Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bozalaq
Bozalaq (lat. Lepidium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 10-52 sm olan qısa tüklü, çoxillik bitkidir. Gövdəsi düz, dar kantlı, yuxarısı qalxanvari budaqlıdır. Daralaraq saplaq əmələ gətirən kökyanı və aşağı gövdə yarpaqları lirayabənzərlələkvari bölünmüşdür, yuxarı yarpaqları oturaq, oturacaqdan oxvaridir. Çiçəkqrupu sıx qalxanvaridir, kasayarpağı çılpaq, ləçəkləri 3 mm, ağdır. Buynuzcuq meyvələri uzun, üfüqi aralanmış ayaqcıqlar üstündə, uzunluğu 2.5-3.5 mm, eni 3.5–5 mm, enli, yumurtavari, oturacaqdan ürəkvari, tayları bir qədər köpmüş açılmayandır. Aprel mayda çiçəkləyir, may-iyunda (iyulda) meyvə verir. == Mənşəyi və yayılması == Bozalaq kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələrində, Suriya, Fələstin, İran, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır.
Bozayaq tinamu
Bozayaq tinamu (lat. Crypturellus duidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Dəlikyarpaq bozalaq
Dəlikyarpaq bozalaq (lat. Lepidium perfoliatum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü.
Enliyarpaq bozalaq
Enliyarpaq bozalaq (lat. Lepidium latifolium) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. == Sinonimləri == Cardaria latifolia (L.) Spach Crucifera latifolia (L.) E.H.L.Krause Lepidium dioscorides Bubani Lepidium latifolium subsp. affine (Ledeb.) Kitag. Lepidium latifolium var. affine (Ledeb.) C.A. Mey. Lepidium latifolium var. latifolium latifolium Lepidium latifolium var. mongolicum Franch. Lepidium latifolium subsp.
Vəzəri-bozalaq
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Bir dəfə qanunu pozaraq (film, 1992)
Bir dəfə qanunu pozaraq (ing. Once upon a crime) — 1992-ci ildə istehsal olunmuş filmdir. Filmin rejissoru Kanadalı rejissor Yucin Levidir. Filmin distribütori Metro-Goldwyn-Mayer kinokompaniyasıdır. == Məzmun == Bəxtigətirməyən aktyor Culian Piter və onun tanışı Fibi Romada təsadüfən milyonçu Xanım Van Duqenin itini tapırlar və mükafatı qazanmaq üçün onunla birlikdə Monakonun Monte-Karlo bölgəsinə yola düşürlər. Lakin bu müddətdə Xanım Van Duqe qəflətən öldürülür və onlar bu cinayətdə təxsirkar bilinirlər. Bu səbəbdən Culian və Fibi qaçmağa məcburdurlar. Onlarla birlikdə bir çox şəxslər də bu işdə şübhəli bilinirlər...
Bozayran
Kəndlər Bozayran (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bozayran (Cəlilabad) — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Digər Bozayran — Yardımlı rayonunda soyuq sulu mineral bulaqdır.
Boraq
Boragh ya da Boraq (fa: نفربر براق) İran istehsalı zirehli transportyordur. Boragh tranportyorunun, Çinin Type 86 (BMP-1) modelinin əksinə mühəndislik ilə tərtib edilmiş və təkmilləşdirilmiş versiyası olduğuna inanılır. Yeniləmələrə çəkidə azalma, daha yüksək yol sürəti və daha güclü zireh daxildir. Avtomobil tamamilə amfibidir və NBC müdafiə sistemi və infraqırmızı gecə görmə avadanlığı ilə təchiz edilmişdir. Dayandırılması burulma çubuğu ilədir. Əməliyyat mənzili 550 km, maksimum sürəti yolda 65 km/saat, yolsuzluq şəraitində isə 45 km/s təşkil edir. İran Müdafiə Sənayesi Təşkilatının (DIO) Vasitə və Avadanlıq Qrupu (VEIG) tərəfindən üç əlavə variantının istehsal edildiyi 2002-ci ilin may ayında bildirildi. Bunlar 120 mm-lik bir minaatan daşıyıcısı, bir sursat tədarükü vasitəsi və inkişaf etmiş silahlarla təchiz olunmuş zirehli transportyordur. == Təsvir == Boragh tırtıl əlavə edilmiş bir APC-dir. Asfatltanmış yollarda yola dəyəcək zərəri azaltmaq üçün onun tırtıllarına rezin elementlər əlavə olunmşdur.
Bozar
Bozar (fr. beaux-arts – “təsviri sənət”) – XIX əsrin ortalarında meydana çıxan və milli orta əsrlərə heyranlığının əksinə olan tarixi memarlıq üslubudur (neo-Gotik, neo-Bizans, rus stili); İtalyan İntibahı və Fransız Barokko ənənələrini davam etdirirdi. Klassik Bozar üslubu, klassik və neoklasik arxitekturaya güclü inamla inkişaf etmişdir. == Stilin doğuşu == Üsluba adını verən Paris Gözəl Sənətlər Məktəbinin yetirmələri olmuşdurlar. Fransız İnqilabı dövründə ilk Fransız memarlıq məktəbi olan Académie royale d'architectsure (1671-1793) kral ilə əlaqələrinin olmasına görə bağlanmış və 1803-cü ildə Napoleon Bonapart onun yerində hal-hazırda mövcud olan Təsviri Sənətlər Məktəbini yaratmışdır. Bu prestijli təhsil müəssisəsində gələcək memarlara (çoxu xarici ölkələrdən gəlmişdi) müştərinin zövqünə görə fərqli tarixi üslubları yenidən yaratmaları öyrənilmişdir. Tələbələrə otaqları binaya nüfuz edən oxlar boyunca simmetrik bir formada düzəltmək, həmçinin otaqların yerləşdirilməsi və bəzədilməsinin qonaqda necə təsir bağışlayacağını nəzərə almaq öyrədilmişdir.
Bozayran (Cəlilabad)
Bozayran — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Bozayran oyk., sadə. Düzənlikdədir. XIX əsrə aid mənbədə Bozayranlı formasında qeydə alınmışdır. Sovet hakimiyyəti illərində Böyük Bozayran və Balaca Bozayran kəndlərinə ayrılmışdı. Böyük Bozayran kəndi ləğv edildikdən sonra 1972-ci ildə Balaca Bozayran kəndi rəsmi olaraq Bozayran adlandırılmışdır. Etnotoponim olduğu güman edilir; Yardımlı r-nunun Yardımlı qəs. i.ə.v.-də kənd. Viləşçayının sağ sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini Cəlilabad r-nunun Böyük Bozayran kəndindən köçüb gəlmiş ailələr salmışlar.
Bozayran (Yardımlı)
Bozayran — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yardımlı rayonunun Yardımlı qəs. inzibati ərazi vahidində kənd. Viləş çayının sağ sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini Cəlilabad rayonunun Böyük Bozayran kəndindən köçüb gəlmiş ailələr salmışlar.
Bozyanaq maygülü
Bozyanaq maygülü (lat. Podiceps grisegena) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Bozalan (Cizrə)
Bozalan — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Bəhmur və ya Behmor kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.
Boxara (Şaran)
Boxara (başq. Бохара, rus. Бухара) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Tübənqe Zəyet kənd şurası nın tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 40 km, kənd sovetliyindən (Tübənqe Zəyet): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 10 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Kozara Milli Parkı
Kozara Milli Parkı (bosn. Nacionalni park Kozara; serb. Nacionalni park Kozara) — Bosniya və Herseqovinada yerləşən milli park. Milli park 6 aprel 1967-ci ildə İosip Broz Tito tərəfindən meşələri qorumaq üçün qurulmuşdur. Bosniya Serb Respublikasında, Una, Sava, Sana və Vrbas çayları arasında yerləşir. 33,75 km2 sahəlik sıx meşə örtüyünə və təpəli çəmənliklərinə görə "Kraynanın Yaşıl Gözəli" ləqəbini qazanmışdır. Milli park məşhur ovçuluq bölgəsidir. Burada marallar, qırqovul, tülkü, çöldonuzu, çöl dovşanı və ördəyin ovlanmasına icazə verilir. Milli parkın kiçik hissəsi təbiət sevərlər üçün nəzərdə tutulub. Ziyarətçilər yürüyüş, velosiped idmanı, bitki yığmaq ilə məşğul ola bilərlər.
Gözparaq
Gözbarax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2012-ci ilin may ayında baş vermiş 7 ballıq zəlzələnin episentiri Gözbarax və Qax rayonunun Güllük kəndi olmuşdur. Bu zəlzələ zamanı Gözbarax kəndinə ciddi ziyan dəymiş, yaşayış evləri və ictimai iaşə obyektləri yararsız vəziyyətə düşmüşdür. == Coğrafiyası və iqlimi == Gözbarax kəndi, rayon mərkəzindən 16 km şərqdə yerləşir. Şərq tərəfdən Suvagil, şimaldan Çobankol və Zəyəm, cənubdan Qax rayonunun Gullük kəndləri, şimal-qərb tərəfdən isə Böyuk Qafqaz sıra dağlari boyunca Rusiya Federasiyası ilə həmsərhəddir. Kəndin ərazisi 278 hektardır. Kənd 8 obadan ibarətdir. Kənddə 1 üçmərtəbəli müasir orta məktəb, uşaq baxçası, həkim məntəqəsi, mədəniyyət evi, məscid, 2 hücrə, futbol meydançası vardır == Əhalisi == Əhalisi 1854 nəfər əsasən Saxurlardır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Dini mənsubiyyəti sünni müsəlmandırlar.
Bozdağ
Bozdağ — Naxçıvan Muxtar Respublikasında dağ. Bozdağ — Abşeron yarımadasının qərb hissəsində, Qobu qəsəbəsindən şimalda böyük palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasında, Hökməli qəsəbəsindən qərbdə palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasının cənub-qərbində Güzdək qəsəbəsi yaxınlığında palçıq vulkanı. Bozdağ — Ağdam rayonunda, Xaçınçayın sağ sahilində dağ. Bozdağ — Goranboy rayonunun Qızılhacılı kəndindən şimal-şərqdə dağ. Bozdağ — Əli Bayramlı rayonunda, Bəndovan kəndindən şimalda dağ. Bozdağ — Şəki rayonunun Şin kəndindən şimal-şərqdə Baş Qafqaz silsiləsinin zirvəsi. Bozdağ — Şəki rayonunda Daşüz silsiləsinin zirvəsi. Bozdağ — Mingəçevir su anbarıdan cənubda, Gəncəçaydan sağ tərəfdə dağ silsiləsi.
Cövkəndan-i Bozorq (Talış)
Cövkəndan-i Bozorq (fars. جوكندان بزرگ‎) və ya Böyük Cövkəndan — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 801 nəfər yaşayır (186 ailə).
Bozdağ (Naxçıvan)
== Toponimik izah == Bozdağ (Bozağıl) — Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır. == Geomorfologiyası == Sədərək rayonu ərazisində dağ (hünd. 1182,7 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında, Bağırsaqdərəçayın aşağı axımında, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərq qurtaracaqında zirvə. Dəmirçilər kəndindən 7 km şimaldadır. Təpəsi Alt Karbon (Bozdağ lay dəstəsi) və Üst Perm (Qızılqaya lay dəstəsi) yaşlı əhəngdaşılardan təşkil olunmuş, şimala doğru alçalan günbəzvari yüksəklikdir. Yamaclarında Alt Karbona aid Dizə və Goranqalası lay dəstələrinin, cənub ətəyində isə Üst Devona aid Payadərə lay dəstəsinin əhəngdaşıları açılır. Hər tərəfdən Üst Miosen və Pleystosen çöküntüləri ilə əhatə olunmuşdur.
Bozdağ (dəqiqləşdirmə)
Bozdağ — Naxçıvan Muxtar Respublikasında dağ. Bozdağ — Abşeron yarımadasının qərb hissəsində, Qobu qəsəbəsindən şimalda böyük palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasında, Hökməli qəsəbəsindən qərbdə palçıq vulkanı. Bozdağ — Abşeron yarımadasının cənub-qərbində Güzdək qəsəbəsi yaxınlığında palçıq vulkanı. Bozdağ — Ağdam rayonunda, Xaçınçayın sağ sahilində dağ. Bozdağ — Goranboy rayonunun Qızılhacılı kəndindən şimal-şərqdə dağ. Bozdağ — Əli Bayramlı rayonunda, Bəndovan kəndindən şimalda dağ. Bozdağ — Şəki rayonunun Şin kəndindən şimal-şərqdə Baş Qafqaz silsiləsinin zirvəsi. Bozdağ — Şəki rayonunda Daşüz silsiləsinin zirvəsi. Bozdağ — Mingəçevir su anbarıdan cənubda, Gəncəçaydan sağ tərəfdə dağ silsiləsi.
Bozdağ silsiləsi
Bozdağ silsiləsi – Azərbaycan Respublikasında dağ silsiləsi. Acınohur ön dağlığının (Böyük Qafqaz) cənub hissəsi. Qanıxçayın (Alazançay) mənsəb hissəsindən başlayıb cənub-şərq istiqamətində Girdimançayadək davam edir. Uzunluğu təqribən 150 km, hündürlüyü təqribən 500 m-dir. == Geoloji quruluşu == Silsilə Mingəçevir su anbarının sağ sahili ilə qərbdən şərqə uzanır. O, Mingəçevir şəhərində Kür çayı tərəfindən kəsilərək, iki hissəyə ayrılmışdır. Bozdağ silsiləsinə Qocaşen, Axar-Baxar, Arçandağ, Surxayxan silsilələri və Göy-çay tirəsi daxildir. Bozdağ silsiləsinin ən uca zirvəsi Babaeldağ ilə Qazanlı dağı arasında yerləşmiş 520 m-lik adsız zirvədir. Neogen və Antropogen sistemlərinin gil, qum, qumdaşı, konqlomerat və s. süxurlarından ibarətdir.
Mehmed Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist, prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub. Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir. İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Mehmet Bozdağ
Mehmet Bozdağ (türk. Mehmet Bozdağ; 1 yanvar 1983, Kayseri) — türk senarist, prodüser və rejissor. == Bioqrafiya == Mehmet Bozdağ 1 yanvar 1983-cü ildə anadan olub. Sakarya Universtitetində təhsil alb."Ustalar, alimlər və sultanlar","Könül oğrusu","Diriliş:Ərtoğrul" və "Yunus Əmrə" seriallarına və filmlərinə prodüserlik və senaristlik etmişdir. İndi isə "Quruluş:Osman" serialına prodüserlik və senaristlik etməkdədir.
Heval Bozdağ
Heval Bozdağ (1977, Ağrı ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Heval Bozdağ 1977-ci ildə Ağrı ilində anadan olub. 2000-ci ildə Cümhuriyyət Universiteti Tibb Bölməsindən məzun olub. 2008-ci ildə İzmir Təhsil və Araşdırma Xəstəxanasında ixtisaslaşmanı bitirib. Ağrı Dövlət Xəstəxanasında çalışıb. Ağrı Tibb Palatasının Baş Katibi, Səhiyyə və Sosial Xidmətlər İşçiləri İttifaqının (SES) Ağrı şöbəsinin sədri və Ağrı Tibb Palatasının sədri vəzifələrində təmsil olunub. İnsan Hüquqları Dərnəyinin və KLİMİK Dərnəyinin üzvüdür. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Ağrı ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Peritan Bozdağ
Peritan Bozdağ (15 iyun 1999, Çeşmə, İzmir ili) – Türkiyə Qadınlar Superliqasında çıxış edən "Fatih Vatan Spor" klubunda hücumçu kimi çıxış edən futbolçu. Türkiyədə anadan olub, Azərbaycanın qadınlardan ibarət milli komandasında çıxış edir. == Klub karyerası == Bozdağ 2015–2021-ci illərdə Türkiyədə "Konak Belediyespor" və "Hakkarigücü Spor"da çıxış edib. 2021–22 Türkiyə Super Liqası mövsümündə "Altay"a transfer oldu. 2022–23 Türkiyə Super Liqası mövsümündə Fatih Vatan Sporda çıxış edib. == Beynəlxalq karyerası == Bozdağ Azərbaycan yığmasında debütünü 11 iyun 2021-ci ildə Gürcüstana səfərdə 2–3 hesabı ilə uduzdu.
Kəlxongək-i Bozorg
Kəlxongək-i Bozorg (fars. کل‌خنگک بزرگ‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 8 ailədə 9 nəfəri kişilər və 10 nəfəri qadınlar olmaqla cəmi 19 nəfərdir.