BİRHÜRKÜCLÜ
BİRİGÜN
OBASTAN VİKİ
Sarışın biri
Sarışın biri (ing. The blonde one) - bir-birinə qarşı çox güclü cinsi istək bəsləyən iki oğlanın həyatından bəhs edən 2019-cu il məhsulu Argentina filmi. Qızlarla yaxşı münasibəti olan Cuanın otaq yoldaşı evdən ayrılır. Buna görə də Cuan iş yoldaşı Qabrielə bir yerdə yaşamağı təklif edir. Sakit təbiətli Qabrielin arvadı öləndən sonra onunla birlikdə yaşamayan balaca qızı da var. Birlikdə yaşana Cuan və Qabrielin arasında qısa zamanda güclü hislər yaranır. Münasibətləri həssas baxış və toxunuşlardan nizamlı cinsi münasibətə çevrilir. Qabriel eşq macərasına hazırdır, ancaq Cuan buna Qabriel qədər həvəsli deyil. Buna görə də münasibətləri qarışıq hal alır.
Biri vardı, biri yoxdu... (film, 1967)
Biri vardı, biri yoxdu... qısametrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi ilə qarının niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. Əsas rolları Sədayə Mustafayeva və Sadıq Həsənzadə ifa edirlər. Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi (Sadıq Həsənzadə) ilə qarının (Sədayə Mustafayeva) niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. Film yazıçı Salam Qədirzadənin "Xəzan yarpaqları" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Biri var idi, biri yox idi (III mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın üçüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2013-cü ildə elan edilmişdi. İcraçı prodüserlər Adam Horovitz və Edvard Kitsis bildirmişdilər ki, üçüncü mövsüm iki hissəyə bölünərək, birinci mövsüm 29 sentyabr-15 dekabr 2013-cü ildə, ikinci hissə isə 9 mart-11 may 2014-cü ildə efirə veriləcək. Birinci hissədə qəhrəmanların Yoxlandiyada Piter Penlə mübarizəsi və Storibruka qayıtmaları, ikinci hissədə isə qəhrəmanların şəhərə yol tapmış Qərbin Qəddar Cadugəri Zelena ilə mübarizələri göstərilir. İki hissənin əsas antoqonistləri olan Qərbin Qəddar Cadugəri və Piter Pendən başqa üçüncü mövsümdə Din-din, Ariel, Şahzadə Erik, Ursula, Meduza, Rapunzel, Oz cadugəri, Xeyirxah Cadugər Qlinda, Şimalın Xeyirxah Cadugəri, Cənubun Cadugəri, Doroti Geyl, Qarasaqqal və Elza obrazları da debüt edir. Mövsüm premyerası 8.52 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.6/7 reytinq qazanmışdır. Mövsüm ortası finalı tənqidçilər tərəfindən qiymətləndirilmiş və Cənab Qoldun özünü qurban etməsi və keçmişlə bağlı göstərişlər qeyd edilmişdir. Mövsümün ikinci hissəsi yaxşı reytinq nəticəsi göstərərək, ikinci seriya həftənin ən yüksək reytinq nəticəsinə nail olmuşdur və bu 2012-ci ilin oktyabrında ikinci mözsümün ikinci seriyasının yayımlanmasından sonra serialın göstərdiyi ən uğurlu nəticə idi. Seriya tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş, ssenari müəllifləri və prodüserlər tərəfindən yaradılmış yeni ssenari xəttinə dəyər verilmişdir. İki saatlıq mövsüm finalı 6.8 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 2.3/7 reytinq nəticəsi göstərmişdir ki, bu da serialın reytinqlərinin yaxşılaşmasına baxmayaraq, ən zəif final göstəricisi olmuşdur.
Biri var idi, biri yox idi (II mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın ikinci mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2012-ci ildə elan edilmişdi. Premyerası 30 sentyabr 2012-ci ildə baş tutmuş II mövsüm 12 may 2013-cü ildə tamamlanmışdır. Bu mövsümdə Cənab Qoldun tilsimi ilə magiya Storibruka da yol tapır. Rumpelştilskin çoxdan itirdiyi oğlunu axtarır. Henri də öldüyünü düşündüyü atasını tapır. Lakin, Piter Penin təsiri altında olan Tamara və Qreq Henrini Yoxlandiyaya qaçırır. Bundan sonra serialın əsas qəhrəmanları Yoxlandiyaya yola düşürlər. İkinci mövsümdə Henri Kassidi kimi tanınan Belfayr (Rumpelştilskinin oğlu), Kapitan Killian “Qarmaq” Cons, Şahzadə Avrora, Mulan, Şahzadə Filip, Robin Hud və Darlinq ailəsi kimi yeni personajlar vardır. Mövsüm premyerası 18-49 yaş arası 11.36 milyon nəfər tərəfindən izlənmiş və 3.9/10.0 yayım reytinqi qazanmışdır.
Biri var idi, biri yox idi (IV mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın dördüncü mövsümünün çəkiləcəyi ABC tərəfindən 8 may 2014-cü ildə elan edilmişdi. 13 may 2014-cü ildə açıqlanmışdı ki, dördüncü mövsüm iki hissəyə bölünərək birinci hissə 2014-c ilin payızında, ikinci hissə isə 2015-ci ilin yazında efirə veriləcək. 28 sentyabr 2014-cü ildə premyerası baş tutan dördüncü mövsümün yayımı 10 may 2015-ci ildə tamamlanmışdır. 20 aprel 2014-cü ildə Maykl Soçanın Uill Skarlet/Ürəklər Cəngavəri obrazı ilə baş rol canlandırdığı serialın spin-offu kimi "Bir dəfə Möcüzələr ölkəsində" serialının çəkiləcəyi elan edildi. Dördüncü mövsümdə seriala əsas antoqonistlər Qar Kraliçası, Qaranlıq Kraliçaları (qəddarlar triadası: Malefisenta, yeni obrazlar Kruella və Ursula) da daxil olmaqla Elza, Anna, Kristof, Sehrbazın köməkçisi, Balaca Bo Pip və Poseydon kimi yeni personajlar əlavə edilmişdir. Mövsümün birinci hissəsində Storibruka gələn Elza bacısı Annanı axtarır, lakin yerli mühitdən xəbərsiz olduğundan əvvəlcə problemlər yaşayır, lakin sonradan o, Emma ilə dostlaşır və qəhrəmanlar ona kömək etməyə çalışırlar. Storibrukda dondurma satıcısı kimi tanınan İnqridin əslində Qar Kraliçası olması məlum olur. Vaxtilə bacılarını itirmiş İnqrid Sehrbazın köməkliyi ilə özü kimi sehrli gücə malik iki qızdan ideal ailə yaratmaq qərarına gəlir. Həmin qızlar isə onun bacısı qızı Elza və Emma olmalı idi.
Biri var idi, biri yox idi (I mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın birinci mövsümünün premyerası 23 oktyabr 2011-ci ildə baş tutmuş və 13 may 2012-ci ilə kimi davam etmişdir. Serialın yaradıcıları Edvard Kitsis və Adam Horovitzdir. Serialda hadisələr paralel olaraq Sehrli Meşə və Storibrukda baş verir. Qəddar Kraliça (Lana Parrilla) nağıllar aləmindəki hər kəsin xoşbəxtliyini əlindən alacağını deyir və tilsimləyərək bütün nağıl qəhrəmanlarını bizim dövrümüzə göndərir. Serialın birinci mövsümü tənqidçilərdən “əsasən müsbət” rəylər almışdır. “Metacritic” 26 tənqidçi rəyi əsasında birinci mövsümü 100 baldan 66 balla qiymətləndirir. “The Washington Post”dan Hank Styuver serialı “təxəyyül, ekşn və sevgi janrları ilə uğurla qarışdırılmış yüngül fantastika həvəskarları üçün qiymətli hədiyyə” adlandırır. “Newsday”dən Verne Gey qeyd edir ki, “demək olar ki, teatral parlaqlıq nümayiş etdirən serial, şablon serial anlayışından uzaqlaşaraq izləyiciləri TV drama haqqında daha fərqli düşünməyə vadar edir.” Pilot seriyası 12.93 milyon nəfər (ABŞ izləyiciləri) tərəfindən izlənən serialın 18-49 yaşlı izləyicilər arasında reytinqi 4.0/10 olmuşdur. Mövsümün sonuna yaxın bu göstəricilər 8.36 milyon izləyici, 18-49 yaşları arası 2.8/8 reytinqə qədər enmiş, lakin final seriyada bir qədər yüksələrək 9.66 milyon izləyici, 18-49 yaşları arası 3.3/10 reytinq göstəricisi olmuşdur.
Biri var idi, biri yox idi (V mövsüm)
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın V mövsümünün çəkiləcəyi ABC tərəfindən 7 may 2015-ci ildə elan edilmişdir. Beşinci mövsümün premyerasının 27 sentyabr 2015-ci ildə olacağı gözlənilir. 9 iyun 2015-ci ildə Rebekka Meyder və Şon Makuayrın serialın daimi aktyor heyəti sıralarına keçərək, əvvəlki mövsümlərdə olduğu kimi müvafiq olaraq Zelena/Qərbin qəddar cadugəri və Robin Hud obrazlarını canlandıracaqları elan edildi. Bir neçə gün sonra isə Uill Skarlett/Ürəklər Valeti rolunu canlandıran Maykl Soşanın daimi aktyor heyətindən uzaqlaşması xəbəri verildi. Bu mövsümün birinci yarısının əsas mövzusu Emmanın ürəyindəki qaranlıq ile mübahisəsi kimi qeyd edilmişdir. Serialın yaradıcısı Rayn Mörfi ikinci yarını isə qısaca "Hell" (Cənənnəm) kimi təqdim edib. Beşinci mövsümdə serialın seriyalarının sayı yüzə çataqcaq və yüzüncü seriyanın 2016-cı ildə yayımlanması planlaşdırılır.
Biri var idi, biri yox idi (teleserial, 2011)
Biri var idi, biri yox idi (ing. Once Upon a Time) — Amerika istehsalı olan 2011-ci ildə ABC kanalında yayımlanmağa başlamış nağıllar əsasında çəkilmiş teleserialdır. Hadisələr nağıl qəhrəmanlarının real dünyaya daxil olmasından sonra baş verən hadisələr üzərində cərəyan edir. Serialda daha çox Disney qəhrəmanları eləcədə qərb dünyasının məşhur nağıl obrazları yer alıb. Serialın ssenari müəllifliyi isə İtkin (Lost) və Tron: Miras (Tron: Legacy) filmlərinin yazıçılarına məxsusudur. İlk 6 mövsüm Bazar günləri saat 20:00-da efirdə nümayiş olundu. 11 may 2017-ci ildə ABC 7-ci mövsümün 22 seriadan ibarət olacağını bildirdi və efir vaxtını Cümə günlərinə saat 20:00-a dəyişdirdi. Serialın spin-off versiyası olan Biri Var İdi, Biri Yox İdi Möcüzələr Ölkəsində 1 mövsüm və 13 serialı olaraq 10 oktyabr 2013 — 2 aprel 2014 tarixlərində yayımlandı. Teleserialın rəsmi saytı Biri Var İdi, Biri Yox İdi — Internet Movie Database saytında.
Olmayan biri (film, 2019)
Kim olduğumu düşünürsən (fr. Celle que vous croyez) — Safi Nebbunun rejissorluğu ilə 2019-cu ildə istehsal edilmiş Fransa dram filmi. Filmdə əsas rolları Jülyet Binoş, Fransua Sivil və Nikol Qarsiya canlandırırlar. Filmin premyeası 10 fevral 2019-cu ildə 69-cu Berlin Beynəlxalq Film Festivalında baş tutmuşdur. 3 oktyabr 2019-cu ildən filmin kinoteatrlarda çıxarılacağı gözlənilir. Bir neçə il əvvəl həyat yoldaşının xəyanəti və boşanmanın ağır psixoloji təsirinə məruz qalan Kler (Jülyet Binoş) tədricən həyatını qaydaya salmağa çalışır. O, universitetdə dərs deyir, iki övladını böyüdür və müntəzəm olaraq gənc sevgilisi ilə vaxt keçirir. Lakin, bir gün gənc oğlan heç bir xəbər vermədən yoxa çıxır. Klerin yenicə stabilləşən dünyası dağılır. Ümidsizlikdən xilas olmaq üçün Kler Facebookda saxta profil yaradır və özünü 24 yaşlı cazibədar Klara kimi təqdim etməyə başlayır.
Sarışın biri (film, 2019)
Sarışın biri (ing. The blonde one) - bir-birinə qarşı çox güclü cinsi istək bəsləyən iki oğlanın həyatından bəhs edən 2019-cu il məhsulu Argentina filmi. Qızlarla yaxşı münasibəti olan Cuanın otaq yoldaşı evdən ayrılır. Buna görə də Cuan iş yoldaşı Qabrielə bir yerdə yaşamağı təklif edir. Sakit təbiətli Qabrielin arvadı öləndən sonra onunla birlikdə yaşamayan balaca qızı da var. Birlikdə yaşana Cuan və Qabrielin arasında qısa zamanda güclü hislər yaranır. Münasibətləri həssas baxış və toxunuşlardan nizamlı cinsi münasibətə çevrilir. Qabriel eşq macərasına hazırdır, ancaq Cuan buna Qabriel qədər həvəsli deyil. Buna görə də münasibətləri qarışıq hal alır.
Çoxlarından biri (film, 1925)
Filmdə xarici kəşfiyyat agentlərinin axtarılıb tapılması və Azərbaycan çekistlərinin onlarla mübarizəsi haqqında danışılır. Film ilk Azərbaycan detektiv filmidir. Ssenari müəllifi: Pavel Velski, Sergey Trotski, Aleksandr Litvinov Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke Quruluşçu rəssam: A.Plaksin Abbas Mirzə Şərifzadə Pyotr Kirillov Nadejda Vendelin Sergey Trotski K.Vyaznova Pavel Velski — Pavel Dobrov Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Biri var idi, biri yox idi (teleserial, 2011-2018)
Biri var idi, biri yox idi (ing. Once Upon a Time) — Amerika istehsalı olan 2011-ci ildə ABC kanalında yayımlanmağa başlamış nağıllar əsasında çəkilmiş teleserialdır. Hadisələr nağıl qəhrəmanlarının real dünyaya daxil olmasından sonra baş verən hadisələr üzərində cərəyan edir. Serialda daha çox Disney qəhrəmanları eləcədə qərb dünyasının məşhur nağıl obrazları yer alıb. Serialın ssenari müəllifliyi isə İtkin (Lost) və Tron: Miras (Tron: Legacy) filmlərinin yazıçılarına məxsusudur. İlk 6 mövsüm Bazar günləri saat 20:00-da efirdə nümayiş olundu. 11 may 2017-ci ildə ABC 7-ci mövsümün 22 seriadan ibarət olacağını bildirdi və efir vaxtını Cümə günlərinə saat 20:00-a dəyişdirdi. Serialın spin-off versiyası olan Biri Var İdi, Biri Yox İdi Möcüzələr Ölkəsində 1 mövsüm və 13 serialı olaraq 10 oktyabr 2013 — 2 aprel 2014 tarixlərində yayımlandı. Teleserialın rəsmi saytı Biri Var İdi, Biri Yox İdi — Internet Movie Database saytında.
Yeddi oğuldan biri (film, 2007)
Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film xalq artisti, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr edilmişdir. Filmdə aktyorun özü də çıxış edir. Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film əməkdar artist, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr Filmdə "Torpaq dəniz od səma", "Uşaqlığın son gecəsi", "Dəli Kür", "Yeddi oğul istərəm...", "Bizim küçənin oğlanları", "Dədə Qorqud", "Dərviş Parisi partladır", "Arxadan vurulan zərbə", "Babək", "Qanlı zəmi" filmlərindəki kadrlardan istifadə edilmişdir. Yeddi oğuldan biri... Elçin Məmmədov (film, 2012) Yeddi oğuldan biri... Ənvər Həsənov (film, 2007) Yeddi oğuldan biri...
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film xalq artisti, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr edilmişdir. Filmdə aktyorun özü də çıxış edir. Yeddi oğuldan biri. Ənvər Həsənov (film, 2007): Film əməkdar artist, kino aktyoru və rejissor Ənvər Həsənovun həyat və yaradıcılığına həsr Filmdə "Torpaq dəniz od səma", "Uşaqlığın son gecəsi", "Dəli Kür", "Yeddi oğul istərəm...", "Bizim küçənin oğlanları", "Dədə Qorqud", "Dərviş Parisi partladır", "Arxadan vurulan zərbə", "Babək", "Qanlı zəmi" filmlərindəki kadrlardan istifadə edilmişdir. Yeddi oğuldan biri... Elçin Məmmədov (film, 2012) Yeddi oğuldan biri... Ənvər Həsənov (film, 2007) Yeddi oğuldan biri...
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
Azərbaycan SSR Nazirlər Soveti (azərb-kiril. Азәрбајҹан ССР Назирләр Совети) — 1946–1991-ci illərdə Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali icraedici orqanı, Azərbaycan SSR hökuməti. Azərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti adlanmışdır. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi. Azərbaycan SSR Nazirlər Soveti qanunvericilik təşəbbüsünə malik idi. Bir sıra fəaliyyət istiqaməti olmuşdur: Azərbaycan SSR ittifaq-respublika və respublika nazirliklərinin, Nazirlər Sovetinin dövlət komitələrinin və ona tabe olan başqa idarələrin işinin birləşdirilməsi və həmin işə istiqamət verilməsi; Xalq təsərrüfatı planlarının, dövlət və yerli büdcələrin yerinə yetirilməsi, ictimai asayişin təmin olunması, dövlət mənafeyi və vətəndaşların hüquqlarının qorunması üçün tədbirlər görülməsi; Azərbaycan SSR Nazirlər Soveti yanında təsərrüfat və mədəniyyət işlərinə baxan xüsusi komitələr və baş idarələrin təşkil edilməsi; Azərbaycan SSR Nazirlər Soveti SSRİ-nin müəyyən etdiyi ümumi qaydaya əsasən Azərbaycan SSR-in xarici dövlətlərlə münasibət işlərinə, qoşun birləşmələrinin təşkilinə rəhbərlik edilməsi; Naxçıvan MSSR Nazirlər Sovetinin işinə istiqamət verilməsi və onun yoxlanılması; Dağlıq Qarabağ Muxtar Vilayəti, rayon və şəhər Xalq (Zəhmətkeş) Deputatları Sovetləri icraiyyə komitələrinin işinə rəhbərlik edilməsi və onun yoxlanılması; SSRİ və Azərbaycan SSR qanunlarına, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarına əsasən onların icra edilməsi üçün qərar və sərəncamlar verilməsi və icranın yoxlanılması. Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR Nazirlər Sovetinin, DQMV və yerli Xalq (Zəhmətkeş) Deputatları Soveti icraiyyə komitələrinin qərar və sərəncamlarını, həmçinin nazirlərin əmr və təlimatlarını, tabeliyindəki başqa idarələrin aktlarını ləğv etmək hüququna malik olmuşdur.
Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri. Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu. Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.
Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabineti
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti. Cümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü.
Başqırdıstan Birinci dünya müharibəsi illərində
Başqırdıstan Birinci Dünya müharibəsi illərində — Başqırdıstanın Birinci Dünya müharibəsində rolu və orada baş verən hadisələr. Başqırdıstan Birinci Dünya müharibəsindən öncə iri sənaye və kənd təsərrüfatı regionlarından biri olaraq Rusiya imperiyasının daxili rayonlardan biri idi. Müasir Başqırdıstan ərazisi o dövrün Ufa quberniyası və Orenburq, Samara, Perm quberniyalarının bir hissəsi əhatə edir. Başqırdıstan istər insani istərsə təbii resurslar baxımından Birinci Dünya müharibəsinə öz töhfəsini vermişdir. 1914-cü ilin yayında Başqırdıstanda əhalinin səfərbərliyi həyata keçirilirdi. Sterlitamak, Belebee və Birsk şəhərlərində əhalinin əhalinin mobilizasiyalaşmasına qarşı kütləvi etirazlar həyata keçirilir. İnsanlar müharibəni kasıbçılıq hesab edir və qısa müddətə qalibiyyətin əldə ediləcəyinə inanırdı. 26 iyul 1914-cü ildə bölgədə spirtli içilərin satışı qadağan edilmişdir. İçkili vəziyyətdə görünənlər üç ay həbsdən tutmuş 3 min rubla qədər cərimələnirdi. 1914–1916-cı illərdə Ufa quberniyasından 300 min nəfər mobilizasiyaya cəlb edilmişdi.
Birinci İnönü döyüşü
Birinci İnönü döyüşü — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrində yunan ordusu ilə türk Ankara Hökumətinin ordusu arasında 6-11 yanvar 1921-ci il tarixlerində baş vermiş bir döyüş. 15 may 1919-cu ildə yunan orduları İzmir şəhərini işğal edir. 10 avqust 1920-ci ildə isə türk sultanının nümayəndəsi Sevr sülh sazişini imzalayır ki, bu anlaşmaya görə Yunanıstana Şərqi Frakiya (bəzi mənbələrdə Trakiya), bütün İzmir vilayəti, İmbros və Tenedos adaları keçirdi. Yunan ordusu bu ərazilərə öz ordularını yeridərək qarşılarındakı bütün partizan və üsyançı türk dəstələrini əzirdi. Yunan ordusunun hərəkətləri Türkiyə Böyük Millət Məclisini qəti addımlar atmağa vadar etdi. Böyük Millət Məclisi sultan hökumətini vətən xaini və satqın elan edir və Sevr müqaviləsini tanımır. Mustafa Kamal Atatürk və onun silahdaşları təcili olaraq şərq cəbhəsindəki qoşunları qərbə ataraq yeni dəstələr yığmağa başlayır. Yanvar ayının əvvəlində general Papulasın başçılığı altında olan yunan ordusu Bursadan Əskişəhər istiqamətində hərəkət etməyə başlayır. 6–9 yanvar 1921 tarixləri arasında döyüşlər örtmə və təhlükəsizlik qüvvələri əməliyyatı şəklində reallaşdı. 9 yanvarda onlar ilk türk qoşunları ilə rastlaşır və İnönü dəmir yolu stansiyasında döyüşə girirlər.
Birinci İpək
Birinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd. Kənd dağətəyi ərazidədir. 1933-cü ildə ərazidə Birinci, İkinci və Üçüncü İpək adlı üç kənd qeydə alınmışdır. Sonralar iki kəndin adı dəyişdirilmiş, yalnız Birinci İpək toponimi olduğu kimi saxlanılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur. Bəxtiyar Kavanlı — Şair, Qarabağ müharibəsi iştirakçısı. Əsas təsərrüfatı heyvandarlıq idi.
Birinci Şahsevən
Birinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. Araz çayından 3 km. aralı, Mil düzündədir. Daşburun stansiyası buradadır. Birinci komponent eyni-adlı yaşayış məntəqələrini fərqləndirir. İkinci komponent isə etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirir. 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. Birinci Şahsevən kəndində şəkər sexi və yeni “Aqrolizinq” təşkilatı vardır.
Birinci Şahsevən bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Birinci Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Birinci Şıxlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Birinci Şərq Xalqları Qurultayı
Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq. 1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi. İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi. Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi.
Birinci şəxs atıcı
Birinci şəxs atıcı və ya 3D-shooter — Kompüter oyununda janr, ilk tam üçölçülü birinci şəxs tərəfindən atışı (şuter) janrı. Janrın adı 3D üçölçülü qrafik ilə "shooter" (atıcı) ifadələrinin qarışığından yaranmışdır. Son zamanlar "şuter" ifadəsi kompüter oyunlarının janrını dəqiq göstərmək üçün daha tez-tez istifadə edilir. Oyunçu üçölçülü fəzada olur və müəyyən hərəkət azadlığına malikdir. Tutaq ki, müəyyən məhdudiyyət çərçivəsində olan labirint vardır ki, bu labirintdə düşmənlər, müttəfiqlər və neytral qüvvələr yerləşmişlər. Oyun zamanı istifadəçi kifayət qədər düşmən məhv etməlidir. Bunun üçün personaja (istifadəçiyə) müxtəlif silahlar təklif olunur. 3D-atıcı və ya Birinci-şəxs atıcı janrı digər janrlara nisbətən qrafik sistemlərə, daha doğrusu kadr tezliyinə (saniyədə kadrların sayı) daha həssasdırlar. Oyun zamanı saniyədə 30 kadr tələb olunur .
Birinci Əl-Əlameyn döyüşü
Birinci Əl-Əlameyn döyüşü (ing. First Battle of El Alamein; alm. Erste Schlacht von El Alamein‎) — İkinci dünya müharibəsi zamanı, 1942-ci ilin iyul ayında Misirin Əl-Əlameyn şəhərində baş vermiş döyüş. İyulun 1 -də, saat 03: 00 -da Rommelin qoşunları Müttəfiqlərin sağ kənarına hücum etdi, lakin 1 -ci Cənubi Afrika Diviziyası tərəfindən geri atıldı. Saat 10: 00-da Afrika Panzer Ordusu Deyr əş-Şinə hücum etdi. Hindistan briqadası düşmənin irəliləməsini dayandırmaq üçün ümidsiz bir cəhdlə bütün gün hücumları dayandırdı, ancaq axşam saatlarında mövqeləri Axis qüvvələri tərəfindən işğal edildi. Hindistan briqadasının şiddətli müqaviməti Auchinleckə Ruweisat silsiləsinin qərb ucunun müdafiəsini təşkil etmək üçün vaxt verdi. Auchinleck, 1-ci Zirehli Diviziyanı 15-ci Panzer Diviziyasına qoşulduğu Deir el-Shein istiqamətinə də göndərdi. Döyüş gününün sonuna qədər Afrika Korpları 55 tankından 37 -ni itirdi. 90 -cı Yüngül Piyada Diviziyası şərqə doğru hərəkət etdi, lakin üç Cənubi Afrika briqadasından top atəşinə tutuldu və qazmağa məcbur oldu.
Birinci Əl-Ələmeyn döyüşü
Birinci Əl-Əlameyn döyüşü (ing. First Battle of El Alamein; alm. Erste Schlacht von El Alamein‎) — İkinci dünya müharibəsi zamanı, 1942-ci ilin iyul ayında Misirin Əl-Əlameyn şəhərində baş vermiş döyüş. İyulun 1 -də, saat 03: 00 -da Rommelin qoşunları Müttəfiqlərin sağ kənarına hücum etdi, lakin 1 -ci Cənubi Afrika Diviziyası tərəfindən geri atıldı. Saat 10: 00-da Afrika Panzer Ordusu Deyr əş-Şinə hücum etdi. Hindistan briqadası düşmənin irəliləməsini dayandırmaq üçün ümidsiz bir cəhdlə bütün gün hücumları dayandırdı, ancaq axşam saatlarında mövqeləri Axis qüvvələri tərəfindən işğal edildi. Hindistan briqadasının şiddətli müqaviməti Auchinleckə Ruweisat silsiləsinin qərb ucunun müdafiəsini təşkil etmək üçün vaxt verdi. Auchinleck, 1-ci Zirehli Diviziyanı 15-ci Panzer Diviziyasına qoşulduğu Deir el-Shein istiqamətinə də göndərdi. Döyüş gününün sonuna qədər Afrika Korpları 55 tankından 37 -ni itirdi. 90 -cı Yüngül Piyada Diviziyası şərqə doğru hərəkət etdi, lakin üç Cənubi Afrika briqadasından top atəşinə tutuldu və qazmağa məcbur oldu.
Birinci Əlicanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Birinci Ərəb-İsrail müharibəsi
1948-ci il Ərəb–İsrail müharibəsi, Birinci Ərəb–İsrail müharibəsi və ya 1948-ci il müharibəsi (ərəb. حرب 1948‎, translit. hərb 1948) — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir. Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944–1947-ci illərdə yəhudi qiyamı baş verdi.
Birinci Ərəbcəbirli
Birinci Ərəbcəbirli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.Rayon mərkəzinə çox yaxın və ondan şimal- qərbdə, Bakı-Qazax şose yolu kənarında, Şirvan düzündə yerləşən kənd. Birinci Ərəbcəbirli Göyçay rayonunun İəhadət inzibati ərazi vahidində kənd. Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cu ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti ƏrəbŞamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir. 15 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qədim tarixə malik olan bu kəndin ərazisindən müxtəlif dövürlərə aid materiallar (saxsı qablar, qırıq küp qəbirlər və s.) tapılmışdır. Kəndin ərazisindəın qədim və erkən orta əsrlərdə yaşayış məntəqəsi olmuşdur.
Birinci Əz-Zaviyə Döyüşü
Əz-Zaviyə döyüşü — Liviya vətəndaş müharibəsi dövründə keçən döyüşlərdən biri. 24 fevral 2011-ci il — Əz-Zaviyədə küçə döyüşləri başlayır. 27 fevral — İnqilabçılar Əz-Zaviyə şəhərini ələ keçirirlər 1 mart — Qəddafinin tərəfdarları gecə Əz-Zaviyə şəhərini Tanklar və Artilleriyadan bombalayırlar. Şəhər uğrunda döyüşlər gedir. Şəhər inqilabçılarda qalır 4 mart — Qəddafinin tərəfdarları Əz-Zaviyəyə yenidən hücüm edirlər. Şəhərin qərb və şərq girişlərini Qəddafi ordusu tutur. 5 mart – Əz-Zaviyə uğrunda döyüşlər davam edir. Səhər dövlət ordusu şəhərə iki tərəfdən hücüm edirlər, tanklar şəhərin mərkəzini bombalayırlar. Döyüşlər getdikcə şəhərin mərkəzinə keçirlər. 6 mart — Liviyanın telekanallarından biri Əz-Zaviyənin hökumət ordusu tərəfindən götürüldüyü barədə məlumatlar yayır 9 mart — Şəhərin 95% nı hökumət ordusu idarə etdiyi haqda xəbərlar yayılır, onlar inqilabçıların olduğu şəhərin mərkəzin ələ keçirirlər.
Birincə (Marağa)
Birincə — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Təkab bölgəsində, Əhmədabad kəndistanında, Təkab qəsəbəsindən 14 km. şimal-şərqdədir.
Birincə (Tikantəpə)
Birincə (fars. برنجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (13 ailə).
Birincək (Miyanə)
Birincək (fars. برنجق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (6 ailə).
Biris (Nəmin)
Biris (fars. بريس‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şərqdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,204 nəfər yaşayır (273 ailə).
Birisigün, gecəyarısı... (film, 1981)
Birisigün, gecəyarısı... — rejissor Arif Babayev tərəfindən 1981-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kəskin süjetli macəra filmi Azərbaycanın ilk çekistlərinin fəaliyyətinə həsr olunmuşdur. Əsas rolları Məlik Dadaşov, Həsən Məmmədov, Ernst Romanov, Gennadi Korolkov, Yuozas Budraytis və Zemfira Sahilova ifa edirlər. Kəskin süjetli macəra filmi Azərbaycanın ilk çekistlərinin fəaliyyətinə həsr olunmuşdur. 1983-cü ildə ssenari müəllifləri Məmməd Avdiyevə, Anatoli Donetsə, Ramiz Fətəliyevə, quruluşçu rejissor Arif Babayevə, quruluşçu operator Teyyub Axundova, aktyor Həsən Məmmədova, aktyor Məlik Dadaşova və aktyor Hacımurad Yagizarova SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat verilmişdir. 1986-cı ildə filmə Azərbaycan Dövlət Mükafatı verilmişdir. Film yazıçılar Məmməd Avdiyev və Anatoli Donetsin "Respublika naminə" sənədli povestinin motivləri əsasında çəkilmişdir. Filmə öncə 2-ci kateqoriya verilsə də, sonradan artan tamaşaçı sayısı bu rəqəmi 1-ə yüksəltdi.
Birisigün (film, 2004)
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər. 20thcenturystudios.com/movies/the-day-after-tomorrow — Birisigün rəsmi saytı The Day After Tomorrow — Internet Movie Database saytında.
Braziliyanın birinci xanımlarının siyahısı
Braziliyanın birinci xanımı (port. Primeira-dama do Brasil) — Braziliya Prezidentinin xanımı, lakin bəzən bu titulu dövlət başçısının həyat yoldaşı olmayan xanımlar da daşıyır. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da həyat yoldaşı hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir.

Digər lüğətlərdə