Bozalaq
Bozalaq (lat. Lepidium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
== Botaniki təsviri ==
Hündürlüyü 10-52 sm olan qısa tüklü, çoxillik bitkidir. Gövdəsi düz, dar kantlı, yuxarısı qalxanvari budaqlıdır. Daralaraq saplaq əmələ gətirən kökyanı və aşağı gövdə yarpaqları lirayabənzərlələkvari bölünmüşdür, yuxarı yarpaqları oturaq, oturacaqdan oxvaridir. Çiçəkqrupu sıx qalxanvaridir, kasayarpağı çılpaq, ləçəkləri 3 mm, ağdır. Buynuzcuq meyvələri uzun, üfüqi aralanmış ayaqcıqlar üstündə, uzunluğu 2.5-3.5 mm, eni 3.5–5 mm, enli, yumurtavari, oturacaqdan ürəkvari, tayları bir qədər köpmüş açılmayandır. Aprel mayda çiçəkləyir, may-iyunda (iyulda) meyvə verir.
== Mənşəyi və yayılması ==
Bozalaq kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələrində, Suriya, Fələstin, İran, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.