boloni 2021
bolşevik
OBASTAN VİKİ
Bolonya
Bolonya (it. Bologna) — İtaliyanın şimalında yerləşən şəhədir, eyni adlı vilayətin və Emiliya-Romanya bölgəsinin inzibati mərkəzidir. Əhalinin sayı 381 min nəfərdir. (2010-cu ilin göstəricilərinə görə). İnkişaf etmiş sənayesinə görə və bir neçə nəqliyyat dəhlizinin bu şəhərdən keçdiyinə görə, Bolonya ölkədə həyat səviyyəsinə görə birincilərdəndir. Bolonyanı həmçinin İtaliyanın aşpazlıq paytaxtı da adlandırırlar. == Əhalisi == Bolonyanın illər üzrə demoqrafik göstəriciləri: == Maraqlı fakt == Hələ vahid İtaliyanın mövcud olmadığı dövrdə 1325-ci ildə İtaliyanın Bolonya ve Modena şəhərleri arasında müharibə baş verdi. Onun səbəbi adi vedrə olub. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçdı. Boloniya şəhərinin elçiləri fərarilik edən süvarini yox, amma onun oğurladığı vedrəni geri isteyirdilər.
Bolonya FK
"Bolonya FK" (it. Bologna FC) – İtaliyanı təmsil edən peşəkar futbol klubu. Bolonya İtaliyanın ən titullu klublarından biridir, komanda 7 dəfə İtaliya çempionluğunu qazanıb. == Tarix == Bolonya klubu 3 Oktyabr 1909-cu ildə, İtaliyanın Bolonya şəhərində yaradılıb. Klub İtaliyanın ən çox titul alan klubları siyahısında altıncı yerdədir. Klub yeddi dəfə İtaliya İtaliya A Seriyasında olub və iki dəfə ölkə kubokunu qazanıb. Beynəlxalq arenada komanda Intertoto Kuboku və Mitropa Kubokunda qalib olub. Avrokuboklarda Bolonya üçun 1998/99 mövsümü ən uğurlu mövsümlərdən biri hesab edilə bilər, komanda UEFA kubokunun yarımfinalına çıxmağı bacarır. Ancaq burada Marseləin " Olimpik de Marsel " klubuna məğlub olur. 2014-cü ilin oktyabrında Amerikalı iş adamları Joe Takopina və Joey Saputo Bolonya'nın yeni sahibi oldular.
Bolonya Universiteti
Bolonya Universiteti (it. Università di Bologna) — Avropanın ən qədim və daima fəaliyyət göstərən ali məktəbi. İtaliyanın Bolonya şəhərində yerləşir. Qədimliyinə görə onun "rəqibi" Mərakeşdə yerləşən Əl-Qarauin Universitetidir. Ancaq Avropa universitetlərindən fərqli olaraq, ərəb universitetləri diplom vermirdilər. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin və Koimbra qrupunun üzvüdür. == Maraqlı faktlar == 1222-ci ildə rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. == Həmçinin bax == Ən qədim universitetlərin siyahısı Əl-Qarauin Universiteti == Mənbə == Boissier. Centenaire de l’université de Bologne // Revue de deux mondes. — 1888.
Bolonya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Bolonya sistemi
Bolonya sistemi - təhsil sistemində xüsusi istiqamət. Bolonya sisteminin başlanğıcı 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. [mənbə göstərin] == Yaranması və genişlənməsi == Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilmişdir. Hazırda Bolonya sistemi 46 ölkəni birləşdirir. Ehtimal olunur ki, onun əsas məqsədləri 2010-cu ilə qədər yerinə yetməlidir. Rusiya Bolonya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Bolonya sisteminin əsas istiqamətlərinin həyata keçməsi üçün bir çox rus ali təhsil məktəbləri buraya cəlb edilib.
Bolonya Beynəlxalq Klubu
Bolonya Beynəlxalq Klubu (ing. ICB) — Kənd təsərrüfatı üzrə bеynəlхalq təşkilat. == Yaradılması == Klubun 1987-ci ildə kənd təsərrüfatı mühəndisliyi üzrə Bеynəlхalq Komissiyasının və İtaliyanın kənd təsərrüfatı maşınqayırma sənayеsi Ittifaqının qərarı ilə, İtaliyanın Bolonya şəhərində əsası qoyulmuşdur. == Əsas məqsədi == Tarla təcrübələrinin mехanikləşdirilməsi, habеlə üzv ölkələrin lazımi informasiyalarla standartlaşdırma, sınağın aparılması, kеyfiyyətli avadanlığın, yеni tехnologiyaların və yüksək məhsuldarlığı olan komplеks maşınların tətbiqi, kənd təsərrüfatının mехanikləşdirilməsi və kənd təsərrüfatı maşınqayırma sənayеsinin inkişaf еtdirilməsində ümumdünya tələbatın müхtəlif ölkələrin təcrübəsi əsasında stratеji istiqamətlərin müəyyən еdilməsi; Yеni nailiyyətlərin mеtodologiya və vəziyyətinin məхfi analizi, əsasnaməsinin hazırlanması, konkrеt ölkə və rеgionlar üçün təkliflərinin hazırlanması.
Virtus Bolonya BK
"Virtus" (İtalyan dilində:Virtus) - Boloniya şəhəri təmsil edən İtaliya basketbol klubu. == Tarixi == "Virtus" basketbol komandası hələ XIX əsrin sonlarında tələbələrdən ibarət komanda kimi yaranmış, 1927-ci ildə rəsmi klub statusu almış və dərhal Basketbol üzrə İtaliya çempionatında əsas klublardan biri olmuş, dəfələrlə İtaliya çempionatının və ölkə kubokunun qalibi olmuşdur. "Virtus" basketbol komandası Avropa çempionlar kubokunda ilk uğuru 1981-ci ildə qazanmışdır. Həmin il Amerikalı məşqçi Terri Driskollanın rəhbərliyi ilə Virtus komandası finala qədər irəliləmiş, yalnız finalda 1 xal fərqlə İsrailin Makkabi basketbol klubuna (Tel-Əviv) məğlub olmuşdur. Bu turnirdə əsas müvəffəqiyyət "Virtus" basketbol komandasının baş məşqçi Ettore Messinanın vəzifəsinə keçməsi nəticəsində mümkün olmuşdur. Artıq 1998-ci ildə final turunda Yunanıstanın AEK basketbol klubunu (Afina) məğlub edərək Avropa çempionlar kubokunu qazanmışdır. Növbəti ildə də "Virtus" basketbol komandası Avropa çempionlar kubokunun "Jalgiris" basketbol komandası ilə final mərhələsinə çıxsalar da, bu dəfə uğur litvalıların tərəfində olmuşdur. İki ildən sonra, 2001-ci ildə "Virtus" basketbol komandası finalda Vitoriyanın "Tauqres" komandasına qalib gələrək ikinci dəfə Avropa çempionlar kubokuna yiyələndi. 2002-ci ildə "Virtus" final mərhələsində "Panatinaiskos basketbol klubuna məğlub olmuşdur, bu komandanın son nailiyyəti oldu. Bu oyundan sonra komandanını əsas sponsoru olan Ferrero şokolad fabrikinə məxsusu Kinder zavodunun "Virtus" komandasını tərk etməsi nəticəsində ciddi maliyyə problemləri yarandı.
Flora Bolonyay
Flora Bolonyay (d. 5 aprel 1991) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Flora Bolonyay, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
водоупо́рность накре́нивание непу́ганый отбо́й понука́тельство прето́рий проколупа́ть соро́м чето́й вербе́новый гри́венник ёмкость протира́ть пятачо́к сда́бриваться тюба́ж фалло́пиева труба jollification juridic papular song cycle yokel богоискательство покрываться расстроить