Topulqayarpaq boymadərən
Achillea filipendulina Lam.
Çoxillik, 30-100 sm hündürlükdə, sarımtılyaşıl, sıxtüklü bitkidir. Gövdəsi adətən tək və düzdür. Yarpaqları iri, hər iki tərəfdən sıx tüklü, uzunsov-lansetvari, lələkvari bölünmüş, seqmentləri uzunsov-lansetvari, yarpaqları yuxarı gövdəyə doğru azalandır. Səbətləri uzunsov-tərskonusvari, 4,5-5 mm uzunluqda, 2-3 mm enində, mürəkkəb budaqlanan qalxanvari çiçəkqrupunda toplanıb. Qını sarımtıl və tükcüklü,yarpaqcıqları uzunsov-lansetvaridir. Dilcikşəkilli çiçəklər parlaq sarı rəngli, qısa büküşlü və ya ancaq boruşəkillidir. Toxumcaları tərsyumurtavari-uzunsov, çılpaq, 1-1,5 mm uzunluqda, 0,5 mm enindədir.
Hündürlüyü 30-100 sm, gövdəsi adətən tək, düz, şırımlı, əsası qismən xovlu-tüklü, yuxarı hissədə səpələnmiş xırda tükcüklü və yaxud çılpaq, aşağı hissədə isə sıx yarpaqlamış
sarımtıl-yaşıl rəngli çoxillik ot bitkisidir.
Yarpaqları iridir, hər iki tərəfdən basıq tüklü, görünüşünə görə qismən enli uzunsov-neştərvaridir, lələkvari-bölünmüş-dür; yarpağın seqmentləri yastı, uzunluğu 6-17
mm, eni 2-6 mm-dir, uzunsov-neştər-varidir, küttəhərdir, kənarları kəsilmiş və küt-dişlidir; gövdə boyunca yuxarıya getdikcə yarpaqlar tədricən azalır, lap yuxarı yarpaqlar (1-2)
kəskin azalandır, tamkənarlı və xətvaridir.