BORJOM

I
сущ. боржом, боржоми (лечебная минеральная вода)
II
прил. боржомный
BORGES
BORLANDIRMA
OBASTAN VİKİ
Borjomi
Borjomi (gürc. ბორჯომი Borcomi) — Gürcüstannın cənub-qərbində kurort şəhəri, Samtsxe-Cavaxeti bölgəsində şəhərdir. Şəhər öz məşhur Borjomi mineral suyu ilə tanınır. Borjomi mineral suyu keçmiş SSRİ ölkələrində çox məşhurdur. Borjomidə XVIII əsrdə inşa edilmiş Romanov sülaləsinin malikanələri qorunub-saxlanılmışdır. == Nəqliyyat == Borjomi Borjomi-Bakuriani dəmiryolunun son stansiyasıdır. == Kurort == Borjomi kurortu Gürcüstanın cənubi-qərbində, Kür çayı sahilində, dəniz səviyyəsindən 810–850 m hündürlükdə yerləşir. Borjomi aşağı dağ yamac kurortlar sırasına daxildir və hər tərəfdən iynəyarpaqlı və sıxyarpaqlı meşələrlə örtülmüşdür. İqlimi həm qış, həm də yay aylarında mülayim temperatur müşahidə olunur. == Qalereya == == Partnyor şəhərlər == Borjominin aşağıdakı şəhərlərlə partnyor əlaqələri vardır: ABŞ Filippi, Qərbi Virciniya 2006-cı ildən == Xarici keçidlər == Borjomi-Kharagauli National Park Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine Borjomi Mineral Water Company Borzhom.
Borjomi-Xaraqauli Milli Parkı
Borjomi-Xaraquli Milli Parkı (gürc. ბორჯომ-ხარაგაულის ეროვნული პარკი, borjom-kharagaulis erovnuli parki) və ya qısaca BXMP — Gürcüstanın paytaxtı Tiflisin cənub-qərbində, Kiçik Qafqazda yerləşən milli park. Gürcüstanın ən böyük milli parklarından biridir. Altı inzibati rayondan ibarət olub Borjomi kurortundan Xaraqauli şəhərinə qədər uzanır. Qonşu Borjomi qoruğu ilə birlikdə sahəsi 851 km2-dir və Gürcüstan ərazisinin 1 %-indən çoxunu təşkil edir. Milli park 1995-ci ildə qurulsa da, rəsmi açılışı 2001-ci ildə baş tutmuşdur. Milli parkın özünəməxsus xüsusiyyətləri ekoloji və coğrafi zonalarının müxtəlifliyi, mənzərəsi, tarixi abidələri, zəngin flora və faunasıdır. Milli parkın turizm infrastrukturu sürətlə inkişaf edir. == Tarixi == Milli parkın tarixi orta əsrlərə gedib çıxır. Buradan əvvəllər yerli zadəganlar ovçuluq üçün istifadə etmişlər.
Borjomi-Xaraquli Milli Parkı

Borjomi (su)
Borjomi (gürc. ბორჯომი) — Gürcüstanın Borjomi dərəsindən çıxan qazlı mineral su brendi. Vadidə artezian bulaqları Bakuriani dağlarının zirvələrini əhatə edən buzlaqlardan 2,300 m (7,500 ft) yüksəkliklərdə süzülən sular ilə qidalanır. Su nasossuz səthə qalxır və Borjomi şəhərində yerləşən iki şüşə zavoduna boru ilə nəql olunur. Borjomi bulaqları 1820-ci illərdə Rusiya imperiyası ordusu tərəfindən aşkar edilmişdir. Bulaqlar Rusiya imperiyası boyunca məşhur olmuşlar və Borjomini məşhur turist məkanına çevirmişlər. Brendin tarixi Romanov imperial sülaləsi ilə yaxından əlaqələndirilir. 1890-cı illərdə Borjomi Mixail Nikolayeviç Romanovun Gürcüstan ərazilərində istehsal edilib. 1917-ci ildə Rusiya inqilabından və Gürcüstanın Sovet İttifaqı tərəfindən işğal edilməsindən sonra Borjomi müəssisəsi milliləşdirildi və su Sovet İttifaqının ən böyük eksportuna çevrildi. Borjomi 40-dan çox ölkəyə ixrac olunur.
Borjomi Bələdiyyəsi
Borjomi bələdiyyəsi (gürc. ბორჯომის მუნიციპალიტეტი) — Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində bələdiyyə. Əsas şəhəri Borjomidir. Borjomi bələdiyyəsi Gürcüstanın tarixi hissəsində, Tori ərazisində yerləşir. == Coğrafiya və iqlim == Borjomi bələdiyyəsi qərbdə Axısqa, cənubda Aspindza və Axalkalaki, şərqdə Tsalka, şimalda Xaraqauli, Xaşuri, Kareli və Qori bələdiyyələri ilə həmsərhəddir. Bələdiyyənin əhəmiyyətli hissəsini Borjomi dərəsi tutur. Bura həm də Kiçik Qafqazın bir hissəsi, Trialet silsiləsinin qərb ucu və Mesxeti silsiləsinin şərq ucu daxildir. Bələdiyyə daxilində Trialeti silsiləsinin qolları — Qvirqvini silsiləsi və zirvələri dəniz səviyyəsindən 2000–2850 metr yüksəkliyə çatan Tsixisdziri var. Silsilənin Trialeti qolu arasında Tori hövzəsi yerləşir. Bələdiyyədə Mtkvari çayı keçir.
Borjomi bələdiyyəsi

Digər lüğətlərdə