Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanca
Azərbaycan dili və ya Azərbaycan türkcəsi keçmişdə Azərbaycan Respublikasında Sadəcə Türk Dili (Güney Azərbaycanda: Türk dili) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, Güney Azərbaycan, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırılır. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Azərbaycanca Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsi. 16 oktyabr 2024 — Azərbaycan dilində olan Vikipediyada 199.695 məqalə var. 25 mart 2014-cü ildə Azərbaycanca Vikipediyada məqalələrin sayı 100,000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10,000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5,000 məqalə 22 iyul 2007–10,000 məqalə 6 dekabr 2009 — saat 16:00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
BBC Azərbaycanca
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Orta Azərbaycanca
Orta Azərbaycanca (az-əbcəd. اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar. Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb.
Qədim azərbaycanca
Qədim azərbaycanca və ya Qədim Azərbaycan türkcəsi — Azərbaycan dilinin başlanğıc dövrü. Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür, XIV–XVI əsrləri ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr hesab edir. Məmməd Arif isə qədim Azərbaycan dilinin inkişafa başlaması dövrünü XIII–XVI əsrlər hesab edir. Qədim Anadolu türkçəsi adlandırılan dildə yazılmış mətnləri qədim Azərbaycan dilində hesab etmək, həmçinin ilkin azərbaycanca mətnləri erkən Osmanlı ədəbiyyatının bir hissəsi saymaq mümkündür. Çərkəzi alim Əbu İshaq Sələbinin peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" əsərini Anadolu türkcəsində yazsa da, əsər qədim Azərbaycan türkcəsinin bəzi xüsusiyyətlərini daşımışdır. Bunlardan biri "-am²" şəkilçisinin istifadə edilməsidir: bu mənaya məmur degüləm; istədügün adəm mənəm; seyir əfal və sıfətundan xoşnudam; bir zülm olmış pir adəməm. Flemming, Barbara. Essays on Turkish Literature and History. Brill. 2018.
Standart azərbaycanca
Standart azərbaycanca və ya Müasir Azərbaycan ədəbi dili — əsasən Azərbaycan Respublikasında Azərbaycan dilinin standart forması olaraq istifadə edilən dil. Standart azərbaycancada Azərbaycan dilinin dialektlərindən fərqli olaraq, sözlərin vahid yazılış və tələffüz qaydaları təyin edilmişdir, həm də orta Azərbaycan dili ilə müqayisədə ərəb və fars təsiri azdır. XIV əsrin əvvəllərində Yusif Məddahın poeziyası Azərbaycan ədəbi dilinin formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan ədəbi dilinin mövqeyi Təbrizi paytaxtları edən Qaraqoyunluların (1410-1468-cü illər) dövründə güclənmişdir. Kişvəri XV–XVI əsrlərdə Azərbaycan ədəbi dilinin formalaşma dövründə onun inkişafında böyük rol oynamışdır. Onun poeziyası Azərbaycan ədəbi dilinin təkamülü üçün “ən qiymətli resurslardan biri”, dilin tarixi qrammatikasının yaradılmasında təməl daşı olaraq qiymətləndirilir. Səfəvi sülaləsinin yerli dialekti olduğu üçün, Ərdəbil bölgəsi şivəsinə əsaslanan Azərbaycan türkcəsi sufi ədəbiyyatında üstünlük əldə etmişdir. Bu dil Azərbaycanda və kənardakı qızılbaş icmalarında güclü bir ədəbi axın olan mərsiyyə əsərlərində standart dil formasına düşmüş, Xorasan, Şiraz, Əcəm İraqı (Sava) ərazisində işləklik qazanmışdır. XVI–XVII əsrlərdən etibarən Məhəmməd Füzuli, Qövsi Təbrizi kimi şairlərin əsərlərində Azərbaycan ədəbi dilinin Azərbaycan danışıq dilinə yaxınlaşdığı görülür. Bu tendensiya özünü XVIII əsr şairi Molla Pənah Vaqifin əsərlərində daha açıq şəkildə büruzə verir.
Azərbaycanca ad
Azərbaycanda insan adları adətən rus/sovet adətlərinə uyğun olaraq ad, ata adı və soyaddan ibarətdir. Bu məqalə Azərbaycanda işlənən adlara diqqət yetirir; başqa yerlərdə azərbaycanca adlar üçün konvensiyalar fərqli ola bilər. == Qanun == Adlar Azərbaycanın Mülki Məcəlləsi ilə tənzimlənir. Ad və soyaddan başqa ata adı da istifadə olunur, lakin gündəlik istifadədə yox daha çox hüquqi sənədlərdə. Məsələn, İlham Əliyev adı və soyadı ilə tanındığı halda, tam adı İlham Heydər oğlu Əliyevdir. Eləcə də qadınlar üçün Səkinə Abbas qızı Əliyevada olduğu kimi qızı ata adı forması kimi işlənir. Uşaqlara təhqiredici, istehzalı adların verilməsi qanunla qadağandır. Uşaqlar qeydiyyatdan keçdikdən sonra avtomatik olaraq valideynlərinin soyadını miras alırlar. Ancaq uşaqlar 10 yaşına qədər soyad şəkilçilərini öz iradələri ilə dəyişə bilərlər. Tam adın dəyişdirilməsi yalnız 18 yaşı tamam olduqdan sonra qəbul edilir, o zaman vətəndaşlar öz adlarını, soyadlarını və hətta ata adını Ailə Məcəlləsinin icazə verdiyi kimi dəyişə bilərlər.
Azərbaycanca rep
Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrında mahnı səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır. == Tarixi == 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı. Daha sonra 1990-cı illərdə vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman", "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı. 2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi. Ölkədə janrın populyarlığına baxmayaraq, Azərbaycanda rep kommersiya şəklini almayıb. 2000-ci illərin sonunda H.O.S.T. qrupu Azərbaycan musiqi səhnəsində populyarlıq qazandı. 2010-cu illərdə repçi Miri Yusifin reqqi və soul-pop janrlarından ibarət olan "Karma" albomu Azərbaycanın musiqi çartlarıda birinci yeri tutmuşdur.
BBC Azərbaycanca Xidməti
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Cənubi Azərbaycanca Vikipediya
Cənubi Azərbaycanca Vikipediya (az.-əski. تورکجه ویکی‌پدیا‎) — Vikipediyanın ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış azərbaycanca versiyası. Vikipediyanın Cənubi Azərbaycanca versiyası 2015-ci ilin iyulunda ayrı dil bölməsi kimi istifadəyə verilmişdir. Hal-hazırda burada 243.743 məqalə və 52.488 qeydiyyatdan keçmiş istifadəçi var. 18 sentyabr 2016-cı ildə 10,000 məqalə, 9 avqust 2018-ci ildə isə 100,000 məqaləni keçmişdir.
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.
Qədim türkcə-azərbaycanca əlaqələri
Qədim türkcə–azərbaycanca əlaqələri
Qədim türkcə-azərbaycanca əlaqələri — qədim türkcənin xüsusiyyətlərinin Azərbaycan dilininin tarixi və müasir mərhələlərində, həmçinin dilin dialektlərində qorunub saxlanması. "Divanü Lüğat-it-Türk"də (XI əsr) və İbnü Mühənna lüğətində (XIII əsr) verilən məlumatlar qədim dillər ilə Azərbaycan dili arasında genetik əlaqədən xəbər verir. Ədəbi Azərbaycan dilinin inkişafının erkən dövründə dil oğuz qrupunun ümumtürk xüsusiyyətlərini saxlayır, həm türkmənlər, həm də Anadolu türkləri tərəfindən başa düşülürdü. Orxon abidələrində (VIII əsrin əvvəlləri) e və i arasında bir ė səsinin olması Azərbaycan türkçəsindən sübutlar gətirməklə izah edilmişdir: er "erkək" — ėr "erkən". Ancaq Azərbaycan dilində daha çox e kimi yazıldığı, bəzi hallarda i olduğu üçün e-i dəyişikliyi hər zaman başa düşülmür: bėl, dė. Azərbaycan dilindəki iki sözdə isə qədim türkçədəki e/ė-yə qarşılıq olaraq i görülür: iki, iyirmi. Bundan başqa Azərbaycan türkçəsində nəqli keçmiş -mış şəkilçisi qədim türkcədəki "ərmiş"-dən gəlmişdir. Qədim türkcədə k ilə başlayan sözlər Türkiyə türkçəsində k-g dəyişikliyinə məruz qaldığı halda (gibi, gönül, göç, göğüs), Azərbaycan dilində olduğu kimi qalmışdır (kimi, könül, köç, köks). Qədim və orta türkcədən qərbi türkcəyə keçid zamanı baş verən t-d dəyişikliyi bəzi Azərbaycan sözlərində baş verməmişdir: tikmək, tökmək, toxunmaq. Azərbaycan dilinin dialektləri türk dillərinin söz varlığını qoruyub saxlaması baxımından çox vacibdir.
Azərbaycanca yazmış orta əsr şairləri
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası — XVIII əsrin sonuna qədər azərbaycanca ədəbiyyatın ortaya çıxması ilə azərbaycan şeirlər yazan müəlliflərin siyahısıdır. Diqqətə alınmalıdır ki, bəzi şairlər müxtəlif mənbələrdə azərbaycanlı, türk və ya türkmən olaraq göstərilir. “Dünya dilləri” seriyasında ədəbi Azərbaycan dilinin ortaya çıxması tarixi olaraq XIII əsr hesab edilir. Azərbaycan ədəbiyyatının ortaya çıxması XIII—XIV əsrdə yaşamış İzzəddin Həsənoğlunun adına yazılır. Akademik “Şərqin tarixi” azərbaycan dilində ədəbiyyatın ortaya çıxması tarixi olaraq XIV—XV əsrləri göstərir. Azərbaycan dilində erkən mətnlər həmçinin qədim Osmanlı ədəbiyyatının bir hissəsi hesab edilir. Müstəqil azərbaycan dilinin son şəklinə gəlməsi dövrü XVIII əsr hesab edilir. Azərbaycan dili kimi adlandırılan ilk çap XX əsrin əvvəllərinə aiddir. == XIV əsr == == XV əsr == == XVI əsr == == XVII əsr == == XVIII əsr == == İstinadlar == == Ədəbiyyat == Азербайджанская литература. // Краткая литературная энциклопедия.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
Köhnə azərbaycancadakı coğrafi terminlər
Köhnə Azərbaycan ekzonimlərinin siyahısı — 1940-cı illərə kimi Azərbaycan dilində (həmçinin orta azərbaycanca və qədim azərbaycanca) qeyd olunmuş ekzonimlər. SSRİ hökuməti Azərbaycan Xalq Cümhuriyyətini işğal etdikdən sonra Azərbaycan istilahatına aid çox sözlər "internasionalizmlər" ilə əvəz olunur, Lenin tərəfindən başlanan və Stalin tərəfindən güclənən bu hərəkatın ən pik dönəmi 1937–1945-ci illər olur. Ərəb qrafikalı Azərbaycan əlifbasından latın əlifbasına keçmə nəticəsində bir çox istilahlar unudulur və coğrafi istilahata getdikcə ruscadan gələn sözlər çoxalır.[mənbə göstərin] == Adlar == === Belarus === === Çin === === Ermənistan === Tarix boyu Ermənistan hökumətləri yaşayış məntəqələrin adlarını rəsmi olaraq dəyişsə də, Azərbaycan hökuməti Qərbi Azərbaycanın tarixi şəhərlərinin orijinal adlarını işlədir (bax Ermənistanın adları dəyişdirilmiş şəhərlərinin siyahısı) === Fələstin === === Fransa === === Gürcüstan === 1936-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı (НКВД) və Mərkəzi İcra Komitəsinin (ЦИК СССР) sənədinə görə Gürcüstan SSR-nin yaşayış məntəqəsinin adları bütün sovet xalqlarının dillərində gürcü dilindəki adının transkripsiyası olmalıdır. Bir çox yaşayış məntəqələrinin adlarına sadəcə "İ" hərfi əlavə olunub. === Hindistan === Britaniya imperiyasından azadlıq əldə edən Hindistan etnik cəhətdən həssas addəyişmə siyasətini aparır (və bu yalnız yaşayış məntəqələrinə aid deyil, həmçinin küçə adları, simvolikalar və s.). Bharatiya Canata Partiyası (BJP) 1990-cı və 2001-ci illərdə Əhmədabad şəhərini Karnavati olaraq və Allahabad şəhərini Prayaqrac olaraq dəyişdi. Prayaqrac adının qəbul edilməsindən sonra BJP rəsmisi bildirib: "Bu gün BJP hökuməti Əkbərin etdiyi səhvi nətər lazımdı düzəltdi". 2018-ci ildə Övrəngabad şəhəri Çhatrapati Sambhaci Naqar və Osmanabad şəhəri Dharaşiv olaraq dəyişdirildi. Maharaştra ştatının rəisi Uddhav Thackerey 2020-ci ildə qeyd etdi ki, bunların səbəbi «islami» adlardan hindu adlarına keçməkdir. Hindistan mədəniyyəti etnik və dini qrupların əsrlər boyu bir-bir ilə sülh içində yaşamaqda idi, lakin Hindistan şəhərlərinin və yerlərinin adlarının dəyişdirilməsi kimi hadisələr bu qruplar arasında əsas gərginliyi üzə çıxarır.
Novruz Azərbaycanda
Azərbaycanda Novruz bayramı və ya Azərbaycan Milli Yeni İli — Azərbaycanda baharın və Yeni ilin gəlişinin qeyd edilməsi. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Ədəbiyyatşünas Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqında yazırdı: Tədqiqatçı "Unudulmuş əziz günlərimizdən" adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi. Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında isə yazırdı: Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi.
Azərbaycanda abort
Azərbaycanda abort tələb əsasında hamiləliyin 12 həftəsinə qədər, xüsusi hallarda isə 12-28 həftə arasında qanunidir. Azərbaycanın hazırkı abort qanunu Azərbaycan Sovet İttifaqının tərkibində (Azərbaycan Sovet Sosialist Respublikası kimi) 1955-ci ildə qəbul edilmiş abort haqqında Sovet İttifaqının qanununa əsaslanır və Azərbaycan 1991-ci ildə müstəqil olduqdan sonra heç bir dəyişiklik edilməmişdir. 1965-1987-ci illər arasında abort nisbəti çox yüksək idi (20 ilə 28% arasında). Müstəqillik əldə etdikdən sonra abort nisbəti demək olar ki, iki dəfə azalıb və 2000-ci ildən sonra nisbətən sabitləşib (12-14%). 2014-cü ildə Azərbaycanda hamiləliklərin 13,8%-i abortla başa çatıb ki, bu da 2005-ci ildə qeydə alınan ən aşağı göstəricidən (12,1%) bir qədər yüksəlib. == Tarixi == Bütün keçmiş SSRİ- də olduğu kimi, 1992-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikası kimi tanınan Azərbaycanda da keçmiş Sovet Sosialist Respublikaları İttifaqının abort qanunvericiliyi və qaydaları əsas idi. Nəticə etibarı ilə Azərbaycanda abort praktikası bütün keçmiş SSRİ-də olduğu kimi idi. Aşağıda verilən təsvir Azərbaycanın müstəqillikdən əvvəlki vəziyyətinə aiddir. Müstəqillik əldə etdikdən sonra abort haqqında qanunda heç bir dəyişiklik edilməyib. Sovet İttifaqının 27 iyun 1936-cı il tarixli fərmanı həyat üçün təhlükə, sağlamlığa ciddi təhlükə və ya valideynlərdən miras qala biləcək ciddi xəstəliyin mövcudluğu istisna olmaqla, abortların aparılmasını qadağan etdi.
Azərbaycanda bağ
Azərbaycan bağları və ya bağçaları — Azərbaycanda tarixi inkişaf yolu keçmiş, müxtəlif tərtibat və elementlərin istifadə olunduğu bağlar. Azərbaycanda bağ həm istirahət üçün istifadə edilir, həm də mədəniyyətdə vacib yer tutur. == Tarixi == === Orta əsrlər və erkən müasir dövr === Azərbaycan şəhər yaşıllığının tarixi konsepti Orta Şərq və Qafqazda mövcud olmuş orta əsrlər bağ mədəniyyətinə gedib çıxır. Buna gülləri olan balaca parklar və meyvə bağları daxildir. Qədim Bakıda yaşıl bağlar daha çox şəxsi məqsədlər üçün salınmışdır. Bəzi ağaclar isə məscid və bazar kimi ictimai yerləri əhatə etmək üçün salınmışdır. Əsas məqsəd isti şəhərdə kölgə yeri yaratmaq və Xəzər küləklərindən qorunmaq idi. Cənubi Qafqaz şəhərlərində yaşıllıqları təşkil etmək üçün çinar ağacı vacib rol oynayırdı. Digər bir rast gəlinən xüsusiyyət isə meyvə bağı kimi təşkil edilən yaşıllıqlar idi. Bu meyvə bağları məhrəm ərazilər idi və çöldən görünmürdü.
Azərbaycanda donuzçuluq
Azərbaycanda donuzçuluq geniş yayılmamış heyvandarlıq növlərindən biridir. Son dövrlərdə Azərbaycanda olan donuz təsərrüffatlarının sayı artıb. Bakıda və ölkənin digər yerlərində yerləşən donuz təsərrüfatlarının çoxu özəlləşdirilmişdir. Ölkədə saxlanılan donuzlar əsasən ağ Ukrayna donuz cinsidir. == Xüsusiyyətlər == 2013-cü ilin statistikasına əsasən Azərbaycanda 6495 donuz saxlanılırdısa, 2014-cü ildə bu say 7600-ə çatmışdır. 2022-ci ildə isə bu rəqəm 6389-ə düşmüşdür. Azərbaycanda donuzlar əsasən şimal-qərb, şimal rayonları və Abşeron yarımadasında saxlanılır. Bölgələr üzrə ən çox donuz təsərrüfatı Şəki-Zaqatala regionunda yerləşir. Xüsusilə, Qax, Oğuz və Qəbələ (Nic kəndi) rayonları donuzçuluq baxımından fərqlənirlər. Qax Azərbaycanda ən çox donuzun saxlanıldığı rayondur.
Azərbaycanda heykəltaraşlıq
Azərbaycanda heykəltaraşlıq — Azərbaycan təsviri sənətinin növlərindən biri. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər. Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltaraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var. Ümumilikdə, heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. Onlar – Monumental, dekorativ və dəzgah heykəltaraşlığı Heykəltaraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir.
Azərbaycanda meşəsizləşdirmə
Azərbaycanda meşəsizləşdirmə — Azərbaycanda meşə torpaqlarının meşə örtüyü olmayan torpaqlara çevrilməsi prosesi. Azərbaycan Respublikası ərazisinin insan tərəfindən məskunlaşdığı dövrdən indiyə kimi 1 milyon ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində iqlim şəraitinin qlobal dəyişmələri nəticəsində təbii landşaftlar dəfələrlə kökündən dəyişmiş və yenidən yaranmışdır. Bir çox tədqiqatçılar göstərirlər ki, son 40–45 il ərzində apardıqları tədqiqatlara görə 10–12 milyon il ərzində, həmçinin sonuncu minilliklər də daxil edilməklə qolosendə Azərbaycan Respublikası ərazisinin təbii kompleksləri bərpa edilmişdir. Müəyyən edilmişdir ki, son 3 min il ərzində Azərbaycanda dağ meşələrinin sahəsi 5 dəfə,, düzənlik və tuqay meşələrinin sahəsi isə 13 dəfə azalmışdır. Bunun əsas səbəbi əkin sahələrinin genişləndirilməsi və yanacaq əldə etmək məqsədilə meşələrin qırılması olmuşdur. Həmçinin tarixi sənədlərdən məlumdur ki, qədim dövrlərdə və orta əsrlərdə uzun müddət Sassanilərin və Bizansın müharibə meydanına çevrilən Azərbaycanda sonralar ərəblərin, monqolların, İran şahlarının və digər yadellilərin basqınları zamanı ölkənin şəhər və kəndləri ilə yanaşı meşələri də qırılmış, yandırılmış və məhv edilmişdir. == Meşələrin yayılma arealı == Sahəsi 8,66 mln. ha olan Azərbaycan respublikasının 1.25 mln. ha-ı meşələrdən ibarətdir.
Azərbaycanda qraffiti
Azərbaycanda qraffiti müasir dövrdə yaranan incəsənət sahələrindən biridir. Azərbaycanda bu sənəti tək-tək, eləcə də, qrup halında fəaliyyət göstərən gənclər icra edir. == Xüsusiyyətlər == Azərbaycanda qraffiti sənətinə olan münasibət əsasən mənfidir. Ona görə də Azərbaycanda bu sənət çox inkişaf etməyib və məşğul olan gənclərin sayı azdır. Bakının ilk qraffiti sənətçilərindən biri hesab olunan Yunis Krılov bu sənətlə məşğul olduğuna görə bir neçə dəfə sutkalıq həbs olunub. Bu səbəbdən bəzi gənclər qraffitini gizli şəkildə çəkməyə üstünlük verirlər. Bakı şəhərində qraffitilərin çoxu mənzil istismar idarələrinin əməkdaşları tərəfindən adətən bir neçə gün sonra ağardılır, lakin son dövrlərdə qraffiti sənətinə qarşı müsbət münasibətin yaranması halları da müşahidə olunur. 2015-ci ildə Bakıda baş tutmuş Avropa Oyunları ərəfəsində şəhərin bir çox hissələrində, məsələn, Avtovağzal dairəsindəki körpünün divarlarına kütləvi qraffiti çəkilmişdi və bu qraffitilər silinməmişdi. Keçmiş Sovetski küçəsinin uçulmuş divarlarında sovet rəmzi olan oraq və çəkic işarələri, eləcə də, əhalinin köçməyə etirazını bildirən şüarlar yer alırdı. Bakıda bu sənətin başqa forması isə seçki vaxtı binaların divarlarına hökumət əleyhinə fikrilərin yazılmasıdır: 2013-cü il prezident seçkilərindən zamanı kömürlə yazılmış "İlhama yox" yazısı Xətai metrostansiyası yaxınlığında 2015-ci ilə qədər qalmışdı.
Azərbaycanda sığorta
1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi. Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır. Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu. 1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı. Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular. Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir.
Azərbaycanda tibb
Azərbaycanda tibb Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının və firavanlığının qorunmasına xidmət edir. Tibbi yardım sahəsində islahatlar və səhiyyə sisteminin istiqaməti iqtisadi və sosial infrastrukturun qlobal strateji inkişaf proqramının tərkib hissəsidir. Bu proqram bazar iqtisadiyyatı ilə yüksək həyat tərzi sürən demokratik cəmiyyətin qurulması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasında tibb, əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətlər, əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. == Tarix == Azərbaycanda tibb tarixinin dərin kökləri var. Qədim insanlar müxtəlif xəstəliklərlə mübarizə aparmaq üçün, fövqəlgüclərə, sehrbazlığa inanırdılar. Azərbaycanda Azıx mağarasındakı daş dövrünə aid təsvirlər və piktoqraflar bu sehrbazlığa inancın sübutudur. Qədim insanlar müxtəlif xəstəlikləri müalicə etmək üçün dərman bitkilərindən istifadə edirdilər. Bu təcrübə, qədimdə Azərbaycan ərazisində yaşayan insanların arasındada yayılır. Bununla belə, ölkə ərazisində aparılan araşdırmalardan məlum olur ki müalicədə təkcə bitkilərdən istifadə olunmayıb.
Azərbaycanda saat
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Azərbaycanda şəhidlik
Azərbaycanda şəhidlik — Azərbaycan Respublikasında dini və hüquqi baxımdan "şəhid" anlayışının mənası. == Etimologiyası == "Şəhid" sözü Azərbaycan dilində ərəb dilində "شهيد" ([ʃahiːd], qad. شهيدة [ʃahiːdah], cəm. شُهَدَاء [ʃuhadaː]) sözündən keçmişdir. Sözün əsl mənası "şahid" və ya "tanıq" deməkdir. Bu, yunan dilində "martis" (μάρτυς, hərf. şahid) sözünün tərcüməsidir. Azərbaycan dilinin izahlı lüğətində "şəhid" sözünün mənası "yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam" kimi verilmişdir. Həm isim, həm də "olmaq" sözünün əlavə edilməsilə fel kimi istifadə oluna bilir. Qadınlar üçün "şəhidə" işlənir. == Hüquqi baxımdan == === Tərif === Azərbaycan qanunvericiylində "şəhid" anlayışı ilk dəfə Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin imzaladığı 3 sentyabr 1993-cü il tarixli "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ilə tənzimlənmişdir.
Azərbaycanda fahişəlik
Azərbaycanda fahişəlik — Azərbaycanda ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan təcrübə. Bu, qeyri-qanuni olsa da geniş yayılıb. Fahişəlik inzibati xətadır və cərimə ilə cəzalandırılır. Əxlaqsızlıq yuvaları saxlama cinayətdir və 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2017-ci ildə əxlaqsızlıq yuvası saxlamağa görə Milli Məclisdə cəzaların sərtləşdirilməsi təklif olunmuşdu. 2018-ci ildə Azərbaycanda 25,054 fahişə olduğu təxmin edilmişdir ki, onların da bəziləri 15–18 yaş arasındadır. Sovet dövründə KQB-nin nəzarəti altında olanlar istisna olmaqla, fahişəlik qeyri-adi idi və əksəriyyəti xəbərçi idi. Paytaxt Bakının Badamdar qəsəbəsində fahişələrin müştəri cəlb etdiyi kafelər çoxdur, hansı ki 2011-ci ildə 300-dən çox yerli sakin buna qarşı etiraz aksiyası keçirib. Bakının mərkəzində, Nizami küçəsində (Tarqovı) kafelərdə də fahişələrə rast gəlmək olar. Ölkə xüsusən İran, BƏƏ və Küveytdən olan kişilərin seks turizmi yeridir.
Azərbaycanda kollektivləşdirmə
Azərbaycanda kollektivləşdirmə və ya Azərbaycanda kollektivləşmə— İosif Stalinin hakimiyyətə gəlişindən sonra Sovet İttifaqında 1928-1940-cı illər ərzində kənd təsərrüfatı sahəsində kollektivləşdirmə siyasəti həyata keçirilirdi. Kollektivləşdirmə ilk dəfə Birinci beşillik planın tərkib hissəsi kimi başladı. Bu siyasətin əsasında şəxsi torpaq mülkiyyətçiliyini, işçiliyini nominal olaraq kollektiv idarəetməyə, açıq və ya qapalı bir şəkildə dövlət nəzarətində fəaliyyət göstərən təsərrüfatlara - Kolxozlar and Sovxozlara - çevirmək idi. Sovet rəhbərliyi düşünürdü ki, şəxsi kəndli təsərrüfatlarının kollektiv idarəçiliklə əvəzlənməsi qısa bir müddət ərzində şəhər əhalisi üçün tədarük edilən ərzaq məhsullarının, emal sənayesi üçün xammalın artmasına yol açacaq. Həmçinin kolxozlarda işləyən şəxslərə dövlət tərəfindən müəyyən edilmiş kvotalar vasitəsilə kənd təsərrüfatı məhsullarının ixracının da artacağı gözlənilirdi. bu layihəni hazırlayanlar onu kənd təsərrüfatı mallarında yaranmış, xüsusən 1927-ci ildən daha ağır bir şəkildə hiss edilən taxıl tədarükündəki problemlərin həlli olacağını gözləyirdilər. == Yeni İqtisadi Siyasət dövründə Azərbaycan kəndində vəziyyət == 1925-ci ilədək 70 min yoxsul kəndli təsərrüfatı ortabab təsərrüfata çevrilmişdi. Varlı (qolçomaq) təsərrüfatları kəndlərdəki təsərrüfatların 3 faizini təşkil edirdi. 1928-ci ildə artıq Azərbaycan SSR-də kəndli təsərrüfatların 6,8 faizi varlı, 51,4 faizi ortabab təsərrüfatlar idi. 1920-1928-ci illərdə respublikada 54 min yeni kəndli təsərrüfatı yaranmışdı.
Azərbaycanda Novruz
Azərbaycanda Novruz bayramı və ya Azərbaycan Milli Yeni İli — Azərbaycanda baharın və Yeni ilin gəlişinin qeyd edilməsi. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. == Etimologiya == == Tarixi == Ədəbiyyatşünas Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqında yazırdı: Tədqiqatçı "Unudulmuş əziz günlərimizdən" adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi. Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında isə yazırdı: Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi.
Azərbaycanda qadınlar
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. == Statusu == Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur. Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Azərbaycanda rep
Azərbaycan hip-hopu və ya Azərbaycan repi — hip-hop musiqi janrının növü. 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrında mahnı səsləndirib. 1990-cı illərin ortasında Azərbaycan hip-hopu ölkədə məşhurluq qazanmışdır. == Tarixi == 1983-cü ildə ildə Çingiz Mustafayev dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1993-cü ildə Anar Nağılbazın "Kasıbların mahnısı" adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda hip-hopa marağı artırmışdı. Daha sonra 1990-cı illərdə vətənpərvər musiqi yarışmasında qalib gələn "Dəyirman", "Ya Qarabağ, Ya Ölüm" adlı mahnısı ilə populyarlıq qazandı. 2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdi. Ölkədə janrın populyarlığına baxmayaraq, Azərbaycanda rep kommersiya şəklini almayıb. 2000-ci illərin sonunda H.O.S.T. qrupu Azərbaycan musiqi səhnəsində populyarlıq qazandı. 2010-cu illərdə repçi Miri Yusifin reqqi və soul-pop janrlarından ibarət olan "Karma" albomu Azərbaycanın musiqi çartlarıda birinci yeri tutmuşdur.
Azərbaycanda sufizm
Azərbaycan sufizmi, təsəvvüfü və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir. Sufizm Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir. Azərbaycan sufi mədəniyyəti fəlsəfə, ədəbiyyat, incəsənət, tarix və digər istiqamətlərdə zəngin bir keçmişə malikdir. Azərbaycan mühiti sufizm tarixi baxımından münbit bir mühitdir. Bu bölgədən sührəvərdiyyə, əbhəriyyə, zahidilik, xəlvətilik, səfəvilik kimi təriqətlər çıxmışdır. Bu bölgədə yetişən şəxsiyyətlər əxilik və hürufiliyin təmsilçisi olmuşdur. Azərbaycan sufi məktəbləri Səlcuq və Osmanlı Türkiyəsinə dərin bir şəkildə təsir etmiş, dini-ictimai həyatı formalaşdıran vacib bir amil olmuşdur. Hürufilik və ələviliyin qaynaqlandığı Azərbaycan təfəkkür sistemi İran və Anadolunun inanc coğrafiyasını formalaşdırmışdır. Azərbaycan poeziyası kənar bölgələrə hürufilik, işrakiyyə, şiə-ələvilik və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir.
Azərbaycanlı
Azərbaycanlılar (az.-əski. آذربایجانلیلار‎), Azərbaycan türkləri, azəri türkləri və ya azərilər (az.-əski. آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).
Azərbaycani
Azərbaycani — Azərbaycanda işlədilən təxəllüs.
Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Azərbaycan (qəzet, Azərbaycan)
"Azərbaycan" (az.-əski. آذربایجان‎) — Azərbaycanın rəsmi dövlət qəzeti. AXC hökuməti 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adı altında öz rəsmi orqanının dərcinə başlamaq haqqında qərar verdi. "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində — Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Aprel işğalından Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə nail olmuşdu. == Tarixi == "Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin də davamı, məntiqi nəticəsi idi. 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu da baş tutmamışdı.
Azerbaýjança
Azerbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.