BRİTANİYA

1. британия; 2. британский;
BRİLYANT
BRİTANİYALI
OBASTAN VİKİ
Britaniya
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Britaniya imperiyası
Britaniya imperiyası — Birləşmiş Krallıq və onun sələf dövlətləri tərəfindən idarə olunan dominion, koloniya, protektorat, mandat və digər asılı ərazilərdən təşkil olunan tarixi dövlət. Onun tarixi XVI əsrin sonu və XVIII əsrin əvvəlləri aralığında İngiltərə tərəfindən qurulan dəniz əraziləri və ticarət postları ilə başladı. Ərazisinə görə dünya tarixinin ən böyük imperiyası idi və yüz ildən artıq müddətdə dünyanın ən böyük qlobal gücü olmuşdu. 1913-cü ilə qədər Britaniya imperiyasının hakimiyyəti altında olan ərazilərdə 412 milyon insan yaşayırdı — bu o dövrdə yer üzərində yaşayan ümumi əhalinin 23.004%-i demək idi. İmperiya 1925-ci il etibarilə 35,000,000 km2 (13,500,000 kv. mil) sahəsi ilə dünya ümumi quru sahəsinin 24%-ə hökmdarlıq edirdi. Nəticədə, onun konstitusiyon, hüquqi, linqvistik və mədəni irsi geniş şəkildə yayılmışdır. Gücünün ən pik olduğu dövrdə ərazilərindən ən az biri üzərində günəşin olduğu mənasına gələn "üzərində heç vaxt günəş batmayan imperiya" olaraq adlandırılırdı. XV və XVI əsrlərin Coğrafi kəşflər dövründə Portuqaliya və İspaniya yer kürəsinin Avropa tərəfindən tədqiq edilməsində qabaqcıl rol oynamış və bu proses ərzində geniş dəniz ərazilərinə sahib imperiyalara çevrilmişdilər. Bu imperiyaların əldə etdiyi böyük sərvətə paxıllıq edən İngiltərə, Fransa və Niderland Amerika və Asiya qitəsində öz ticarət şəbəkələri və koloniyalarını yaratmağa başladılar.
Britaniya ingiliscəsi
İngilis dilinin Britaniya variantı (və ya BrEn, BrE, BE, en-UK or en-GB) Birləşmiş Krallıqda istifadə olan ingilis dilini başqa yerlədə istifadə edilən formalarından ayırmaq üçün istifadə olunan geniş termin. == İstinadlar == == Mənbə == Peters, Pam (2004). The Cambridge Guide to English Usage. Cambridge: Cambridge University Press.
Britaniya kitabxanası
Britaniya Milli Kitabxanası — Böyük Britaniyada kitabxana. ABŞ Konqres Kitabxanasını da geridə qoyaraq 170 milyonu keçən vəsaitlə dünyanın ən böyük kitabxanası hesab olunur. Britaniya Milli Kitabxanası 5 kitabxana sistemini birləşdirir. 1759-cu ildə yaranan Britaniya Milli Kitabxanasında əvvəl az sayda kitab olmuşdur. İxtisasca həkim və bioloq olan ser Hans Sloan özünün botanika, zoologiya və mineralogiyaya aid kitablarını kitabxanaya bağışladıqdan sonra burada kitab fondunun sayı 3500 nüsxəyə çatıb. Hans Sloan öz vəsiyyətnaməsində bildirir ki, dövlət bu kitabxananı qorumaq üçün tədbirlər görməlidir. İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun qəbul edir. Bu gün Britaniya Milli Kitabxanasında tibb elminə, Britaniya imperiyasının, ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim sənədlər və dünyanın demək olar ki, bütün dillərində çap olunmuş 150 milyona yaxın kitab saxlanılır. Bundan əlavə, İngiltərə və İrlandiyada çap olunan gündəlik qəzetlər buraya gətirilir. Fondlarında 310 000 əlyazması, 4 milyondan çox xəritə, 260 min musiqi valları və filateliya kolleksiyası saxlanılır.
Britaniya muzeyi
Britaniya muzeyi (ing. British Museum) — Böyük Britaniyanın və dünyanın ən böyük muzeylərindən biri, ikinci ən çox ziyarət edilən sənət muzeyi. == Tarixi == Bu muzey 1753-cü ildə hazırlanmışdır, lakin açılışı 1759-cu ildə edilmişdir. Bina isə 1823 – 47-ci illərdə tikilmişdir, memarı R. Smyork olmuşdur. Oxu zalınının tikintisi 1854 – 57-ci illərdə başladılmış, həmin hissənin memarı isə S. Smyork hesab edilir. XVII əsrdən etibarən İngiltərənin ən mühüm mərkəzlərindən birinə çevrildi. İlk muzey təsis edildiyi dövrdə Montaqyo (Montagu House) adlandırılan binada fəaliyyətə başlamışdır. Müasir zamanımızdakı binaya köçənə qədər bir çox korpuslarda yerləşdirilmişdir. Bina ilk əvvəl Qədim Misir, Qədim Yunanıstan, Assuriya və bir çox digər ölkələrin müzakirə zalı kimi açılmışdı. Hazırkı dövrdə məhz bu muzeydə məşhur Rozetta daşı saxlanılır.
Britaniya mətbəxi
Britaniya mətbəxi (ing. British cuisine) — Böyük Britaniyada mətbəx. İngilis mətbəxi arxasında çox zərif olmayan bir incəlik yaradılıb, lakin yerli olaraq istehsal olunan məhsulların keyfiyyətinə diqqət yetirir. Souslar və ənənəvi ingilis yeməklərinin çeşidləri də nisbətən sadədir və onlar ərzaqın təbii dadını dəyişdirmək üçün istifadə olunur. Böyük Britaniyanın koloniyalarında hakimiyyətinin çiçəklənməsi dövründə Britaniya mətbəxi "xarici" ölkələrə, birinci növbədə isə, Hindistana təsir göstərmişdir. Buna misal olaraq toyuqdan hazırlanan ingilis-hind yeməyi — tikka masalanı göstərmək olar. Ənənəvi Britaniya yeməkləri balıq və çips, ətli kartof zapekankası və püredir. Britaniya mətbəxinə bir sıra milli və regional mətbəxlər daxildir: ingilis mətbəxi, Şotland mətbəxi, Uels mətbəxi və s.
Britaniya parlamenti
Böyük Britaniya parlamenti — Birləşmiş Krallıq, Taxt-tac əraziləri və Böyük Britaniyanın dəniz ərazilərinin ali qanunverici orqanı. Yalnız qanunverici üstünlüyə sahibdir və bununla da İngiltərədəki və xaricdəki bütün digər siyasi qurumlar üzərində son səlahiyyətə sahibdir. Parlament iki palatalıdır, lakin Kraliyyət Məclisi, Lordlar Palatası və İcmalar Palatası olmaqla üç suverən hissədən ibarətdir. == İcmalar palatası == İcmalar palatsı 651 üzvdən ibarətdir. O birmandatlı dairələr üzrə nisbi çoxluqlu majoritar sistem əsasında seçilir. Deputatlar indemnitetə (çıxışa görə təqsirsizlik) və yalnız sessiya dövründə, habelə sessiyaya qədər və ondan 40 gün müddətində məhdud immunitetə malikdir. == Lordlar palatası == Lordlar palatasının tərkibi və üzvlərinin sayı dəyişkəndir. Bu palata əsasən irsi əlamət üzrə təşkil olunur. Böyük Britaniyada İcmalar palatasında dəfələrlə lordlar palatasının ləğv edilməsi və ya onun yenidən təşkil olunması haqda məslə qaldırılmış, lakin hər dəfə müvəffəqiyyətsiz olmuşdur. == Böyük Britaniya Parlamentinin fərqləndirici xüsusiyyətləri == Böyük Britaniya Parlamentinin özünəməxsus xüsusiyyətləri var: Hər çərşənbə günü 30 dəqiqə müddətində Baş Nazirin Sual Vaxtı olur.
"Britaniya imperiyası" ordeni
Britaniya İmperiyası Ordeni (ing. Order of the British Empire) — Britaniya kralı V Georq tərəfindən 4 iyun 1917-ci ildə təsis olunmuş cəngavər ordeni. Ordenlə təltif olunanların əksəriyyəti Böyük Britaniyanın və ya digər Birlik dövlətlərinin təbəələridir. Digər ölkələrin vətəndaşları da "fəxri üzvlər" (və Britaniya vətəndaşlığını qəbul etdikdə tam üzv ola bilərlər) kimi ordenlə təltif edilə bilər. == Dərəcələri == Ordenin mülki və hərbi növünə görə 5 dərəcəsi var: Böyük xaç cəngavəri, GBE (ing. Knight Grand Cross) Cəngavər-Komandor, KBE (ing. Knight Commander) Komandor, CBE (ing. Commander) Zabit, OBE (ing. Officer) Kavaler (üzv), MBE (ing.
Bakı Britaniya Məktəbi
Bakı Britaniya Məktəbi (ing. Baku British School) — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Tarixi == 15 sentyabr 2007-ci ildə Bakı Britaniya Məktəbi öz qapısını 100-dən çox şagirdin üzünə açdı. 2007-ci il dekabr ayında məktəb ilk semester buraxılışını qeyd etdi. 20 mart 2008-ci ildə BSB (Bakı British School) ilk Novruz Bayramını məktəbin həyətində, şagirdlərin çıxışı ilə təntənəli şəkildə keçirtdi. 25 iyun 2008-ci il məktəb ilk yay buraxılışını qeyd etdi. 22 iyun 2009-cu il ilk son zəng qeyd edildi. Bakı Britaniya Məktəbi 22 iyun 2009-cu ildə, məktəbin şagirdləri, muəllimləri, valideynləri, 25 məzunu və 200 dən çox qonağı ilə, Rus Dram Teatrında təntənəli şəkildə ilk son zəngini qeyd etdi. == İbtidai təhsil == İbtidai təhsildə, şagirdlər SAT proqramları (standartlaşdırılan qiymətləndirmə testləri) götürürlər. Bu proqram 2-ci sinifdən 6-cı sinifə qədər hər il götürülür.
Britaniya hip-hopu
Britaniya hip-hopu (ing. British hip hop) — hip-hop musiqi janrının növü.
Britaniya imperiyası ordeni
Britaniya İmperiyası Ordeni (ing. Order of the British Empire) — Britaniya kralı V Georq tərəfindən 4 iyun 1917-ci ildə təsis olunmuş cəngavər ordeni. Ordenlə təltif olunanların əksəriyyəti Böyük Britaniyanın və ya digər Birlik dövlətlərinin təbəələridir. Digər ölkələrin vətəndaşları da "fəxri üzvlər" (və Britaniya vətəndaşlığını qəbul etdikdə tam üzv ola bilərlər) kimi ordenlə təltif edilə bilər. == Dərəcələri == Ordenin mülki və hərbi növünə görə 5 dərəcəsi var: Böyük xaç cəngavəri, GBE (ing. Knight Grand Cross) Cəngavər-Komandor, KBE (ing. Knight Commander) Komandor, CBE (ing. Commander) Zabit, OBE (ing. Officer) Kavaler (üzv), MBE (ing.
Britaniya uğrunda döyüş
Britaniya uğrunda döyüş (alm. die Luftschlacht um England‎; ing. Battle of Britain) — 1940-cı ilin iyul-oktyabr aylarında İkinci dünya müharibəsi zamanı hava döyüşləri. "Britaniya uğrunda döyüş" termini ilk dəfə Britaniyanın baş naziri Uinston Çörçill tərəfindən nasist Almaniyasının İngiltərənin cənubu üzərində hava üstünlüyü əldə etmək və Britaniya xalqını mənəvi cəhətdən sarsıtmaq cəhdini təsvir etmək üçün istifadə edilmişdir. Şiddətli hava döyüşlərində Kral Hərbi Hava Qüvvələri ilə nasist Almaniyasının Hərbi Hava Qüvvələri (Luftwaffe) arasında hava üstünlüyünə nail olmaq uğrunda mübarizə getmiş, Almaniyanın Britaniya Hərbi Hava Qüvvələrini məhv etmək, ölkənin sənayesini və infrastrukturunu məhv etmək, əhalinin mənəviyyatını pozmaq və bununla da Britaniyanı təslim olmağa və ya sülh bağlamağa məcbur etmək cəhdləri dəf edilmişdir. Britaniya döyüşü Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin müstəsna olaraq iştirak etdiyi ilk hərbi kampaniya idi. 1940-cı ilin iyulundan Almaniyanın bombardmanının əsas hədəfləri sahil konvoyları və Portsmut kimi dəniz bazaları idi, lakin bir ay ərzində Lüftvaffe Britaniya aerodromlarına hücuma keçdi. Döyüş zamanı təyyarə zavodları və yerüstü infrastruktur obyektləri də bombalandı. Nəhayət, Almaniya Hərbi Hava Qüvvələri qorxuducu bombardman taktikasına və yüksək siyasi əhəmiyyət kəsb edən hədəflərə hücum etmə üsuluna əl atdı. Almaniyanın bu kampaniya zamanı məqsədlərinə çatmaması nasist Almaniyasının İkinci dünya müharibəsindəki ilk məğlubiyyəti və dönüş nöqtələrindən biri hesab olunur.
Britaniya Şimali Amerikası
Britaniya Şimali Amerikası — Britaniya İmperiyasının Şimali Amerikadakı keçmiş torpaqlarına verilən ad. Termin ilk dəfə qeyri-rəsmi olaraq 1783-cü ildə istifadə edildi, ancaq Durham Hesabatı adı verilən İngilis Şimali Amerika İşləri Hesabatından (1839) əvvəl nadir idi. Bu bölgələr indiki müasir Kanada və Amerika Birləşmiş Ştatlarının Pasifik Şimal-Qərbi Hissəsidir. Şimali Amerikanın Britaniya müstəmləkəçiliyi (həm ingilislər həm də Şotlandlar tərəfindən sömürgələştirilməsi də daxil olmaq üzrə), 1607-ci ildə Virciniya Jamestown'da başladı və koloniyalar Amerika qitəsində qurulduğunda İngilis koloniyalizmi ən güclü halına çatdı. == Siyasi bölmələri == 1775-ci ildə, ABŞ İstiqlaliyyət müharibəsi ərəfəsində, Britaniya İmperiyası, Yeni İspaniyanın şimal-şərqində, Qərb yarımkürəsi 20 bölgə ehtiva edirdi. Bu müstəmləkələr bunlardır: Florida (Şərqi və Qərbi Florida ayrı idarə edilirdi.) Nyufaundlend Yeni Şotlandiya Kvebek Rupertin torpağı Müqəddəs Con adası On üç koloniya (Hər biri ayrı idarə edilir) Britaniya Yeddiillik müharibəni sona çatdıran Paris sülh müqaviləsi (1763) ilə Fransadan Şərq və Qərb Florida ilə Kvebeki qazanmışdı. İspaniya Qərbi Floridanı qazanmaqla qalmayıb, Şərqi Florida'nı geri qazandı və Amerika Birləşmiş Ştatları, suverinliklərinin təsdiqlənməsi üzərinə, Paris sülh müqaviləsi (1783) Böyük Göllər'in cənubunda Kvebek'in bir hissəsini qazandı. Yeni Şotlandiya 1784-cü ildə Yeni Şotlandiyaya və Nyu-Brunsvikə ayrılmışdı. 1783-cü ildən sonra Kvebekin bir qismi 1791-ci ildə əhalisi əsasən fransız dilində danışan Aşağı Kanada və əhalisi əsasən ingilis dilində danışan Yuxarı Kanada əyalətinə ayrılmışdı. 1812-ci il müharibəsindən sonra 1818-ci il müqaviləsi, Amerika Birləşmiş Ştatları ilə Britaniya Şimali Amerikası arasındakı sərhədi Rupertin torpağından Qayalı dağlarla 49-cu paraleldə qurulmuşdur.
Britaniya Amerikası
Britaniya Amerikası (ing. British America və ya ing. British America and the British West Indies) — köhnəlmiş coğrafi termin. Britaniya taxt-tacının indiki Amerika ərazisində nəzarət etdiyi əraziləri qeyd etmək üçün işlədilirdi.
Britaniya Hindistanı
Britaniya Hindistanı (ing. British Raj) — Cənubi Asiyada (indiki Hindistan, Pakistan, Banqladeş,Myanma,Seylon) XVIII əsrin ortalarından 1858-ci ilədək Ost-Hind şirkətinin, sonra isə 1947-ci ilədək Britaniya imperiyasının hakimiyyətində olan ərazi. == Tarixi == Britaniya Hindistanının tərkibinə 1796–1802-ci illərdə Seylon (indiki Şri-Lanka); 1826, 1852 və 1885-ci illərdə ərazisinin tədricən işğalı nəticəsində 1935-ci ilədək Birma (indiki Myanma); 1839–1937-ci illərdə Ədən; 1811–1814-cü illərdə Yava; Böyük Britaniyanın Malayya və Sinqapurdakı mülkləri (Streyts-Setlments, 1826–1867) daxil edilirdi. 1858-ci ildə Ost-Hind şirkəti ləğv edildi və Britaniya Hindistanı biləvasitə Böyük Britaniya kraliçası Viktoriyaya tabe oldu. 1876-cı ildə Viktoriya Hindistanın imperatriçəsi elan edildi. Britaniya Hindistanı Londondakı Hindistan məsələləri üzrə stats-katib (nazir) və Kəlkətədəki (1911-ci ildən Dehlidəki) general-qubernator (vitse-kral) tərəfindən idarə olunurdu. O, müstəqil dövlətin bəzi atributlarına (hökumət, büdcə, ordu) və Qanunverici məclisə (1919-cu ildən) malik idi. Britaniya Hindistanının bütün sakinlərinin irqindən, milliyətindən, və dinindən asılı olmayaraq idarəçilikdə və məhkəmədə bərabərliyi rəsmən elan edilirdi. Britaniya Hindistanı 1919–1946-cı illərdə Millətlər Cəmiyyətinin üzvü olmuşdur. == Britanya hindistanın parçalanışı və birləşmiş krallıq hakimyətinin sonu == Birləşmiş krallıq 2-ci dünya muharibəsindən sonra koloniyasının dəstəyi üçün azadlığı üçün söz vermişdi Britanya hindistanında üsyanlar baş verirdi bunların hamısı sepoylar yəni birləşmiş krallıqa xidmət edən əsgərlər tərəfindən bastırıldı bruma və seylon isə britanya hindistanının hakimyətində deyildi 1947-ci ilin 15 avqustunda isə hindistan müsəlman və hind əhali olmaq üzrə 2-yə ayrıldı müsəlmanları çox olduğu yer pakistan və şərqi pakistan (1971)qədər yəni banqladeş hind əhali isə hindistan dövlətini qurdular hindistanda azadlıq uğrunda mübarizədə iki şəxs vardı Məhəmməd Əli Cinnah (müsəlman azadlıq hərəkatçısı) və Mahatma Qandi (hind hərəkat başçısı) 1947 ci ilin 15 avqust bölnməsindən 3 il sonra 1950-ci ildə respublika elan olunur və dominyonluğ ləvğ edilir bruma və ya Myanma əyaləti isə birləşmiş kralıqa bağlı əyalətdi 1948-ci ildə müstəqil olur və həmin il seylonda müstəqil olur belləlikl Britanya hakimyəti sona çatır amma indi myanmar xaric hamısı Millətlər Birliyinə üzv olur.
Britaniya Kanadası
Kanada əvvəlcə 1763-cü il Paris müqaviləsi ilə İngiltərənin hakimiyyəti altına girdi. Müqavilə ilə Kanadanında tərkibində olduğu Yeni Fransa İngiltərə imperiyasına verildi. Britaniya Şimali Amerikasının bir hissəsi olan digər regionlar, koloniyalar və ştatlar getdikcə Kanadaya birləşdirilirdi. 1763-cü il Kral Bəyannaməsi ilə Kanada koloniyası 1791-ci il Konstitusiya Qanununa görə Kanadalılar olaraq da bilinən Kvebek əyaləti adı altında genişləndirildi. 1840-cı il Birlik Qanunu ilə birlikdə Aşağı Kanada və Yuxarı Kanada Kanada əyaləti adı altında bir araya gəldi. Daha sonra 1867-ci ildə Kanada Konfederasiyası, Nyu-Bransuik və Yeni Şotlandiya koloniyaları Kanada Dominionunu yaratmaq üçün Kanada koloniyası ilə birləşdi. Dominion dörd əyalətə bölündü: Ontario, Kvebek, Nyu Brunsvik və Yeni Şotlandiya. Əvvəlcə yeni qurulan federasiyadan kənarda olan koloniyalar zamanla Kanadanın nəzarəti altına keçdi və Kanada 1949-cu ildə Nyufaundlend və Labradorun birləşdirilməsi ilə mövcud sərhədlərinə çatdı. 1982-ci il Kanada Qanunu ilə Kanada Böyük Britaniyanın hakimiyyəti altından tamamilə çıxdı.
Britaniya Kolumbiyası
Britaniya Kolumbiyası (ing. British Columbia [ˌbrɪtɨʃ kəˈlʌmbiə], fr. Colombie-Britannique) — Kanadada əyalət, inzibati mərkəzi Viktoriya şəhəridir. Ən böyük şəhər Vankuverdir, ölkənin üçüncü böyük metropol sahəsi və Pasifik Şimal-Qərbindəki ikinci böyük şəhərdir. 2009-cu ildə vilayətin əhalisi 4.419.974 (təxminən iki milyonu Böyük Vankuverdə yaşayırdı) olaraq qiymətləndirildi. Britaniya Kolumbiyası iqtisadiyyatı ilk növbədə təbii qaynaqlara əsaslanır. Qitələrarası yolların və dəmir yollarının son nöqtəsidir və Sakit okean bölgəsindəki aktiv beynəlxalq ticarətə imkan verən ən böyük limanlara ev sahibliyi edir. İsti iqlimi sayəsində, torpaqlarının 5% -dən azının əkinə yararlı olmasına baxmayaraq, vilayət, xüsusilə Fraser və Okanagan Vadisində kənd təsərrüfatını inkişaf etdirdi. İqlim açıq istirahət və turizmin inkişafı üçün əlverişlidir, baxmayaraq ki, ağac kəsmə və mədənçilik uzun müddət vilayətin iqtisadi onurğa sütunu olmuşdur. == Etimologiyası == Əyalətin adı Britaniya Kolumbiyası 1858-ci ildə İngilis olduqdan sonra Kraliça Viktoriya tərəfindən seçildi.
Britaniya Qvianası
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. == Adın etimologiyası == Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. == Tarix == Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Britaniya adaları
Britaniya adaları (ing. British Isles, irl. Éire agus an Bhreatain Mhór, ş.german Breetish Isles) — Avropanın şimal-qərbində, Şimal dənizi və Atlantik okeanı arasında arxipelaq. Britaniya adalarında Böyük Britaniya və İrlandiya dövətləri, eləcə də Britaniya tacının hakimiyyəti altındakı ərazilər yerləşir. Adaların sahəsi 315,159 min km² -dir. Materik Avropadan Şimal dənizi, Pa-de-Kale boğazı və La-Manş kanalı ilə ayrılmışdır.
Britaniya andızı
Britaniya andızı (lat. Inula britannica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Britaniya boğazı
Britaniya boğazı — Rusiyanın Arxangelsk vilayətinə daxil olan olan Frans-İosif Torpağı arxipelaqında, Barens dənizinin şimal-şərqində yerləşən boğaz. Şərqdən Quker, Kyoltiş və Luici adaları ilə qərbdən Qeorq Torpağını və cənubdan isə Bryus adasını ayırır. Cənubda De Bruyne boğazları (Quker və Bryus adaları arasında) və Naytinqeyl (Bryusvə və Qeorq adaları arasında) vasitəsilə Barens dənizinə qoşulur. Şimalda Şimal Buzlu okeanının açıq sahəsinə açılır. Boğazdakı ən böyük dərinlik Kyoltiş və Qeorq Torpağı adaları arasındakı ərazidə 522 m-dir. Boğaz Frans İosef Torpağı arxipelağının qərb və mərkəzi hissələri arasındakı su hövzəsidir.
Britaniya funtu
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Böyük Britaniya
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Kiçik Britaniya
"Kiçik Britaniya" (ing. Little Britain) — BBC telekanalında yayımlanan satirik skeç-komediya janrında Böyük Britaniya teleserialı. Mett Lukas və Devid Uillyams komiklərin birgə rolu üzərində çəkilmişdir. Şounun adı "Böyük Britaniya" sözünün allyuziyasıdır. Serialın skeçləri "Britaniyada yaşayan adamlar" haqqında rəvayət şəklində tərtib edilmişdi. Serialın davamı olan Little Britain USA 2008-ci ildə efirə buraxılmışdı. Serial ABŞ-nin HBO, Kanadanın HBO Canada, Böyük Britaniyanın BBC One və Avstraliyanın Network Ten telekanallarında nümayiş olunmuşdu. == Tarix == === Radio şou === Kiçik Britaniya əvvəlcə BBC Radio 4-də radio şousu kimi nümayiş edilirdi və Edvard Flinn tərəfindən istehsal olunmuşdu. Radio 4 2004-cü ilin fevralında bütün 9 seriyanın təkrar nümayişinə başladı (lakin vaxt intervalına sığışmaq məqsədilə, seriallar bir az redaktə olunmuşdular). === Teleseriallar === Birinci mövsüm, 2003 Birinci teleserial 2003-cü ilin fevral ayında BBC rəqəmsal telekanalında nümayiş olunmuşdu.
Yeni Britaniya
Yeni Britaniya (ing. New Britain, alm. Neupommern‎) — Melaneziyada yerləşən və Papua-Yeni Qvineyanın tərkibinə daxildir. Bismark arxipelaqının (1885-ci ilə qədər Yenibritaniya arxipelaqı) ən iri adasıdır == Coğrafiya == Adanın sahəsi 35 144,6 km² təşkil edir. 2011-ci il məlumatına görə 500 min insan yaşayır. Onun uzunluğu 600 km, enu 80 km-dir. 1966-ci ilə görə ada iki vilayətə bölünür: Şərqi Yeni Britaniya və Qərbi Yeni Britaniya. Şərq vilayət qərbə nisbətən kiçikdir. Qərbi Yeni Britaniya vilayətinin mərkəzi Kimbe, Şərqi Britaniya vilayətinin mərkəzi Kokopo şəhəridir. 1994-ci il Tavurvur vulkanının püskürməsinə qədər mərkəz Rabaul şəhəri olmuşdur.
"Xidmət" ordeni (Böyük Britaniya)
Xidmət ordeni (ing. Order of Merit, fr. Ordre du Mérite) — Kral VII Eduard tərəfindən 1902-ci ildə Böyük Britaniyada qurulmuş məhdud cəmiyyət (nizam) üzvlərinin fərqlənmə mükafatı. Sərəncamın rəhbəri ingilis monarxdır. Prussiya Pour le Mérite ilə bənzətmə ilə yaradıldı. Sərəncama üzv olmaq, silahlı qüvvələrdə üstün xidmətə görə və ya elm, incəsənət, ədəbiyyat, mədəniyyətin inkişafına xüsusi töhfə üçün mükafat olaraq verilir. Hərbi mükafat olaraq verilən fərqli işarələrin növü, mərkəzi medalyonun arxasında çarpaz bir qılınc ilə mülki birindən fərqlənir. Orden üçün təyinatlar, hökumətin tövsiyəsi ilə verilən digər sifarişlərin əksəriyyətindən fərqli olaraq monarxın şəxsi qərarıdır. Orden üzvlüyü 24 üzv və bir fəsil ilə məhdudlaşır, ancaq xaricilər əlavə olaraq "fəxri üzvlər" olaraq sıraya daxil edilə bilərlər. Yarandığı gündən bu əmr qadınlar üçün açıqdır; Florens Naytinqeyl, 1907-ci ildə orden təqdim olunan ilk qadın idi.
2017 Britaniya Bahar Film Festivalı (Bakı)
2017-ci il aprel ayının 28-də British Council Azərbaycan təşkilatı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Nizami Kino Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Bakıda üçüncü Britaniya Bahar Film Festivalının açılışı olmuşdur. Festivalı çərçivəsində aprelin 28-dən mayın 4-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış yeni filmləri təqdim edilmişdir. British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil etmişdir. Ötən ilki festivallardan fərqli olaraq bu dəfə qadınların çəkdiyi və qadınlar haqqında çəkilmiş 6 film nümayiş olunmuşdur. Həmçinin British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "Nərimanfilm" kino şirkəti ilə birgə 24 – 28 aprel tarixlərində Nizami Kino Mərkəzində azərbaycanlı ssenaristlər üçün beş günlük seminar təşkil edilmişdir. Təlim proqramında 20-dən çox ssenarist iştirak etmişdir. Təlimi "Yetkinlik həyatının bacarıqları" filminin ssenari müəllifi olan Pol Freyzer aparmışdır. Nizami Kino Mərkəzində üçüncü dəfə "British Film Spring" festivalı Reyçel Tunnardın "Yetkinlik həyatının bacarıqları" komediyası ilə baş tutmuşdur. Bu həmçinin onun debüt filmidir. Festival çərçivəsində ümumilikdə 6 film nümayiş olunmuşdur ki, bunlarında hamısı tamaşaçılara Azərbaycan dilində subtitrlərlə təqdim edilmişdir.
5 kanal (Böyük Britaniya)
5 Kanal (ing. Channel 5) — Böyük Britaniyada telekanal. 1997-ci ildə qurulmuşdur. 2002-ci ildən 2011-ci ilədək "Five" adını daşıyırdı. O zaman kanalın sahibi RTL Group şirkəti idi. Kanal 5 Böyük Britaniyanın əsas əyləncə kanalıdır. 5 kanalda həm də maraqlı teleseriallar göstərilir. == Kompaniya == 1993-cü ildə iki il hazırlıqdan sonra 5 Kanal yayım üçün lisenziya aldı. Şirkət başlanğıcda yayım üçün pulsuz yer üçün mübarizə aparırdı, lakin bu uğursuz oldu. Ancaq müstəqil televiziya komissiyası, heç kimə yer verməməyi qərara aldı.
Azərbaycan-Böyük Britaniya münasibətləri
Azərbaycan–Böyük Britaniya münasibətləri — Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyir. Əməkdaşlıq hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır. Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanıdı və Azərbaycanın Avropada Əməkdaşlıq və Təhlükəsizlik Konfransında (hazırda Təşkilat adlanır) iştirakını dəstəklədi. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanasında Böyük Britaniyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə vitse-konsul Gevelke rəhbərlik etmişdir. == Diplomatik münasibətlər == İki ölkə arasında diplomatik əlaqələr parlamentin üzvü, Britaniya Xarici İşlər Nazirliyinin Dövlət Naziri Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında Bakıya səfərindən sonra yenidən quruldu. Bakıda kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol Britaniyanın Azərbaycandakı ilk səfiri olmuşdur. 1993-cü ildə təyin edilən Tom Yan isə Britaniyanın Azərbaycanda daimi nümayəndəliyində ilk səfir olmuşdur. Səfirlik 2003-cü ilin may ayından Landmark 2 ünvanında yerləşir. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi 1994-cü ilin yanvar ayında açılıb.
Azərbaycan Britaniya Kolleci
ABC Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və ya Azərbaycan Britaniya Kolleci ( köhnə adı – Bakı İstedadlar Məktəbi və ya Bakı İstedadlar Təhsil Kompleksi — Bakının Bibiheybət qəsəbəsində yerləşən məktəb. Məktəbin əsas özəlliyi təhsilin ingilis dilində aparılmasıdır. == Haqqında == ABC 2012-ci ildən fəaliyyətə başlayıb, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 760 şagirdə xidmət göstərməkdədir. 7 hektar ərazidə inşa olunan təhsil kompleksi 1200 şagirdin təhsil alması üçün nəzərdə tutulub. Gələcəkdə 120 şagirdlik yataqxananın, tibb məntəqəsinin, robot texnikası və animasiya otaqlarının yaradılması planlaşdırılır. Kompleksdə tədris ingilis dilində aparılacaq. Neft şirkətinin prezidenti Rövnəq Abdullayevin dediyinə görə, neft şirkətinin mühəndislərə olan tələbatını ödəmək üçün belə bir təhsil kompleksi yaradılıb. Bakı Müasir İstedadlar Məktəbinin yaradılması prosesinə Böyük Britaniyanın bu sahədə zəngin təcrübəyə malik “Gabbitas” məsləhətçi təhsil şirkəti də cəlb edilib. ARDNŞ əməkdaşlarının iştirakı ilə aparılan müsahibələrdə dünyanın müxtəlif ölkələrində ingilis məktəblərinin yaradılması işində böyük təcrübə qazanmış 50-dən çox iddiaçı arasından ən layiqli mütəxəssislər seçilib. Müsahibələrin nəticələrinə görə, məktəbin bütün rəhbərliyi xarici vətəndaşlar olacaq.
Azərbaycan–Böyük Britaniya münasibətləri
Azərbaycan–Böyük Britaniya münasibətləri — Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyir. Əməkdaşlıq hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır. Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanıdı və Azərbaycanın Avropada Əməkdaşlıq və Təhlükəsizlik Konfransında (hazırda Təşkilat adlanır) iştirakını dəstəklədi. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Kladbişenskaya küçəsi 11 ünvanındakı Rus-Asiya bankının dəftərxanasında Böyük Britaniyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə vitse-konsul Gevelke rəhbərlik etmişdir. == Diplomatik münasibətlər == İki ölkə arasında diplomatik əlaqələr parlamentin üzvü, Britaniya Xarici İşlər Nazirliyinin Dövlət Naziri Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında Bakıya səfərindən sonra yenidən quruldu. Bakıda kiçik ofislə kifayətlənməli olan Ser Brayn Fol Britaniyanın Azərbaycandakı ilk səfiri olmuşdur. 1993-cü ildə təyin edilən Tom Yan isə Britaniyanın Azərbaycanda daimi nümayəndəliyində ilk səfir olmuşdur. Səfirlik 2003-cü ilin may ayından Landmark 2 ünvanında yerləşir. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi 1994-cü ilin yanvar ayında açılıb.
Boomerang (Böyük Britaniya və İrlandiya)
Boomerang (Böyük Britaniya və İrlandiya) - Hanna-Barbera və Warner Bros. kimi studiyaların müasir və klassik proqramlarını yayımlayan 24 saatlıq Böyük Britaniya telekanalıdır. Televiziya 27 may 2000-ci il tarixində Cartoon Network-un spin-offu və ABŞ Televiziya Şəbəkəsinin lokalizasiyası kimi fəaliyyətə başladı. Həmçinin, telekanal AT&T-nin Warner Media beynəlxalq bölməsi altında idarə olunur. == Tarixçə == === Mənşəyi === Boomerang (Böyük Britaniya və İrlandiya) 1993-cü ildə yayım bloku kimi fəaliyyətə başlamışdır. === Yayım === Boomerang 27 may 2000-ci il tarixində, saat 06:00–00:00 radələrində "Sky Digital" və digər kabel televiziyalarında yayıma başlamışdır. Cartoon Network o vaxtlar mürəkkəb bir cədvələ sahib idi və buna görə kanal Turner Broadcasting tərəfindən Hanna-Barbera, MGM və Warner Bros. proqram kitabxanasının arxivindəki klassik cizgi filmləri və eyni zamanda qardaş kanalının cədvəlindəki bir çox klassik serialları yayımlamaq üçün yaradılmışdır. 2001-ci ilin may ayında, Boomerang ikinci ən çox baxılan uşaq kanalı olmuşdur. Həmin ilin iyulunda, kanal "Telewest" kabel operatoruna əlavə olunur, beləki tamaşaçı sayı da getdikcə artmağa başlayır.
Britaniya monarxlarının siyahısı
Britaniya monarxlarının siyahısı — burada İngiltərə, Şotlandiya, İrlandiya, Böyük Britaniya və Birləşmiş Krallığın və həmçinin Britaniya adalarında mövcud olan dövlətlərin monarxlarının siyahısı verilmişdir: İngiltərə krallığı (871–1707, Uelsin birləşdirilməsi sonrakı dövr də daxil olmaqla); Şotlandiya krallığı (843–1707); İrlandiya feodal dövləti (1177–1541); İrlandiya krallığı (1541–1801); Böyük Britaniya Krallığı (1707–1801, İngiltərə və Şotlandiyanın uniyasından sonra); Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı (1801–1927, Böyük Britaniya və İrlandiyanın uniyasından sonra); Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və ya Birləşmiş Krallıq (1927-ci ildən, İrlandiyanın öz dövlət müstəqilliyini elan etməsindən sonra) == Britaniya monarxları zaman cədvəlində == == Monarxların siyahısı == === Böyük Britaniya === == Ədəbiyyat == === İngilis dilində === Abels, Richard. Alfred the Great: War, Kingship and Culture in Anglo-Saxon England. Harlow, UK: Longman. 1998. ISBN 978-0-582-04047-2. Asser. Life of King Alfred // Giles, J.A. (redaktor ). Memorials of King Alfred: being essays on the history and antiquities of England during the ninth century, the age of King Alfred, by various authors. Burt Franklin research & source works series. New York: Burt Franklin.
Britaniya mükafat sistemi
Britaniya mükafat sistemi (ing. British Honours System) — Böyük Britaniyada igidliyə, nailiyyətlərə və dövlətə qulluğa görə qiymətləndirmə vasitəsi. Sistem üç hissədən ibarətdir: Şərəfləndirmə Medallar Döş nişanları. == Şərəfləndirmə == Şərəfləndirmənin əsas məqsədi insanı mükafatlandırmaq (award) deyil, ad verməklə onun xidmətlərini vurğulamaqdır, bununla da insanın cəmiyyətdə nüfuzu qaldırılır. == Mükafatlandırma tarixi == İngils kralları öz təbəələrini üzüklərlə təltif edirdilər. İlk ingilis cəngavər ordeni olan Bant ordenini 1348-ci ildə İngiltərə karlı III Edvard təsis etdi. Sonradan bu sistemdə dəfələrlə dəyişiklik edildi. Həmçinin hərbi xidmətə, igidliyə, sədaqətə və nailiyyətlərə görə də mükafatlar təsis edildi. == Müasir cəngavər ordenləri == 10 orden vardır. Bəzilərinin medalları da vardır.
Britaniya Şimali Amerikası Problemləri Hesabatı
Britaniya Şimali Amerikası Problemləri Hesabatı (İngilis dilində: “Report on the Affairs of British North America”) — adətən Durham Hesabatı (“Durham Report”) olaraq bilinir, 1839-cu il tarixli, Quebec, Ontario, Kanada və Britaniya İmperiyası tarixində rol oynamış sənəddir. 1837-1838-ci illərdə Aşağı Kanadada və Yuxarı Kanadada baş verən iğtişaşlardan sonra Whig partiyasına mənsub olan ingilis siyasətçi Durham qrafı John Lambton diktator səlahiyyətləri ilə Kanadanın qubernatoru təyin edildi. Ondan Lambton iğtişaşlarının səbəblərini araşdırması istənildi. Bu dövrdə Kanadadakı rəhbərlik xalq qarşısında cavabdeh deyildi. Lambton, hesabatının birinci səhifəsində ümumi tezisini ümumiləşdirərək, "Mövcud vəziyyətin davam etməsinə icazə verilənə qədər, insanların həyatı və əmlakının təhlükəsizliyi, aktivlərindən istifadəsi və qətiyyətlə işləmələri təmin edilməyəcəkdir” demişdir. Kanadadakı üsyanın səbəblərini idarəetmənin seçilmiş məclisin mövcudluğu ilə xalq qarşısında cavabdeh olmayan hökumətin yaratdığı gərginlik və fransız dilli əhali ilə ingilis dilli əhali arasındakı gərginlik istiqamətində qiymətləndirdi. Buna görə, onun üç əsas tövsiyəsi var idi: Yuxarı Kanada və Aşağı Kanadanın bir koloniyaya birləşdirilməsi, Fransız dilli Kanadalıların mədəni assimilyasiyası və xalq qarşısında hesabat verəcək olan hökumət. Durham, Aşağı Kanadadakı problemlərin etnik baxımdan olduğunu düşünərək tapıntılarını “bir qucaqda mübarizə aparan iki xalq” olaraq təsvir etdi. Kanada Ensiklopediyasının “şovinist” olaraq xarakterizə etdiyi bir yanaşma götürdü; Fransız dilli kanadalıların “ədəbiyyat və tarix çatışmazlığı” olduğunu bildirdi. Aşağı Kanadada əhalinin Yuxarı Kanadadan daha çox olmasına baxmayaraq, qurulacaq yeni əyalətdə iki bölgənin nümayəndəliyinin bərabər olmasının lazım olduğu fikrini müdafiə etdi.
Britaniyalılar
Britaniyalılar, britonlar və ya britanlar (ingilis. British people və ya Britons ) — Birləşmiş Krallıq, Böyük Britaniyanın dəniz əraziləri və Taxt-tac ərazilərinin vətəndaşları və ya mənşəlilərdir. Britaniyalı termininə Orta əsrlərin sonlarında rast gəlinsədə 1707-ci ildə birləşmiş Böyük Britaniya Krallığının quruluşu britaniyalı kimliyinin yaranmasında əsas amil olmuşdur. Britaniyalı fərqindəliyi Britaniya və Birinci Fransa İmperiyası arasında baş verən Napoleon müharibələrində əhəmiyyətli olub Viktoriya dövründə daha da inkişaf etmişdir.
Britaniyanın Tibet ekspedisiyası
Britaniyanın Tibet ekspedisiyası — (həmçinin Britaniyanın Tibetə hücumu) - 1903-1904-cü illərdə Britaniya imperiyasının Tibetə qarşı müstəmləkə təcavüzü aktı. Böyük Oyunun son mərhələsinin ən böyük hərbi ekspedisiyası. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Rusiya və Britaniya imperiyaları arasında gərgin müstəmləkə və siyasi rəqabətin nəticəsində baş vermiş hadisə. Müdaxilə Britaniya Hindistan Ordusunun köməyi ilə həyata keçirilib. == Tarixi == XIX əsrin birinci yarısında Himalay əyalətlərində (Nepal, Butan və Sikkim) Britaniya təsirinin güclənməsi Hindistan və Tibet arasında daha sıx münasibətlərə səbəb oldu. 1886-cı ildə Lord Defering Kolman Maklayın ticarət ekspedisiyasını Tibetə göndərdi. Lakin bu ekspedisiya Sikkimdən kənara çıxmadı və Tzin sülaləsiinın tələbi ilə Hindistana qayıtmağa məcbur oldu. Bu cür vəziyyət qoşunları ilə Sikkimi işğal edən və Britaniya ərazisinə basqınlar törədən tibetliləri həvəsləndirdi. 1888-ci ildə hərbi ekspedisiya təşkil edildi. Tibetlilər məğlub edilərək Çumbi vadisidən qovuldu.

Digər lüğətlərdə