Boranı

Bu xörək adı bitki adı ilə ifadə olunmuşdur. Aş//plov növlərindən hesab olunur. Azərbaycan ədəbi dilində bu sözün qarşılığı “balqabaq” sözüdür. Bitki və meyvə adları ilə motivləşən mürəkkəb xörək adları dilimizdə xeyli saydadır: boranı aşı, boranı plov, balqabaq aşı, kişmiş plov, yarpaq dolması, narqovurma, zoğalçilov, qozlu aş və s.
Bor
Boranı
OBASTAN VİKİ
Boranı
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Adi boranı
Adi balqabaq (lat. Cucurbita pepo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik mədəni birevli ot bitkisi olub, gövdəsinin uzunluğu 10 m olub, spiralvari burulan bığcıqları vardır. Adi balqabaq gövdəsi rəndələnmiş, yonulmuş, tikanlı və sərt tükcüklü, yarpaqları tikanlı-kələ-kötür, ürəkşəkilli, beşpərli və itidir. Çiçəkləri bircinsiyylətli, sarı, iri, tək və ya erkəkciyi dəstəlidir. Çiçək tacı zəngşəkilli, 5-10 sm diametrli, itiuclu və düzqalxandır. Meyvəsi iri, diametrli, 15-40 sm, şarşəkilli və ya ellipsvari formalı, çoxsaylı sarımtıl-ağ toxumlardan ibarətdir. İyun ayında çiçəkləyir. Muskat balqabağın gövdəsi küt, yumşaq tükcüklü, yarpaqları 5-7 pərli, dəyirmi-böyrəkşəkilli və iti pərlidir. Tacı iti qatlanmışdır.
Boranıkənd
Boranıkənd — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Boranıkənd Salyan rayonunun Şorsulu inzibati ərazi vahidində kənd. Bala Kür (AquŞa) çayının sahilində, Salyan düzündədir. Tədqiqatçıların fikrincə, toponim baranı (etn.) val kənd sözlərindən düzəlib, etnotoponim hesab olunur.Yaşayış məntəqəsini qaraqoyunluların baranilar tayfasına mənsub ailələrin saldığı güman edilir. Oykonimi boranı (tərəvəz novu) və kənd sözlərinin birləşməsi kimi "boranı əkilən, yetişdirilən kənd" mənasında da izah edirlər. == Foto məlumatlar == Boranıkənd kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Din == Kənddə Boranıkənd kənd məscidi dini icması fəaliyyət göstərir.

Digər lüğətlərdə