Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Petax-Tıkva
Petax-Tikva (ivr. ‏פתח תקווה‏‎) — İsraildə şəhər.Təl-Əvivdən 10.6 km uzaqlıqdadır.Pravoslav Yəhudiləri tərəfindən "Qədim Yişov" olaraq qurulmuş və 1883-cü ildə Baron Edmond de Rotşildin maliyyə köməyi ilə daimi yaşayış yeri olmuşdur.
Tırva
Tırva (est. Tõrva: qatran) — Estoniyanın cənubundaki Valqamaa bölgəsinin şəhər. Tırva yaxınlığında Helm qəsrinin qalıqları saxlanılır. Əhali sayı 2736 nəfərdir (2012). 1950–1959-cu illərdə Tırva eyniadlı rayonun mərkəzi idi.
Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Republika Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Tıva Respublikası
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Tıva akşası
Tıva akşası (tıva akşa) — 1934-1944-cü illərdə Tuva Xalq Respublikasının pul vahidi. 100 qəpikə bölünür (tıva kɵpejek). 25 iyul 1925-ci ildə Tuva Xalq Respublikası Dövlət Bankı - Tıvanbank qurulur. Tuva Xalq Respublikası və Sovet Sosialist Respublikaları İttifaqı hökumətləri arasındakı razılaşma ilə 1925-1929-cu illərdə ölkə ərazisinə Sovet pullarını buraxılır. Əvvəlcə çarın zərb sikkələrini əvəz edən gümüş sikkələr, daha sonra kağız pullar və banknotları (rubl və çervonlar) dövriyəyə buraxılır. 1933-cü ilin dekabrında Tuva Xalq Respublikası hökuməti bir sərəncam qəbul edir. Sərəncama əsasən Tuva Xalq Respublikasının yeni gerbinin təsviri və "Yalnız TNR-də istifadədədir" mətn üzərində olan mavi boya ilə sovet əskinasları üzərinə daxil vurulur. Mübadilə 10 dekabr 1933-cü ildən may-iyun 1934-cü ilə qədər davam edir. 1933-1934-cü illərdə Sovet sikkələrinin ölçüsündə 1, 2, 3 və 5 qəpik nominasiyalarında hazırlanmış bürünc və 10, 15 və 20 qəpik nominallı nikel sikkələr istifadəyə buraxılır. Onlar 1945-ci il mayın 1-nə qədər dövriyyədə qalır.
Tıva dili
Tıva dili — Tıva dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Təqribən 264 min nəfər bu dildə danışır. Dilin kodu tyv-dir (ISO 639).
Tıva çökəkliyi
Tıva çökəkliyi — Rusiya Federasiyası, Tıva Respublikasında, Yeniseyin yuxarı hissəsindəki dağlar arası relyefin alçalması. Hövzə Qərbi Sayan, Şərqi Sayan, Altay və Tannu-Ola silsilələri ilə məhdudlaşır. Uzunluğu təxminən 400 km, eni 25 ilə 60-70 km. Hündürlüyü 600 ilə 900 m arasında dəyişir. Torpağın təpəli-düz təbiəti, kiçik təpələr və çöllər bölgə üçün xarakterikdir. Dərə Yuxarı Yenisey (Uluq-Xem) vadisindən kəsilir. Qərb və şərq hissələrə, müvafiq olaraq Kemçik və Uluq-Kem hövzələrinə bölünür. Yerlərdə qonşu silsilələrin dalanları boşluğa çıxır. Heyvandarlıq (əsasən ətlik və yunluq qoyunçuluq), taxıl bitkilərinin becərilməsi (buğda, arpa, darı) və kömür hasilatı inkişaf etmişdir. Zəngin daş kömür yatağı olan Uluq-Xem hövzəsi çökəklikdə yerləşir.
Hapoel Petah-Tikva FK
Hapoel (Petax-Tikva) — İsrailin futbol klubu.
Makkabi Petax-Tikva FK
Makkabi (Petax-Tikva) — İsrailin futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
"Atikva" ümid deməkdir
"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır.
Men Tıva men
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Tıva Respublikasının Ordeni
Tıva Respublikasının Ordeni — Tıva Respublikasının ən yüksək dövlət mükafatı. Tıva Respublikasının 24 dekabr 1992-ci il tarixli 388 saylı "Tıva Respublikasının dövlət mükafatları haqqında" qanunu ilə təsis edilmişdir. Tıva Respublikası ordeni respublikanın sənaye, ictimai fəaliyyətində, sosial və mədəni inkişafında, dostluğun və beynəlxalq təhsilin möhkəmləndirilməsində, təhlükəsizliyinin təmin edilməsində, vətəndaşların həyatı və sağlamlığının qorunmasında xüsusi xidmətlərinə görə Tıva Respublikasının ən yüksək dövlət mükafatıdır. Respublika qarşısında xidmətləri olan, onun təhlükəsizliyi uğrunda fəaliyyət göstərən şəxslərə təqdim edilir. Tıva Respublikasının ordeni ilə Rusiya Federasiyasının vətəndaşları və eləcə də xarici vətəndaşlar təltif edilir. Tıva Respublikasının ordeni ilə təltif edilmə aşağıdakı hallarda həyata keçirilir: sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, ticarət və xalq təsərrüfatının digər sahələrində, eləcə də dövlət-kooperativ, sahibkarlıq, fermer və arat fəaliyyətinin inkişafında böyük nailiyyətlərə görə; elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində, hüquq qaydasının, qanunların və təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, böyüməkdə olan nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə, yüksək ixtisaslı kadrların hazırlanmasına, əhaliyə tibbi xidmət göstərilməsinə, bədən tərbiyəsi və idmanın inkişafına görə; MDB və digər dövlətlərin respublikaları ilə hərtərəfli dostluq, iqtisadi, elmi-texniki və mədəni əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində fəal fəaliyyətinə görə; xüsusilə səmərəli dövlət və ictimai fəaliyyətə görə; respublika qarşısında digər xüsusi görkəmli xidmətlərinə görə. Tıva Respublikası ordeni, əmək kollektivlərinin, bələdiyyələrin nümayəndə orqanlarının, idarə, nazirliklərin, habelə ictimai təşkilatların tövsiyəsi ilə Tuva Respublikası Hökuməti Başçısının Fərmanı ilə verilir. Orden ilə təltif olunmuş təşkilatların rəhbərləri ordenin saxlandığı yerləri, onun mühafizəsini və təşkilatın işçilərinin onunla tanış olma imkanlarını müəyyən edirlər. Tıva Respublikası ordeni alan şəxs yenidən mükafatlandırıla bilər. Tıva Respublikası ordeni ilə təltif olunan şəxsə respublika büdcəsindən 50.000 rubl məbləğində birdəfəlik pul mükafatı verilir.
Tıva Respublikasının himni
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Tıva Xalq Respublikası
Tuva Xalq Respublikası (Latınça — tıva Тьʙа Arat Respuʙlik, kirilçə — tıva Тыва Арат Республик) — müstəqilliyi yalnız SSRİ (1924) və Monqolustan Xalq Respublikası (1926) tərəfindən tanınmış dövlət. Dövlət Cənubi Sibir ərazisində 1921–1944 illər arasında mövcud olmuşdur. 1921–1926-cı illərdə rəsmi olaraq Tannu-Tuva adlanırdı. Çin tərəfindən tanınmamış və beynəlxalq aləm tərəfindən Çinin ərazisi olaraq qiymətləndirilirdi. 1944-cü ildə isə SSRİ-nin tərkibinə daxil edilərək Tuva muxtar vilayətinə çevrilmişdir (RFSF-in tərkib hissəsi) Dövlət Rusiya imperiyasının protektoratlığında olan Uryanxayski diyarı ərazisində formalaşmışdır. 1917-ci ilin mart ayında Fevral inqilabından sonra Uryanxayski diyarı ərazisində sürətli şəkildə sovetləşmə həyata keçirilirdi. 11 iyun 1918-ci ildə diyarın rus əhalisinin V qurultayı, ardından 13 iyulda isə Tuva xalqının qurultayı çağrılır. Diyar sovet deputatlarının qaşısında duran məsələ Uryanxay diyarının müqəddəratının müəyyət edilməsi olur. 18 iyun 1918-ci ildə isə rus və tuva qurultay iştirakçılarının görüşü təşkil edilir. Burada Diyarın öz müqəddaratını həll etməsi, rus və tuva xalqları arasında qarşılıqlı anlaşma, dostluq haqqında müqavilə imzalanır.
Tıva (musiqi qrupu)
Tıva (tıva Тыва) — Tıva Respublikasında musiqi qrupu, xalq ansamblı. == Tarixi == Ansambl 1998-ci ildə akademik Qırğız Zoya və Tıva Respublikasının milli natiqi Tumat Gennadi tərəfindən yaradılmışdır. Yaradılmasının səbəbi Tıva milli mədəniyyətini, incəsənətini və Tıva xöömeyini daha geniş auditoriyaya çatdırmaq və onu ifa etməkdir. "Tıva" ansamblı Tıvanın bütün folklor qruplarının əsasını təşkil edir. 2003-cü ildə YUNESKO-nun dünya incəsənət festivalında "Şərq melodiyası" adlı mükafata layiq görülmüşdür. 2007-ci ildə "Sayan üzük" adlı etnik incəsənət festivalına qoşulmuş, "ənənə" və "Mahnı ansamblı" sertifikatlarını almışdır. 2008-ci ildə Türkiyənin TRT telekanalı ilə Ankarada Tıva musiqisi haqqında canlı sənədli film çəkilmişdir və ansamblın üzvləri də burada iştirak etmişdir.
"Atikva" ümid deməkdir (film, 1994)
"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır.
Tıva Muxtar Sovet Sosialist Respublikası
Tıva Muxtar Sovet Sosialist Respublikası və ya TMSSR (tıva Тыва Автономнуг Совет Социалистиг Республика) — 10 oktyabr 1961-ci il — 28 avqust 1991-ci illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası tərkibində mövcud olan türkdilli muxtar respublika. 10 oktyabr 1961-ci ildə Tıva Muxtar Vilayəti əsasında yaradılmışdır. İnzibati mərkəzi və paytaxtı Kızıl şəhəri olmuşdur. Ərazisi 170.5 min. km² təşkil etmişdir. Respublika cənubda Monqolustan, şərqdə Buryatiya ASSR, qərbdə Altay diyarı və şimalda Krasnoyarsk diyarı ilə həmsərhəd olmuşdur. Tıva MSSR Sovet İttifaqına daxil olmasının 20-ci ildönümü münasibətilə 9 oktyabr 1964-cü ildə Lenin ordeni ilə, habelə SSRİ-nin 50 illiyini yubileyində 29 dekabr 1972-ci ildə "Xalqlar Dostluğu" ordeni ordeni ilə təltif edilmişdir. Tıva MSSR-də ən yüksək idarəetmə orqanı, beş illik müddətdə 130 millət vəkilindən ibarət Tıva MSSR Ali Soveti idi. 28 avqust 1991-ci ildə Avqust qiyamından sonra, Tıva MSSR adı respublikanın Ali Soveti tərəfindən dəyişdirilərək Tıva Respublikası adlandırılmışdır. Tıva Muxtar Sovet Sosialist Respublikası 9 oktyabr 1961-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Tuva Muxtar Vilayətinin əsasında yaradılmışdır.
Tıva Respublikasının dövlət təltiflərinin siyahısı
Tuva Respublikasının dövlət mükafatları ( tıva Тыва Республиканың күрүне шаңналдары — Ali Xural (parlament) tərəfindən müəyyən edilən Tıva Respublikasının "24 dekabr 1992-ci il, № 388-ci il tarixli Qanununa uyğun olaraq təsdiqlənən mükafatlar. . Tuva Respublikasının dövlət mükafatları, respublika vətəndaşlarını dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət və təhsil sahələrində, qanunun aliliyinin möhkəmləndirilməsində, sağlamlıq və həyatın qorunmasında, xalqın vətəndaşların hüquq və azadlıqlarında, tərbiyə olunmasında, idmanın inkişafında, Vətəni qorumağa və təhlükəsizliyin təmin edilməsinə verdiyi böyük töhfələrə görə, respublikaya aktiv xeyriyyə işlərinə və digər bu cür işlərə görə verilir. Qanunda nəzərdə tutulmuş hallarda, dövlət təltifləri müxtəlif təşkilati və hüquqi formalı təşkilatlara verilə bilər.
Tinca tinca
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Seymdəki əsas siyasi partiyalar == Vətən Birliyi - Litva Xristian Demokratları Liberallar Hərəkatı Litva Kəndlilər və Yaşıllar İttifaqı Litva Sosial Demokrat Partiyası "Litva Uğrunda" Demokratlar İttifaqı Azadlıq Partiyası Litva Regionlar Partiyası Litvada polyakların seçki aksiyası – Xristian Ailələr Alyansı == Əhali == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Litva əhalisi 3199,8 min nəfər idi. Onlardan 2142,8 min nəfəri şəhərlərdə, 1057 min nəfəri isə kəndlərdə yaşayırdı. 1 mart 2014-cü il tarixinə olan rəsmi məlumata əsasən isə ölkə əhalisi 2 milyon 939 min 431 nəfər təşkil edir. === Din === 2011-ci ilin senzi göstərmiş ki, əhalinin 77,2%-i Roma katolikləridir.
Lısva
Lısva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Nikta
Nikta, Niks (yun. Νύξ, Νυκτός gecə) — qədim Yunan mifologiyasına görə gecə ilahəsinin şəxsləşdirilmiş adıdır. Homerə görə, tanrı Zevs özü də Niktadan qorxarmış. Niks Tartarda yaşayır. Niks Roma mifologiyasında Noks olaraq bilinir.
Nizvа
Nizva (ərəb.-نزوی) — Omanda şəhər, Daxiliyyə regionun inzibatimərkəzi. Plkənin qədim şəhərlərindən biridir. Paytaxtı Maskatdan 165 km aralıda yerləşir. 2003-cü ildə burada 68,785 sakin siyahıya alınmış, 2008-ci ildə əhalinin sayı artıq 85 minə çatmışdı. Mühüm ticarət və turistik mərkəzidir. Burada universitet, texniki kollec, Polis Akademiyası yerləşir.
Nıtva
Nıtva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Pikşa
Pikşa (lat. Melanogrammus aeglefinus) — treskakimilər dəstəsinin treskalar fəsiləsinə aid balıq növü.
Pılva
Pılva (est. Põlva) — Estoniyaanın şərqində şəhər. Pılvamaa bölgəsinin inzibati mərkəzi. 2000-ci ilə əhalinin 96,4 %-i estonlar, 2,0 %-i ruslar, 0,6 %-i ukraynalılar, 0,3 %-ini isə finlər təşkil edirdi.
Takka
Takka (lat. Tacca) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Tikab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Tikei
Tikei (fr. Tikei) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Takapotodan 70 km cənub-şərqdə yerləşir. Atollun sahəsi 4 km²-dir. Daxilində laqun vardır. Fakahina ilk dəfə 1722-cü ildə holland səyyahı Yakob Roqqeven tərəfindən kəşf edilmişdir. O, adanı Karlshoff olaraq adlandırır. 1816-cü ildə rus səyyahı Otto von Kosebu adanı yenidən kəşf edilmişdir. O, adanı Rumyansev adası olaraq adlandırır. İnzibati baxımından Takaroa kommunasına daxildir.
Tiker
Tiker (ing. ticker symbol) və ya ehtiyat simvolu. Birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulub. Valyutaların kodu tikerin analoqu sayılır. Tiker Tomas Edison tərəfindən ixtira edilmişdir.
Tikmə
Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma. Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir. Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
Tında
Tında (rus. Тында) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
Təqva
Təqva - (ərəbcə: التقوى‎) "viqayə" sözündəndir, pəhriz saxlama, yəni günahları tərk etmək anlamındadır. Təqva - vəqayə maddəsindən olaraq, ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar". Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar". Başqa yerdə yenə o Həzrət buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır".