Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Topa Qalası
Topa Qalası — Şərur rayonunun Axura kəndində şərqdə, Havuş kəndinin cənub tərəfində,hündür dağ zirvəsində qala == Haqqında == Axreoloji təqdiqatlar nəticəsində iri daşlardan inşa edilmiş qala divarlarının izləri aşkar olunmuşdur. Qala ərazisindən,əsasən,şirsiz saxsı məmulatı,həmçinin şirli qab hissələri, metal əşya qalıqları tapılmışdır. Tapıntılar XI- XVIII əsrəsrlər üçün səciyyəvədir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 562. ISBN 5-8066-1468-9.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. == Tarixi == Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
SOPA
Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.
TOMA
TOMA (türk. Toplumsal Olaylara Müdahale Aracı) — Kütləvi ixtişaşlara müdaxilə maşını DİN Çevik Polis Alayı və DQ-ın zirehli texnikası sayılan TOMA Respublika ərazisində pozulmuş ictimai əsayişin bərpası zamanı istifadə olunur. Türkiyə, Azərbaycan, Zimbabve, Gürcüstan, Qazaxıstan, Liviya kimi bir çox dövlətlərin təhlükəsizlik qüvvələri bu texnikadan istifadə edirlər. == Xüsusiyyətləri == Texnika əsasən kütləni dağıtmaq üçün sudan istifadə edir.Bundan başqa o gözyaşardıcı qazlar və rəngli boyalarıda əsayişi pozanlara qarşı istifadə edə bilir. Texnikanın ön tərəfində yerləşən ton yarından çox buldozer qarşıya çıxacağ hər hansı maneəni ardan qaldırmaq üçün nəzərdə tutulub, 5 ton yükü 5 km/s aradan qaldıra bilir. Toma 20 m məsafəyə bir atıma 20 l su istifadə edə bilir. Texnika özünü yanğından qorumağa malikdir.Hər tərəfi yaxşı görə biləcək müşahidə kameraları ilə əhatələnib.
Tapa
Tapa (est. Tapa) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. Tallin şəhərindən 80 km. cənubi-şərqindədir. Mühüm dəmiryol qovşağıdır. Əhali - 6700 nəfərdir. Öz inkişafını St.Peterburq - Baltiyski (indiki Paldiski) dəmiryolunun inşası ilə əlaqədardır. Etimologiyaya əsasən, Tapa sözü - Tappa (est. tappa), yəni öldürmək sözündən yaranıb. Bu da ki, ətraf bölgələrdə gedən müharibələr və döyüşlərlə əlaqədardır.
Tona
Tona, Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı. == Adın mənşəyi == == Coğrafi mövqeyi == Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir.Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır. Pəmbək çayı başlanğıcını Pəmbək dağ silsiləsindən, Cəlaloğlu çayı isə Ağlağan dağ silsiləsindən götürür.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Topi
Damaliscus lunatus (lat. Damaliscus lunatus) — Damaliscus cinsinə aid heyvan növü.
Toqa
Toqa (lat. Toga, lat. tego – örtürəm) — Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş. Adətən ağ yun parçadan tikilirdi. Toqa böyük yun parçadan olub, dairəvi və ya oval şəkilə malikdir. Onun uzunluğu 6 m və daha artıq olub, dairəvi kənarı 2 m-ə çatır. Yalnız Roma vətəndaşlığı olanlar toqa geyinə bilərdilər.
Toxa
Toxa torpağı formalaşdırmaq, alaq otlarını ləğv etmək, torpağı təmizləmək və toxum köklərini yığmaq üçün istifadə edilən qədim və çox yönlü kənd təsərrüfatı və bağçılıq alətidir. Torpağın formalaşdırılmasına bitkilərin dibinin ətrafına qrunt yığmaq, dar şırımlar açmaq və toxum əkmək üçün dayaz xəndəklər qazmaq daxildir. Bir toxa ilə alaq otları torpağın səthini qarışdırmaq və ya yarpaqları köklərdən kəsmək, torpağın köhnə köklərdən və məhsul qalıqlarından təmizlənməsini əhatə edir. Torpağı qazmaq və münbitləşdirmək üçün toxumlar kartof kimi kök bitkiləri yığmaq üçün istifadə olunur. == Növləri == Müxtəlif görünüş və məqsədlər üçün bir çox növ toxa var. Bəziləri bir neçə funksiya təklif edir, digərləri isə yalnız tək və xüsusi məqsədə malikdir. İki ümumi toxa növü var: torpağın formalaşdırılması üçün toxalar və alaq otlarını təmizləyərək torpağın "nəfəs almasını" təmin etmək üçün olan toxalar. == Tarixi == Toxalar qədim texnologiya olub, kotandan əvvəl və bəlkə də yalnız qazma çubuğundan əvvəl mövcud olmuşdu. Şumer mifologiyasında toxanın ixtirasını tanrılar şurasının başçısı Enlil hesab edirdilər. Əl toxası sülalələrəqədərki Misir sənətində təsvir edilmişdir və toxalar Hammurapi çəcəlləsi (e.ə.
Tupa
Firəngotu (lat. Lobelia) — zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Erinus firəngotu, Adi firəngotu (Lobelia erinus L.) Şişman firəngotu (Lobelia inflata L.) Yandırıcı firəngotu (Lobelia urens) == İstinadlar == Firəngotu:The Plant List saytında takson barədə məlumat.
Top
İdmanda Top (şahmat) — Şahmat fiquru. Top (idman) — Futbolda "meşin yumru" olaraq da xatırlanar.Kəndlər Top (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.Digər Top (silah) — Artileriya silah növü. Top (ölçü vahidi) — sadə ölçü vahidi.
Artemisia copa
Artemisia copa (lat. Artemisia copa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Basketbol topu
Basketbol topu — basketbol oyunu üçün doldurulmuş top. Narıncı rəngdə olan topun üzərində qara zolaqlarla ayrılmış 8 bölmə olmalı. Top sferik formada olmalı. Topun çəkisi (rəsmi qəbul olunmuş 7 ölçü) 567—650 q , çevrəsi — 749—780 mm -dir. Bəzən daha kiçik ölçülü topdan istifadə olunur: kişi komandalarının oyununda istifadə olunan toplar «7 ölçü » , qadın komandaları üçün — «6 ölçü » . Mini-basketbol oyunlarında — «5 ölçü » istifadə olunur. Basketbol topları iki tipdə olur: ancaq qapalı binalar üçün (ing. indoor) və universal, yəni həm qapalı binalarda, həm də açıq sahələrdə, küçələrdə (ing. indoor/outdoor) oynamaq üçün. == Basketbol topunun ölçüsü == Ümumən basketbol toplarının ölçülərinə görə bölgüsü belədir: Ən böyük ölçü (7 ölçü) rəsmi olaraq kişi komandalarının yaraşı üçün qəbul olunmuş..
Döyüş topu
Döyüş topu — ağir artileriya silahı. Böyük güllə şəklində olan ağır mərmiləri uzaq məsafəyə atmaq üçün yaradılmışdır. İlk dəfə Çində və Avropada istifadə edildi. == Mənbə == Chase, K. W. Firearms: a Global History to 1700. — Cambridge University Press. — 2003. — 290 p. — ISBN 0521822742 Kelly, Jack. Gunpowder: Alchemy, Bombards, and Pyrotechnics: The History of the Explosive that Changed the World. — Basic Books.
Futbol topu
Futbol topu — futbol oynamaq üçün top. Onun parametləri futbol qaydalarının ikinci qaydasına görə müəyyən olunur. Futbol topunun çevrəsi 68 ilə 70 santimetr, çəkisi 410 ilə 450 qram arasında olmalıdır. == Tarix == Futbolun inkişafının ilkin mərhələsində topu heyvanların sidik kisələrindən düzəldilirdi; amma belə toplar, güclü zərbə vuranda, tez sıradan çıxırdı. Topun istehsalı, 1838-ci ildə Çarlz Qudier tərəfindən vulkanizasiya edilmiş kauçuk kəşf edəndən sonra, daha keyfiyyətli oldu. 1885-ci ildə Qudier rezindən hazırlanmış topu təqdim edir. Topun rezindən hazırlanması onun sıçrayış keyfiyyətini və möhkəmliyini artırdı. 7 ildən sonra Riçard Lindon ilk hava ilə doldurulan top üçün rezin kamera hazırlamışdı. Sonra o kamera üçün nasos hazırladı və Londondakı sərgidə medal qazandı. Kauçuk və hava ilə doldurulan kameralar saəsində futbol topunun sənayə istehsalı üçün lazımi texniki şərait yaranıb.
Günorta topu
Günorta topu (ingl. Noonday Gun) - Honkonqda görməli turistik zonasındadır. Kozuey-Bəydə rayonunda yerləşir. Top «Jardine Matheson» kompaniyası tərəfindən düzəldilib. == Tarixi == Günorta topunun yerləşdiyi zona heç vaxt İst-Poynt adlanmayıbdır. İst-Poynt ilk torpaq hissəsi olmuşdur. 1841-ci ildə koloniya admistrasiya yaranıb. Bu torpaq «Jardine Matheson» kompaniyası tərəfindən alınmışdır. Hal-hazırda keçmiş adı "İst-Poynt" istifadə olunmur. Landşaftın dəyişməsi və meliorativ tədbirlərin həyata keçirilməsi ərazi tamamilə dəyişib.
Hücum topu
Üstünə top və ya haubitsa yerləşdirilmiş bir motorlu nəqliyyat vasitəsinə bağlanmış və ya zirehli şassiyə hücum topu deyilir. Ən vacib vəzifəsi döyüş zamanı birbaşa düşmənlə vuruşaraq qarşıdakı piyada birliklərinə dəstək verməkdir. Tarixdə əsasən, hücum topları tank şassisinə quraşdırılmış top və ya haubitsalardan ibarət olmuşdur. Buradakı ən vacib məqsəd ucuz olmaqla birlikdə daha az mexaniki problemlər yaratması idi. Ümumi zirehinin zəif olmasına görə bu silahların qabaq hissələrinə daha qalın ön müdafiə əlavə edilərək və daha güclü silahlarla təchiz olunmuşdurlar.
Kazuyuki Toda
Kazuyuki Toda (d. 30 dekabr 1977) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 1 qol vurub.
Kejsi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Keysi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Kopa Amerika
Amerika Kuboku (isp. Copa América) — CONMEBOL tərəfindən təşkil olununan futbol turniri.
Kopa gölü
Kopa gölü (qaz. Қопа́) — Akmolla vilayəti ərazisində yerləşən Kökşetau şəhərində yerləşən göl. == Yerləşməsi == Kopa gölü Kökçetav yükşəkliyindən aşağıda, Kökşetau şəhərinin şimal-qərbində yerləşir. Göl ortalama 14 km² əraziyə və 2,0–3,0 m dərinliyə sahibdir. Ümumi su toplayıcı sahəsi 3860 km² təşkil edir. Göl axarlıdır və qurumur. Cənub və qərb sahilləri hündürdür, şimal və şərq sahilləri isə alçaqdır. Hamar hissəni sıx kolluqlar basmışdır. Gölün səthi isə təmizdir. Ancaq qərb və şimal hissələrdə qamışlıqlar vardır.
Lobelia tupa
Lobelia tupa (lat. Lobelia tupa) — zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü.
Malus hopa
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).