BRİLYANT

I
сущ. бриллиант, брильянт (отшлифованный и огранённый особым способом алмаз)
II
прил. бриллиантовый. Brilyant üzük бриллиантовое кольцо
BRİQADİR
BRİLYANTLI
OBASTAN VİKİ
Brilyant
Brilyant (fr. brillant "parlaq, parıldayan") — cilalanmaqla təbii parlaqlığının maksimum dərəcədə artırıldığı almaz. Brilyantlar “4 C” sistemi ilə qiymətləndirilir. C-lər ingilis dilindəki: cut (kəsmə), clarity (təmizlik), color (rəng) və carat (karat çəkisi) sözlərinin baş hərfidir və onlar daşın mükəmməlliyə nə qədər yaxın olduğunu müəyyən etməyə imkan verir. Hər cilalanmış almaz brilyant deyil - yalnız parlaq şəkildə cilalanmış olanlar brilyant sayılır. Daşın cilalanmasını qiymətləndirərkən əsas şey onun keyfiyyəti: kənarların nə qədər həndəsi dəqiq və mütənasib olmasıdır. İdeal cilalanmış brilyant “A” hərfi ilə kodlanır, daha sonra B, C, D – keyfiyyətə görə azalan qaydada gəlir. Beynəlxalq sistemdə (GIA) ideal cilalanmış brilyant Excellent (Əla) və keyfiyyətin azalan qaydasına uyğun olaraq - Very Good, Good, Fair, Bad (Çox yaxşı, Yaxşı, Normal, Pis) təyin olunur. Təmizlik — brilyantın keyfiyyətinin vacib göstəricisidir: daş qüsurlarının və ya xarici daxilolmaların olması və ya olmaması ilə ifadə edilir; Qüsurları olmayan almaza xalis almaz deyilir. Brilyantın çəkisi karatla ölçülür: 1 karat 0,2 qrama bərabərdir .
Brilyant Dadaşova
Brilliant Süleyman qızı Dadaşova (15 sentyabr 1965 və ya 15 sentyabr 1959, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (1998); Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə (bəzi mənbələrə görə 1959-cu ildə) Bakı şəhərində anadan olub. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi. 1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alır. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunmuşdur.
Brilyant tetra
Brilyant tetra (lat. Moenkhausia pittieri) – (Characiformes) dəstəsindən bir balıq növü. Həbidə idi və Ana vətəni:Venesuela Valencia Gölü və ətraf çaylar. Bəslənmə Forması: əm ət ilə bəslənən , həm ot ilə bəslənən. Ağırlıqla etçildir. Ardamıya, su birəsi və keyfiyyətli quru yemlər verilə bilər. Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan Üzmə Səviyyəsi: orta-Səth Cinsiyyət ayrı-seçkiliyi: Qəti cinsiyyət ayrı-seçkiliyi çox çətindir. Balıqlar yetkin hala gəlmədən edilməsi sağlam olmaz. Kişilər daha incə quruluşlu, dişilr daha yumru quruluşdadır. Kişilərin üst üzgəcləri daha uzundur.
Vasya Brilyant
Vladimir Petroviç Babuşkin (ləqəbi Vasya Brilyant və ya sadəcə Brilyant) (d. 18 may 1928, Həştərxan, RSFSR, SSRİ - ö. 26 may 1985, Belıy Lebed həbsxanası, Solikamsk) - tanınmış, peşəkar cinayətkar, SSRİ cinayət aləminin əfsanəvi lideri; "Qədim məktəb" ayamalı rusiyalı qanuni oğru, kriminal aləmin ən parlaq nümayəndəsi. Qanuni oğruların patriarxı, kriminal aləmin əfsanəsi. == Həyatı == Ömrünün 40 ildən çoxunu həbsxanalarda keçirmişdir. Rusiyanın Vladimir vilayətində yerləşən Vladimirskiy sentral adlı həbsxanada cəza tətbiq etmişdir. Elə həmin vaxtlarda cəzası artırılmış Azərbaycanlı qanuni oğru Lotu Bəxtiyarı da bu həbsxanaya göndərmişdilər. Vasya Brilyant Novxanılı Bəxtiyara qanuni oğru adını məhz elə bu həbsxanada vermişdir. Vasya Brilyant ömrünün sonunadək oğru ənənələrini tətbiq etmiş, ona görə də heç vaxt Sovet dövləti üçün çalışmamışdır. Versiyalara görə 1985-ci il mayın 26-da Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində yerləşən xüsusi rejimli cəza koloniyası olan Belıy Lebed həbsxanasında vəfat etmişdir.
Brilyant əl (film, 1968)
"Brilyant əl" (rus. Бриллиантовая рука) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == Kollektivdə ən ciddi işçilərdən olan Semyon Semyonoviç Qorbunkov (Yuri Nikulin) laynerdə xarici ölkələrdən birinə turist səfərinə gedir. Şərq ölkəsinə səfər zamanı o, təsadüfən sürüşərək qolunu əzir. Yıxılan zaman dediyi "Lənət şeytana" sözü, sən demə, qaçaqmalçıların parolu imiş. Beləliklə, onu tez gətirib qoluna gipslə qızıl və brilyantlar bağlayırlar. Bu zaman Semyon bir anlıq özünə gəlir və bu xəzinənin şahidi olur. Əsl qaçaqmalçı Geşa (Andrey Mironov) isə əslində, Qorbunkovun getdiyi gəmidə qonşu koyutdadır. Kontrabandaçılara hər şey aydın olandan sonra onlar elə bilirlər ki, Qorbunkovun qaçaqmaldan xəbəri yoxdur. Lakin Semyon Semyonoviç bütün olanları polisə xəbər verir.

Digər lüğətlərdə