bomba kef (əla ləzzət, həzz, zövq)*

an extreme pleasure бесконечное удовольствие
bom-boşdur (heç nə yoxdur)
bomba kimi partlamaq
OBASTAN VİKİ
Zövq
Zövq — müsbət emosiyaların ayrılmaz hissəsi olan subyektiv yaşam, xüsusilə, bir və ya daha çox ehtiyaclarını ödənilməsini müşayiət edir. Zövqün antonimləri əzab və ağrıdır. Epikür fəlsəfəsindəki zövq anlayışı xoşbəxtlik ilə eyniləşdirilir. Gələcəkdə isə bu nəzəriyyəyə hedonizm adlandırılır. Stoaçılar, əksinə, zövqü bir aslılıq, ehtiras və vərdiş kimi qəbul etdilər. İndi zövq, beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunduğu başa düşülür. İndi zövq, dedikdə beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunan, pozitiv emosional fon yaradan hisslər nəzərdə tutulur. Zövq prinsipi — sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrar prinsipi ilə yanaşı, Ziqmund Freydinin nəzəriyyəsindəki zehni aparatın dörd prinsipindən biridir. Zövq prinsipi psixanın gərginliyini minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də 1920-ci ildə Freyd paradoksal nəticə çıxarırır, "zövq prinsipi ölümlə bağlı meylə tabedir"" — və hər ikisi orqanizmi minimal səviyyəyə gətirib çıxarmağa çalışır.
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Cinsi həzz
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir. İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Zövq prinsipi
Zövq prinsipi (alm. Lustprinzip‎) — Ziqmund Freydin nəzəriyyəsindəki psixi aparatın sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrarlama prinsipi ilə yanaşı dörd prinsipindən biri, Zövq prinsipi psixikanın gərginliyi minimum səviyyəyə endirmək istəyini təsvir edir. Buna görə də, 1920-ci ildə "Zövq prinsipindən kənar" əsərində Freyd paradoksal bir nəticəyə gəlir və deyir ki, "zövq prinsipi ölüm instinktinə tabedir" - hər ikisi bədəni minimum səviyyəyə - ideal olaraq sıfıra - psixi yüklənməyə gətirib çıxarmağa çalışırlar.
Hüseyn Əla
Hüseyn xan Məhəmmədəli xan oğlu Əla (13 dekabr 1882, Tehran – 13 iyul 1964, Tehran) — İranın baş naziri. == Həyatı == Hüseyn xan Məhəmmədəli xan oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Hüseyn xan Əla ali təhsilini İngiltərədə, London şəhərində almışdı. Xarici İşlər vəzarətinə işə düzəlmişdi. Moinəlvüzəra ləqəbini daşıyırdı.
Əla Surəsi
87-ci surə
Katrina Kef
Katrina Kaif (16 iyul 1983, Honkonq) — Böyük Britaniyalı Hindistan kino aktrisası və modeli. == Həyatı == 16 iyul 1983-cü ildə Honkonqda anadan olmuşdur, bir müddət Havayda yaşadıqdan sonra Londona köçmüşdür. Atası əslən Kəşmirdən anası isə Böyük Britaniyalıdır. Aktrisanın hər iki valideyni Böyük Britaniya vətəndaşlarıdır. Atası əslən qafqaz kökənlidir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef Elə
"Kef Elə" — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
Bomba (hekayə)
Bomba — Əbdürrəhim bəy Haqverdiyevin ən məşhur novellalarından biri. == Təhlili == Əsər epik növdə, hekayə janrındadır. Hekayənin novella formasında yazılıb. Hadisələrin təsvirində təhkiyə üsulundan istifadə olunub. Əsərdə əsas obraz kimi çıxış edən Kərbəlayı Zal avamlığı, səriştəsizliyi və fərasətsizliyi ilə seçilir. Kərbəlayı Zal qarodovoy kimi xidmət edirdi, xidmət müddətində, pristava görə, yararlı olmayıb. Onun vəzifədə qalmaq niyyəti özünün şəxsi mənafeyinə görədir, xalqın mənafeyinə görə deyil. Yerli camaatdan qulluğa götürülən Kərbəlayı Zal kimi insanlar dövrün hakimiyyətinə xəbərçilik etməyə təhrik edilirdilər. Arvadı ona baqqaldükanı açmağı desə də, Kərbəlayı Zal dövlət qulluğunun önəmini, maaşı bəhanə edərək öz işində qalmaq istəyir. Kərbəlayı Zalın Usta Feyzulla ilə ədavəti olmur.
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır. Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Balqabaq (bomba)
Balqabaq bombalar (ing. Pumpkin bombs) — Manhetten layihəsi tərəfindən hazırlanmış və İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri Yaponiyaya qarşı istifadə olunub. Balqabaq bombası Gonbul plutonium bombasının oxşar replikasının eyni ballistik və rəftar xüsusiyyətlərinə malik olsa da, qeyri-nüvə yüksək partlayıcısı kimi istifadə olunmuşdur. Bomba əsasən məşq və təlim məqsədilə istifadə edilmiş və 509-cu kompozit qrupunun Hiroşima və Naqasakinin atom bombardmanında icra olunmuşdur. Bomba öz adını sursat gövdesinin yağ ellipsoidal formasından götürmüşdür və bombalara daha xarakterik olan, ordu jarqonundan tədricən rəsmi sənədlərə keçmişdir.
Cinsi həzz hissi
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir. İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Əbül-əla Gəncəvi
Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair. Səlcuq türkləri Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qatran Təbrizi də Gəncəyə köçür.
El-Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef elə (mahnı)
Bomba (film, 2005)
== Məzmun == Qonşularının əli ilə dəlixanaya saldırılan Arif (Rafael İsgəndərov) oradan qaçır və öz doğma məhəlləsinə qayıdır. Lakin onun evini qonşusu Ağarza (Muxtar Maniyev) mənimsəmişdir. Belə olan vəziyyətdə Arif məsələni öz bildiyi kimi həll etməyə çalışır və bütün qonşuların iç üzü açılmış olur. == Film haqqında == Film 2005-ci ildə çəkilmişdir. Lakin tamaşaçılara 2007-ci ildə VHS və DVD formatında təqdim edilmişdir. == Səhv == Filmin əvvəlindəki titrlərdə Şahin Həsənov sonundakı titrlərdə Şahin Həsənli, Müşfiq Hətəmov isə Müşviq Hətəmov kimi göstərilir.
Gonbul adam (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır. Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Məhəmməd Əla oğlu Hümam
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Bomba oğlanlar (film, 1990)
Bomba oğlanlar (ing. Goodfellas) — 1990-cı ildə Amerikalı rejissor Martin Skorseze tərəfindən ekranlaşdırılmış kriminal janrda filmdir. Film Nikolas Pileccinin 1985-ci ildə yazdığı “Müdrik oğlan” romanının motivləri əsasında çəkilmişdir. Filmin ssenarisi üzərində Skorseze və Pilecci birlikdə işləyiblər. Film məşhur qanqster Henri Hill, dostları və ailəsinin 1955-1980-ci illər arasındaki dövrdə onların həyatında baş verən yüksəliş və enişlərdən bəhs edir. Skorseze əvvəlcə filmi "Müdrik oğlan" adlandırır, bir müddәt sonra isә onun ekranlaşdırılmasını təxirə salır; daha sonra, o Pilecci ilə birlikdə filmin adini “Bomba oğlanlar” olaraq dəyişdirdilər. Filmdəki rollarına hazırlaşmaq üçün Robert De Niro, Co Peski və Rey Liotta mütəmadi olaraq Pilecci ilə məsləhətləşirlər və yazıcı öz növbəsində kitabı yazarkən özündə qalan tədqiqat materiallarını onlarla paylaşır. Co Peskinin dediyinə görə, Skorseze aktyorlara çəkiliş meydançasındakı məşqlər zamanı istədiklərini etmək azadlığını verdiyindən filmdə bir sıra improvizasiya və ekspromptlar var. Rejissor bu məşq çəkilişlərindən özü üçün qeydlər hazırlayır, filmin əsas çəkilişi zamanı ən çox bəyəndiyi sətirləri yenidən üzərində işlədiyi ssenariyə daxil edir. 25 milyon dollarlıq büdcə ilə istehsal olunan qurulan “Bomba oğlanlar” filmi ümumilikdə 46,8 milyon dollar qazanc əldə edib.
Milli bomba (film, 2004)
Milli bomba — Rejissor Vaqif Mustafayevin filmi. Film kino sənətindən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Yaşlı montajçı(Avtandil Maxaradze) qocaldığı üçün kinostudiyadakı işindən azad olunur. Ancaq o, işini yarımçıq qoymaq istəmir, pul əldə etmək üçün evini satmağa məcbur olur. Lakin evi satın alan bildirir ki, o pulu yalnız rəhmətə gedəndən sonra ala biləcək... Azərbaycan filmə 300 min dollar ayırmışdır. Valeri Kiçin (Rossiyskaya qazeta) "Qafqaz aksentli rus izi – "bomba" partladılana qədər müsabiqə sakit və sönük keçirdi" sərlövhəli məqaləsində Vaqif Mustafayevin peşəkarlıqla çəkdiyi ekran əsərini yüksək qiymətləndirib. Onun fikrincə, Vaqif Mustafayevin müştərək Azərbaycan-Rusiya məhsulu olan "Milli Bomba"sı artıq göstərilmiş filmlər arasında, şübhəsiz, ən yaxşı və sözsüz, mükafatlara layiq filmdir". V.Kiçin filmi təhlil edərək yazır ki, "ümumiyyətlə, bu film ideyalar kəhkəşanıdır, elə ideyalar ki, onların hər biri heç də az istedadı olmayan müəlliflərin ayrıca filmi üçün kifayət edərdi".
2019 Xolo kafedralında bomba partlayışı
2019 Xolo kafedralında bomba partlayışı — 27 yanvar 2019-cu ilin səhərində Filippinin Sulu əyalətinin Xolo şəhərində yerləşən Roman katolik kafedral olan Karmel dağının Müqəddəs Mariya kafedralında baş vermiş bomba partlayışı. AFP Qərbi Mindanao Komandirliyi (AFP WestMinCom) törədilən terror aktında 15 nəfər sivil əhali və 5 əsgər olmaqla 18 nəfərin həlak olduğunu, 70 nəfər sivil əhali, 2 polis məmuru, 17 əsgər və 2 sahil mühafizəçisi olmaqla 82 nəfərin isə yaralandığını açıqlamışdır. Filippin Milli Polisinin (PNP) əvvəlki açıqlamasında 20 ölünün və 111 yaralının olduğunu bildirmişdir. == Zəmin və motivasiya == Partlayışlar Banqsamoro Muxtar Regionunun yaradılması üçün keçirilən referendumdan bir həftə sonra baş vermişdir. Xolonun ən güclü terror təşkilatı olan Əbu Səyyafın da ərazisində olduğu Sulu əyalətində referendumun əleyhinə qarşı 163,526 nəfər (54.3%), lehinə isə 137,630 (45.7%) səs vermişdir. Bu qruplaşma İraq Şam İslam Dövləti terror təşkilatının bir qolu hesab olunur. Nəticələrə baxmayaraq, digər əlayətlər lehinə yetərincə səs verdikləri üçün Sulu əyaləti Banqsamoro regionun ərazisinə daxil edilmişdir. Hücumların həmçinin bölgədə səlahiyyətlərini itirən yerli cinayətkarların, quldurların, Banqsamoro hökumətinin referendum qərarından sonra uzun müddətdir ki, qarşıdurma zonalarında ASG vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərin, odlu silahlarla və ya silahlı qüvvəylə xüsusi təyinatlılara qarşı mübarizə aparanların da həyata keçirə biləcəklərinə inanılır. Lakin bir çox mənbə hadisənin Əbu Səyyaf tərəfindən reallaşdırıldığını təsdiqləyir. Onlar son vaxtlarda Xolo şəhərində aktivləşmiş, il ərzində partlayışlar, insan qaçırtma başlıqları ilə gündəm olmuşdular.
İnternetdə mövcud bomba hazırlama təlimatları
İnternetdə bomba hazırlamaq təlimatının mövcudluğu qanunvericilər və siyasətçilər arasında onlayn mövcud olan "təhlükəli" hesab edilən müəyyən növ məlumatlara senzura tətbiq etməklə internet sərhədini cilovlamaq niyyətində olan şöhrətə səbəb olub. Ucuz, asanlıqla əldə olunan inqrediyentlərdən yaradılmış partlayıcı maddələrin "sadə" nümunələri verilmişdir. Federal Təhqiqatlar Bürosu bildirir ki, 1989-cu ildə 1699, 1994-cü ildə isə 3163 bombalama cinayəti törədilib. 19-cu əsrin sonlarında İohan Most Avstriya hərbi sənədlərini "İnqilabi Hərb Elmi" başlığı altında partlayıcı maddələrin istifadəsini nümayiş etdirən kitabçaya çevirdi və heç bir əks-səda vermədən anarxist pikniklərdə payladı. İnternetdə təlimatları dərc etməkdə ittiham olunan amerikalı anarxist Şerman Ostinin mühakimə olunmasını tənqid edənlər qeyd ediblər ki, Molotov kokteylləri ilə bağlı Vikipediya məqaləsi Ostinin vebsaytından daha ətraflı şəkildə əldə edilən partlayıcı maddələrin istehsalına dair təlimatları ehtiva edir. 1986-cı ildə internetin geniş istifadəsindən əvvəl polis özünü "Phoenix Force" adlandıran sinif yoldaşları ilə birlikdə və sadaladığı bombaların çoxunu hazırlamaq üçün sınaqdan keçirən bir qrup tərəfindən yazılmış "Partlayıcıların Tam Kitabı" adlı rəqəmsal dərslikdən kompüter çapının paylaşılmasını araşdırdı. 1995-ci ildə Oklahoma Siti bombalanmasından sonra, anonim usenet yazıları bombanın inşasını tənqid etdi və bombanın maksimum nəzərdə tutulan zərəri verməməsinin aradan qaldırılmasına dair təkliflər verdi. 23 mart 1996-cı ildə "Terrorçu Təlimatı"nın tam mətni, təklif olunan təkmilləşdirmələrlə birlikdə bombardmanda istifadə edilən bombanın yaradılmasına dair təlimatlar da daxil olmaqla onlayn nəşr olundu. Məhəmməd Osman Sadiq 2006-cı ildə həbs edildikdə, o, CD-ROM-da təlimatın nüsxəsinə malik olduğu üçün "terror aktı törədən və ya hazırlayan şəxs üçün faydalı ola biləcək məlumatı ehtiva edən sənəd və ya qeydlərə sahib olmaqda" ittiham edildi. 1999-cu ildə Devid Koplənd Londonda mismar bombası yerləşdirdi, 3 nəfərin ölməsinə və 139 nəfərin yaralanmasına səbəb oldu, bombanı "Terrorçu Təlimatı" və "Bombalar Necə Hazırlanır: İkinci Hissə" başlıqlı internetdən yüklədiyi kitablar əsasında hazırlamışdı.
İstanbulda bomba partlayışı (mart, 2016)
İstanbulda bomba partlayışı — 2016-cı ilin 12 martda, yerli vaxt ilə saat 10:55-də İstiqlaliyyət küçəsində Türk əsilli hücumçunun özünü partlatması. Bu yer turistlər arasında məşhur olan eyni adlı Taksim meydanına yaxındır. Hadisə nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanmışdır.