədli oymağı Yıva boyundan idi. Kafesoğlu, İbrahim. Türk Milli Kültürü. Türk Kültürünü Araştırma Enstitüsü, 1977.
Çuvaldar boyu
Çavuldur və ya Çuvaldar boyu — Oğuz Xaqanın Dastanına görə Oğuzların 24 boyundan biri və Qaşgarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan yirmincisi; Çuvaldarlardır. Qaşqarlı Mahmudun lüğətindəki Oğuz boylarının adları, zamanlarındaki deyiliş şəkillərinə görə yazmışdır. Ankarada Yukarı Çavundur və Aşağı Çavundur kəndləri var. Ayrıca Türkmənistanda da Çavundur vilayəti var. Bu boyların Üç Oxlar Qolundan (sol qolundan) Oğuz Xaqanın oğlu Göy Xanın soyundan gəldikləri kəbul edilir. Çuvaldar boyu Qaşqarlı Mahmudun "Man qışlaq" "Oğuz ölkəsində bir yer adı" şəklində təsvir etdiyi bölgəyə, Xəzər Dənizi sahilindəki yarım adaya gedərək yurd tutmuşlar və buraya Man qışlaq adını vermişlər. 1916 ilində Kilisli Müəllim Rüfətın yayımladığı Kitabi dədə qorquda Oğuzlarda "Çuvaldar" şəklində istifadə edilən bu boy adı, Türkmənçədə "Çovdur" olarak günümüzə gəlib çatmışdır. Günümüz Türkmənistanında "Çovdur" adını daşıyan çoxlu yer və yurd adları vardır. Əlamət olarak Şunqar (akdoğan) quşunu istifədə edirdilər. "Çavuldur" kəliməsi məşhur, şöhrətli mənasında istifədə edilirdi.
Çəpni boyu
Çəpni boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki iyirmi iki Oğuz boyundan iyirmi birincisi. F. Rəşidəddin məlumat verir ki, Çəpni iç oğuz nəslindən olub, Göy xanın adı İrkil Xoca tərəfindən verilən və damğası (onqonu) Ağ Sunqur quşu olan olan 4-cü oğludur. Bu tayfa xarakter etibarı ilə düşmənlə qətiyyətli vuruşan kimi təsvir olunur (10, s. 66). Çəpnilərin bizim ərazilərə Orta Asiyadan səlcuq türklərinin tərkibində gəldiyi, Xorəzmşah Cəlaləddinin 1221-1231-ci il hərbi yürüşlərində fəal iştirakı qaynaqlarda göstərilir. Öz izlərini Kəlbəcər rayonunda bir kəndin adında saxlamışdır. Kəndin adı Çəpli şəklindədir. Lev çayının sahilində, dağlıq ərazidə yerləşir. Bəzi tədqiqatçılara görə, toponim oğuz tayfalarından çəpnilərin (cəbni) adı ilə bağlıdır. Şamaxı rayonunda da bu etnonimlə əlaqədar Cabanı adlı kənd vardır.
İğdir boyu
İğdir boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan ondördüncüsü. 12 qolu olan Üçoqların bir qoludur. İğdır: "İgidlik, böyüklük" mənasındadır. Bozdoğanlı Oymağı, Anadoluda yüzlərlə yer adı buraxan İğdirler, İranda böyük Kaşkay-Eli içindəki İğdirler və Iğdır adı, bu boyun xatirəsidir.
Bayat boyu
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur. Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Qaraevli boyu
Qaraevli boyu — Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biri və Divanü Lüğat-it-Türkdə iyirmi iki Oğuz boyundan onikincisi; "Qarabölük"lərdir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Gün Xanın soyundan gəldikləri qəbul edilir. "Qarabölük" kəliməsi qara çadırlı mənasında istifadə olunmuşdur.
İnsan boyu
İnsan boyu — insanlarda başın yuxarı hissəsindən ayağın aşağı hissəsinə qədər olan məsafə Antropologiyada boy ümumi antropometrik xüsusiyyətlərdən biridir. İnsanın fiziki inkişafının göstəriciləri siyahısına daxildir. İnsan boyuna genlər və eyni dərəcədə vacib olan ətraf mühit təsir göstərir. Ətraf mühit faktorlarına tənəffüs olunan havanın tərkibi, istehlak edilən qidanın tərkibi, stressli şərtlər, yuxu keyfiyyəti, uzunmüddətli enerji yükləri, xəstəlik, günəş radiasiyasının intensivliyi və s. daxildir. Genetik faktorlara cins, yaş, orqanizmin planlı (genetik) inkişafı, irsi xəstəliklər və s. Beləliklə, məsələn, Çin şəhər sakinlərinin orta boyu 175 sm (kişilər üçün) və 170 sm (qadınlar üçün) təşkil edir. “NCD Risk Factor Collaboration” (NCD-RisC) qlobal tibb alimləri icmasına görə, 2024-cü il üçün Hollandiyada kişilər arasında ən yüksək orta boya malikdir: 182,5 sm və Latviyada qadınlar arasında: 169,8 sm. 2014-cü ildə ən qısa boylular Şərqi Timorlu kişilərdir və orta boyu 159,8 sm və Qvatemalalı qadınlardır: 149,4 sm. Ötən əsrdə Cənubi Koreyalı qadınlar (20 sm-dən çox) və İranlı kişilər (16,5 sm) ən boy atıblar.

Digər lüğətlərdə